İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   70   71   72   73   74   75   76   77   ...   168

 
148
Ərinc - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda çay. Rayondakı Ərinc kəndinin ərazisindən axır. 
Ərgəz - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonunun Ərgəz kəndində məscid. Malışkə kəndindən 5 km şimal-şərqdə yerləşir. Məscid 629-630 - 
cu illərdə tikilmişdir. Məscid 1857-ci ildə uçurulmuşdur. 1871-cı ildə yenidən bərpa edilmişdir (427, 
s.428). 
Ərgəz - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu  ərazisində  kənd. Kəndin adı erməni mənbələrində Arkazan kimi də göstərilir (427, s.455). 
Rayondakı Keşişkəndin yaxınlığında, Ərgəzçayın və Axdərə çayının sahilində, Malışkə kəndindən 5-6 
km məsafədə yerləşirdi. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.59), Qafqazın 5 verstlik 
xəritəsində (348, s.18) qeyd edilmişdir. 
Kənd 735-ci ildə salınmışdır (427, s.455). Burada 1831-ci ildə 193 nəfər, 1873 - cü ildə 348 
nəfər, 1886-cı ildə 479 nəfər, 1897-ci ildə 587 nəfər, 1904 - cü ildə 745 nəfər, 1914 - cü ildə 820 nəfər, 
1916-cı ildə 758 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-91, 160-161). 
1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur. 1920-
ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim qədim türk dilində «dağın gün düşən tərəfi» mənasında işlənən er//ir sözünün (299, s. 
175,211) fonetik forması olan ər sözü ilə «gədiyin ən aşağı yeri» mənasında işlənən gəz sözünün (253, 
s.126) birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  
Ərgəzçay - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu ərazisində çay. 
Əsəd düzü - Zəngəzur sıra dağlarında, Qafan rayonunun ərazisində dağ.  Əlincə çayının sağ 
sahilindən zirvəyə doğru 9 km məsafədə yerləşir. Hündürlüyü 2000 m-dir (85, s.143). 
Toponim  şəxsi adı ilə Azərbaycan dilində «düzənlik» mənasında işlənən düz sözünün 
birləşməsindən əmələ gəlmişdir. Antropooronimdir. Quruluşca mürəkkəb oronimdir. 
Əskipara - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. 
Toponim türk dilində «qədim, köhnə» mənasında işlənən  əski sözü ilə «torpaq sahəsi» (339, 
s.428), «yarı hissə» (278, s.120) mənasında işlənən para sözü əsasında  əmələ  gəlmişdir. Relyef 
əsasında  əmələ  gələn mürəkkəb quruluşlu toponimdir. Kəndin adını  dəyişdirilib Voskepar 
qoyulmuşdur. 
Əskilum - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 21 km cənub-şərqdə, Oxçu çayının sağ sahilində yerləşirdi. Qafqazın 5 
verstlik xəritəsində qeyd edilmişdir (348, s.21). 
Toponim türk mənşəli bulqar etnoniminə mənsub iskil //eskil (> əskil.B.) etnonimi (287, s.135) 
əsasında əmələ gəlmiş etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Əskili çayı - Yelizavetvol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda 
çay. Hidronim bulqar türk tayfasına mənsub eskil //iskil etnonimi (287, s.135) əsasında 
formalaşmışdır. Etnohidronimdir. 
Ətlik gölü - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda göl. 
Rayondakı Cücəkənd (Qızıl şəfəq) kəndində yerləşir. 
Əfəndi - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Rayon 
mərkəzindən 9 km cənub-şərqdə, Göyçə gölünün şimal-şərq sahilində yerləşir. 
Kəndin başqa adı erməni mənbəyində  Rəhmankənd, Noraşen kimi də göstərilir (415, s.70). 
Lakin kəndin qədim və ilkin adı  Əfəndikənd olmuşdur (415,s.70). 1930 - cu illərdə  Kəvər (Kamo) 
rayonunun tərkibində olmuşdur. 
Kənddə XII əsrə aid azərbaycanlılara məxsus tarixi abidələr var. 
Kənddə 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 224 nəfər, 1886-cı ildə 314 nəfər, 1897-ci ildə 422 
nəfər, 1904 - cü ildə 479 nəfər, 1914 - cü ildə 654 nəfər, 1916-cı ildə 650 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415,s.70-71,144-145). 1918-ci ildə  Kəndin sakinləri ermənilər tərəfindən vəhşicəsinə 
qovulmuşlar. Ermənilər buraya 1918-20-cı illərdə Türkiyədən köçürülmüşdür.  İndiki Ermənistanda 
sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönüb ermənilərlə bir 
yerdə yaşamağa məcbur olmuşlar. 


 
149
Burada 1922-ci ildə ermənilərlə yanaşı 7 nəfər, 1926-cı ildə 5 nəfər, 1931-ci ildə 10 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.70-71,144-145). 1940-cı illərdə azərbaycanlılar tamamilə deportasiya 
olunmuşdur. 
Toponim  Əfəndi  şəxs adı  əsasında  əmələ  gəlmişdir. Antropotoponimdir. Quruluşca sadədir. 
Kəndin adı Erm. SSR AS RH-nin 4.l.1938-ci il fərmanı ilə adı  dəyişdirilib Noraşen (Yeni kənd) 
qoyulmuşdur. 
Əfəndi - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda 
kənd. Rayon mərkəzindən 5-7 km cənub-şərqdə, Pəmbək çayının sağ qolu üzərində, Qursalı kəndi ilə 
Saral kəndinin arasında yerləşir. Hamamlı rayonu təşkil edilənə kimi, 1937-ci ilə kimi, Quqark 
(Qarakilsə) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.303) qeyd 
edilmişdir. 
Kənddə 1897-ci ildə 238 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.50-51). 1905-1906-cı 
illərdə  kənd erməni təcavüzünə  məruz qalaraq azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla 
deportasiya olunmuşdur. 1915-1918-ci illərdə Türkiyədən köçürülən ermənilər burada 
yerləşdirilmişdir (85, s.333). İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra 1926-cı ildə 
burada 10 nəfər azərbaycanlı yaşamışdır (415, s.50-51). 
1930 - cu ildə onlar kənddən sıxışdırılıb çıxarılmışdır. İndi yalnız ermənilər yaşayır. 
Toponim  Əfəndi  şəxs adı  əsasında  əmələ  gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Karadzor qoyulmuşdur. 
Əfsərli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 17 km məsafədə yerləşir. 1960-cı ildə ləğv edilmişdir. 
Toponim əfşar qədim türk tayfasının adına (399,I,s.56; 288, s.40; 175, s.32) mənsubluq bildirən 
-li şəkilçisinin artırılması əsasında əmələ gəlib «əfşar tayfasına mənsub olan yer, ərazi, kənd» mənasını 
ifadə edir. ş~s və a~ə  səs dəyişməsi Azərbaycan dili üçün qanunauyğun haldır. Etnotoponimdir. 
Quruluşca düzəltmə toponimdir. 
Əfsərli çayı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan 
rayonunda çay. Hidronim əfşar türk tayfasının adı (399, I, s.56) əsasında  əmələ  gəlmişdir. 
Etnohidronimdir. 
Əfşar karvansarası - İrəvan şəhərində karvansara. 
Axılı - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Arpaçayın sahilində yerləşirdi. «İrəvan 
əyalətinin icmal dəftəri»ndə (143, s.59) qeyd edilmişdir. 
Azərbaycan dilli mənbələrdə  kəndin adı  Ağıllı, Axili (85, s.340), Əxili (62, s. 258) 
formalarında qeyd edilir. 
Kənddə 1831-ci ildə 11 nəfər, 1873 - cü ildə 23 nəfər, 1886-cı ildə 39 nəfər, 1897-ci ildə 38 
nəfər, 1904 - cü ildə 36 nəfər, 1914 - cü ildə 36 nəfər, 1916-cı ildə 50 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415,8.88-89,158-159). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq sakinləri 
deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. 
Toponim «dərviş icmasının adı» mənasında işlənən axı sözünə (359, l(1), s.132) - lı şəkilçisinin 
qoşulmasından əmələ gələn axılı nəsil adı əsasında əmələ gəlmişdir. 
Əxlətyan - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda 
kənd. Rayon mərkəzindən 12 km cənubda, Bazarçayın sağ tərəfində yerləşir. 
1590-cı il tarixli «İrəvan  əyalətinin müfəssəl dəftəri»ndə (143, s.183), Qafqazın 5 verstlik 
xəritəsində (348, s.23) qeyd edilmişdir. 
Erməni mənbələrində Axlatyan formasında yazılır (427, s.117). Toponim ehtimal ki, 
«qardaşlar» mənasında işlənən əxi sözü ilə bağlıdır. 
Əhmədağa - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu 
ərazisində  kənd. Rayondakı Qarnidzor kəndindən 3-3,5 km şimal-şərqdə, dağ  ətəyində yerləşirdi. 
Xaraba kənddir. Toponim şəxs adı  əsasında  əmələ  gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Əhmədli - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonu 
ərazisində kənd. Əyricə çayının sahilində yerləşirdi. XIX əsrin axırlarında kənd ləğv edilmişdir. XIX 
əsrdə burada 15 nəfər azərbaycanlı yaşamışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə