İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   68   69   70   71   72   73   74   75   ...   168

 
144
Əliqoçaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda qala. 
Əliquluşen - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda 
kənd. Rayon mərkəzindən 7 km şərqdə, Gorus - Cəlaloğlu (Stepanavan) avtomobil yolunun sağ 
tərəfində yerləşir. Kəndin başqa adı  Əliqulukənd, Aşağı  Əliqulu,  Əliqulu uşağı olmuşdur (427, 
s.40,86). 
Kənd  Əliqulu adlı  şəxs tərəfindən salandığı üçün Əliquluşen//  Əliqulukənd adlanmışdır. 
Toponimin birinci komponenti Əliqulu şəxs adından, ikinci komponenti türk dilində «tikinti, Əliqulu 
şəxs adından, ikinci komponenti türk dilində «tikinti, kənd, oba, yurd» mənasında işlənən  şen 
sözündən ibarətdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Azadaşen qoyulmuşdur. 
Əlidan - İrevan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda 
kənd. Rayon mərkəzindən 19 km cənub-şərqdə yerləşir. 1870-ci illərə  qədər burada yalnız 
azərbaycanlılar yaşamışdır. 1878-cı ildə Türkiyənin Muş və Basen vilayətlərindən köçürülən ermənilər 
burada yerləşdirilmişdir (427, s.848). 
Toponim Əli şəxs adı ilə türk dilində «çöl, səhra, açıqlıq» mənasında işlənən «dan» sözünün 
(287, s.470) əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin 
adı dəyişdirilib Getik qoyulmuşdur. 
Əlikənd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonu 
ərazisində kənd. XIX əsrin əvvəllərində ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim  Əli  şəxs adı ilə  kənd sözünün birləşməsindən  əmələ  gəlmişdir. Antropotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Əlikiçik - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon 
mərkəzindən 10 km məsafədə, Abaran çayının sağ  tərəfində yerləşir. «İrəvan  əyalətinin icmal 
dəftəri»ndə Əli kiçik (143, s.111), Qafqazın 5 verstlik xəritəsində Əli qoçaq (Али кочак) formasında 
(348, s.12) qeyd edilmişdir. Kəndin digər adı  Əli kuçak olmuşdur (415, s.4). Kəndin adı erməni 
mənbələrində Əli kuşak formasında da qeyd edilir (427, s.85). 
Toponim  Əli kiçik şəxs adı  əsasıııda  əmələ  gəlmişdir. F.Sümər qeyd edir ki, Zəngilər 
dövlətinin türkmən əmirlərindən biri də Zeynəddin Əli Küçük (kiçik-İ.B) idi (238, s.145). Belə qənaətə 
gəlirik ki, kəndin adı  həmin  şəxsin adını özündə  əks etdirir. Antropotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Erm.SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə adı dəyişdirilib Kuçak qoyulmuşdur. 
Əlikotan - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonu 
ərazisində qala. Yuxarı Qaranlıq 20 km cənubda yeləşir. Qalanın adı iki komponentdən ibarətdir. Əli 
və kotan. Əli  şəxs adıdır. Kotan, qıpçaqlardan olan tayfalardan birinin adıdır (286, s.48,50) «Kotan 
tayfasından olan Əlinin tikdiyi qala» mənasını bildirir. 
Əlili - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. 
Rayon mərkəzindən 4 km məsafədə yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.150), 
Qafqazın 5 verstlik xəritəsində (348, s.12) qeyd edilmişdir. 
Toponim kəngərli türk tayfasına mənsub  əlili etnonimindən (386, s.538) əmələ  gəlmişdir. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Salvard qoyulmuşdur. 
Əliməmməd qışlağı - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda 
kənd. Avşar kəndindən cənubda, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində 
(348, s.12) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 102 nəfər, 1873 - cü ildə 607 nəfər, 1886-cı ildə 691 nəfər, 1897-ci ildə 
965 nəfər, 1904 - cü ildə 990 nəfər, 1914 - cü ildə 1089 nəfər, 1916-cı ildə 850 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.84-85, 154-155). 1918-19 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən 
qovulmuşlar.  İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma 
torpaqlarına qayıda bilmişlər. 1922-ci ildə 293 nəfər, 1926-cı ildə 267 nəfər, 1931-ci ildə 373 nəfər 
azərbaycanlı yaşamışdır (415,s.85, 155). 
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildən sonra kəndin köklü sakinləri - 
azərbaycanlalar tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüş  və  kənd 
xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. 


 
145
Toponim Əliməmməd şəxs adı ilə türk dilində «qış vaxtı yaşayış məntəqəsi», «daimi yaşayış 
məntəqəsi», «kənd» (339, s.276), Azərbaycan dilində «qoyun və başqa ev heyvanlarının gətirilib 
saxlandığı mötədil havalı  və otlaqlı  qışlama yeri» (9, s.531) mənasında işlənən qışlaq sözünün 
birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Əlimərdan - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. 
1940-cı ilə kimi Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qəmərli (Artaşat) rayonunundan 
25 km şimal-şərqdə, Gərni çayının mənbəyində yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində (348, 
s.12) qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 52 nəfər, 1886-cı ildə 57 nəfər, 1897-ci ildə 153 nəfər, 1904 - cü ildə 63 
nəfər, 1914 - cü ildə 221 nəfər, 1916-cı ildə 206 nəfər azərbaycanlı yaşamışdır (415, s.84-85, 154-
155). Kəndin sakinləri 1918-19 - cu illərdə ermənilər tərəfindən qırğınlarla qovulmuşdur.  İndiki 
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda 
bilmişdir. 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 41 nəfər, 1931-ci ildə 65 nəfər (415, s.85, 155), 1939 - cu 
ildə 115 nəfər (427,s.87) yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 
1948-49 - cu illərdə  kəndin sakinləri zorla tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana 
köçürülmüş və kənd xarabalığa çevrilmişdir. İndi ölü kənddir. 
Toponim  Əlimardan  şəxs adı  əsasında formalaşmışdır. Antropotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Əlirzalar - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd 
olmuşdur. Kəndin başqa adı «Zəngili»dir(415, s.68). 
Kənddə 1873 - cü ildə 57 nəfər, 1886-cı ildə 95 nəfər, 1897-ci ildə 126 nəfər, 1904 - cü ildə 
103 nəfər, 1914 - cü ildə 161 nəfər, 1916-cı ildə 131 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-
157). 1918-ci ilin yazında azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar.  İndiki 
Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə 
bilmişdir. Burada 1922-ci ildə 33 nəfər, 1926-cı ildə 47 nəfər, 1931-ci ildə 53 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.86-87, 156-157). 1948-49 - cu illərdə kəndin əhalisi SSRİ Nazirlər Sovetinin xüsusi 
qərarı ilə zorla Azərbaycana köçürülərək kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. 
Toponim  əlirzalar nəsil adı  əsasında yaranmışdır. Patronomik toponimdir. Quruluşca sadə 
toponimdir. 
Əlisli-İrəvan quberniyasının Eçmiədzin qəzasında,indi Sərdarabad (Oktemberyan) rayonunda 
kənd.1931-ci ildə 155 nəfər azərbaycanlı yaşamışdır(427, s.91).SSRİ Nazirlər Sovetinin xüsusi qərarı 
ilə azərbaycanlılar 1948-49 –cu illərdə tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana 
köçürülmüş və kənd ləğv edilmişdir.İndi xaraba kənddir (427, s.21). 
Toponim  əlisli nəsil adı  əsasında  əmələ  gəlmişdir.Patronim toponimdir.Quruluşca sadə 
toponimdir. 
Əlixan-  İrəvan quberniyasının Aleksandropol qəzasında,indi Qızılqoç (Qukasyan) rayonunda 
kənd.Rayon mərkəzindən 34 km məsafədə yerləşir.1937 –ci ilə kimi Ağbaba rayonunun tərkibində 
olmuşdur. 
Toponim  Əlixan  şəxs adı  əsasında  əmələ  gəlmişdir.Antropotoponimdir.Quruluşca sadə 
toponimdir. 
Erm.SSR AS RH-nin 3.l.1935 –ci il tarixli fərmanı ilə adı  dəyişdirilib Getik (Çaykənd) 
qoyulmuşdur. 
Əliçopur-İrəvan quberniyasının Yeni Bayazid qəzasında,indiki Qaranlıq (Martuni) rayonu 
ərazisində kənd.Kənddə 1829-32 –ci illərdə 28 nəfər azərbaycanlı yaşamışdır (427, s.89). 
Toponim  Əli  şəxs adı ilə çopurlu tayfa adı(92, s.19) əsasında  əmələ  gəlmişdir.Çopurlu 
etnonimindəki –lu şəkilçisi toponimdə düşmüşdür.<<Çopurlu tayfasından olan Əliyə  məxsus 
kənd,çopurlu tayfasından olan Əlinin saldığı  kənd>> mənasını ifadə edir.Etnotoponimdir.Quruluşca 
mürəkkəb toponimdir. 
Əlişar- Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,indi Sisyan rayonunda 
kənd.Rayon mərkəzindən 18-20 km cənub-qərbdə,Sofulu kəndinin yaxınlığında yerləşirdi.Qafqazın 5 
verstlik xəritəsində qeyd edilmişdir (348,s.13). 
Kənddə 1886 –cı ildə 138 nəfər, 1897 –ci ildə 48 nəfər, 1908 –ci ildə 160 nəfər, 1914 –cü ildə 
214 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77,146-147).1918 –ci ildə azərbaycanlılar soyqırımına 
məruz qalaraq deportasiya olunmuşdur.İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə