İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə102/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   98   99   100   101   102   103   104   105   ...   168

 
204
Toponim gencək türk tayfa adı (399, I, s.480) əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Gəncəyal - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonunda dağ. Erməni mənbələrində dağın adı Gyanzakyal formasında qeyd edilir (427, s.878). 
Oronim gencək türk tayfa adına (399, s.29, 480; 274, s.201) Azərbaycan dilində «hündür bir 
yerin təpəsi, dikdir, yoxuşun başı» mənasında işlənən yal sözünün (10, s.479) birləşməsindən  əmələ 
gəlmişdir. Etnoornimdir. Quruluşca mürəkkəb oronimdir. 
Gəncəyolu - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) 
rayonunda təpə. Rayonun Toxluca kəndinin  şərqində yerləşir.Həmin yolla Gəncəyə gedib gəlindiyi 
üçün Gəncəyolu adlandırılmışdır. 
Gərd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. 
Rayon mərkəzindən 33 km şimal-qərbdə, Gərd çayının sol sahilində yerləşir. Erməni mənbələrində 
kəndin adı Garts, Gird, Kart, Karti formalarında qeyd edilmişdir (415, s.56; 427, s.882). Kənddə XVI-
XVII əsrlə bağlı türklərə aid tarixi abidələr vardır. Kənddə 1897-ci ildə 60 nəfər, 1922-ci ildə 71 nəfər, 
1926-cı ildə 71 nəfər, 1931-ci ildə 115 nəfər (415, s.56-57, 134-135), 1939 - cu ildə 170 nəfər, 1959 - 
cu ildə 250 nəfər, 1970-ci ildə 195 nəfər, 1979 - cu ildə 61 nəfər (427, s.882) azərbaycanlı yaşamışdır. 
1988-ci ildə  kəndin bütün sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik vətənlərindən 
deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. 
Toponim fars dilində «lək, gərdi», «əkilmiş tarla» mənasında işlənən kərd sözü (104, s.284) 
əsasında yaranmışdır. Reylyeflə bağlı yaranan toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan 
prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kard qoyulmuşdur.  
Gərd çayı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
çay. 
Gərgər - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda 
çay. Hidronim qədim türk tayfalarından biri olan qarqar etnonimi (377, s.479) ilə bağlı yaranmışdır. 
Etnohidronimdir. 
Gərgər - Tiflis quberniyasının Borçalr qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda 
kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Rus Gərgəri 
(Gərgər rus) formasında qeyd edilir (415, s.78). XIX əsrin əvvəllərində ruslar bura köçürüləndən sonra 
toponimə rus sözü (etnonim) əlavə edilərək rəsmi sənədlərdə Rus Gərgəri kimi öz əksini tapmışdır. 
Kənddə ruslarla yanaşı 1897-ci ildə 6 nəfər, 1926-cı ildə 7 nəfər, 1931-ci ildə 16 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.78-79, 148-149). 1940-cı illərdə azərbaycanlılar kənddən köçürülmüşdür. 1988-ci 
ildən sonra kənddə yaşayan ruslar da ermənilərin təzyiqi nəticəsində  sıxışdırılıb çıxarılmışdır.  İndi 
kənddə əsasən ermənilər yaşayır. 
Toponim qarqar qədim türk tayfasının (377, s.479) fonetik forması olan gərgər türk tayfa adı 
(211, s.184-186) əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 14.ll.1937-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilərək Rus şairi A. S. 
Puşkinin şərəfinə Puşkino qoyulmuşdur. 
Gərgər - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda 
kənd. Rayon mərkəzindən 6 km şimal-şərqdə, Gərgər çayının sahilində yerləşir. Erməni mənbələrində 
kəndin adı Gərgər, Gyargyari hay, Herher formalarında qeyd edilir (415, s.78; 427, s.879).  
Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 4 nəfər azərbaycanlı yaşamışdır (415, s.78-79). XX 
əsrin  əvvəllərində, 1905-1906-cı illərdə onlar sıxışdırılaraq kənddən çıxarılmışdır.  İndi yalnız 
ermənilər yaşayır. 
Toponim yunan tarixçisi Strabonun «Coğrafiya»  əsərində qeyd edilən qədim qarqar türk 
etnonimi (377, s.479; 24, s.19) əsasında  əmələ  gəlmişdir. Gərgər, qarqar türk etnoniminin fonetik 
variantıdır. Qarqar etnonimi həm də herher, xerxer fonetik variantlarında Azərbaycan toponomiyasında 
iştirak edir (211, s. 184-186). Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Gərnibasar - İrəvan xanlığında mahal. Mahalda 52 yaşayış məntəqəsi var idi. Burada 1829 - 
cu ilə kimi 4176 nəfər azərbaycanlı, 145 erməni yaşamışdır. 1829-1830 - cu illərdə  əraziyə  İrandan 
5359 erməni köçürülərək azərbaycanlılar yaşayan kəndlərdə yerləşdirilmişdir (386, s.547-557). 
Mahalın adı  ərazidən axan Gərniçay çayının adından götürülmüşdür. Toponim iki komponentdən 
ibarətdir. Birinci komponent urartu dilində «qala» mənasında işlənən gərini sözü ilə (332, s.68) qıpçaq 


 
205
mənşəli basar etnonimi (286, s.61) əsasında  əmələ  gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb 
quruluşlu etnotoponimdir. 
Gərniçay - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Artaşat (Qəmərli) rayonunda çay. 
Uzunluğu 56 km-dir. Çayın adı dəyişdirilib Azadçay qoyulmuşdur. 
Günəş dağı - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda dağ. 
Rayondakı Yuxarı Kilsə kəndinin ərazisində yerləşir. 
Giləkərli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu 
ərazisində kənd. XX əsrin əvvəllərində 38 nəfər azərbaycanlı yaşamışdır (85, s.166). Nəsil adı əsasında 
yaranmışdır. Toponimdəki -li şəkilçisi bu fikiri söyləməyə əsas verir. Patronim toponimdir. Quruluşca 
sadə toponimdir. 
Gilliyin düzü - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda düz. 
Rayondakı Cücəkənd (Qızıl Şəfəq) kəndinin ərazisində yerləşir. 
Toponim məkan mənası bildirən -lik şəkilçisinin qəbul etmiş «yer səthində və ya altında olan, 
yaş halda özlü kütləyə çevrilən çöküntü süxuru» mənasında işlənən gil sözü ilə (11, s.163) relyef 
bildirən düz sözünün birləşməsindən əmələ gəlmişdir Quruluşca mürəkkəb oronimdir. 
Gilliyin taxtası - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək 
(Krasnoselo) rayonunda dağ. Rayonun Toxluca kəndindən şimal-şərqdə yerləşir. 
Girətağçay - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
çay. Oxçu çayının sol qolunun adıdır. Rayondakı Kirətağ kəndinin ərazisindən axır. 
Kisarxalac - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində kənd olmuşdur. 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır (415, s.56; 427, s.868). 1905-
1906-cı illərdə azərbaycanlılar erməni təcavüzünə  məruz qalaraq deportasiya olunmuş  və  kənd ləğv 
edilmişdir. İndi xaraba kənddir. 
Toponim türk dilində «düzənlikdə qala», «möhkəmləndirilmiş şəhər» mənasında işlənən qisar 
(xisar) sözü ilə (339, s.143, 593) xalac türk etnonimi əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. 
Mürəkkəb quruluşlu toponimdir. 
Gomaran - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 5 km cənub-şərqdə, Oxçu çayının sağ sahilində yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində qeyd edilmişdir (348, s.71). Kənddə 1897-ci ildə 169 nəfər, 1914 - cü ildə 158 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.56-57, 134-135). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə 
məruz qalaraq deportasiya olunmuşlar (309, s.206). İndiki Ermənistanda sovet hökuməti qurulandan 
sonra, 19221924 - cü illərdə kəndin sakinləri öz evlərinə dönə bilmişlər. Burada 1926-cı ildə 52 nəfər, 
1931-ci ildə 68 nəfər (415, s.56-57, 134-135), 1939 - cu ildə 91 nəfər, 1959 - cu ildə 97 nəfər, 1970-ci 
ildə 183 nəfər, 1979 - cu ildə 163 nəfər azərbaycanlı yaşamışdır (427, s.937). Kəndin sakinləri 1988-ci 
ilin noyabr ayında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından tamamilə qovulmuşdur. 
İndi burada ermənilər yaşayır. Toponim türk tayfası  səlcuqların bir qolu olan komar (< kumar) 
etnoniminə  cəmlik mənası bildirən -an şəkilçisinin qoşulmasından  əmələ  gəlib «kömarların kəndi, 
yaşayış yeri» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Gomaran dağ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu 
ərazisində dağ. Dağ Qafan şəhərindən 22 km cənubda, Oxçu çayının sağ tərəfindədir. Oronim komar 
türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnooronimdir. Quruluşca mürəkkəb oronimdir. 
Gomur - İndiki Ermənistanda çay. Başlanğıcını Pəmbək dağlarından alır. Uzunluğu 15 km-dir. 
Hidronim qədim türk dilində «dağ başında uçurumlu, yarğanlı yer» mənasında işlənən gomur sözü 
(359, II (2), s.1321) əsasında yaranmışdır. Sadə quruluşlu hidronimdir. 
Gomur - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın 
sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Kömür kimi (143, s.60) qeyd edilmişdir. 
Kəndin qədim adı erməni mənbələrində Gomer fonetik formasında qeyd edilir və ilk dəfə XIII 
əsrdən xatırlanır (422, s.89). Kəndin adı  həm də Gyumur, Gomk, Axta yuxarı (Yuxarı Axta - İ.B.) 
formalarında göstərilmişdir (415, s.88). Kənddə 1831-ci ildə 27 nəfər, 1873 - cü ildə 285 nəfər, 1886-
cı ildə 293 nəfər, 1897-ci ildə 353 nəfər, 1904 - cü ildə 365 nəfər, 1914 - cü ildə 400 nəfər, 1916-cı 
ildə 388 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.88-89, 158-159). 1918-ci ildə  kənd erməni 
təcavüzünə  məruz qalmış, sakinləri deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet hökuməti 
qurulandan sonra sağ qalanlar doğma yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 155 nəfər, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə