İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə103/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   99   100   101   102   103   104   105   106   ...   168

 
206
1926-cı ildə 200 nəfər, 1931-ci ildə 316 nəfər (415, s.88-89, 158-159), 1939 - cu ildə 386 nəfər, 1959 - 
cu ildə 381 nəfər, 1970-ci ildə 590 nəfər, 1979 - cu ildə 745 nəfər (427, s.942) yalnız azərbaycanlı 
yaşamışdır. Erməni mənbələrində isə yuxarıda göstərilən statistik məlumatlar ermənilərə aid edilir və 
guya ermənilər buraya 1828-ci ildə İranın Xoy vilayətindən köçürülmüşdür (427, s.942). Bu, tamamilə 
yalandır və erməni saxtakarlığıdır. Gomur Kəndində  ən qədim zamanlardan 1988-ci ilə kimi yalnız 
azərbaycanlılar yaşamışdır. XIX-XX əsrin  əvvəllərində (18311931) burada azərbaycanlıların 
yaşadığını erməni alimi Z. Qorqodyanın  əsərində aydın  şəkildə göstərilir (415, s.88-89, 158-159). 
İ.Şopenin də  əsərində  kəndin köklü sakinlərinin məhəmmədi (azərbaycanlılar - İ.B.) olduğu qeyd 
edilmişdir (386, s.619-620). Azərbaycanlılar 1988-ci ilin noyabrın sonunda Ermənistan dövlətinin 
deportasiyasına məruz qalmışdır. İndi ermənilər yaşayır. 
Toponım qədım türk dilində. «dag başında dar, yarğanlı uçurum yer»mənasında işlənən komür 
sözündən (359, II(2),s.1321) əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan 
prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə
 
adı dəyişdirilib Komk qoyulmuşdur. 
Gomur - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu 
ərazisində  kənd.  Şəki kəndindən  şərqdə yerləşirdi. «İrəvan  əyalətinin icmal dəftəri»ndə Kömür 
formasında qeyd edilmişdir (143, s.150). XX əsrin əvvəllərində ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim «dağ başında dar, yarğanlı, uçurumlu yer» mənasında işlənən kömür sözündən (359, 
ll(2), s.1321) əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir. 
Gomurlu - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu ərazisində kənd olmuşdur. Rayondakı Yelpin kəndinin yaxınlığında, Arpaçayın sol qolu olan 
Axtaçayın yaxınlığında yerləşirdi. «İrəvan  əyalətinin icmal dəftəri»ndə Kömür kimi (143, s.60), 
Qafqazın 5 verstlik xəritəsində Gomurlu formasında (348, s.128) qeyd edilmişdir. 
Erməni mənbəyində Kyomurlu formasında göstərilir (415,s.92, 162). 
Kənddə 1873 - cü ildə 95 nəfər, 1886-cı ildə 147 nəfər,1897-ci ildə 192 nəfər, 1904 - cü ildə 
205 nəfər, 1914 - cü ildə 225
  
nəfər, 1916-cı ildə 259 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-
93, 162-163). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur və 
xarabalığa
 
çevrilmişdir. İndi xaraba kənddir. 
Toponim türk dilində «dağ başında dar, yarğanlı, uçurumlu yer mənasında işlənən kömür 
sözünə (359, ll(2), s. 1321) –lu şəkilçisinin artırılması ilə düzəldilmişdir.«Dağ başında dar, yarğanlı, 
uçurumlu yerdə salınan kənd» mənasını bildirir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Goravan - İrəvan quberniyasının İrəvan qəzasında, indiki
 
Vedi (Ararat) rayonunda kənd. Vedi 
çayının sahilində, Vedi
 
kəndinin cənubunda yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə Kürəvan 
(143, s.51), Qafqazın 5 verstlik xəritəsində Goravan kimi (348, s.61) qeyd edilmişdir. Kənddə 1831-ci 
ildə 59 nəfər, 1873 - cü ildə 244 nəfər, 1886-cı ildə 325 nəfər, 1897-ci ildə 530 nəfər, 1904-cı ildə 634 
nəfər, 1914 - cü ildə 697 nəfər, 1916-cı ildə 614 nəfər azərbaycanlı yaşamışdır (415, s.84-85, 154-
155). 1918-ci ilin fevral ayında azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, Türkiyənin 
Muş,  Şadax, Van bölgələrindən (1918-ci ildən sonra) köçürülən ermənilər Goravanda 
yerləşdirilmişdir. Burada 1922-ci ildə 393 nəfər azərbaycanlı, 164 erməni, 1926-cı ildə 403 nəfər 
azərbaycanlı, 132 erməni, 1931-ci ildə 466 nəfər azərbaycanlı, 135 erməni (415, s.84-85, 154-155), 
1939 - cu ildə 706 nəfər azərbaycanlı, 145 erməni yaşamışdır. 1948-1949 - cu illərdə SSRİ Nazirlər 
Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar zorla Azərbaycana (Dağlıq Qarabağa, sonra isə Xanlara, 99, 
s.396-397) köçürülmüşdür. İndi kənddə yalnız ermənilər məskunlaşıb. 
Toponim qədim türk dilində «mal-qara üçün pəyə», «həyət» mənasında işlənən kora sözünə 
(359, II (1), s.551), urartu dilində «ölkə yer» mənasında işlənən «ebani», «abani» sözünün (332, s.68; 
258, s.75) fonetik forması olan avan (van) sözünün qoşulması  əsasında  əmələ  gəlmişdir. Yuxarıda 
qeyd edilmişdir ki, kəndin adı 1728-ci il tarixdə  tərtib edilmiş  «İrəvan  əyalətinin icmal dəftəri»ndə 
Kürəvan kimi (143, s.61) qeyd edilmişdir. Toponimin Kürəvan formasının kökünü kürə sözü təşkil 
edir. Bu söz də qədim türk dilində kura formasında «mal-qara pəyəsi» mənasını ifadə edir (359, II (1), 
s.920). Deməli, kora və kura eyni məna bildirən müxtəlif fonetik formaya malik sözlərdir. Gorovan 
toponimi «mal-qara saxlanılan yer» mənasını bildirir. Zootoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. Kəndin adı Erm. SSR AS RH-nin 4.IV.1944 - cü il tarixli fərmanı ilə  dəyişdirilib 
Yenikənd qoyulmuşdur. Sonra Erm. SSR AS RH-nin 3. VII. 1968-cı il fərmanı ilə kəndin adı yenidən 
dəyişdirilib Goravan adlandırılmışdır. 


 
207
Goravan çayı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda çay. 
Rayondakı Goravan kəndinin ərazisindən axır. 
Goran - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda 
kənd. Rayon mərkəzindən 11 km məsafədə Çiçxan çayının yanında, Çubuxlu dağının ətəyində yerləşir. 
1937-ci ilə kimi Quqark (Qarakilsə) rayonunun  tərkibində olmuşdur. Kəndin digər adı Gögəran, 
Göyərçin , fonrmalarında da göstərilir (415, s.50). 
Toponim şahsevən türk tayfasından olan goran etnonimi(254, s.41) əsasında əmələ gəlmişdir. 
N.Bəndəliyev goran tayfasını kolanı tayfasından olduğunu göstəri (1, s.77). Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Qoqaran qoyulmuşdur. 
Gorus - indi Ermənistan adlanan respublikada rayon. 1930 - cu il sentyabrın 9-da 
yaradılmışdır. Qədim Azərbaycan torpağı kimi Gorus rayonunun ərazisi VIII-X əsrlərdə  ərəblərin 
işğalı altında olmuşdur. XI-XIII əsrlərdə  səlcuqlara tabe olmıuş, XIII-XIV əsrlərdə monqollar istila 
etmişdir. Osmanlı və İran 
 
arasında 1699 - cu ildə bağlanan müqaviləyə əsasən İran hakimiyyətinə tabe 
olmuşdur. 1805-cı ildə Gorus rayonunun ərazisini Rusiya işğal etmişdir. 1823 - cü ildə Qarabağ 
vilayəti yaradılaraq Zəngəzur qəzasının tərkibində onun inzibati-ərazi bölgüsünə daxil edilmişdir. 
1828-ci il Türkmənçay müqaviləsinə  əsasən rayonun ərazisi Azərbaycanın başqa  əraziləri kimi 
Rusiyanın tabeliyənə keçmişdir. Azərbaycanda XIX əsrin 30-40-cı illərdə (Rusiyanın işğalından sonra) 
yeni yaradılan inzibati idarə sisteminə uyğun olaraq Gorus rayonunun ərazisi Yelizavetpol (Gəncə) 
quberniyasının Zəngəzur qəzasına daxil olmuşdur. 1918-ci ildə Andranik bütün Zəngəzur qəzasını 
tamamilə ələ keçirmiş və burada qondarma erməni milli şurası yaratmışdır. 
1920-ci il iyulun 2-də Qızıl Ordu Gorusa daxil olmuş və 
 
burada sovet hökuməti qurulmuşdur. 
Zəngəzurun indi Ermənistan adlanan respublikasına verilməsi nəticəsində Gorıus rayonunun ərazisi də 
1920-ci il noyabrın 29-da yaradılan Ermənistan dövlətinin tabeliyinə keçmişdir. 
Rayonun adı  qədim türk tayfası qoros//gorus etnonimini (168, s.10-1104) əks etdirir. 
Etnotoponimdir. 
Gorus - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd. İndi Gorus rayonunda 
şəhər və rayon mərkəzi. Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir. Erməni mənbələrində 
Gorusun XIII əsrdən xatırlandığı göstərilir (427, s.953). Erməni  ədəbiyyatında Qoris Gerusi, Gorus 
formasında qeyd edilir (415,s.28). 
Burada ermənilərlə yanaşı 1897-ci ildə 228 nəfər, 1926-cı ildə 51 nəfər, 1931-ci ildə 13 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.28-29, 112-113). Gorus şəhərində yaşayan azərbaycanlılar 1940-cı 
illərdə tamamilə Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi burada yalnız ermənilər 
yaşayır. 
Toponim gorus (qoros, xoros) türk etnonimi (168, s.10-1104) əsasında  əmələ  gəlmişdir. 
Etnotoponimidir. Quruluşca sadə toponimdir. 
Gorus - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda çay. 
Uzunluğu 29 km-dir. Hidronim qoros (gorus) türk tayfa adı (168, s.10-1104; 287, s.129-133) əsasında 
formalaşmışdır. Etnohidronimdir. Quruluşca sadə hidronimdir. 
Gödəkburün - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) 
rayonunda dağ. Rayondakı Cuckan kəndinin  şimalında yerləşir. Hündürlüyü 1215 m-dir. Oronim 
Azərbaycan dilində «balaca, qısa» mənasında işlənən gödək sözü ilə «irəliyə çıxan, suya doğru uzanan 
quru» mənasında işlənən burun sözünün (253, s.99) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında 
yaranan mürəkkəb quruluşlu oronimdir. 
Gödəklər - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək 
(Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 13 km məsafədə yerləşir. 1937-ci ilə kimi Dilican 
rayonunun inzibati ərazi bölgüsünə daxil idi. 1937-ci il dekabrın 31də Çəmbərək (Krasnoselo) rayonu 
təşkil edildikdən sonra Dilican rayonunun tərkibindən çıxarılıb, Çəmbərək (Krasnoselo) rayonunun 
tərkibinə daxil edilimşdir. 1918-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. Lakin mənbələrdə 
azərbaycanlıların say tərkibi göstərilmir. Ermənilər buraya 1919-1920-ci illərdə Türkiyədən 
köçürülmüşdür (415, s.32, 117). 
Toponim gödəklər türk etnonimi (386, s.535) əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə