160
İkinci Qılıcyataq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talin rayonu
ərazisində kənd. Qafqazın 5 verstlik xəritəsində (348, s.137) qeyd edilmişdir. Burada 1897-ci ildə 89
nəfər azərbaycanlı yaşamışdır (415, s.36-37). 1914-1916-cı illərdə kənddə müsəlman kürdləri
yaşamışdır. Kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş və
kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.
Toponim fərqləndirici əlamət bildirən ikinci sözündən və Azərbaycan dilində «dağın təpəsi,
yoxuşun başı» mənasında işlənən qılıc sözü ilə (118, s.18; 253, s.16), «payızda, qışda qoyun-quzu,
mal-qara saxlanılan yer» mənasında işlənən yataq sözünün (10, s.510) birləşməsindən əmələ gəlmişdir.
Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
İkinci Qoşabulaq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər rayonu
ərazisində kənd olmuşdur. Rayon mərkəzindən 8 km cənub-qərbdə, Qoşabulaq kəndinin yaxınlığında
yerləşmişdir. Erməni mənbələrində kəndin adının Qırxbulaq, Kefli olduğu da göstərilir (415, s.26).
Kənddə 1897-ci ildə 178 nəfər, 1908-ci ildə 262 nəfər, 1914 - cü ildə 274 nəfər, 1916-cı ildə 244 nəfər
azərbaycanlı, eyni zamanda kürdlər yaşamışdır (415, s.26-27, 112-113). 1918-1919 - cu illərdə kəndin
əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1922-ci ildə burada 59 nəfər əhali qeydə
alınmışdır (415, s.112-113). 1923 - cü ildən sonra kənd xarabalığa çevrilmiş, Kəndin əhalisi Qoşabulaq
kəndinə köçmüşdür. İndi ölü kənddir.
Toponim Azərbaycan dilində «cüt» mənasında işlənən qoşa sözü ilə bulaq hidronimi əsasında
əmələ gəlmişdir. «İkinci» fərqləndirici əlamət bildirir. Hidrotoponimdir. Quruluşca mürəkkəb
toponimdir.
İkinci Əliyanlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus
rayonu ərazisində kənd. Kənddə 1886-cı ildə 137 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd
erməni təcavüzünə məruz qalaraq köklü sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından
deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir (85, s.163). 1920-ci ildə ləğv edilmişdir. İndi
xaraba kənddir.
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən «ikinci» sözü kəngərli türk
tayfasından olan əliyanlı etnonimi (386, s.538) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca
mürəkkəb toponimdir.
İlanlı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor)
rayonu ərazisində kənd. Rayondakı Qovşuq kəndinin yaxınlığında yerləşirmiş.
Kənddə 1897-ci ildə 13 nəfər, 1916-cı ildə 59 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-
93, 160-161). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar tarixi-
etnik torpaqlarından deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.
Toponim ilanlı türk tayfa adı (92, s.15) əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca
sadə toponimdir.
İlanlı - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 17
km şimal-şərqdə, Arpaçayın sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.130),
Qafqazın 5 verstlik xəritəsində (348, s.101) qeyd edilmişdir.
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kəndin sakinləri kimi
qarapapaqlar göstərilir və onlar xalq kimi qeyd edilir (415, s.20). Amasiya rayonunda yaşayan
qarapapaqlar azərbaycanlıların bir qrupu olmaqla (ASE, lll c., B., 1979, s.64) azərbaycanlı xalqını
ifadə etmişdir.
Kənddə 1886-cı ildə 137 nəfər, 1897-ci ildə 206 nəfər, 1908-ci ildə 240 nəfər, 1914 - cü ildə
276 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.20-21, 104-105). 1916-1918-ci illərdə azərbaycanlılar
erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti
qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda
bilmişdir. Burada 1922-ci ildə 146 nəfər, 1926-cı ildə 159 nəfər, 1931-ci ildə 201 nəfər (415, s.21,
105), 1970-ci ildə 501 nəfər, 1987-ci ildə 505 nəfər (35, s.171) azərbaycanlı yaşamışdır. 1988-ci ilin
axırlarında və 1989 - cu ilin əvvəllərində Ermənistan dövləti kəndin sakinlərini - azərbaycanlıları
tarixi-etnik torpaqlarından deportasiya etmişdir. İndi burada ermənilər yaşayır.
Toponim ilanlı etnonimi (92, s.15) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə
toponimdir.
Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çaybasar, Ermənistan
prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Aravet qoyulmuşdur.
161
İlanlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda
dağ. Rayondakı Qızılörən kəndində yerləşir. İlanlı etnonimi əsasında yaranmışdır. Etnooronimdir.
İlançalan - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Qəmərli (Artaşat) rayonunda
kənd. Rayon mərkəzindən 8-9 km şimalda, dəniz səviyyəsindən 1611 m hündürlükdə, Abaran çayının
sağ tərəfində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.101) qeyd edilmişdir. Toponim
Azərbaycan dilində işlənən ilan ismi ilə çalan feli sifəti əsasında formalaşmışdır. Zootoponimdir.
Quruluşca mürəkkəb toponimdir.
1920-ci ildə kəndin adı dəyişdirilib Artaşavan qoyulmuşdur.
İlli Qarakilsə - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. «Şirak
dağlarının şimal tərəfində Elli dərə adlanan dərədə yerləşir» (35, s.168). Erməni mənbələrində (415,
s.104) və rəsmi sənədlərdə (266, s.263) İlli Qarakilsə, Qarakilsə İlli kimi yazılır. Kənddə XIX əsrin 30
- cu illərinə qədər azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə azərbaycanlılar qırğınlarla
qovulmuş və İrandan, Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Toponim - li şəkilçisi qəbul etmiş «bəyə tabe olan el, ərazi» mənasında işlənən il (299, s.169;
399, s.48) sözü ilə Qarakilsə toponiminin birləşməsindən əmələ gəlib «Qarakilsə kəndində yaşayan el»
mənasını ifadə edir. İl sözü qədim türk dilində el sözünün sinonimi kimi işlənmişdir (299, s.207).
Ümumiyyətlə, bu toponim üç komponentdən ibarətdir: il (el) +qara+kilsə. Quruluşca mürəkkəb
toponimdir.
1920-ci illərdə kənd İlli adlandırılmış və Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı
ilə yenidən kəndin adı dəyişdirilib Hoğmik qoyulmuşdur.
İllicə - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon
mərkəzindən 28 km şimal-şərqdə, Böyük Gilanlar kəndinin yaxınlığında, İllicə çayının yanında, Milli
dərədə yerləşir. Erməni mənbələrində Yelica (415, s.156), Qafqazın 5 verstlik xəritəsində Yelincə
formasında (348, s.92) qeyd edilmişdir.
1930 - cu illərdə kənd Vedi (Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil idi (415, s.86).
Kənddə 1873 - cü ildə 197 nəfər, 1886-cı ildə 197 nəfər, 1897-ci ildə 327 nəfər, 1904 - cü ildə
215 nəfər, 1914 - cü ildə 377 nəfər, 1916-cı ildə 407 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-
157). 1918-19 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda
sovet hakimiyyəti qalib gəldikdən sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir.
Burada 1922-ci ildə 58 nəfər, 1926-cı ildə 85 nəfər, 1931-ci ildə 96 nəfər, 1939 - cu ildə 181 nəfər
azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-157). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin
sakinləri 1949 - cu ildə zorla Azərbaycana köçürülmüş və xaricdən köçürülən ermənilər burada
yerləşdirilmişdir.
Toponim qədim türk dilində tayfa ittifaqı mənasında işlənən el (il) sözü əsasında əmələ
gəlmişdir.
İlməzli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.
Rayon mərkəzindən 7-8 km şimal-qərbdə yerləşir. Kalinino rayonu yaradılanadək Cəliloğlu
(Stepanavan) rayonunun tərkibində olmuşdur. Kənddə 1831-ci ildə 75 nəfər, 1886-cı ildə 212 nəfər,
1897-ci ildə 301 nəfər, 1908-ci ildə 195 nəfər, 1914 - cü ildə 188 nəfər, 1916-cı ildə 479 nəfər
azərbaycanlı yaşamışdır (415, s.78-79, 148-149). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə
məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ
qalan kənd sakinləri öz yerlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 431 nəfər, 1926-cı ildə 462 nəfər,
1931-ci ildə 565 nəfər (415, s.79, 149), 1987-ci ildə 3126 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə
ilməzlilər Ermənistan dövləti tərəfindən siyasi genosidə məruz qalaraq tarixi-etnik torpaqlarından
deportasiya edilmişdir. İndi burada ermənilər yaşayır.
Toponim türk dilində tayfa mənasında işlənən il//el sözü ilə qədim türk dilində «təpə»
mənasında işlənən mar sözünün (359, ll(2), s.2025) fonetik forması olan maz sözündən əmələ
gəlmişdir. Azərbaycan dilində r~z səs əvəzlənməsi (yor~ yoz, yar~yaz, gör~göz) qanunauyğun fonetik
hadisə olduğunu nəzərə alıb qeyd edə bilərik ki, maz, mar sözünün fonetik formasıdır. Mürəkkəb
quruluşlu toponimdir.
İlxı qoruğu - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu
ərazisində kənd. Qafqazın 5 verstlik xəritəsində (348, s.102) qeyd edilmişdir.
Kənddə 1873 - cü ildə 242 nəfər, 1886-cı ildə 345 nəfər, 1897-ci ildə 432 nəfər, 1904 - cü ildə
215 nəfər, 1914 - cü ildə 375 nəfər, 1916-cı ildə 136 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.82-
Dostları ilə paylaş: |