İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   67   68   69   70   71   72   73   74   ...   168

 
142
Əkərək - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda çay. 
Rayondakı  Əkərək kəndinin  ərazisindən axır. Arazın bir qoludur. Əkər türk tayfasının adını 
(359, l(1), s.97) əks etdirir. Etnohidronimdir. 
Əkərək - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 18 km şərqdə, Oxçu çayının sol sahilində yerləşir. XII-XIII əsrlərdən 
xatırlanır (427, s.19). 
Toponim qədim türk tayfası əkər (akar) etnoniminə (359, l(1), s.97) -ək şəkilçisinin artırılması 
əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Əkərək - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda 
kənd. XIII-XIV əsrlərdən adı çəkilir (427, s.18). 
Kənddə 1873 - cü ildə 114 nəfər, 1886-cı ildə 155 nəfər, 1897-ci ildə 204 nəfər, 1904 - cü ildə 
170 nəfər, 1914 - cü ildə 211 nəfər, 1916-cı ildə 225 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.44-
45, 124-125). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla deportasiya olunmuş  və 
kənd xarabalığa çevrilmişdir. İndi ölü kənddir. 
Toponim  əkər türk etnonimi (359, l(1), s.97) əsasında formalaşmışdır. Toponimin sonunda 
işlənən -ək, şəkilçi funksiyasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Əkərək - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon 
mərkəzindən 7 km qərbdə yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə 
Əyrək kimi (143, s.163), «İrəvan əyalətinin icmal dəftəri»ndə Əyərək (143, s.90), Qafqazın 5 verstlik 
xəritəsində Əkərək (Aqarak) kimi (348, s.3) qeyd edilmişdir. Adı XVI əsrin əvəllərindən çəkilir (427, 
s.18). 
Kənddə 1831-ci ildə 318 nəfər, 1873 - cü ildə 388 nəfər, 1886-cı ildə 536 nəfər, 1897-ci ildə 
603 nəfər, 1908-ci ildə 629 nəfər, 1914 - cü ildə 720 nəfər, 1916-cı ildə 653 nəfər, 1919 - cu ildə 425 
nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.22-23, 106-107). «Ermənistan və  ətraf vilayətlərin 
toponimlər lüğəti»ndə burada 1920-ci illərə kimi hansı xalqın yaşadığı göstərilmir. Yalnız 1897-ci ildə 
603 nəfərin yaşadığı qeyd edilir ki, onların da azərbaycanlı  və ya erməni olduğu göstərilmir (427, 
s.18). Bu da erməni siyasətinin bir formasıdır. 1919 - cu ilin əvvələrində kəndin sakinləri ermənilərin 
tacavüzünə  məruz qalaraq deportasiya olunmuşdur. Ermənilər buraya Türkiyənin Van, Qavaş, Bitlis 
bölgələrindən 1918-19 - cu illərdə köçürülmüşdür (ətraflı məlumat üçün bax: O.U.Məliksetyan. Qərbi 
ermənilərin deportasiyası  və xaricdə yaşayan ermənilərin sovet Ermənistanına qaytarılması 
(19151940), İrəvan, 1975, erməni dilində). 
Azərbaycanlılar öz kəndlərinə indiki Ermənistanda sovet hökuməti qurulandan sonra dönə 
bilib. 
Burada ermənilərdən başqa 1922-ci ildə 72 nəfər, 1926-cı ildə 74 nəfər, 1931-ci ildə 32 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.23, 107). SSRİ Nazirlər Sovetinin xüsusi qərarından sonra kənddə 
yaşayan azərbaycanlılar tarixi-etnik torpaqlarından çıxarılıb zorla Azərbaycana köçürülmüşdür.  İndi 
ermənilər yaşayır. XVI (143, s.163) və XVIII (143, s.90) əsrlərə aid tarixi mənbələrdə kəndin adının 
Əyrək, Əyərək formalarında qeyd olunmasına istinad edib bu qənaətə gələ bilirik ki, toponim «Kitabi-
Dədə Qorqud» dastanlarında (X boyda) adı  çəkilən  Əgrək  şəxs adı  əsasında  əmələ  gəlmişdir. 
Antropotoponimdir. Quruluşca sadə toponimdir. 
Əkəri - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu 
ərazisində kənd. 
Toponim  əkər türk tayfasının adı (359,1(1), s.97) əsasında  əmələ  gəlmişdir. Toponimin 
sonundakı -i şəkilçi funksiyasının yerinə yetirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Əkərli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu 
ərazisində  kənd. Burada 1886-cı ildə 170 nəfər, 1906-cı ildə 253 nəfər azərbaycanlı yaşamışdır (85, 
s.166). 1918-ci ildə azərbaycanlılar qırğınlarla qovulmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim əkər türk tayfa adına (359,l(1), s.97) -li mənsubluq bildirən şəkilçinin artırılması ilə 
əmələ  gəlmişdir. «Əkər tayfasına mənsub olan kənd» anlamını bildirir. Etnotoponimdir. Quruluşca 
düzəltmə toponimdir. 
Ələyəz - (Alagöz) -İndiki Ermənistanda inzibati ərazi bölgüsü, rayon. Ermənistan SSR Ali 
Soveti Rəyasət heyətinin 15 mart 1972-ci il fərmanı ilə Abaran, Artik və Spitak rayonlarının bəzi 
əraziləri - kəndləri  əsasında yaradılmışdır. Sahəsi 382,2 km
2 - 
dir. Rayonun adı Azərbaycan dilində 


 
143
Ələyəz formasında qeyd edilir. Ələyəz  «Alagöz»ün fonetik formasıdır. Rayon Alagöz( Ələyəz) 
dağının ətəyində yerləşir. 
Toponim alagöz türk etnonimi (407, s.120) əsasında  əmələ  gəlmişdir, Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Erməni mənbələrində rayonun adı Araqadz formasında qeyd edilir. 
Ələpkər - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) 
rayonunda zağa. Rayondakı Aşağı Çəmbərək kəndindən 3 km qərbdə yerləşir. Zağanın adı «Ələpkəri 
er» formasında da qeyd edilir. «Er, kişi, qoca, igid» mənasını ifadə edir (427, s.69). Zağanın adı 
kəngərli türk tayfasından olan Əliəpkərli etnoniminin (386, s.538) adını əks etdirir. 
Əlibəyli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda 
kənd. Rayon mərkəzindən 2 km cənub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.12) qeyd 
edilmişdir. 
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Azərbaycanlılar 1914-1915-cı illərdə 
ermənilər tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuş  və  kəndə ermənilər 
köçürülmüşdür. Ermənilər buraya 1915-20-cı illərdə Türkiyənin İğdır və Van vilayətlərindən, 1946-cı 
ildə  İrandan, eyni zamanda indiki Ermənistanın Sisyan, Əştərək, Abaran və Hamamlı (Spitak) 
rayonlarından köçürülmüşdür (427, s.51). 
Toponim oğuzların ulu yörük tayfasından olan əlibəyli etnonimi (238, s.186) əsasında  əmələ 
gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 4.IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Atarbekyan qoyulmuşdur. 
Əliqırıq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda 
çay. Erməni mənbələrində çayın adı Əliqrıx formasında da qeyd edilir (427, s.84). Rayondakı Ağıraq 
kəndinin  ərazisindən axır. Göyçə gölünə tökülür. Uzunluğu 22 km-dir. Əli  şəxs adı ilə  qırıq türk 
etnonimi əsasında əmələ gəlmişdir. Etnohidronimdir. 
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə çayın adı dəyişdirilib Astğadzor qoyulan kəndin 
adı ilə Astğadzor adlandırılmışdır. 
Əliqırıq - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 
Qəmərli rayonuna daxil olan Böyük Gilanlar kəndindən 10 km cənub-qərbdə,  Əliqırıq bulağının 
yanında, Pirdağı dağının  ətəyində yerləşir. 1930 - cu ilin əvvəllərində Vedi (Ararat) rayonunun 
tabeliyində olmuşdur (415, s.84). 
1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir (143, s.171). Erməni 
mənbələrində Əliqrağı, Əlikrık formalarında qeyd edilir (427, s.84). 
Kəndin adı XX əsrin 30 - cu illərində Əliqoıx kimi rəsmiləşdirilmişdir (415, s.154). 
Kənddə 1873 - cü ildə 110 nəfər, 1886-cı ildə 175 nəfər.1897-ci ildə 251 nəfər, 1904 - cü ildə 
202 nəfər, 1914 - cü ildə 253 nəfər, 1916-cı ildə 355 nəfər (415, s.84-85, 154-155), 1918-ci ilin 
yanvarında 202 nəfər (309, s.216) yalnız azərbaycanlı yaşamışdır. 
Azərbaycanlılar 1918-ci ilin fevralında ermənilər tərəfindən qırğınlarla qovulmuşdur (309, 
s.216). İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma 
kəndlərinə dönə bilmişlər. 
Burada 1922-ci ildə 46 nəfər, 1926-cı ildə 55 nəfər azərbaycanlı yaşamışdır (415,s. 84, 155). 
1929-30 - cu illərdə xaricdən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. 1931-ci ildə 46 nəfər 
azərbaycanlı, 79 erməni (415, s.155), 1959 - cu ildə 90, 1962-cı ildə 62 nəfər  əhali (əksəriyyətini 
azərbaycanlılar təşkil etmişdir) yaşamışdır (427, s.703). 1962-cı ildən sonra azərbaycanlılar kənddən 
köçürülmüş və kənd ləğv edilmişdir. İndi ölü kənddir. 
Toponim əfşar türk tayfasına məxsus qırıqlı etnonimi (93, s.46) əsasında formalaşıb, «Qırıqlı 
tayfasından olan Əliyə  məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Erm.SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Blraşen qoyulmuşdur.  
Əliqışlağı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu ərazisində kənd. Rayondakı Həsənkənd kəndinin yaxınlığında yerləşirdi. Burada 1831-ci ildə 
19 nəfər azərbaycanlı yaşamışdır (415, s.160). Sonrakı illərdə  kənddə yaşayanlar haqqında  əlavə 
məlumat yoxdur. İndi xaraba kənddir. 
Toponim  Əli  şəxs adı ilə  qışlaq sözünün birləşməsindən  əmələ  gəlib «Əliyə  məxsus qışlaq» 
mənasını ifadə edir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə