İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə95/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   91   92   93   94   95   96   97   98   ...   168

 
190
Erm. SSR AS RH-nin 27. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Bahar, Ermənistan 
prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə isə bir daha dəyişdirilib Artunk qoyulub. 
Kəsikbaş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) 
rayonunda kənd. Rayon mərkəzindən 10 km məsafədə Mədinə kəndinin yanında yerləşirdi. 
Toponim kəsikbaş tayfa adı əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 7. XII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernakert qoyulmuşdur. 
Kığı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. 
Rayon mərkəzindən 35 km şimal-qərbdə, Kığı çayının sahilində yerləşir. Burada azərbaycanlılarla 
bağlı .X əsrə aid tarixi abidə indi də durur. Kənddə 1831-ci ildə 131 nəfər, 1873 - cü ildə 191 nəfər, 
1886-cı ildə 254 nəfər, 1897-ci ildə 215 nəfər, 1904 - cu ildə 569 nəfər, 1914 - cü ildə 190 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.56-57, 134-135). 1918-ci ilin martında azərbaycanlılar ermənilər 
tərəfindən deportasiya olunımuşdur.  İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra 
azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 335 nəfər, 1926-cı ildə 265 nəfər, 
1931-ci ildə 380 nəfər (415, s.56-57, 134-135), 1939 - cu ildə 491 nəfər, 1959 - cu ildə 570 nəfər, 
1970-ci ildə 932 nəfər, 1979 - cu ildə 1115 nəfər azərbaycanlı yaşamışdır (427, s.829). 1988-ci ilin 
noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə tarixi-etnik torpaqlarından 
deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. 
Toponim türk mənşəli kiği - kiğili etnonimi (305, s.24) əsasında  əmələ  gəlmişdir. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Geği kimi 
işlədilir. 
Kığı dağı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda 
dağ. Hündürlüyü 3343 mdir. 
Oronim türk mənşəli kiği etnonimi (305, s.24) əsasında formalaşmışdır. Etnooronimdir. 
Kığı çayı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda 
çay. Mənbəyini Qazangöl gölündən götürür. 
Hidronim kiği türk etnonimini (305, s.24) əks etdirir. Etnohidronimdir. 
Kığı qalası - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan 
rayonunun Kığı  kəndində qala. Qafan şəhərindən 28 km qərbdə, Kığı çayının sağ sahilində yerləşir. 
Qala uçub dağılsa da, qalıqları indi də durur (85, s.150). 
Kilsəkənd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 29 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.133) qeyd 
edilmişdir. Toponim Azərbaycan dilində «dini məbəd» mənasında işlənən kilsə sözü ilə «yaşayış 
məntəqəsi» mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlib «kilsə yanında salınan kənd» 
mənasını bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
1924 - cü ildə kəndin adı dəyişdirilib Sraşen qoyulmuşdur.  
Kirəşdərə - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana 
(Noemberyan) rayonu ərazisində  qışlaq. Yuxarı Körpülü kəndinin yaxınlığında yerləşirdi və Yuxarı 
Körpülü kənd sovetliyinə daxil idi. 1926-cı ildə burada 3 nəfər azərbaycanlı yaşamışdır (415, s.16-17). 
Toponim «tikintidə, heykəltaraşlıqda, cərrahlıqda işlənən ağ və ya sarı rəngli əhəngli mineral maddə» 
mənasında işlənən kirəc sözü ilə (10, s.71) «iki dağ və ya təpə arasında, eləcə də düzənlikdə uzun dərin 
çüxur, yarğan» mənasında işlənən dərə sözünün (10, s.74) birdəşməsindən əmələ gəlmişdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Kirəşli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində  kənd. 
Zəngi çayının yanında yerləşirdi. «İrəvan  əyalətinin icmal dəftəri»ndə  Kərəcli kimi (143, s.134), 
Qafqazın 5 verstlik xəritəsində Kiraşlu formasında (348, s.134) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 76 nəfər, 1873 - cü ildə 464 nəfər, 1886-cı ildə 744 nəfər, 1897-ci ildə 802 
nəfər, 1908-ci ildə 1061 nəfər, 1914 - cü ildə 1196 nəfər, 1916-cı ildə 973 nəfər, 1919 - cu ildə 207 
nəfər yalnız azərbaycanda yaşamışdır (415, s.67, 98-99). Yuxarıdakı  rəqəmlərdən göründüyü kimi, 
1916-cı ildən başlayaraq azərbaycanlılar erməni təcavüzünə  məruz qalmış  və onlar mərhələ-mərhələ 
deportasiya olunmuşdur. 1919 - cu ilin sonlarında azərbaycanlılar tamamilə doğma torpaqlarından 
qovulmuşdur.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş 
azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 108 
nəfər, 1926-cı ildə 86 nəfər, 1931-ci ildə 135 nəfər yalnız azərbaycanlılar yaşamışdır (415, s.67, 98-
99). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin köklü sakinləri olan azərbaycanlılar 19481949 - 


 
191
cu illərdə tarixi-etnik torpaqlarından zorla Azərbaycana köçürülmüş  və  kənd ləğv edilmişdir.  İndi 
xaraba kənddir. 
Toponim kirəcli türk etnonimi (59, s.166) əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Kirkitli - İrəvan quberniyasının Yeni Bayazid qəzasında,indiki Çəmbərək (Krasnoselo) 
rayonunda dağ. Rayonun Toxluca kəndinin şərqində yerləşir. Dağın adı Kirkitdi formasında da işlənir. 
Qafqazın 5 verstlik xəritəsində Kirkitdaq formasında(348, s.134) qeyd edilmişdir. 
Oronim qədim türk dilində «dağ silsiləsi, sıra dağlar», «çöl, dağ», «hündür yer, təpəlik», «dağ 
qılıcı» mənasında işlənən kir//kır (359, ll(1), s.860; 339, s.327), «tərəf, istiqamət» mənasında işlənən 
kıt (>kit) sözlərinin (359,ll(1), s.786) birləşməsindən əmələ gələn kirkit sözünə məkan anlayışı bildirən 
-li şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. Düzələtmə oronimdir. 
Kirs - Yelizavetp'ol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. 
Rayon mərkəzindən 43 km şimal-şərqdə yerləşir. Kənddə 1886-cı ildə 130 nəfər, 1897-ci ildə 56 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.62-63, 136). 1905-1906-cı illərdə azərbaycanlılar ermənilərin 
təcavüzünə  məruz qalaraq deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet hökuməti qurulandan 
sonra kəndin sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 77 nəfər, 
1931-ci ildə 104 nəfər azərbaycanlı yaşamışdır (415, s.62-63, 136-137). 1988-ci ilin noyabr ayında 
azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşdur.  İndi burada 
ermənilər yaşayır. 
Toponim türk dilində «çöl, sərhəd, yayla, dağ» mənasında işlənən kır (kir - İ. B.) sözündən 
(339, s.327) əmələ gəlmişdir. Toponimin sonundakı «s» topoformantdır. Kəndin adı ilə onun yerləşdiyi 
relyef uyğundur. Belə ki, kənd dağ  ətəyində, çəmənlik yerdə yerləşir. Relyeflə bağlı yaranan sadə 
quruluşlu toponimdir. 
Kirsdağı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan raoynunda 
dağ. 
Kiçik ayrım - Tiflis quberniyasının Loru-Borçalı  qəzasında, indi Allahverdi (Tumanyan) 
rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-şərqdə, Borçalı (Debet) çayının sol sahilində 
yerləşir. 
Kənddə 1926-cı ildə 88 nəfər, 1931-ci ildə 154 nəfər, 1939 - cu ildə 207 nəfər, 1959 - cu ildə 
233 nəfər, 1970-ci ildə 420 nəfər, 1979 - cu ildə 388 nəfər azərbaycanlı yaşamışdır (427, s.244). 1988-
ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik vətənlərindən qovulmuşlar.  İndi 
buralarda yalqız ermənilər yaşayır. Toponim Azərbaycan toponomiyasında fərqləndirici  əlamət 
bildirən kiçik sözündən və ayrım türk tayfa adından (245, s.43-44; ASE, I c., B., 1976, s.97) əmələ 
gəlmişdir. 
Ə. Babazadə «Ayrım dialekti» əsərində göstərir ki, ayrımlar oğuz tayfalarından biri olan 
eymurların xələfləridir (178, s.202). Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Kiçik Arıxvəli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Artik rayonunda kənd. 
Rayon mərkəzindən 11 km məsafədə yerləşir «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.128), 
Qafqazın 5 verstlik xəritəsində (348, s.19) qeyd edilmişdir. 
Toponim Azərbaycan toponomiyasında fərqləndirici  əlamət bildirən kiçik sözündən və arıxlı 
tayfasının adını (193, s.159; 76, s.34) əks etdirən arıx sözü ilə Vəli şəxs adının birləşməsindən əmələ 
gəlib «arıxlı tayfasından olan Vəliyə məxsus kənd» mənasını verir. Zaman keçdikcə «Arıxvəli»nin özü 
etnonimə çevrilmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Pokr Mantaş qoyulmuşdur. 
Kiçik Armudlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad 
(Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 6 km cənubda yerləşirdi. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.19) qeyd edilmişdir. 
Erməni mənbəyində göstərilir ki, kəndin qədim, ilkin adı Türk (tatar) Armutlusu (Armtlu türk 
(tatar) olmuşdur (415, s.62). 
Kənddə 1831-ci ildə 72 nəfər, 1873 - cü ildə 178 nəfər, 1886-cı ildə 218 nəfər, 1897-ci ildə 289 
nəfər, 1904 - cü ildə 309 nəfər, 1914 - cü ildə 327 nəfər, 1916-cı ildə 225 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.62-63, 138-139). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq sakinləri 
tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur və  kəndə Türkiyənin Bayazid və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə