İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   58   59   60   61   62   63   64   65   ...   168

 
124
İndi xaraba kənddir. Toponim «dağ, qaya» mənasında işlənən daş sözü ilə mənsubiyyət şəkilçisi qəbul 
etmiş alt sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Daşaltı - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasınında, indiki Ermənistanın Paşalı 
(Əzizbəyov, Vayk) rayonunda kənd. Rayondakı Azadeğ  kəndindən 2 km cənubda yerləşirdi (427, 
s.41). İndi yalnız xarabalıqları qalır. 
Daşbaş - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 23 km şimal-qərbdə, Kığı çayının sol sahilində yerləşirdi. Kənddə 1897-ci 
ildə 53 nəfər, 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 65 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.56-57, 134-135). 1950-ci ildə  Kığı  kəndi ilə birləşdirilmişdir. 1988-ci ilin 
noyabrında sakinləri ermənilərin təcavüzünə məruz qalaraq Ermənistan dövləti tərəfindən deportasiya 
olunmuşdur. 
Toponim Azərbaycan dilində «dağ, qaya» mənasında işlənən daş sözü ilə «yuxarı», «zirvə», 
«yüksəklik» mənasında işlənən baş sözündən  əmələ  gəlmişdir. «Baş» sözü toponimlərin tərkibində 
«dağın zirvəsi» mənasında işlənir (337, s.238). Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Daşbulaq - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi (Tumanyan) 
rayonunda çay. Qaçağan kəndinin ərazisindən axır.  
Daşqala - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. 
Rayon mərkəzindən 7 km məsafədə yerləşir. 
Toponim Azərbaycan dilində «qaya, dağ» mənasında işlənən daş sözü ilə (278, s.59-60; 339, 
s.173) «möhkəm müdafiə tikilisi, istehkam» mənasında işlənən qala sözünün birləşməsindən  əmələ 
gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 3.ll.1947-ci il fərmanı ilə adı  dəyişdirilib Karaberd (Daşqala) 
qoyulmuşdur. 
Daşkeyti - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) 
rayonunda kənd. 
1831-ci ildə  kənddə 124 nəfər yalnız azərbaycanlılar yaşamışdır (415, s.110). 1850-60-cı 
illərdə azərbaycanlılar kənddən qovulmuş və yaşayış məntəqəsi kimi kənd ləğv edilmişdir. 
Toponim «dağ, qaya» mənasında işlənən daş sözü ilə türk dilində «axır, arxa hissə» mənasında 
işlənən ket sözü (299, s.303) əsasında  əmələ  gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Daşkənd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Rayon mərkəzindən 8 km cənub-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə 
(143, s.120), Qafqazın 5 verstlik xəritəsində (348, s.76) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 357 
nəfər, 1873 - cü ildə 560 nəfər, 1886-cı ildə 816 nəfər, 1897-ci ildə 1004 nəfər, 1908-ci ildə 816 nəfər, 
1914 - cü ildə 1389 nəfər, 1916-cı ildə 1054 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.26-27, 110-
111). 1919 - cu ilin yanvarın 20-23-də azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş (309, 
s.249), kəndə ermənilər yerləşdirilmişdir. 1919 -cu ilin yanvarında burada 80 nəfər erməni yaşamışdır. 
İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. 
Azərbaycanlılar kəndə yerləşdirilmiş 80 nəfər erməninin çıxarılmasına nail olmuşlar. 1922-ci ildə 
burada 882 nəfər, 1926-cı ildə 984 nəfər, 1931-ci ildə 1230 nəfər (415,s. 26-27, 110-111), 1987-ci ildə 
2100 nəfər (85, s.284-285) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında 
azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar.  İndi 
burada yalnız ermənilər yaşayır. 
Kənddə VI-VII əsrlərə aid oğuz qəbiristanlığı, IX-XII əsrlərə aid alban kilsəsinin xarabalığı 
vardır. Bu da onu göstərir ki, burada elə tarixən türklər yaşamışdır. 
Toponim qədim türk dilində «xarici, kənar» (299, s.539), «uzaq» (359, lll (2), s.1642) 
mənasında işlənən daş və kənd sözlərinin birləşməsindən əmələ gəlib «uzaqda, kənarda yerləşən kənd» 
deməkdir. Relyef əsasında yaranan quruluşca mürəkkəb toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdrilib Hayrk (ata) 
qoyulmuşdur. 
Daşkənd - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) 
rayonu ərazisində kənd. 
Kənddə 1831-ci ildə 62 nəfər azərbaycanlı yaşamışdır (415,s.158). 1840-cı illərdə 
azərbaycanlılar sıxışdırılaraq kənddən çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 


 
125
Toponim Azərbaycan dilində «qaya, dağ» mənasında işlənən daş sözü ilə, türk dilində «yaşayış 
məntəqəsi» mənasında işlənən kənd sözünün (299, s.290) birləşməsindən  əmələ  gəlmişdir. «Dağlıq, 
qayalıq yerdə olan yaşayış yeri, kənd» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Daşxırman - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd 
(Yeğeqnadzor) rayonu ərazisində kənd. 
Kənddə 1897-ci ildə 23 nəfər, 1904 - cü ildə 82 nəfər, 1914 - cü ildə 90 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s.92-93, 160-161). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq 
sakinləri deportasiya olunmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim qədim türk dilində «kənar, uzaq» mənasında (299, s.539) işlənən daş sözü ilə türk 
dilində «qala, şəhər» mənasında işlənən xırman (əsli kerman//kermen) sözündən (339, s.271) əmələ 
gəlmişdir. Relyef əsasında yaranan quruluşca mürəkkəb toppnimdir. 
Daşlı - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon 
mərkəzindən 3 km məsafədə, Vedi çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, 
s.100), Qafqazın 5 verstlik xəritəsində (348, s.239) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 84 nəfər, 1873 - cü ildə 147 nəfər, 1886-cı ildə 135 nəfər, 1897-ci ildə 184 
nəfər, 1904 - cü ildə 238 nəfər, 1914-cü ildə 261 nəfər, 1916-cı ildə 171 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.84-85, 154-155). 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılar qovulmuş  və 
xaricdən  İran və Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilməyə başlamışdır.  İndiki 
Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənddən qovulmuş sağ qalan azərbaycanlılar öz 
doğma ocaqlarına dönə bilmişlər. Kənddə ermənilərlə yanaşı 1922-ci ildə 93 nəfər, 1926-cı ildə 95 
nəfər, 1931-ci ildə 117 nəfər azərbaycanlı yaşamışdır (415, s.85, 153). 1947-1948-ci illərdə SSRİ 
Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilərək 
Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır. 
Toponim Azərbaycan dilində  işlənən daş sözünə çoxluq mənası ifadə edən -lı  şəkilçisinin 
qoşulması əsasında yaranıb. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca düzəltmə toponimdir. 
Erm.SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Daştakar («daşt» çöl, 
«kar» daş deməkdir) qoyulub. 
Daşnov - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Kənddə 
1931-ci ildə 72 nəfər azərbaycanlı yaşamışdır (415, s.155). 1937-1948-ci illərdə Qarabağlar rayonunun 
tərkibində olmuşdur. 40-cı illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim Azərbaycan dilində «bərk cisim, suxur» mənasında işlənən daş sözü ilə «su axıtmaq 
üçün dəmirdən, ağacdan, daşdan yarımdairə  şəklində düzəldilmiş su yolu, arx, kanal» mənasında 
işlənən nov sözünün (11, s.114; 278, s.422, 339, 395) birləşməsindən  əmələ  gəlmişdir. 
Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Daşnov - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində kənd olmuşdur. Kəndin digər adı Daşnav olmuşdur (415, s.56). Rayon mərkəzindən 18 km 
şimal-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.76). 
Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 30 nəfər, 1886-cı ildə 31 nəfər, 1897-ci ildə 30 
nəfər, 1904 - cü ildə 39 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57, 134-135). 1918-ci ildə 
azərbaycanlılar erməni təcavüzünə  məruz qalaraq deportasiya olunmuş  və  kənd xarabalığa 
çevrilmişdir. İndi ölü kənddir. 
Toponim Azərbaycan dilində  işlənən daş sözü ilə fars dilində «nov, kanal, arx» mənasında 
işlənən nov sözünün (339, s.395; 104, s.455) birləşməsindən  əmələ  gəlmişdir. Hidrotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Daşyataq - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonu 
ərazisində  qışlaq. 1926-cı ildə burada 7 nəfər azərbaycanlı yaşamışdır (415, s.89). 1930 - cu illərdə 
yaşayış məntəqəsi kimi ləğv edilmişdir. 
Toponim daş və Azərbaycan dilində «bir şeyin çox olduğu yer», «mədən» mənasında işlənən 
yataq (10, s.510) sözlərinin birləşməsindən  əmələ  gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Dəvəqılıcı - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda dağ. 
Rayondakı Cücəkənd kəndinin  ərazisində yerləşir. Oronim «dağ  aşırımı, hündür dağ keçidi» 
mənasında işlənən dəvə (dava//daba) sözü ilə (253, s.100-101; 339, s. 168-169) «dikdir, yoxuşun başı» 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə