İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   66   67   68   69   70   71   72   73   ...   168

 
140
Ə 
  
Əbdüləlilər - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu 
ərazisində kənd. Kənddə 1907-ci ildə 145 nəfər azərbaycanlı yaşamışdır (85, s.166). 
Kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalmış, kənddə yaşayan azərbaycanlılar qırğınlarla 
deportasiya olunmuşdur. 1919 - cu ildə ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim Əbdüləlilər nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə 
toponimdir. 
Əylənli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon 
mərkəzindən 7 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb  ətəyində yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində qeyd edilmişdir (348, s.8). Kəndin digər adı həm də Aynalı, Ağlyanlı kimi göstərilir (415, 
s.34). 
Kənddə 1873 - cü ildə 196 nəfər, 1886-cı ildə 236 nəfər, 1897-ci ildə 308 nəfər, 1904 - cü ildə 
215 nəfər, 1914 - cü ildə 228 nəfər, 1916-cı ildə 315 nəfər (415, s.34-35, 116-117), 1918-ci ilin 
yanvarında 300 nəfər (309, s.220) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında kənd 
erməni təcavüzünə  məruz qalaraq sakinləri tarixi-etnik torpaqlarından tamamilə deportasiya 
olunmuşdur (309, s.220) və  kəndə 1916-18-ci illərdə Türkiyənin Muş vilayətlərindən köçürülən 
ermənilər yerləşdirilmişdir (415, s.117). İndi ermənilər yaşayır. Etnotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Toponim əylənli türk tayfa adı (143, s.30,92-93) əsasında yaranmışdır. 
Erm.SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Davidaşen 
qoyulmuşdur. 
Əyrivəng - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda 
kənd. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.9) qeydə alınmışdır. 
Kənddə 1831-ci ildə 65 nəfər, 1873 - cü ildə 326 nəfər, 1886-cı ildə 451 nəfər, 1897-ci ildə 545 
nəfər, 1904 - cü ildə 708 nəfər, 1914 - cü ildə 896 nəfər, 1916-cı ildə 735 nəfər (415, s.68-69, 144-
145), 1918-ci ilin yanvarında 706 nəfər (309, s.220) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral 
ayında azərbaycanlılar vəhşicəsinə  kənddə  qırğınlarla qovulmuş (309, s.220) və  kəndə xaricdən 
köçürülən ermənilər yerləşdirilmişdir. 1926-cı ildə burada cəmi 1 nəfər, 1931-ci ildə 17 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.69, 145). 1931-ci ildən sonra kənddə yaşayan azərbaycanlılar 
ermənilər tərəfindən sıxışdırıldıqları üçün qonşu Ağqala kəndinə köçmüşlər. Həmin vaxtdan kənddə 
yalnız ermənilər yaşayır. 
Kənddə IX-X əsrlərə  məxsus alban abidəsi qala vardır və  kəndin adı  həmin qala adından 
götürülmüşdür. 
Toponim qədim türk dilində «ayrılmış» mənasında işlənən «ayrı» sözündən (365, s. 114-115; 
337, s.238; 339, s.42) və qala mənasında işlənən vəng sözünün birləşməsindən əmələ gəlmiş relyeflə 
bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək 
Ayrivan, Ayrivank formasında işlədilir. Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə adı 
dəyişdirilib Hayravan qoyulmuşdur. 
Əyridaş - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində 
dağ. Oronim əyri (ayrı  mənasında) sözü ilə «dağ» mənasında işlənən daş sözünün birləşməsindən 
əmələ gəlmişdir. 
Əyri su - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək 
(Krasnoselo) rayonundakı Çaykənd kəndinin yaxınlığında qışlaq. 1926-cı ildə 8 nəfər azərbaycanlı 
yaşamışdır. 1930 - cu illərdə ləğv edilmişdir. 
Toponim «ayrılmış,  əyri-üyrü, dolambac» mənasında işlənən  əyri sözü ilə türk dilində çay 
mənasında işlənən su sözünün (299, s.512; 278, s.131; 339, s.528-529) birləşməsindən  əmələ gilib 
«Əyri çay yanındakı yaşayış  məntəqəsi» mənasını bildirir. Hidrotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Əyrisubat - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) 
rayonunda kənd. Kəndin digər adı «Əyrisifət»dir (427, s.249). Kənd 1940-cı ildə ləğv edilmişdir. İndi 
xaraba kənddir. 


 
141
Toponim «ayrılmış», «əyri-üyrü» mənasında işlənən əyri sözü ilə «malların su içdikləri yer», 
«çayda göldə heyvan suvarılan və ya su götürülən yer» mənasında işlənən suvat (dialketlərdə suat 
formasında işlənir. Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri, B., 1967, s.236) sözünün (253, 
130; 12, s.110) birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Əyricə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda 
dağ. Göyçə (Sevan) gölünün şərqində yerləşir. Hündürlüyü 2660 m-dir. Oronim «ayrılmış, əyri-üyrü» 
mənasında işlənən əyri sözünə «cə» şəkilçisinin artırılmasırdan əmələ gələn əyricə sözündən yaranıb. 
Əyricə - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonunda yaylaq. Dərələyəz və Göyçə mahalları arasında, sərhəddə yerləşir (211, s.199). 
Toponim Azərbaycan dilində «az əyri, bir qədər  əyri» mənasında işlənən  əyricə sözü (10, 
s.247) əsasında yaranan düzəltmə oronimdir. 
Əyricə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) 
rayonunda qışlaq. Rayondakı Toxluca kəndinin  ərazisində, Ağbulaq kəndi ilə  sərhəddə yerləşir. XI-
XIII əsrlərdə bura kənd olmuşdur. Sonralar kənd ləğv edilmiş, qışlağa çevrilmişdir. 1960-cı ildən sonra 
Toxluca kəndinin qoyun ferması yerləşirdi. 
Toponim «bir qədər əyri» mənasında işlənən əyricə sözü (10, s.247) əsasında əmələ gəlmişdir. 
Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir. 
Əyricə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) 
rayonunda çay. Rayondakı Ağbulaq və Toxluca kəndinin sərhəddindən axır. 
Əkərək - Syunik vilayətinin Vayotsdzor qəzasında,  İrəvan quberniyasının  Şərur-Dərələyəz 
qəzasında kənd. S.Orbelyanın fikrincə, kənd indiki Ermənistanın Paşalı  (Əzizbəyov, Vayk) rayonu 
ərazisində olmuşdur və kəndin adı əkmək sözündən əmələ gəlmişdir (427, s.17). Bu, elmi həqiqətdən 
uzaqdır. 
Toponim əkər türk tayfa adına (359,l(1), s.97) -ək şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. 
Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Əkərək - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Rayon 
mərkəzindən 17 km cənub-şərqdə yerləşir. Kəndin digər adı Xaraba Əkərək olmuşdur (415,s.34; 
427,8.18-19). 
Kənddə 1831-ci ildə 70 nəfər, 1873 - cü ildə 301 nəfər,1886-cı ildə 367 nəfər, 1897-ci ildə 482 
nəfər, 1904 - cü ildə 284nəfər, 1914 - cü ildə 301 nəfər, 1916-cı ildə 601 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415,8.34-35,116-117). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq kəndin 
sakinləri tarixi-etnik torpaqlarından deportasiya olunmuş və 1920-ci ildə Türkiyənin Sasun və Taron 
vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmişdir.  İndiki Ermənistanda sovet hökuməti 
qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına dönə 
bilmişdir. Burada ermənilərdən başqa 1922-ci ildə 12 nəfər azərbaycanlı yaşamışdır (415, s.117).1924 
- cü ildə onlar yenidən tarixi torpaqlarından qovulmuşdur.İndi ermənilər yaşayır. 
Erməni mənbələrində 1922-ci ildən əvvəl burada kimin yaşadığı göstərilmir (427, s.18-19). Bu 
da tarixi faktları saxtalaşdırmaqdır. Toponim əkər türk etnonimi (359, l(1), s.97) əsasında  əmələ 
gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Əkərək - Tiflis quberniyasının Borçalı  qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda 
kənd. Rayon mərkəzindən 11 km məsafədə yerləşir. 
Toponim  əkər türk etnoniminə (359, s.97) -ək  şəkilçisinin artırılması ilə düzəlmişdir. 
Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Əkərək - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 18 km məsafədə yerləşir. Erməni mənbələrində (415,s.54;419, s.60), 
Qafqazın 5 verstlik xəritəsində (348,s.3) Aqarak formasında qeyd edilmişdir. 
Toponim türk mənşəli  əkər etnoniminə (359, l(1), s.97) -ək  şəkilçisinin artırılması yolu ilə 
əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Əkərək - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda 
kənd. Araz çayın sol tərəfində yerləşir. Burada ermənilərlə yanaşı 1897-ci ildə 6 nəfər, 1931-ci ildə 11 
nəfər azərbaycanlı yaşamışdır (415, s.66-67, 142-143). Kənddə yaşayan azərbaycanlılar 1948-ci ildə 
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə köçürülmüşdür. İndi ermənilər yaşayır. 
Toponim əkər (akar) türk tayfa adı (359,l(1), s.97) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. 
Quruluşca düzəltmə toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə