İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   61   62   63   64   65   66   67   68   ...   168

 
130
Dərbənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) 
rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun 
tabeliyində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir (143,s.134). 
Toponim fars dilində «keçid, boğaz, sədd, sərhəd bölgələri, dağlar arasından çətinliklə keçilən 
yer» mənasında işlənən dər və bənd sözlərindən (397, s.162) əmələ gəlmişdir. Relyeflə bağlı yaranan 
mürəkkəb quruluşlu toponimdir. 
Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə  kəndin adı  dəyişdirilib Karmrakar 
qoyulmuşdur. 
Dərə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda 
kənd. Rayon mərkəzindən 22 km şimal-şərqdə yerləşir  
Həmin  ərazi vaxtilə  Səmədağaya mənsub olmuş  və burada salınan kənd «Səmədağa Dərəsi» 
adlandırılmışdır. Sovet hakimiyyəti dövründə kəndin adındakı birinci komponent «Səmədağa» ixtisar 
edilmiş və kənd Dərə kəndi kimi rəsmi sənədlərdə sabitləşmişdir. 
1918-20-cı illər hadisəsi ilə bağlı Yeni Bayazid qəzasına daxil olan Kəvər bölgəsindəki (indiki 
Kamo rayonu) Ağzıbir, Hacı Muxan, Ağqala, Əyrivəng kəndlərinin sakinləri azərbaycanlılar ermənilər 
tərəfindən qırğınlarla qovulmuşlar. Qaçqın azərbaycanlılar Göyçə gölünü keçərək Basarkeçər 
rayonundakı  Dərə  kəndinə  sığınmışlar. 1988-ci ildə Ermənistan dövləti tərəfindən azərbaycanlılar 
qovulmuşdur. İndi ermənilər yaşayır. 
Toponim Azərbaycan dilində «iki dağ arasında, eləcə  də düzənlikdə uzun dərin çuxur» 
mənasında işlənən dərə sözü (10, s.74) əsasında yaranmışdır. Kənd dərədə yerləşdiyi üçün Dərə kəndi 
adlandırılmışdır. Orotoponimdir. Quruluşca sadə toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  Kəndin adı  dəyişdirilib Daranak 
qoyulmuşdur. 
Dərəbağlar - İrəvan  şəhərində  məhəllə. Zəngi çayının hər iki tərəfində, dərədə yerləşirdi. 
1950-60-cı illərdə İrəvan şəhərinin genişləndirilməsi ilə bağlı ləğv edilmişdir. 
Dərəbas - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda 
kənd. Rayon mərkəzindən 29 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində  Dərəbaz 
formasında qeyd edilmişdir (348, s.74). Kəndin adı 844 - cü ildən çəkilir (85,s.185). 
Ermənilər buraya 1828-29-cu illərdə Türkiyədən köçürüllərək yerləşdirilmişdir. 
Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 164 nəfər, 1873 - cü ildə 515 nəfər, 1886-cı ildə 553 
nəfər, 1897-ci ildə 730 nəfər, 1908-ci ildə 440 nəfər azərbaycanlı yaşamışdır (415, s.76: 77, 146-147). 
1916-18-ci illərdə azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından qovularaq kəndə Türkiyədən 
köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır. 
Toponim Azərbaycan dilində «iki dağ arasında çuxur» mənası bildirən dərə sözünə (10, s.74) 
türk dillərində «dağın başı», «zirvə» mənasında işlənən bas sözünün (359,IV(2),s.152) birləşməsindən 
əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə adı  dəyişdirilib Darbas (Darvaza) 
qoyulmuşdur. 
Dərəyurd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) 
rayonunda qışlaq, yurd. Rayondakı Toxluca kəndinin ərazisində yerləşir. 
Toponim «iki dağ və ya təpə arasında çuxur», «çayın axdığı yer, çayyatağı» mənasında işlənən 
dərə sözü ilə (10, s.74; 339, s.171) «yaşayış yeri, məskən» mənasında işlənən yurd sözünün (10, s.568) 
birləşməsindən əmələ gəlib «dərədə yerləşən yaşayış yeri, yurd» mənasını ifadə edir. Orotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Dərəkənd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu 
ərazisində kənd olmuşdur. Bazarçay çayının sol sahilində, Ağudi kəndindən 2 km qərbdə yerləşirdi. 
Kənddə 1831-ci ildə 164 nəfər, 1873 - cü ildə 515 nəfər, 1886-cı ildə 553 nəfər, 1897-ci ildə 
200 nəfər, 1908-ci ildə 120 nəfər, 1914 - cü ildə 155 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-
147). 1918-ci ildə  kəndin sakinləri ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. 
İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar öz evlərinə 
dönə bilmişdir. Burada 1922-ci ildə 101 nəfər, 1926-cı ildə 91 nəfər, 1931-ci ildə 100 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1940-cı illərdə  kənd ləğv edilmişdir.  İndi xaraba 
kənddir. 


 
131
Toponim «iki dağ arasında dərin çuxur» mənasında işlənən dərə sözü ilə və kənd sözlərindən 
əmələ  gəlib, «dərədə yerləşən, salınan kənd» deməkdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu 
toponimdir. 
Dərəkənd - İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində, indi Quqark 
rayonunda kənd. Rayon mərkəzindən 31 km məsafədə, Çaxçaxlı çayının sahilində, Çubuxlu dağının 
ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir (143,s. 135). 
Toponim «iki dağ və ya təpə arasında, düzənlikdə dərin çuxur» mənasında işlənən dərə sözü ilə 
(278, s.62; 10, s.74) kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Kənd dərədə yerləşdiyi 
üçün «Dərəkənd» adlandırılmışdır. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Kəndin adı erməni dilinə kalka edilərək Dzoragyuğ (Dərəkənd) adlandırılmışdır. 
Dərəkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, Ağin (Ani) rayonunda kənd. 
Rayon mərkəzindən 20 km cənub-qərbdə, Gümrü-Sərdərabad (Oktemberyan) yolunun üstündə 
yerləşir. Ermənilər buraya 1828-29 - cu illərdə Türkiyənin Alaşkert, Bulanis və Muş vilayətlərindən 
köçürülmüşdür (427, s.535). İndi ermənilər yaşayır. 
Toponim Azərbaycan dilində «iki dağ arasında dərin çuxur» mənasında işlənən dərə sözü ilə 
kənd sözünün birləşməsindən  əmələ  gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu 
toponimdir. 
Erm.SSR AS RH-nin 3.II.1947-ci il fərmanı ilə adı dəyişdirilib Baqravan qoyulmuşdur. 
Dərəkənd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonun 
ərazisində kənd olmuşdur. Relyef bildirən dərə sözü ilə kənd sözünün birləşməsindən əmələ gəlmişdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Dərəkənd - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Dağ çayı Arpaçayın yanında, Kəlləqaya dağının ətəyində yerləşir. Kəndin digər adı 
Dərələr, Daraxkənd olmuşdur (415, s.88). Kənddə 1873 - cü ildə 59 nəfər, 1886-cı ildə 62 nəfər, 1897-
ci ildə 77 nəfər, 1904 - cü ildə 105 nəfər, 1914 - cü ildə 105 nəfər, 1916-cı ildə 112 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s.88-89, 158-159). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq 
deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan 
azərbaycanlılar öz evlərininə dönə bilmişdir. Burada 1922-ci ildə 44 nəfər, 1926-cı ildə 27 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415,s.89,159). 1928-29-cu illərdə azərbaycanlılar sıxışdırılaraq kənddən 
çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim Azərbaycan dilində «iki dağ  və ya təpə arasında, eləcə  də düzənlikdə  dərin çuxur» 
mənasında işlənən dərə sözü ilə (278, s.62; 10, s.74; 339, s.171) türk dilində «yaşayış yeri» mənasında 
işlənən kənd sözünün (339, s.270-271) birləşməsindən  əmələ  gəlmişdir. Orotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Dərələyəz - Naxçıvan xanlığında, indiki Ermənistanda mahal. İndiki Keşişkənd (Yeğeqnadzor) 
və Paşalı  (Əzizbəyov, Vayk) rayonlarını  əhatə edirdi. 1920-ci ilə  qədər Dərələyəz mahalı 
Azərbaycanın tərkibində olmuşdur. 1920-ci il noyabrın 29-da Zəngəzur, Göyçə mahalları ilə birlikdə 
Dərələyəz mahalı da Azərbaycandan alınıb yaradılan Ermənistana verildi. 
Dərələyəz mahalı indiki Ermənistanının Basarkeçər (Vardenis), Qaranlıq (Martuni), Vedi 
(Ararat), Sisyan, Azərbaycanın Sədərək,  Şərur, Babək,  Şahbuz, Kəlbəcər rayonlarının  əhatəsində 
yerləşir (211, s.264). 
Toponim Azərbaycan dilində «iki dağ və ya təpə arasında, çuxur» mənasında işlənən dərə sözü 
ilə (10, s.74) alagöz türk etnonimi (407, s.120) əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Dərəkom - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) 
rayonunda qışlaq. Rayondakı Toxluca kəndinin ərazisində, Göyçə gölünün sahilində yerləşir. Burada 
sovxozun qoyun ferması tikilmişdir. 
Toponim Azərbaycan dilində «iki dağ arasında dərin çuxur» mənasında işlənən dərə sözü ilə 
(278, s.62, 10, s.74) «qoyun saxlanılan yer» mənasında işlənən kom sözünün birləşməsindən  əmələ 
gəlmişdir. Kom sözü «daxma, kiçik ev» mənasında işlənən koma sözünün bir variantıdır. 
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə