Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.

səhifə1/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   54


AZƏRBAYCAN ELMLƏR AKADEMİYASI 
MİLLİ MÜNASİBƏTLƏR İNSTİTUTU 
 
 
 
 
 
VAQİF ARZUMANLI 
 
NAZİM MUSTAFA 
 
 
 
TARİXİN QARA SƏHİFƏLƏRİ 
Deportasiya. Soyqırım. Qaçqınlıq 
 
 
 
 
 
 
 
 
 
B A K I -  “QA R T A L”  - 1998 
 
 
 
 


ELMİ REDAKTOR :    professor TEYMUR ƏHMƏDLİ 
 
 
 
 
 
 
Vaqif ARZUMANLI, Nazim MUSTAFA.  Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. 
Qaçqınlıq. - Bakı: “Qartal”, 1998. - 280 s. 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan xalqı  təxminən 200 ildir ki, öz tarixi-etnik torpaqlarından didərgin salınır. 
Düşünülmüş və planlı şəkildə həyata keçirilən bu məkrli siyasət kütləvi deportasiya və soyqırımı 
ilə müşaiyət olunmuşdur. Nəticədə minlərlə, milyonlarla soydaşımız tarixi torpaqlarından 
qovulmuşlar. Təəssüf ki, uzun müddət taleyüklü bu məsələlərə biganə qalınmış, laqeyd 
münasibət göstərilmişdir. Son dövrdə baş verən ictimai-siyasi hadisələrlə  əlaqədar xalqımıza 
qarşı törədilən cinayətlərin öyrənilməsinə imkan və  şərait yaranmışdır. Bu mənada mövcud 
monoqrafiya tariximizin bir sıra qaranlıq səhifələrinin öyrənilib üzə  çıxarılmasında atılan ilk 
addımlardan hesab oluna bilər. 
 
 
 
 
A   4702080105        Sifarişli - 98 
           044 
 
 
©
   “Q a r t a l” nəşriyyatı - 1 9 9 8 
  


ÖN SÖZ 
 
Qan yaddaşımızın  ən ağrılı-acılı  səhifələrindən olan deportasiya, soyqırım və qaçqınlıq 
bəlaları xalqımızın taleyinə çox baha başa gəlib. 
Nə yaxşı ki, nəhayət, uzun illər susduqdan (özumüzdən asılı olan və asılı olmayan 
səbəblər ucbatından) sonra öz dədə-baba, etnik torpaqlarından qovulmuş  həmvətənlərimizin 
çəkdiyi əzab-əziyyətlərin dilə gətirilməsi, öyrənilməsi, bütün bunlar barədə dünya ictimaiyyətinə 
məlumat verilməsi üçün yeni imkanlar açıldı. 
Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə 
azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası 
haqqında” və 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları çox 
qiymətli və tarixi addımdır. 
Bu fərmanlarda çox haqlı olaraq göstərilir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara 
qarşı  məqsədyönlü  şəkildə  həyata keçirilmiş etnik təmizləmə  və soyqırım siyasəti nəticəsində 
xalqımız ağır məhrumiyyətlərə, milli faciə  və  məşəqqətlərə  məruz qalmışdır. Mərhələ-mərhələ 
gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan 
adlandırılan  ərazidən - min illər boyu öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq 
kütləvi qətl və  qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə  və 
yaşayış məskəni dağıdılıb viran edilmişdir. 
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart 
tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu 
qərarlar  əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR 
ərazisindəki dədə-baba yurdlarından kütləvi və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq 
normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repreesiya 
qaydaları geniş  tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır  şəraitinə, 
kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu 
işdə erməni  şovinist dairələri və SSRİ  rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrki 
Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən 
cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az olmamışdır. 
Təəssüf ki, 1948-1953-cü illərdə azərbacanlıların Ermənistan SSR ərazisindən 
deportasiya olunması faktı ötən  əlli il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-
siyasi qiymət verilməmişdi. 
Ermənistan deyilən qurumun tarixi torpaqlarımız hesabına qurulduğunu vaxtilə 
qaldırsaydıq dünya ictimaiyyəti həqiqəti bilərdi. Heç Dağlıq Qarabağ hadisələri də baş verməzdi. 
1992-ci ilin fevral ayında Milli Münasibətlər  İnstitutu fəaliyyətə başlayanda institutuda 
xüsusi bir şöbə - “Qaçqınlıq tarixi” şöbəsi yaradıldı. Bu şöbənin tədqiqat sahəsi təkcə sonuncu 
1988-1989-cu illər deportasiyasının  öyrənilməsi ilə deyil, eyni zamanda ermənilərin İrandan və 
Türkiyədən tarixi Azərbaycan torpaqlarına köçürülməsinin və erməni təcavüzünün tədqiqi ilə 
bağlıdır. Yaxşı olar ki, xalqımızın deportasiya tarixinin öyrənilməsi ilə bağlı respublikamızda 
əlaqədar elmi strukturlar, institutlar, təşkilatlar özləri işçi qrupları, qurumlar yaratsınlar.Əgər biz 
tarixi həqiqətlərə söykənərək obyektiv fakt və sübutlarla son 200 ildə Qafqazda ermənilərlə bağlı 
bütün qurumların əzəli və tarixi Azərbaycan torpaqları üzərində yaradılışını dünya 
ictimaiyyətinə lazımi səviyyədə çatdıra bilsək, nəinki DQ probleminin, eləcə  də Ermənistan-
Azərbaycan münaqişələrinin bütün köklərinin, təzahürlərinin həlli üçün yeni üfüqlər açar, yeni 
imkanlar əldə edə bilərik. 
Hələ 1995-ci ildə, Milli Münasibətlər  İnstitutu Azərbaycan Respublikası Prezident 
Aparatı    ilə birlikdə qaçqınlıq tarixi ilə bağlı elmi-nəzəri konfrans keçirmişdir. Xalqmızın 
qaçqınlıq və deportasiya tarixi ilə bağlı vaxtaşırı məruzələr etmişik, “Qaçqınlıq tarixi” şöbəsinin 
xətti ilə elmi-monoqrafik əsərlər və  sənədlər toplusu hazırlamışıq. Bu mövzuda institutun 
əməkdaşları respublikamızda, xarici mətbuat orqanlarında xüsusi məqalələr çap etdirmişlər. 
Qaçqınlıq və deportasiya ilə bağlı 1992-ci ildən etibarən “Elturan” (“Milli məsələlər”) jurnalında 
institutun əməkdaşları silsilə yazılarla çıxış edib, təkliflərini bildirmişlər. 



Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   54


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə