İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə92/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   88   89   90   91   92   93   94   95   ...   168

 
184
K 
  
Kalara - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. 
Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Kəndin qədim adı Kalalı //Kalaley olmuşdur (415,s.50). 
1590-cı ildə  tərtib edilmiş  «İrəvan  əyalətinin müfəssəl dəftəri»ndə Kelare kimi qeyd edilir 
(143, s.159). 
Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 6 nəfər, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.50-51). 1928-1929 - cu illərdə azərbaycanlılar "deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. 
Toponim türk dilində «dayaz dərə» mənasında işlənən kol (>kal-İ.B) sözü ilə (359, ll(1), s.582-583), 
«hüdud», «sərhəd» mənasında işlənən ara sözünün (9, s.114) birləşməsindən əmələ gəlmişdir. Relyeflə 
bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm. SSR AS RH-nin 1. XII. 1949 - cu il fərmanı ilə adı dəyişdirilib Qukasavan qoyulmuşdur. 
Kalafalar - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda sahə. 
Rayondakı Cücəkənd kəndinin  ərazisində yerləşir. Mikropotonim Azərbaycan dilində «dağılmış 
tikintinin qalığı, dağılmış yer, xarabalıq» mənasında işlənən kalafa sözünə (11, s.10) -lar şəkilçisinin 
artırılması ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə toponimdir. 
Kamal - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Nairi rayonunda kənd. Rayon 
mərkəzindən 8 km şimal-şərqdə, Zəngi çayının sağ sahilində yerləşir. 1972-ci ilə kimi Kotayk 
(Abovyan) rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.80), Qafqazın 
5 verstlik xəritəsində (348, s.155) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 37 nəfər, 1873 - cü ildə 395 nəfər, 1886-cı ildə 565 nəfər, 1897-ci ildə 597 
nəfər, 1904 - cü ildə 621 nəfər, 1914 - cü ildə 780 nəfər, 1916-cı ildə 715 nəfər (415, s.46-47, 126-
127), 1918-ci ilin yanvarında 625 nəfər (309, s.216) azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında 
azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş  və  kənd ləğv edilmişdir 
(309, s.216). İndi ölü kənddir. 
Toponim şəxs adı əsasında yaranan antropotoponimdir. Qurluşca sadə toponimdir. 
Karpi - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Rayon 
mərkəzindən 5 km məsafədə yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə (143, 
s.162), 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.37) qeyd edilmişdir. 
Tarixən burada Kiçik Karpi və Böyük Karpi kəndləri olmuş, sonradan bu iki kənd 
birləşdirilmiş və Karpi kəndi kimi rəsmiləşdirilmişdir (415, s.22). 
Toponim türk dilində «şəhər», «qala», «möhkəmləndirilmiş yer» mənasında işlənən kar sözünə 
(339, s.254) -pi şəkilçisinin qoşulması yolu ilə formalaşmışdır. «...pi Bisitun qayalarındakı mixi 
yazıların ikinci qolunun dilindən - Elam dilindən göründüyü kimi cəm bildirən şəkilçidir. Bu yazılarda 
həmin  şəkilçi «p», «ap», «pe», «pi» şəkillərində tayfa və ölkə bildirən adların sonuna bitişdirilərək 
işlənıniş  və belə sözlər həmin  şəkilçi ilə birlikdə «el», «tayfa», «qəbilə», «yurd», «ölkə» mənalarını 
ifadə etmişdir (78, s.29). Relyef əsasında yaranan düzəltmə sözdür. 
Karvansara - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində 
kənd. Alagöz dağının cənub  ətəyində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.115) qeyd 
edilmişdir. 
Kənddə 1873 - cü ildə 136 nəfər, 1886-cı ildə 155 nəfər, 1897-ci ildə 184 nəfər, 1908-ci ildə 
140 nəfər, 1914 - cü ildə 148 nəfər, 1916cı üdə 288 nəfər (415, s.36-37, 118-119), 1918-ci ilin 
yanvarında 210 nəfər (309, s.221) yalnız azərbaycanlı yaşamışdır. 1918-1919 - cu illərdə kənd erməni 
təcavüzünə  məruz qalaraq yerli sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla 
deportasiya olunmuş və kənd xarabalığa çevlilmişdir (309, s.221). 1920-ci ildə kənd ləğv edilmişdir. 
İndi ölü kənddir. 
Toponim «dəvə dəstəsi» mənasında işlənən karvan sözü ilə türk dilində «ev, təsərrüfat tikilisi» 
mənasında işlənən «saray» sözünün (339, s.496) birləşməsindən  əmələ  gələn karvansara sözündən 
yaranıb «özgə yerlərdən gələn karvanların və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları  və 
minik vəsaitinin saxlanması üçün böyük həyəti olan, xüsusi binası olan kənd» mənasını ifadə edir. 
Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. 
Karvansaray - İndiki Ermənistanın şimal-şərqində inzibati rayon və yaşayış məntəqəsi. 1920-
ci illərdən İcevan adı ilə rəsmiləşdirilmişdir. Rayon kimi 1930 - cu il sentyabnn 9-da təşkil edilmişdir. 
1805-cı ildə rayonun ərazisini Rusiya işğal etmişdir. 


 
185
Toponim «özgə yerlərdən gələn karvanların və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları 
və minik vəsaitinin saxlanılması üçün böyük həyəti olan xüsusi bina» mənasında işlənən karvansara 
sözündən (11, s.18) əmələ gəlmişdir. Relyef əsasında yaranan quruluşca sadə toponimdir. 
Karvansara - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonu ərazisində 
kənd. Rayondakı Armaş kəndinin yaxınlığında yerləşirdi. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl 
dəftəri»ndə Karvansara məzrə'əsi formasında (143, s.173), Qafqazın 5 verstlik xəritəsində Karvansara 
kimi (348, s. 115) qeyd edilmişdir. 
Kənddə 1897-ci ildə 68 nəfər, 1914 - cü ildə 76 nəfər azərbaycanlı yaşamışdır (415, s.88-89, 
156-157). 1916-cı ildən sonra Kəndin sakinləri zorla, qırğınlarla qovulmuş  və  kənd xarabalığa 
çevrilmişdir. İndi xaraba kənddir. 
Toponim «özgə yerlərdən gələn karvanların, qoşqu heyvanların və yolçuların müvəqqəti 
qalması, qoşqu heyvanları  və minik vəsaitinin saxlanılması üçün böyük həyəti olan xüsusi bina» 
mənasında işlənən karvansara sözündən (11, s.18) əmələ  gəlib. Relyeflə bağlı yaranan toponimdir. 
Quruluşca mürəkkəbdir. 
Karvansara dərəsi - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək 
(Krasnoselo) rayonu ərazisində qışlaq. Ardanış kəndinin yaxınlığında yerləşmişdir. 1926-cı ildə burada 
12 nəfər azərbaycanlı yaşamışdır (415, s.32-33). 30 - cu illərdə ləğv edilmişdir. 
Toponim karvansara və dərə sözlərindən əmələ gəlmişdir. Yaşayış məntəqəsi dərədə yerləşdiyi 
üçün Karvansara dərəsi adlandırılmışdır. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Karvansara - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda 
kənd.  Əvvəllər gah Artik, gah da Abaran rayonunun tərkibində olmuşdur. Erm. SSR AS RH-nin 15 
mart 1972-ci il fərmanı ilə Alagöz rayonuna verilmişdir. Alagöz dağının cənub tərəfində yerləşir. XIX 
əsrin əvəllərində azərbaycanlılar qovulmuş, kürdlər və ermənilər yerləşdirilmişdir. 
Toponim karvan sözü ilə türk dilində «ev», «təsərrüfat tikilisi» mənasında işlənən saray 
sözünün (339, s.496-497) birləşməsindən əmələ gələn karvansara sözündən formalaşmışdır və «başqa 
yerlərdən gələn karvan və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları, minik vəsaitinin 
saxlanınası üçün böyük həyəti olan bina yanında salınan kənd» mənasını bildirir. Quruluşca sadə 
toponimdir. 
Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə  kəndin adı  dəyişdiridib Amretəzə 
qoyulmuşdur.  
Karvansara - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) 
rayonunda kənd. Rayon mərkəzindən 10-12 km cənub-şərqdə, Mədinə  kəndinin yanında,  Əyriçay 
çayının sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Əyriçay Karvansara və Əyricə Karvansara 
kimi də qeyd edilmişdir (415, s.66). 
Kənddə 1873 - cü ildə 168 nəfər, 1886-cı ildə 205 nəfər, 1897-ci 309 nəfər, 1904 - cü ildə 341 
nəfər, 1914 - cü ildə 441 nəfər, 1916-cı ildə 294 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.66-67, 
142-143). 
1918-ci ildə  kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşdur.  İndiki 
Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma yurdlarına dönə 
bilmişlər. Burada 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 45 nəfər azərbaycanlı, 1931-ci ildə 80 nəfər 
azərbaycanlı, 69 erməni, 29 kürd yaşamışdır (415, s.66-67, 142-143). 
Ermənilər kəndə 1928-1930 - cu illərdə köçürülmüşdür. (415, s.66). SSRİ Nazirlər Sovetinin 
xüsusi qərarları ilə  kənddə yaşayan azərbaycanlılar 1948-49 - cu illərdə tarixi-etnik torpaqlarından 
deportasiya olunmuş və kənd Mədinə kəndi ilə birləşdirilmişdir. 
Toponim «ticarət yolu üzərində tikili bina» mənasında işlənən karvansara sözü əsasında əmələ 
gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. 
Kasax - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Nairi rayonunda kənd. Rayon 
mərkəzindən 19 km məsafədə yerləşir. 
Toponim qazax türk etnonimi (386, s.535; 245, s.37; 354, s.92) əsasında əmələ gəlmişdir. 
Qazax etnonimi əsasında  əmələ  gələn Qazax etnotoponimi mənbələrdə Kasax formasında 
işlənmişdir (286, s.48) Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Kaftarlı - İrəvan quberniyasının Aleksandropol qəzasında. indiki Artik rayonunda kənd. Rayon 
mərkəzindən 6 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. «İrəvan 
əyalətinin icmal dəftəri»ndə (143, s. 136), Qafqazın 5 verstlık xəritəsində (348, s.124) qeyd edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə