İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   40   41   42   43   44   45   46   47   ...   168

 
88
azərbaycanlı yaşamışdır (415, s.161). 1923-25-cı illərdə  kənd sakinləri - azərbaycanlılar ermənilər 
tərəfindən sıxışdırılmışdır. Onlar rayondakı Qabaxlı  və Kotanlı  kəndlərində  məskunlaşmış  və  kənd 
xarabalığa çevrilmişdir (211, s.209). İndi xaraba kənddir. 
Kənd  ərazisindəki böyük alban abidəsinin - vəngin yanında salınmışdır. Vəng 151-cı ildə 
tikilmiş, 1273 - cü ildə yenidən bərpa edilib təkmilləşdirilmişdir (Сборник сведений о Кавказе, т.V, 
Тифлис 1879, N°753). 
Toponim «böyük, əzamətli, yekə» mənasında işlənən qara sözü ilə qədim türk dilində «abidə, 
möhkəm abidə» mənasında işlənən vəng sözünün birləşməsindən  əmələ  gəlmişdir (211, s.208, 210). 
Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Qaraqaya - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunun 
Dədəqışlaq kəndində kiçik dağ. Oronimidir. Rəng bildirən qara və dağ sözünün sinonimi olan qaya 
sözlərindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. 
Qaraqaya - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə, Erdəpin kəndinin yaxınlığında yerləşir. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.117) qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 141 nəfər, 1886-cı ildə 214 nəfər, 1897-ci ildə 259 nəfər, 1904 - cü ildə 
177 nəfər, 1914 - cü ildə 194 nəfər, 1916-cı ildə 303 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-
93, 160-161). 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan sakinləri ata-baba yurdlarına dönə 
bilmişdir. 
Burada 1922-ci ildə 193 nəfər, 1926-cı ildə 97 nəfər, 1931-ci ildə 140 nəfər (415, s.93, 161), 
1987-ci ildə 400 nəfər (85, s.355) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında 
azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi 
ermənilər yaşayır. 
Toponim Azərbaycan dilində  rəng mənasında işlənən qara sözü ilə «dağ» mənasında işlənən 
qaya sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Qaraqaya - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
dağ. Qafqazın 5 verstlik xəritəsində (348, s.117) qeyd edilmişdir. Oronim Azərbaycan dilində «böyük, 
hündür, yüksək, şiş» mənasında işlənən qara sözü ilə (94, s.71) qaya (dağ mənasında) sözündən əmələ 
gəlmişdir. Quruluşca mürəkkəb oronimdir. 
Qaraqaya - İrəvan quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda 
kənd. Rayon mərkəzindən 27 km şimal-qərbdə, Tərsa çayının sahilində yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.117) qeyd edilmişdir. 1937-ci ilə kimi Dilican rayonunun inzibati-ərazi bölgüsünə 
daxil idi (415, s.32). 
Kənddə 1897-ci ildə 215 nəfər, 1904 - cü ildə 248 nəfər, 1914 - cü ildə 265 nəfər, 1916-cı ildə 
516 nəfər, 1919 - cu ildə 425 nəfər azərbaycanlı yaşamışdır (415, s.32-33, 116-117). 
1919 - cu ilin əvəllərində kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1920-
ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri öz 
yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 170 nəfər, 1926-cı ildə 169 nəfər, 1931-ci ildə 205 
nəfər, (415, s.33, 117) 1970-ci ildə 423 nəfər, 1979 - cu ildə 338 nəfər, 1987-ci ildə 350 nəfər (85, 
s.87) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın axırında azərbaycanlılar Ermənistan dövləti 
tərəfindən doğma yurdlarından qovulmuşlar. İndi burada ermənilər yaşayır. 
Toponim qədim türk dilində «uca, hündür, yüksək,  şiş» mənasında işlənən qara sözünə (94, 
s.71) qaya oroterminin qoşulması  əsasında  əmələ  gəlmişdir və «hündür, uca, yüksək qayalıqda 
yerləşən kənd» deməkdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Dzorvank 
(Dərəqala) qoyulmuşdur. 
Qaraqayalı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonu ərazisində 
kənd. Kəndin adı erməni mənbəyində Təzəkənd formasında da göstərilir (415, s.88). 
Kənddə 1897-ci ildə 55 nəfər azərbaycanlı yaşamışdır (415, s.88-89). XX əsrin  əvvəllərində, 
1905-1906-cı illərdə azərbaycanlılar qovulmuş, kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim Qaraqaya oroniminə -lı  şəkilçisinin qoşulması yolu ilə  əmələ  gəlmişdir. 
Orotoponimdir. Quruluşa düzəltmə toponimdir. 


 
89
Qaraqala - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda 
kənd. Rayon mərkəzindən şimal-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.80) qeyd 
edilmişdir. 
Kənddə 1873 - cü ildə 403 nəfər, 1886-cı ildə 510 nəfər, 1897-ci ildə 599 nəfər, 1904 - cü ildə 
759 nəfər, 1914 - cü il d 860 nəfər, 1916-cı ildə 899 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.44-
45, 124-125). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş 
və kəndə Türkiyə və İrandan köçürülən ermənilər yerləşdirilmişdir. 
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar öz 
kəndlərinə dönə bilmişdir. 
Burada ermənilərlə yanaşı 1922-ci ildə 20 nəfər, 1926-cı ildə 45 nəfər, 1931-ci ildə 60 nəfər 
azərbaycanlı yaşamışdır (415, 44-45, 124-125). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-49 - cu 
illərdə azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır. 
Toponim rəng bildirən qara sözü ilə qala sözünün birləşməsindən əmələ gəlib «qara daşdan 
tikilmiş qalanın yanında olan kənd» mənasını ifadə edir. 
Kəndin adı  ərazidəki qara daşlardan tikilmiş qala adından götürülmüşdür. Relyef əsasında 
yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm. SSR AS RH-nin 21.VI.1948-ci il fərmanı ilə  dəyişdirilib Sevaberd (Qaraqala) 
qoyulmuşdur. 
Qaraqala - Tiflis quberniyasının Loru - Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. 
Yuxarı Qaraqala və  Aşağı Qaraqala kəndləri 1930 - cu illərdə birləşdirilib Qaraqala kəndi 
yaradılmışdır. 1950-ci ilin sonlarında rayondakı İlməzli heyvandarlıq sovxozu ilə birləşdirilmişdir. 
Orta əsrlərə aid azərbaycanlıların tarixi ilə bağlı abidələr, qalalar, qəbiristanlıqlar var. Kəndin 
sakinləri yalnız azərbaycanlılar olmuşdur. 1886-ci 183 nəfər, 1897-ci ildə 273 nəfər, 1916-cı ildə 244 
nəfər azərbaycanlı yaşamışdır (415, s.78-79, 148-149). 1918-ci ildə sakinləri deportasiya edilir. İndiki 
Ermənistanda sovet hökuməti qurulandan sonra deportasiya olunmuş azərbaycanlılar öz kəndlərinə 
dönə bilmişdir. 1922-ci ildə 298 nəfər, 1926-cı ildə 281 nəfər, 1931-ci ildə 196 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.79, 149). Kəndin sakinləri 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti 
tərəfindən deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. Relyef əsasında yaranan mürəkkəb 
quruluşlu toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Noramut 
qoyulmuşdur. 
Qaraqala - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda 
kənd. Misxana (Marmarik) çayının sahilində, Tayçarıx kəndinin yaxınlığında yerləşirdi. «İrəvan 
əyalətinin icmal dəftəri»ndə (143, s.81) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 76 nəfər, 1873 - cü ildə 
140 nəfər, 1886-cı ildə 227 nəfər, 1897-ci ildə 261 nəfər, 1908-ci ildə 290 nəfər, 1914 - cü ildə 413 
nəfər, 1916-cı ildə 247 nəfər azərbaycanlı yaşamışdır (415,s.16-17, 102-103). 
1918-ci ildə azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. İndiki Ermənistanda 
sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar doğma kəndlərinə qayıda bilmişdir. 
Kənddə 1922-ci ildə 83 nəfər, 1926-cı ildə 132 nəfər, 1931-ci ildə 193 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.16-17, 102-103). 
1948-49 - cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarına  əsasən azərbaycanlılar zorla 
Azərbaycana köçürülmüş, tarixi-etnik torpaqlarından deportasiya olunaraq kənd ləğv edilmişdir. İndi 
xaraba kənddir. 
Toponim rəng bildirən qara sözü ilə qala sözünün birləşməsindən əmələ gəlmişdir. 
Kənd  ərazidəki qara daşlardan tikilmiş qalanın yanında salındığı üçün Qaraqala 
adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Qaraqala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Şəmşəddin rayonu ərazisində 
qışlaq. Qışlağın başqa adı Qırğı olmuşdur (415, s.72). 1930 - cu ildə ləğv edilmişdir. Relyef əsasında 
yaradılan mürəkkəb quruluşlu toponimdir. 
Qaraqala - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) 
rayonu ərazisində kənd olmuşdur. 30 - cu illərdə ləvğ edilmişdir. 
Toponim Azərbaycan dilində rəng mənasında işlənən qara sözü ilə ərəb dilindən dilimizə keçən 
qala sözünün birləşməsindən  əmələ  gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu 
toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə