İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   57   58   59   60   61   62   63   64   ...   168

 
122
D 
  
Dabbaqlar - İrəvan  şəhərində  məhəllə. Dabbaqçılıqla məşğul olan nəsil adı  əsasında  əmələ 
gələn patronomik toponimdir. Quruluşca sadə toponimdir. 
Sabirabad rayonundakı Balvan - Dabbaqlar toponimi də (indi Balvarı adlanır) dabbaqlar nəsil 
adı əsasında yaranmışdır (166, s.85). 
Daylaxlı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) 
rayonu  ərazisində  kənd. Rayon mərkəzindən 7 km şərqdə yerləşirdi. «İrəvan  əyalətinin icmal 
dəftəri»ndə Daylaqan (143, s.59), Qafqazın 5 verstlik xəritəsinə Daylaxlı kimi (348, s.73) qeyd 
edilmişdir. 
Kənddə 1873 - cü ildə 87 nəfər, 1886-cı ildə 184 nəfər, 1897-ci ildə 60 nəfər, 1904 - cü ildə 
218 nəfər, 1914 - cü ildə 240 nəfər, 1916-cı ildə 209 nəfər azərbaycanlı yaşamışdır (415, s.88-89, 158-
159). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq sakinləri deportasiya olunmuş  və  kəndə 
ermənilər yerləşdirilmişdir. Yalnız 1926-cı ildə burada 6 nəfər azərbaycanlı olmuş (415, s.88-89), 
onlar da 1928-29 - cu illərdə sıxışdırılıb kənddən çıxarılmışdır. 
Toponim daylaxlı tayfa adı  əsasında  əmələ  gəlmişdir. Fikrimizcə, daylaxlı etnoniminin 
əsasında qədim dey etnonimi (124, s.128) dayanır. Dey>day tayfasım skiflərin bir qolu da hesab 
edirlər (87, s.161). Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Damagirməz - İrəvan quberniyasının İrəvan qəzasında indiki Ellər (Kotayk, Abovyan) rayonu 
ərazisində kənd olmuşdur. Rayon mərkəzindən 12-14 km cənub-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.74) qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 254 nəfər, 1886-cı ildə 353 nəfər, 1897-ci ildə 380 nəfər, 1904 - cü ildə 
387 nəfər, 1914 - cü ildə 474 nəfər, 1916-cı ildə 549 nəfər azərbaycanlı yaşamışdır (415, s.46-47, 126-
127). 1918-ci ilin fevral ayında kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalaraq öz yurdlarından 
qovulmuş (309, s.216) və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. 
Damqaya - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) 
rayonunda  əkin sahəsi. Rayondakı Toxluca kəndinin  ərazisində yerləşir. Qədimdə bura yaşayış yeri 
olmuşdur. 
Toponim Azərbaycan dilində «ev, dəyə, qazma» mənasında işlənən dam sözü ilə (339, s.170) 
«daş» mənasında işlənən qaya sözünün birləşməsindən əmələ gəlmişdir. «Daşdan tikilən dəyə, qazma» 
mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Damdıra qaya - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda dağ. 
Azərbaycan dialektində «dəf, nağara» mənasında işlənən damdıra sözü ilə (8, s.170) qaya sözünün 
birləşməsindən əmələ gəlmişdir. Həmin qayanı daşla çalanda nağara kimi səs çıxardığı üçün ərazidəki 
dağ Damdıra qaya adlanmışdır. Oronimdir. Quruluşca mürəkkəb oronimdir. 
Damcılı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon 
mərkəzindən 19 km məsafədə, Abaran çayının sağ sahilində, Alagöz dağının ətəyində yerləşir. «İrəvan 
əyalətinin icmal dəftəri»ndə (143, s.110) qeyd edilmişdir. XIX əsr rus mənbələrində  kəndin adı 
Tamceli//Damcalu formasında qeyd edilir (Сборник сведений о Кавказе,т. V,Тифлис,1879, № 329). 
Ermənilər bu kəndə İrandan 1828-ci ildən sonra köçürülmüşdür (386, s.587-590). 
Toponim «az sulu bulaq», «quyu tipli kiçik bir mənbənin müəyyən vaxtda verdiyi su» 
mənasında işlənən damcı sözünə (339, s.171, 543) -lı şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir. 
Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı da dəyişdirilib Mravyan qoyulmuşdur. 
Dana dağı - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Barana (Noemberyan) 
rayonunda dağ. Oronim türk mənşəli tana (dana -İ.B.) etnonimi (286, s.65) əsasında əmələ gəlmişdir. 
Etnooronimdir. 
Dana damı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) 
rayonunda dağ. Rayonun Toxluca kəndinin şərqində yerləşir. Oronim heyvan adı bildirən dana sözü ilə 
«tövlə», «mal-qoyun salınan yer» mənasında işlənən dam sözünün birləşməsindən  əmələ  gəlmişdir. 
Zooronimdir. Quruluşca mürəkkəb oronimdir. 
Dana damı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) 
rayonunda yaylaq. Rayondakı Saral kəndində yerləşir. Toponim «bir yaşdan iki yaşa qədər olan inək 
balası» mənasında işlənən dana sözü ilə (10, s.31) III şəxsin təkinin  şəkilçisinin qəbul edən, 


 
123
Azərbaycan dilində «heyvanları saxlamaq üçün qapalı yer, bina, tövlə» mənasında işlənən dam 
sözünün (10, s.26; 339, s. 170-171; 278, s.58) birləşməsindən  əmələ  gəlmişdir. Zootoponimdir. 
Quruluşca mürəkkəb oronimdir. 
Danagirməz - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Abaran rayonunda kənd. Rayon 
mərkəzindən 7 km şimal-şərqdə, Alagöz dağının  ətəyində yerləşir. Kəndin digər adı Damagirməz, 
Danadamagirməz olmuşdur (415, s.4). Qafqazın 5 verstlik xəritəsində (348, s.74) qeyd edilmişdir. 
Kəndə ermənilər Türkiyədən köçürülmüşdür (381, s.587-590). Kənddə ermənilərlə yanaşı 1905-ci ildə 
387 nəfər, 1914 - cü ildə 474 nəfər azərbaycanlı yaşamışdır (415, s.96-97). Kənddə yaşayan 
azərbaycanlılar 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndi 
ermənilər yaşayır. 
Toponim dana heyvan adı ilə felin qeyriqəti gələcək zamanında işlənən girməz sözünün 
birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Mürəkkəb quruluşlu toponimdir. 
Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı  dəyişdiriləcək Ovit, 21.X.1967-cı il 
fərmanı ilə yenidən adı dəyişdirilib Niqavan qoyulmuşdur. 
Dardərə - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda dərə. 
Rayondakı  Aşağı Kilsə ilə Hallavar kəndi arasında yerləşir. Oronim Azərbaycan dilində «ensiz» 
mənasında işlənən dar sözü (10, s.33) əsasında  əmələ  gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb 
quruluşlu oronimdir. 
Darayzəmi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri 
rayonunda oronim. Rayondakı Nüvədi kəndinin ərazisində yerləşir. 
Oronim qədim türk dilində «taxıl, dan, əkinçilik» mənasında işlənən tarağ (tarığ) sözü ilə (299, 
s.536-537) fars dilində  «əkin yeri, tarla» mənasında işlənən zəmi sözünün birləşməsindən  əmələ 
gəlmişdir və «taxıl tarlası, taxiləkilən yer» mənasını ifadə edir. Fitooronimdir. Quruluşca mürəkkəb 
oronimdir. 
Darbaz - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. Rayon 
mərkəzindən 6 km məsafədə, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində 
(348, s.75) qeyd edilmişdir. 
Toponim Azərbaycan dilində «ensiz» mənasında işlənən dar sözü ilə türk dilində «dağ 
çökəkliyi» mənasında işlənən baz sözünün (359, IV(2), s.1541) birləşməsindən  əmələ  gəlmişdir. 
Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Darlıq - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində 
yer, körpü. 
Daharlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda 
yaylaq. Qafqazın 5 verstlik xəritəsində (348, s.73) qeyd edilmişdir. Toponim qaraqoyunlu türk 
tayfasından olan duharlı etnonimi (238, s.158) əsasında  əmələ  gəlmişdir. Etnooronimdir. Quruluşca 
sadə oronimdir. 
Daharlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda 
kənd. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində 
olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.73) qeyd edilmişdir. Toponim qoraqoyunlu türk 
tayfasının bir qolu olan duharlı etnonimi (238, s.158) əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Getk qoyulmuşdur. 
Daşağan çay - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda çay. Rayonun Sarıyaqub kəndinin  ərazisindən axır. Hidronim daş (daşmaq) felinə - ağan 
feldən sifət düzəldən şəkilçisinin qoşulması əsasında yaranmışdır və çay daim daşdığı üçün Daşağan 
çay adlandırılıb. Mürəkkəb quruluşlu hidronimdir. 
Daşaltı - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, Vayk) 
rayonu ərazisində kənd. Rayon mərkəzindən 6-7 km cənubda, Arpaçayın sahilində yerləşirdi. 
Kənddə 1873 - cü ildə 32 nəfər, 1886-cı ildə 37 nəfər, 1897-ci ildə 73 nəfər, 1904 - cü ildə 28 
nəfər, 1914 - cü ildə 30 nəfər, 1916-cı ildə 24 nəfər azərbaycanlı yaşamışdır (415, s.88-89, 158-159). 
1918-ci ildə  kəndə ermənilər hücum edərək azərbaycanlıları  qırğınlarla qovmuşlar.  İndiki 
Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar doğma evlərinə dönə bilmişdir. Burada 
1922-ci ildə 15 nəfər olmuşdur (415, s.159). 1924-25-cı illərdə azərbaycanlılar yenidən təcavüzə 
məruz qalaraq deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. 1926-cı ildə kənd ləğv edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə