İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   49   50   51   52   53   54   55   56   ...   168

 
106
1988-ci ildə azərbaycanlılar tamamilə Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından 
deportasiya olunmuşdur.İndi burada ermənilər yaşayır. 
Toponim qırmızı  mənasında işlənən qızıl sözü ilə kilsə sözünün birləşməsindən  əmələ 
gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Qızıldaş, Ermənistan 
prezidentinin 19.IV.1991-ci fərmanı ilə yenidən dəyişdirilib Aruni qoyulmuşdur.  
Qızılvəng - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Rayon mərkəzindən 15 km cənub-şərqdə, Alagöz çayının yanında yerləşir. «İrəvan 
əyalətinin icmal dəftəri»ndə (143, s.116), Qafqazın 5 verstlik xəritəsində (348, s.131) qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 429 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 563 nəfər, 1908-ci ildə 
733 nəfər, 1914 - cü ildə 812 nəfər, 1916-cı ildə 807 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-
113). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdıır. Kənddə  İran və 
Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan 
sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə ermənilərlə yanaşı 
168 nəfər, 1926-cı ildə 241 nəfər, 1931-ci ildə 282 nəfər azərbaycanlı yaşamışdır (415, s.27, 113). 
Toponim qırmızı  mənasında işlənən qızıl və kilsə sözünün sinonimi olan vəng sözlərinin 
birləşməsindən əmələ gəlmişdir. Kənddə albanlara məxsus qırmızı rəngdə kilsə olduğu üçün Qızılvəng 
(Qızılkilsə) adlandırılmışdır. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 24.VII.1940-cı il fərmanı ilə adı  dəyişdirilib Çiçəkli, 25.l.1978-ci il 
fərmanı ilə yenidən dəyişdirilərək Makenis qoyulmuşdur. 
Qızılqoç - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd. Indiki Ermənistanda inzibati-
ərazi bölgüsü rayon və şəhər tipli qəsəbə. Gümrü-Axalkələk yolunun kənarında yerləşir. Erm. SSR AS 
RH-nin 4.l.1938-ci il fərmanı ilə adı dəyişdirilib Verin Qukasyan, 12.X.1956-cı il fərmanı ilə yenidən 
dəyişdirilərək Qukasyan qoyulmuşdur. 1990-cı ildə Aşosk adlandırılmışdır. 
Toponim qırmızı mənasında işlənən qızıl sözü ilə (qırmızı rəngdə olan suxur nəzərdə tutulur), 
«düşərgə, qərargah», mənasında işlənən koş (>qoç-İ.B.) sözünün (359, III, (1), s.636) birləşməsindən 
əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. 
Qızılqoç - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) 
rayonunda çay. Adı dəyişdirilib Qukasyançay qoyulmuşdur. 
Qızıldəmir - İrəvan quburniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon 
mərkəzindən 3 km cənub-şərqdə yerləşir. Erməni mənbələrində Qızıltamur kimi qeyd edilir (415, s.22, 
106). Azərbaycan dilli mənbələrdə səhv olaraq Qızıl Teymur kimi göstərilir (85, s.104). 1590-cı ildə 
tərtib edilmiş  «İrəvan  əyalətinin müfəssəl dəftəri»ndə (143, s.162) və 1728-ci il tarixli «İrəvan 
əyalətinin icmal dəftəri»ndə (143, s.88) Qızıldəmir kəndi formasında qeyd edilmişdir. Burada 1828-ci 
ilə kimi yalnız azərbaycanlılar yaşamışdır (386, s.583-584). 1828-30 - cu illərdə  kəndə  İrandan 
ermənilər köçürülüb yerləşdirilmişdir(386, s.583-586). 
Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 120 nəfər azərbaycanlı yaşamışdır (415, s.106). 1870-ci 
illərin əvvəllərində azərbaycanlılar deportasiya olunmuşdur. 1897-ci ildə burada 3 nəfər azərbaycanlı 
qalmışdır (415, s.22-23). Onlar XX əsrin əvvəllərində deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. 
Toponim qırmızı  mənasında işlənən qızıl (torpağın süxurunun rəngini ifadə edir) sözü ilə 
qədim türk dilində «arx» mənasında işlənən təmir (> dəmir-İ.B.) sözünün (299, s.330) birləşməsindən 
əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib (erməni dilinə kalka 
edilib) Voskevaz (Qızıldəmir) qoyulmuşdur. 
Qızılkilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) 
rayonunda kənd. Kəndin adı erməni mənbələrində  Qızılkilsə, Qızılkilsə qarapapaq (415, s.20, 104), 
«İrəvanın  əyalətinin icmal dəftəri»ndə (143, s.132), Qafqazın 5 verstlik xəritəsində (348, s.132) 
Qızıkilsə formasında qeyd edilmişdir. Kənddə qarapapaq tayfası yaşadığı üçün yaşayış məntəqəsi həm 
də Qarapapaq Qızılkilsəsi (Qızılkilsə qarapapaq), Türk Qızılkilsəsi (Qızılkilsə türk) adlandırılmışdır 
(415, s.20). 1930 - cu illərdə  Ağbaba rayonunun inzibati ərazi bölgüsünə daxil idi (415, s. 1820). 
Rayon mərkəzindən 8 km məsafədə yerləşir. 
Kənddə 1886-cı ildə 210 nəfər, 1897-ci ildə 279 nəfər, 1908-ci ildə 293 nəfər, 1914 - cü ildə 
339 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.20-21, 104-105). 1918-ci ilin mart ayında kəndin 
sakinləri erməni təcavüzünə  məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur.  İndiki Ermənistanda 


 
107
sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar tarixi torpaqlarına 
dönə bilmişdir. Burada 1922-ci ildə 39 nəfər, 1926-cı ildə 148 nəfər, 1931-ci ildə 168 azərbaycanlı 
yaşamışdır (415, s.21, 105). Erməni mənbələrində kənddə qarapapaqların (azərbaycanlılarn etnoqrafik 
qrupu - İ.B.) yaşadığı göstərilir (415, s.20,104). Göründüyü kimi, erməni mənbələrində qarapapaqlar 
xüsusi bir xalq kimi göstərilir. İndi ermənilər yaşayır. 
Toponim «qırmızı» mənasında işlənən qızıl və dini məbəd mənasını bildirən kilsə sözünün 
birləşməsindən əmələ gəImişdir. Təsviri toponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Karmiravan (Qırmızı qəsəbə) 
qoyulmuşdur. 
Qızılkilsə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında kilsə. Ermənilər dəyişdirib 
Makanyaz vəng qoyublar. 
Qızılörən - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda 
kənd. Rayon mərkəzindən 7 km şimal-qərbdə, Çubuxlu dağ silsiləsinin cənub-qərb ətəyində yerləşir. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.133) qeyd edilmişdir. 1937-ci ilə kimi Quqark rayonunun 
tərkibində olmuşdur. 
Kənddə 1831-ci ildə 41 nəfər, 1873 - cü ildə 168 nəfər, 1886-cı ildə 212 nəfər, 1897-ci ildə 220 
nəfər, 1908-ci ildə 250 nəfər, 1914 - cü ildə 273 nəfər, 1916-cı ildə 276 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.52-53, 132-133). Kənd 1918-ci ildə erməni təcavüzünə  məruz qalmış, sakinləri 
qırğınlarla deportasiya olunmuş, 1917-1918-ci illərdə xaricdən köçürülən ermənilər burada 
yerləşdirilmişdir.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş 
azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 92 nəfər 
azərbaycanlı, 54 erməni, 1926-cı ildə 107 nəfər azərbaycanlı, 105 erməni, 1931-ci ildə 140 nəfər 
azərbaycanlı, 226 erməni yaşamışdır (415, s.53, 133). 
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948-49 - cu illərdə 
tarixi-etnik torpaqlarından zorla Azərbaycana köçürülmüşdür. Sonralar azərbaycanlıların bir hissəsi 
doğma kəndlərinə qayıtmışdır. 1987-ci ildə burada 268 nəfər azərbaycanlı yaşamışdır (35, s.165). 
Onlar 1988-ci ilin noyabrında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya 
olunmuşdur. 
Toponim Azərbaycan dilində  qırmızı (torpağın süxurunun rənginə görə) mənasında işlənən 
qızıl sözü ilə türk dilində «xarabalıq, uçulmuş divar» mənasında işlənən örən sözünün (359, l(2), 
s.1299; 407, s.105) birləşməsindən  əmələ  gəlmişdir. «Türklər, sahib olduqları ölkələrin adlarını 
dəyişdirmədikləri kimi, qədim zamanlardan qalma kənd və  şəhər xarabalıqlarının yaxınlığında 
yerləşdikləri zaman da bu xarabalara örən və ya viran adını vermişlər. Bu adın  əvvəlinə ya mənsub 
olduqları tayfa, oymaq, obanın adını, ya da torpağın rənginə görə  ağ, qara, qızıl kimi sifətlər  əlavə 
edərək yeni adlar yaratmışlar» (407, s.105). Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Şenavan qoyulmuşdur. 
Qızılxaraba - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində 
kənd olmuşdur. Kəndin adı erməni mənbələrində  Qızılabad, Tulunəbi kimi də göstərilir (415, s.22). 
«İrəvan əyalətinin icmal dəftəri»ndə Qızılviran (143, s.97), Qafqazın 5 verstlik xəritəsində Qızılxaraba 
kimi (348, s.133) qeyd edilmişdir. 
Kənddə 1897-ci ildə 102 nəfər, 1908-ci ildə 56 nəfər, 1914 - cü ildə 60 nəfər, 1916-cı ildə 38 
nəfər azərbaycanlı yaşamışdır (415, s.22-23, 106-107). 1918-ci ildə azərbaycanlılar ermənilərin 
soyqırımına məruz qalaraq deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. 
Toponim torpağın rənginə bildirən qırmızı  mənasında işlənən qızıl sözü ilə «dağıdılmış» 
mənasında işlənən xaraba sözündən  əmələ  gəlmişdir. Türklər xarabalıqlar yanında yeni yaşayış 
məntəqələri salarkən xaraba, viran, örən (hər üçü sinonim sözdür) sözlərinin  əvvəlinə ya mənsub 
olduqları tayfanı, oymaq və ya obanın, ya da torpağın rənginə görə müvafiq şəkildə  ağ, qara, qızıl 
(qırmızı mənasında) sifətlərini əlavə edirlər (407, s.105). Qızılxaraba kənd adı da həmin konstruksiya 
əsasında yaranmışdır. «Qırmızı torpaqda tikilmiş binaların qalıqları olan xarabalıq yanındakı  kənd» 
mənasını verir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir. 
Qızılxaraba - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) 
rayonunda kənd. Əyricə kəndinin yanında, Arxaşan və Əbdülasar dağları arasında yerləşir. Qafqazın 5 
verstlik xəritəsində (348, s. 133) qeyd edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə