132
Dərəköy - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan)
rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir Ermənilər kəndə 1840-cı illərdən sonra
köçürülmüşdür (415, s.104).
Toponim Azərbaycan dilində «iki dağ arasında dərin çuxur» mənasında işlənən dərə sözü ilə
türk diləndə kənd mənasında işlənən köy sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir.
Quruluşca mürəkkəb toponimdir.
Erm.SS AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Sarakyuğ (Dərəkənd)
qoyulmuşdur.
Dərətumb - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd
(Yeğeqnadzor) rayonu ərazisində kənd (427, s.171). Kəndin ərazisində X əsrdən əvvələ aid tarixi
abidələr vardır (422, s.72).
Toponim Azərbaycan dilində «iki dağ və ya təpə arasında eləcə də düzənlikdə dərin çuxur»,
«çay yatağı, çayın axdığı yer» mənasında işlənən dərə sözü ilə (278, s.62-63; 10, s.74; 339, s.171) türk
dilində «təpə, dağ, zirvə» mənasında işlənən tumb sözünün (339, s. 186-187) birləşməsindən əmələ
gəlmişdir. Tumb sözü həm də domba, tomba, tump formasında işlənir (278, s.67; 339, s.186).
Azərbaycan dilinin Zəngilan şivəsində domba sözü coğrafi termin kimi «dağ üzərində günbəzvan xırda
təpəcik» mənasında işlənir (253, s.124). Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Dərəçiçək - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda
şəhər tipli qəsəbə. Rayon mərkəzindən 5 km şimal-qərbdə yerləşir.
«İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.53), Qafqazın 5 verstlik xəritəsində (348, s.75)
qeyd edilmişdir.
Burada 1897-ci ildə rus və ermənilərlə yanaşı 10 nəfər də azərbaycanlı yaşamışdır (415, s.16-
17). XX əsrin əvvələrində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuş və yalnız
ermənilər və ruslar yaşamağa başlamışdır. İndi burada ermənilər yaşayır.
Toponim Azərbaycan dilində «iki dağ arasında dərin çuxur» mənasında işlənən dərə sözü ilə
Azərbaycan dilində «çiçəkləri olan bitki», «gül» mənasında işlənən çiçək sözünün (12, s.438)
birləşməsindən əmələ gəlmişdir. Yaşayış məntəqəsi güllü, çiçəkli, gözəl mənzərəli dərədə yerləşdiyi
üçün Dərəçiçək adlandırılmışdır. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı 1847-ci
ildə dəyişdirilib Konstantinovka adlandırılmışdır. 1920-ci illərdə yaşayış məntəqəsinin adı kalka
edilərək Zaxqadzor (Dərəçiçək) qoyulmuşdur.
Dərməzur - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu
ərazisində qışlaq. Kığı çayının yuxarı axarının sol sahilində, Dərməzur çayının sahilində yerləşirdi.
1926-cı ildə 44 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57). 1930 - cu illərdə ləğv edilmişdir.
Dəstəgird - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda
kənd. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Bərgüşad dağlarının ətəklərində yerləşir.
1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə (143, s.183) qeyd edilmişdir. Kəndin
adı erməniləşdirilərək Dəstəkert formasma salınmışdır (419, s.79).
Kənddə 1908-ci ildə 555 nəfər, 1914 - cü ildə 400 nəfər azərbaycanlı yaşamışdır (415, s.146-
147). 1918-ci ildə ermənilər azərbaycanlıları qırğınlarla qovmuşdur. İndiki Ermənistanda sovet
hakimiyyəti qurulandan sonra kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 358 nəfər,
1926-cı ildə 338 nəfər, 1931-ci ildə 434 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147).
1950-ci illərdə mis-molibden kombinatının yaradılması ilə əlaqədar buraya ermənilər köçürülmüşdür.
1987-ci ildə 1700 nəfər azərbaycanlı və erməni olmuşdur ki, bunun da 80%-ni azərbaycanlılar təşkil
edirdi. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik
torpaqlarından deportasiya edilmişdir. İndi burada təkcə ermənilər yaşayır.
Toponim qaraçorlu türk tayfasından olan bərgüşad tayfasının mənsub dəstəgird etnonimindən
(286, s.73) əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Dığır - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Alagöz
dağının ətəyində yerləşirdi. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə (143,
s.163), Qafqazın 5 verstlik xəritəsində Dıqir, Dqir formasında (348, s.90) qeyd edilmişdir. Kəndin
qədim adı Teger olmuşdur (415, s.22).
Kənddə 1831-ci ildə 35 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.106). 1840-50-ci illərdə
azərbaycanlılar qovulmuş və Türkiyədən ermənilər köçürülüb burada yerləşdirilmişdir. 1950-ci ildə
kənd ləğv edilmişdir.
133
Toponim türk dilində «geniş, böyük gillikli düzənlik yer», «otsuz boş sahə», «otsuz», «keçəl»
mənasında işlənən takır (359, III (1), s.783; 339, s.540-541) sözü əsasında əmələ gəlmişdir. Dığır
teker>takır sözünün dəyişilmiş formasıdır. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir.
Dian - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon
mərkəzindən 15 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir.
Kənddə 1831-ci ildə 32 nəfər, 1873 - cü ildə 216 nəfər, 1886-cı ildə 242 nəfər, 1897-ci ildə 304
nəfər, 1904 - cü ildə 272 nəfər, 1914 - cü ildə 290 nəfər, 1916-cı ildə 380 nəfər yalnız azərbaycanlı
yaşamışdır (415, s.34-35, 116-117). Kənd 1919 - cu ildə erməni təcavüzünə məruz qalaraq sakinləri -
azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur (309, s.221). Kəndə
Türkiyənin Taron və Muş vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir (85, s.113). İndi
ermənilər yaşayır.
Fikrimizcə, Dian toponimi Diau adlı sülalənin (402, s.41, 51) adı əsasında yaranmışdır.
Patronim toponimdir. Quruluşca sadə toponimdir.
Dibəkli - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunun Hallavar
kəndində dağ. Oronim «duz, yarma və s. döymək üçün içi oyuq daş» mənasında işlənən dibək sözünə
(8, s.185) -li şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Görünür, yaylağa köçən əhali yaylaqda
daşlardakı təbii oyuqlarda duz, yarma və ya çəltik döyürlərmiş. Orada təbii dibəklər varmış. Məhz
buna görə də dağ Dibəkli dağ adlandırılmışdır. Quruluşca düzəltmə toponimdir.
Dilican - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında kənd. İndiki Ermənistanın
tabeliyində şəhər. 1826-cı ildə Qazax qəzasının 82 kəndindən biri olan Dilicanda 60 təsərrüfat
olmuşdur (Ermənistan Sovet Ensiklopediyası, III c., İrəvan, 1977, s.386). Dilican rayonu 1930 - cu ildə
ləğv edilərək şəhərə çevrilmişdir. 1958-cı ildə respublika tabeliyində şəhərdir. Yaşayış məntəqəsinin
adı Dilican kimi sabitləşib rəsmiləşmişdir. Bununla yanaşı qaynaqlarda adı Delican (314, s.64), Yeni
Delican, Köhnə Delican (Кавказский календарь,Тифлис, 1908, c.30),
Delecan (257, s.26), Delican dərəsi (AKAK, t.V, Tiflis, 1873 s.891), Delican (279, s.389; 283,
s.49; 264, s.347-348) formalarında da qeyd edilmişdir.
XVII əsrin fransız səyyahı Jan Şardən indiki Ermənistan ərazisinə səyahət edərkən Dilican
şəhərində də olmuşdur. Bu şəhərlə bağlı yazır: «Dilican şəhəri, onu altı lyölük əhatə edən bütün ərazi
(şimaldan, cənubdan Dilicanı əhatə edən və şərqdən, qərbdən çox irəli çıxan ölkə) Qamçı xana aid
olub Qazax ölkəsi adlanır. O da Gürcüstan kimi Səfəvilərdən asılıdır, ona tabedir» (152, s.20).
Burada erməni və ruslarla yanaşı 1886-cı ildə 54 nəfər, 1897-ci ildə 119 nəfər azərbaycanlı
yaşamışdır (415, s.30-31, 114-115). 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz
qalmışlar və deportasiya olunmuşlar. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan
sonra sağ qalan azərbaycanlılar evlərinə dönə bilmişdir. 1922-ci ildə 5 nəfər, 1926-cı ildə 38 nəfər,
1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır (415, s.30-31,115). Sonrakı siyahıyaalmalarda
azərbaycanlılar ayrıca göstərilməmişdir. 1988-ci ilə qədər burada azərbaycanlılar yaşamışdır. 1988-ci
ilin noyabr ayında onlar tamamilə deportasiya olunmuşdur. Burada indi yalnız ermənilər yaşayır.
Dilican toponiminin «Delican»,»Delecan» formalarına əsaslanıb bu qənaətə gəlirik ki, toponim tele
qədim türk tayfasının (180, s.21) adı əsasında əmələ gəlmişdir. Toponimin sonundakı «can» «kan, qan,
kaan, xan» sözünün fonetik forması olub «yaranmış, yüksək, hörmətli, şöhrətli, şöhrət sahibi»
mənasındadır (147, s.4). M.Seyidov «can» sözünün «qan» sözünün fonetik dəyişmiş forması hesab
edərək «ata, hakim» anlamında olduğunu qeyd edir (235, s.18-19). Deməli, Dilican (Delican, Delecan)
«tele» tayfasından olan hakimin, atanın (hörmətli, şöhrətli mənasında) yaşayış məskəni» mənasını
ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Dirək - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda
kənd. Qaranqu çayının yuxarı axarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.86) qeyd
edilmişdir. Erməni mənbələrində Derek kimi göstərilmişdir(427, s.379).
Toponim «Kitabi-Dədə Qorqud» dastanlarında adı çəkilən Dirək antoroponimi (157, s.112) ilə
bağlıdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Dirəklər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda
kənd. Rayon mərkəzindən 10 km şərqdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində
olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dirəkli (143, s.135), Qafqazın 5 verstlik xəritəsində
Dirəklər kimi (348, s.86) qeyd edilmişdir.
Dostları ilə paylaş: |