176
67, 140-141). Azərbaycanlılar SSRİ Nazirlər Sovetini xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından
1948-ci ildə deportasiya edilmişdir. İndi burada təkcə ermənilər yaşayır.
Toponim alça bitki adına -lı şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. «Yuxarı» sözü
fərqləndirici əlamət bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1950-ci ildə Aşağı
Alçalı ilə Yuxarı Alçalı kəndi birləşdirilib Alçalı kəndi adlandırılmışdır. Erm.SSR AS RH-nin
27.IX.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvanist qoyulmuşdur.
Yuxarı Axta - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda
kənd. İnəkdağ dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348,s.23).
Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. Zaman-zaman onlar soyqırımına məruz
qalmış, öz doğma torpaqlarından didərgin düşmüşlər. Kəndə ermənilər İran və Türkiyədən
köçürülmüşdür (386, s.591-594). Bunun nəticəsinə azərbaycanlılarn sayı azalmışdır. 1897-ci ildə
burada 30 nəfər azərbaycanlı yaşamışdır (415, s.16-17). XX əsrin əvəllərində, 1905-1906-cı il erməni
azərbaycanlı davası nəticəsində azərbaycanlılar tamamilə doğma torpaqlarından qovulmuşlar. İndi
burada yalnız ermənilər yaşayır.
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözündən və oğuz tayfalarında olan padarların bir
qolunu təşkil edən axtaçı (axta) etnonimindən (93, s.28; 286, s.57; 211, s.235) formalaşmışdır.
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernanist qoyulmuşdur.
Yuxarı Axtala - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan)
rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə, Axtala-Şamlıq yolunun üstündə yerləşir.
1886-cı ildə Loru-Pəmbək qəzasına tabe idi.
Kənddə 1886-cı ildə 76 nəfər, 1897-ci ildə 30 nəfər, 1916-cı ildə 161 nəfər azərbaycanlı
yaşamışdır (415, s.67, 98-99). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla
qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz
kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 77 nəfər azərbaycanlı, 27 nəfər yunan, 1926-cı ildə 82
nəfər azərbaycanlı, 1931-ci ildə 119 nəfər azərbaycanlı, 30 nəfər yunan yaşamışdır (415, s.67, 98-99).
Yunanlar buraya XVIII əsrin 70-cı illərində mis mədənlərində işləmək üçün köçürülmüşdür.
1988-ci ilin noyabrında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından
qovulmuşdur. İndi kənddə ermənilər yaşayır.
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə axta türk etnonimi (93,s. 28; 286, s.57)
əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Yuxarı Bədili - İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonu ərazisində kənd.
1897-ci ildə 45 nəfər azərbaycanlı yaşamışdır (415, s.34-35). 1905-1906-cı ildə erməni təcavüzü
nəticəsində kəndin sakinləri qırğınlarla qovularaq kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim oğuzların bəydili (bədili -İ.B) etnonimi (399, I, s.56; 238, s.288) əsasında əmələ
gəlmişdir. «Yuxarı» Azərbaycan toponimiyasında fərqləndirici əlamət kimi çıxış edir. Etnotoponimdir.
Quruluşca mürəkkəb toponimdir.
Yuxarı Qanlıca - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan)
rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun
tərkibində olmuşdur Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Onlar 1828-ci ildə deportasiya
olunmuş, 1828-30 - cu illərdə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər
yaşayır.
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə qanlı qədim türk tayfasının adına (228, s.
13,64; 321, s.43,86; 393, s.42) -ca şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 26.lV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Marmaşen
qoyulmuşdur.
Yuxarı Qarabağlar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda
kənd. Vedi çayının yanında yerləşir.
1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Yuxarı Qarabağ (143, s.172), 1728-ci
il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Böyük Qarabağlar (143, s.104), Qafqazın 5 verstlik
xəritəsində Yuxarı Qarabağlar (348, s.l 14) formasında qeyd edilmişdir. 1937-ci ildə yaradılan
Qarabağlar rayonunun mərkəzi olmuşdur.
177
Kənddə 1873 - cü ildə 135 nəfər, 1886-cı ildə 175 nəfər, 1897-ci ildə 233 nəfər, 1904 - cü ildə
420 nəfər, 1914 - cü ildə 462 nəfər, 1916-cı ildə 243 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-
157). 1918-19 - cu ildə ermənilər tərəfindən azərbaycanlılar qırğınlarla qovulmuşdur. İndiki
Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalan sakinləri öz doğma kəndlərinə dönə
bilmişdir. 1922-ci ildə burada 78 nəfər, 1926-cı ildə 80 nəfər, 1931-ci ildə 84 nəfər azərbaycanlı
yaşamışdır (415, s.86-87, 156-157). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin köklü sakinləri
olan azərbaycanlılar 1948-49 - cu illərdə tarixi-etnik torpaqlannda deportasiya olunmuş və kənd ləğv
edilmişdir. İndi xaraba kənddir.
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə Kəngərli tayfasına mənsub olan
qarabağlar etnonimi əsasında (386, s.537; 168, s.99) əmələ gəlmişdir.
Yuxarı Qaraburun - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda
kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir(348,s. 115).
Kənddə 1897-ci ildə 208 nəfər, 1914 - cü ildə 78 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87,
156-157). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, kəndin sakinləri azərbaycanlılar
deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir.
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözündən və qədim türk dilində «böyük»
mənasında işlənən qara sözü ilə «irəliyə çıxan və ya suya doğru uzanan quru», «dağlıq», «çıxıntı»
mənasında işlənən burun (253, s.99; 278, s.41; 339, s.103) sözünün birləşməsindən əmələ gəlmişdir.
Toponimlərin tərkibində burun sözü «qurunun, dağın və ya qayanın sivri bucaq şəklində düzünə tərəf
uzanmış hissə» mənasını bildirir (198, s.151). Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb
toponimdir.
Yuxarı Qaraqala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Kalinino rayonunda
kənd olmuşdur. 1930 - cu illərdə rayondakı Aşağı Qaraqala kəndi ilə birləşdirilib. Qaraqala kəndi kimi
rəsmi sənədlərdə qeyd edilirdi. 1937-ci ilə kimi Calaloğlu (Stepanavan) rayonunun tərkibində
olmuşdur.
Burada 1886-cı ildə 183 nəfər, 1897-ci ildə 273 nəfər, 1908-ci ildə 205 nəfər, 1922-ci ildə 154
nəfər, 1926-cı ildə 146 nəfər, 1931-ci ildə 175 nəfər azərbaycanlı yaşamışdır (415, s.78-79, 148-149).
Toponim «yuxarı» fərqləndirici əlamət bildirən sözü ilə «rəng» mənasında işlənən qara və qala
sözlərinin birləşməsindən əmələ gəlmişdir. Kəndin adı ərazidəki qara daşdan tikilən qala adından
götürülmüşdür. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Yuxarı Qaraqoymaz - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda
kənd. Rayon mərkəzindən 9-10 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir.
Qafqazın 5 verstlik xəritəsində (348, s.117), «Сборник сведений о Кавказе» əsərində Qarakovmaz
formasında (t.V,Tiflis,1879,№277) qeyd edilmişdir. Kənddə 1897-ci ildə 142 nəfər, 1916-cı ildə 224
nəfər (415, s.34-35, 118-119), 1918-ci ilin yanvarında 394 nəfər (309, s.219) yalnız azərbaycanlı
yaşamışdır. 1918-ci ilin mart ayına kimi kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya
olunmuş (309, s.219) və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər
yaşayır.
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən yuxarı sözü ilə, türk
dilində «uca, hündür, yüksək, şiş», «dağ, zirvə» mənasında işlənən qara sözündən (94, s.71, 339,
s.256), türk dilində kənd mənasında işlənən köy sözü ilə (339, s.282) «dağın cənub yamacı»,
«yüksəklikdə meşəsiz tərəfi» mənasında işlənən mas (maz -İ.B) sözünün (339, s.369) birləşməsindən
əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Verin Sasunaşen
qoyulmuşdur.
Yuxarı Qaraçimən - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan
rayonunda kənd olmuşdur.
Kənddə 1897-ci ildə 237 nəfər, 1922-ci ildə 217 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57,
134-135). 1926-cı ildən sonra ləğv edilərək Aşağı Qaraçimən kəndi ilə birləşdirilmişdir.
Toponim qədim türk dilində «böyük, geniş» mənasında işlənən qara sözü ilə (94, s.70) «yaşıl
otla örtülmüş sahə» mənasında işlənən çəmən sözünün (12, s.429) dialekt variantı olan çimən sözünün
birləşməsindən əmələ gəlmişdir. «Yuxarı» sözü fərqləndirici əlamət bildirir. Fitotoponimdir.
Quruluşca mürəkkəb toponimdir.
Dostları ilə paylaş: |