İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə90/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   86   87   88   89   90   91   92   93   ...   168

 
180
- cu ildə 120 nəfər (427, s.868) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar 
Ermənistan dövləti tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır. 
Toponim qədim türk dilində «kənar, çöl, düzənlik» mənasında işlənən kır (kir -İ.B) sözü ilə 
(359, II(1), s.733) tağ (>dağ) sözünün (339, s.537) birləşməsindən  əmələ  gəlmişdir. Toponim 
əvvəlindəki «yuxarı» sözü fərqləndirici  əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Yuxarı Körpülü - Gəncə quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən 6 km şimal-qərbdə, Quruçay vadisində yerləşir. 
Kənddə 1831-ci ildə 43 nəfər, 1886-cı ildə 361 nəfər, 1897-ci ildə 402 nəfər, 1908-ci ildə 440 
nəfər, 1914 - cü ildə 427 nəfər, 1916-cı ildə 792 nəfər azərbaycanlı yaşamışdır (415, s.16-17; 100-
101). 1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda 
sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə 
burada 523 nəfər, 1926-cı ildə 530 nəfər, 1931-ci ildə 630 nəfər (415, s.16-17, 100-101), 1987-ci ildə 
2000 nəfər (85, s.329) azərbaycanlılar yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan döyləti 
tərəfindən yenidən öz doğma kəndlərindən qovulmuşlar. İndi ermənilər yaşayır. 
Kənd XII əsr tarixi abidəsi olan Sınıq körpünün (Qırmızı körpü) yanında salındığı üçün kənd 
Körpülü adlandırılmışdır. «Yuxarı» fərqləndirici  əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb 
quruluşlu toponimdir. 
Yuxarı  Gəzbin - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində 
kənd. 1918-ci ilin yanvarında 100 nəfər azərbaycanlı yaşamışdır (309, s.220). Kəndin köklü sakinləri 
azərbaycanlılar 1918-ci ilin fevralında ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur 
(309, s.220). Kənd 1920-ci ildə ləğv edilmişdir. 
Toponim Azərbaycan dilində «aşırım», «dağın təpəsindəki çökəklik», «yüksək və orta dağ beli 
tirəsində olan enli yarıq» mənasında işlənən gəz sözü ilə (235, s.126; 273, s.56; 339, s.167) 
«köçərilərin mal-qara ilə köçüb, kəndin kənarda məskan saldıqları yer, yurd, köç» mənasında işlənən 
binə sözünün (9, s.273; binə sözündəki «ə» saiti düşmüşdür) birləşməsindən  əmələ  gəlmişdir. 
Toponimin  əvvəlindəki «yuxarı» fərqləndirici  əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Yuxarı Gödəkli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan 
rayonunda kənd. Rayon mərkəzindən 14 km şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd 
edilmişdir (348, s.127). 
Kənddə 1897-ci ildə 201 nəfər, 1914 - cü ildə 79 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57, 
134-135). 1918-ci ildə azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti 
qurulandan sonra azərbaycanlılar öz evlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 132 nəfər, 1926-cı 
ildə 118 nəfər, 1931-ci ildə 163 nəfər (415, s.56-57, 134-135), 1939 - cu ildə 221 nəfər, (1959 - cu ildə 
180 nəfər, 1970-ci ildə 275 nəfər, 1979 - cu ildə 381 nəfər azərbaycanlı yaşamışdır (427, s.886). 1988-
ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə deportasiya olunmuşdur.  İndi burada 
ermənilər yaşayır. 
Toponim türk mənşəli qazaxlar tayfasından olan gödəkli etnonimindən (386, s.535) əmələ 
gəlmişdir. Etnotoponimdir. «Yuxarı» fərqləndirici sözü ilə  işlənərək mürəkkəb quruluşlu toponim 
yaratmışdır. 
Erməni dilinə kalka edilərək Verin Gyodaklu formasında işlədirilir. 
Yuxarı Güllüdüzü - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd 
(Yeğeqnadzor) rayonunda kənd. Erdəpin çayının sağ sahilində yerləşirdi. Kənddə 1897-ci ildə 263 
nəfər, 1926-cı ildə 108 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-93). 1959 - cu ildə  Aşağı 
Güllüdüz kəndi ilə birləşdirilmişdir. 
Toponim güllü (çiçəkli) mənasında və III şəxsinin təkinin mənsubiyyət  şəkilçisi (-ü) qəbul 
etmiş düz sözündən  əmələ  gəlmişdir. «Güllü, çiçəkli, düz yerdə olan kənd» mənasını bildirir. 
Toponimin  əvvəlindəki «yuxarı» fərqləndirici  əlamət bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Yuxarı Necili - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Zəgibasar (Masis) rayonunda 
kənd. Rayon mərkəzindən 1,5 km şimalda yerləşir. 1969 - cu ildə  Zəngibasar (Masis) rayonu təşkil 
edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, 
s.186) qeyd edilmişdir. 


 
181
Kənddə 1831-ci ildə 155 nəfər, 1873 - cü ildə 540 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 
791 nəfər, 1908-ci ildə 933 nəfər, 1914 - cü ildə 945 nəfər, 1916-cı ildə 732 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.48-49, 128-129). 1918-ci ilin sonu 1919 - cu ilin əvvəllərində  kəndin sakinləri 
erməni təcavüzünə  məruz qalraq deportasiya olunmuşdur (309, s.220). Yalnız indiki Ermənistanda 
Sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 
319 nəfər, 1926-cı ildə 365 nəfər, 1931-ci ildə 627 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-
129). 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik 
torpaqlarından deportasiya olunmuşdur. Toponim fərqləndirici əlamət bildirən «yuxarı» sözü ilə nəcli 
türk tayfasının adı (143, s.30) əsasında əmələ gəlmişdir. Azərbaycan dilində ə~e səs əvəzlənməsinin 
qanunauyğun fonetik hadisə olduğunu nəzərə alıb qeyd edə bilərik ki, necili nəçli etnoniminin fonetik 
variantıdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə adı  dəyişdirilib Nizami (Azərbaycan 
şairi N.Gəncəvinin adı) qoyulmuşdur.  
Yuxarı Novruzlu - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda 
kənd. «İrəvan  əyalətinin icmal dəftəri»ndə Novruzlu adında (143, s.49) qeyd edildmişdir. Kənddə 
1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşamışdır. 
1828-30 - cu illərdə  İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülərək kənddə 
yerləşdirilmişdir (386, s.551- 554). Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 115 
nəfər, 1886-cı ildə 158 nəfər, 1897-ci ildə 180 nəfər (415, s.48-49, 128-129), 1918-ci ilin yanvarında 
231 nəfər (309, s.216) azərbyacanlı yaşamışdır. 1918-ci ilin fevralında azərbaycanlılar soyqırımına 
məruz qalaraq deportasiya olunmuş (309, s.216) və kənddə yalnız ermənilər qalmışdır. Indi ermənilər 
yaşayır. 
 Toponim  mərzili tayfasından olan novruzlu nəsil adı (286, s.74) əsasında  əmələ  gəlmişdir. 
Toponimdəki «yuxarı» fərqləndirici  əlamət bildirir. Patronomik toponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Yuxarı Pirtikan İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. 
Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.202) qeyd 
edilmişdir. 
Toponim Azərbaycan toponimiyasında fərqləndirici  əlamət bildirən «yuxarı» sözü ilə «dini 
məbəd» mənasında işlənən pir sözünün qıpçaqların tikan etnoniminə (286, s.66) yanaşması  əsasında 
əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 2.III.1940-
cı il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxkasar qoyulmuşdur. 
Yuxarı Talin İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd. İndi Talin rayonunun mərkəzi. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.236) qeyd edilmişdir. 
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında 
işlənən tal (341, s.180-182; 337, s.235) və  qədim türk dilində «daxma, mağara, kaha» mənasında 
işlənən in sözünün (299, s.209) birəşməsindən  əmələ  gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb 
quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin-yuxarı deməkdir) formasında qeyd 
edilir. 
Yuxarı Türkmənli  İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) 
rayonunda kənd. Rayon mərkəzindən 8 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 
5 verstlik xəritəsində (348, s.248) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 64 nəfər, 1873 - cü ildə 262 nəfər, 1886-cı ildə 360 nəfər, 1897-ci ildə 438 
nəfər, 1904 - cü ildə 510 nəfər, 1914 - cü ildə 540 nəfər, 1916-cı ildə 460 nəfər, 1919 - cu ildə 460 
nəfər azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). Kənd 1919 - cu ilin yazında erməni təcavüzünə 
məruz qalaraq sakinləri qırğınlarla tarixi-etnik torpaqlarından qovulmuş  və  kənddə 1915-1918-ci 
illərdə Türkiyənin Sasun vilayətinin Moqdan əyalətindən köçürülən ermənilər yerləşdirilmişdir (427, 
s.304). İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra burada ermənilərlə yanaşı 1922-ci ildə 1 
nəfər, 1926-cı ildə 11 nəfər, 1931-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). 
Onlar da 1930 - cu illərin ortalarında sıxışdırılaraq kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır. 
Toponim fərqləndirici  əlamət bildirən yuxarı sözü ilə  qızılbaşların türkmən etnoniminə (175, 
s.18) -li şəkilçisinin qoşulmasından  əmələ  gəlmiş türkmənli etnonimi əsasında formalaşmışdır. Erm. 
SSR AS RH-nin 3.19.1935-ci il fərmanı ilə adı dəyişdirilib Apaqa qoyulmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə