İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   48   49   50   51   52   53   54   55   ...   168

 
104
xüsusi qərarı ilə 1948-53 - cü illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilərək 
Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır. 
Toponim qədim kimmer tayfasının (377, s.469; 71, s.81-83) adı əsasında əmələ gələn qəmərli 
etnonimindən (143, s.49) əmələ  gəlib «kimmerlərin//qəmərli tayfasının yaşadığı yer» mənası verir. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 4.IX.1945-ci il fərmanı ilə dəyişdirilərək kəndin adı Artaşat, rayonun adı 
Artaşat rayonu qoyulmuşdur. 
Qəmərli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda 
kənd. Rayon mərkəzindən 8 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.111) qeyd edilmişdir. Kəndin digər adı Gözlü Qəmərli olmuşdur (415, s.82). 
Kənddə 1831-ci ildə 127 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 347 nəfər, 1897-ci ildə 
408 nəfər, 1904 - cü ildə 411 nəfər, 1914 - cü ildə 436 nəfər, 1916-cı ildə 425 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.82-83, 152-153). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq sakinləri 
azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilmiş  və Türkiyədən köçürülən ermənilər 
burada yerləşdirilmişdir (415, s.153). İndi ermənilər yaşayır. 
Toponim qəmər (antik mənbələrdə kimmer) türk tayfa adına (377, s.469; 71, s.81-83; 287, 
s.317-321) mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlib «qəmər (kimmer) tayfasının 
yaşadığı kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdirilib Metsamor qoyulmuşdur. 
Qənşər dağı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) 
rayonunda dağ. Rayondakı Qursalı  kəndində yerləşir. Oronim Azərbaycan dilinin qərb qrupu 
dialektlərində «qarşı, ön» mənasında işlənən qənşər sözü ilə (8, 128; Azərbaycan dilinin qərb qrupu 
dialekt və  şivələri, B., 1967, s.205) dağ sözünün birləşməsindən  əmələ  gəlmişdir. Relyef əsasında 
yaranan mürəkkəb quruluşlu oronimdir. 
Qəriblər - İrəvan  şəhərində  məhəllə. Nəsil adı  əsasında  əmələ  gəlmişdir. Patronomik 
urbonimdir. 
Qıvraq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda 
kənd. Rayon mərkəzindən 21 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşir. 1590-cı il 
tarixli «İrəvan  əyalətinin müfəssəl dəftəri»ndə (143, s.183), Qafqazın 5 verstlik xəritəsində (348, 
s.131) qeyd edilmişdir. 
Kənddə 1886-cı ildə 69 nəfər, 1897-ci ildə 80 nəfər, 1908-ci ildə 148 nəfər, 1914 - cü ildə 220 
nəfər azərbaycanlı yaşamışdır (415, s.7680, 146-147). 1918-ci ildə azərbaycanlılar ermənilər 
qırğınlarla deportasiya etmişdir. Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndi tərk etməyə 
məcbur olan qıvraqlılar öz doğma yerlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 77 nəfər, 1926-cı ildə 
122 nəfər, 1931-ci ildə 111 nəfər azərbaycanlı yaşamışdır (415, s.80, 147). 30 - cu illərin sonunda ləğv 
edilmişdir. İndi xaraba kənddir. 
Kəndin ilk adı  Kırqax olmuşdur (415, s.76). Fikrimizcə «Qıvraq», «Qırxaq» oykoniminin 
dəyişdirilmiş formasıdır. Kəndin ilkin adına istinad edib deyə bilərik ki, toponim türk dilində «çöl», 
«dağ, dağ başı» mənasında işlənən kır sözü ilə (339, s.327) teleut, Altay, qırğız, qaraqırğız dillərində 
«bərk», «möhkəm» mənasında işlənən «qax» sözünün (235, s.89) birləşməsindən  əmələ  gəlmişdir. 
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Qızqala - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda 
kənd. Rayon mərkəzindən 26 km şimal-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Qızqala 
kimi (143,s.81), Qafqazın 5 verstlik xəritəsində  Qızqalası kurqan formasında (348, s.153) qeyd 
edilmişdir. 
Kənddə 1873 - cü ildə 149 nəfər, 1886-cı ildə 210 nəfər, 1897-ci ildə 237 nəfər, 1904 - cü ildə 
297 nəfər, 1914 - cü ildə 345 nəfər, 1916-cı ildə 380 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.44-
45, 124-125). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya 
olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir (415, s.44). İndiki Ermənistanda 
sovet hökuməti qurulandan sonra kənddə 1922-ci ildə 4 nəfər azərbaycanlı yaşamışdır (415, s.125). 
1923-25-cı illərdə onlar da kənddən qovulur. Kənd 1960-cı illərdə ləğv edilmişdir. 
Toponim oğuz etnoniminin fonetik forması olan qız (ğuz>ğız) tayfa adı ilə (122, s.27; 238, 
s.48) qala sözünün birləşməsindən  əmələ  gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı 
erməni dilinə kalka edilərək Astğaberd (Qızqalası) qoyulmuşdur. 


 
105
Qızqala - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. 
Rayon mərkəzindən 8 km cənubda, Saratovka kəndindən 1,5-2 km məsafədə yerləşir. Erməni 
mənbələrində Qızqala kimi qeyd edilir (415, s. 148). 
Toponim ərəb dilində oğuz etnonimini əks etdirən qız (ğuz>qız), etnonimi ilə (238, s.48) qala 
sözünün birləşməsindən əmələ gəlib, «oğuz qalası yanında olan kənd» mənasını verir. Etnotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə  kəndin adı  dəyişdirilib Getavan 
(Çayqəsəbəsi) qoyulmuşdur. 
Qızqala - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Əştərək rayonunda qala. Rayondakı 
Byurakan kəndindən 5-7 km şimal-qərbdə yerləşir. Qala VII əsrdə tikilmişdir. Qala VII-XI əsrlərdə 
farsların, XI əsrdə səlcuqların tabeliyində olmuşdur. 
1236-cı ildə monqollar tərəfindən dağıdılmışdır. XIV əsrin sonlarına kimi Teymurləngin 
tabeliyində olmuşdur. Qalanın adı dəyişdirilib Amberd (Yanaşı qala) qoyulmuşdur. 
Qızılbulaq çayı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda çay. Çaxırlı  kəndi  ərazisindən axır. Hidronim qırmızı  mənasında işlənən qızıl və bulaq 
hidroterminin birləşməsi əsasında əmələ gəlmişdir. 
Qızılqaya - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək 
(Krasnoselo) rayonundakı Gölkəndin yaxınlığında qışlaq. 1930 - cu ildə Dilican rayonunun 
tabeliyiində olmuşdur. 1926-cı ildə burada 12 nəfər azərbaycanlı yaşamışdır (415, s.32-33). 30 - cu 
illərdə ləğv edilmişdir. 
Toponim qırmızı  mənasında işlənən qızıl sözü ilə qaya sözünün birləşməsindən  əmələ 
gəlmişdir. Qışlağın yerləşdiyi  ərazinin -dağlıq yerin torpağının qırmızı  rəngi olduğu üçün bura 
Qızılqaya adlandırılmışdır. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Qızılqaya - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunun 
Ağudi kəndində dağ. Oronim qırmızı  mənasında işlənən qızıl sözü ilə qaya sözünün birləşməsi 
əsasında əmələ gəlmişdir. Torpağın suxurlarına görə dağ Qızıl qaya adlandırılmışdır. 
Qızılqaya - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Amasiya rayonunun 
Çaxmaq kəndində dağ. Hündürlüyü 6-7 metrdir. Oronimi qırmızı mənasında işlənən qızıl sözü ilə dağ 
mənasında işlənən qaya sozündən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir. 
Qızıl qaya - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda 
dağ.  
Qızılqaya - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda 
dağ. Rayondakı Qursalı kəndində yerləşir («Vətən səsi» qəzeti, 24. lV. 1991). 
Oronim Azərbaycan dilində  qırmızı  mənasında işlənən qızıl sözü ilə dağ  mənasında işlənən 
qaya sözünün birləşməsindən əmələ gəlmişdir. 
Qızılqışlaq - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd 
(Yeğeqnadzor) rayonu ərazisində kənd. Rayondakı Qovuşuq kəndinin yaxınlığında yerləşirdi. 
Kənddə 1831-ci ildə 85 nəfər, 1897-ci ildə 44 nəfər azərbaycanlı yaşamışdır (415, s.92-93, 
163). XX əsrin  əvvəllərində (1905-1906) azərbaycanlılar qovulmuş  və  kənd xarabalığa çevrilmişdir. 
İndi xaraba kənddir. 
Toponim Azərbaycan dilində  qırmızı  mənasında (torpağın suxurlarının rənginə görə) işlənən 
qızıl sözü ilə «qışda mal-qara saxlanan yer» mənasında işlənən qışlaq sözünün birləşməsindən əmələ 
gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Qızılkilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. 
1930 - cu ildə Stepanavan (Cəlaloğlu) rayonunun tabeliyində olmuşdur. Rayon mərkəzindən 14 km 
şimal-şərqdə, Dəmirçilər kəndinin yaxınlığında yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, 
s.132), Qafqazın 5 verstlik xəritəsində (348, s.132) qeyd edilmişdir. 
Kəndin bir adı da Dağ Qarakilsə olmuşdur (415, s.78). 
Kənddə 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 202 nəfər,1908-ci ildə 215 nəfər, 1916-cı ildə 490 
nəfər azərbaycanlı yaşamışdır (415, s.78-79, 148-149). 1918-ci ildə  kəndin sakinləri soyqırımına 
məruz qalaraq deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet hakimiyyəti quruladan sonra sağ 
qalan kənd sakinləri öz kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 373 nəfər, 1926-cı ildə 408 nəfər, 
1931-ci ildə 437 nəfər (415, s.79,149), 1987-ci ildə 1500 nəfər (85, s.322) azərbaycanlı yaşamışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə