İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə110/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   106   107   108   109   110   111   112   113   ...   168

 
221
M 
  
Maqauz - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 19 km məsafədə yerləşir. Erməni mənbələrində Moqes formasında qeyd 
edilir (415, s.136). Kəndin başqa adı Novruzlu olmuşdur (415, s.60).  
Toponim muq (muğ) türk etnoniminin fars dilində işlənən forması olan maq etnonimi ilə (333, 
s.91-92) türk dilində . «mənsəb», «dərə», «dağ keçidi» mənasında işlənən auz sözünün (339, s.59) 
birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-
nin 29.VI. 1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Kaxnut qoyulmuşdur. 
Maqda - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. «İrəvan 
əyalətinin icmal dəftəri»ndə (143, s.90), Qafqazın 5 verstlik xəritəsində (348, s.163) qeyd edilmişdir.  
Kənddə 1831-ci ildə 38 nəfər, 1873 - cü ildə 195 nəfər, 1886-cı ildə 226 nəfər, 1897-ci ildə 296 
nəfər, 1908-ci ildə 268 nəfər, 1914 - cü ildə 284 nəfər, 1916-cı ildə 399 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.22-23, 106-107). 1918-ci ildə  kəndin  əhalisi erməni təcavüzünə  məruz qalaraq 
deportasiya olunmuş, kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.  
Toponim muq etnoniminin fars dilində işlənən forması olan maq etnonimindən (333, s.9192) 
və -da topoformantı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.  
Erm. SSR AS RH-nin I. XII. 1949 - cu il fərmanı ilə adı dəyişdirilib Lernarot qoyulmuşdur. 
Mağancıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus raoynunda 
kənd. 
Mağazalı qaya - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana 
(Noemberyan) rayonunda qaya. Hündürlüyü 16 m-dir. 
Mağaracıq - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon 
mərkəzindən 11 km cənub-qərbdə yerləşir. Kəndin adı Qafqazın 5 verstlik xəritəsində qeyd 
edilmişdir(348, s.163).  
Kənddə azərbaycanlılar yaşamışdır. Erməni mənbələrində  kəndin sakinləri qarapapaqlar 
göstərilir və onlar ayrıca xalq kimi təqdim edilir (415, s.20). Əslində isə qarapapaqlar azərbaycanlılarn 
etnoqrafik qruplanndan biridir.  
Kənddə 1886-cı ildə 308 nəfər, 1897-ci ildə 375 nəfər, 1908-ci ildə 480 nəfər, 1914 - cü ildə 
539 nəfər azərbaycanlı yaşamışdır (415, s.20-21, 104-105). 1916-cı ildə azərbaycanlılar öz 
kəndlərindən qovulmuşdur.  İndiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar 
doğma torpaqlarına qayıda bilmişlər. 1922-ci ildə kənddə 304 nəfər, 1926-cı ildə 430 nəfər, 1931-ci 
ildə 490 nəfər (415, s.20-21, 104-105), 1970-ci ildə 860 nəfər, 1987-ci ildə 1109 nəfər azərbaycanlı 
yaşamışdır. 1989 - cu ilin yanvarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik 
torpaqlarından qovulmuşlar. İndi burada ermənilər yaşayır.  
Toponim «dağ və qayanın içinə doğru uzanan, yaxud yer altında olan geniş oyuq, zağa, kaha» 
mənasında işlənən mağara sözünə (11, s.252) kiçiltmə mənası bildirən -cıq şəkilçisinin artırilması yolu 
ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir. 
Maymaq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Sevan rayonu ərazisində dağ. 
«Maymaq» sözü türkmən dilində nəsil adı bildirir (271, s.85).  
Oronim maymak türk etnonimi (323, s.166) əsasında formalaşmışdır. Etnooronimdir. Sadə 
oronimdir.  
Maymaqdağı - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Quqark rayonunun 
Hallavar kəndində dağ. Hündürlüyü 3082 metrdir.  
Oronim maymaq türk tayfa adı (323, s.166) əsasında formalaşmışdır. Etnotoponimdir. 
Maldaş - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda 
kənd. Rayon mərkəzindən 41 km məsafədə yerləşir.  
Toponim Azərbaycan dilində «iri buynuzlu ev heyvanı, mal-qara, qaramal» mənasında işlənən 
mal sözü ilə (11, s.256) Azərbaycan dilində «dağ, qaya» mənasında işlənən daş sözünün (339, s.173) 
birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Mangüz - İrəvan quberniyasının İrəvan qəzasında, indiki (Kotayk, Abovyan) rayonunda kənd. 
Rayon mərkəzindən 12 km cənub-şərqdə yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.83), 
Qafqazın 5 verstlik xəritəsində (348, s.167) qeyd edilmişdir. Kəndin adı Mangus, Mangyok (Məngük - 
İ. B.) kimi də göstərilir (415, s.16). Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur.  


 
222
Kənddə 1831-ci ildə 60 nəfər, 1873 - cü ildə 316 nəfər, 1886-cı ildə 383 nəfər, 1897-ci ildə 450 
nəfər, 1904 - cü ildə 420 nəfər, 1914 - cü ildə 639 nəfər, 1916-cı ildə 621 nəfər (415, s.46-47, 126-
127), 1918-ci ildə yanvarında 426 nəfər (309, s.216) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin 
əvəllərində azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur (309, 
s.216). İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz evlərinə dönə bilmişdir. 
Burada 1922-ci ildə 145 nəfər, 1926-cı ildə 55 nəfər, 1931-ci ildə 77 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.46-47, 126-127). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1949 - cu 
illərdə zorla Azərbaycana köçürülmüş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.  
Toponim qədim türk dilində «möhkəm abidə, yazılı daş abidə, əbədi abidə» mənasında işlənən 
məngü sözünə (299, s.2082; 359, IV (2), s.341) - z şəkilçisinin (topoformant) qoşulması  əsasında 
əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. 
Məngük - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. 1937-
1948-ci illərdə Qarabağlar rayonunun tərkibində olmuşdur. Kənd həm də Mangük adlandırılmışdır 
(415, s.86). Qırxbulaq çayının yuxarı axarında yerləşmişdir. 1590-cı il tarixli «İrəvan  əyalətinin 
müfəssəl dəftəri»ndə  Mənkik (143, s.173), 1728-ci il tarixli «İrəvan  əyalətinin icmal dəftəri»ndə 
Mənkük kimi (143, s.106), Qafqazın 5 verstlik xəritəsində Mangyuk (Maнгюк) formasında (348, 
s.167) qeyd edilmişdir.  
Kənddə 1873 - cü ildə 100 nəfər, 1886-cı ildə 259 nəfər, 1897-ci ildə 291 nəfər, 1904 - cü ildə 
163 nəfər, 1914 - cü ildə 180 nəfər, 1916-cı ildə 379 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-
157). 1918-ci ildə ermənilər azərbaycanlılar qırğınlarla və zorla kənddən qovmuşlar. İndiki Ermənistan 
sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər. 
Burada 1922-ci ildə 86 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 135 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.86-87, 156-157). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949 - cu illərdə  kəndin 
sakinləri zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Toponim qədim 
türk dilində «abidə, əbədi abidə, yazılı daş abidə, möhkəm abidə» mənasında işlənən məngü sözü (277, 
II, s.259; 359, IV (2), s. 2082; 299, s.341; 229, s.370) əsasında əmələ gəlmişdir. «K» topoformantdır. 
Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir.  
Mancan yatağı - Yelizavetpol (Gəncə) quberinyasının Qazax qəzasında, indiki Çəmbərək 
Krasnoselo rayonunda qışlaq. Çaykənd kəndinin yaxınlığında yerləşmişdir. 1926-cı ildə 2 nəfər 
azərbaycanlı yaşamışdır. 30 - cu illərdə ləğv edilmişdir.  
Toponim Mancan şəxs adına «qoyun və keçi salman yer» (8, s.241), «payızda, qışda qoyun-
quzu, mal-qara saxlanılan yer» (10, s.510) mənalarında işlənən yataq sözünün birləşməsindən  əmələ 
gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Maral qayası - Amasiya rayonunun Elləroğlu kəndində dağ. Maral heyvan adı ilə qaya (dağ 
mənasında) orotermini əsasında formalaşıb. Zooronimdir. Quruluşca mürəkkəb oronimdir. 
Maraldoğan - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonunda 
əkin sahəsi. Rayondakı Dədəqışlaq kəndinin ərazisində yerləşir. Toponim maral heyvan adı ilə doğan 
feli sifətinin birləşməsindən əmələ gəlmişdir. Zooronimdir. Quruluşca mürəkkəb oronimdir. 
Maralzəmi - Yelizavetpol (Gəncə) quberinyasının Zəngəzur qəzasında, indiki Meğri 
rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Meğri çayının sol sahilində yerləşir.  
Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 123 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 193 
nəfər, 1904-cü ildə 951 nəfər yalnız azərbaycanlı yaşamışdı (415, s.68-69, 142-143). 1918-ci ildə kənd 
erməni təcavüzünə  məruz qalaraq sakinləri qırğınlarla deportasiya olunmuşdur və  kəndə ermənilər 
yerləşdirilmişdir.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənddən qovulmuş 
azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Onlar kəndə döndükdən sonra ermənilər 
azərbaycanlılarn tarixi torpaqlarından çıxmışdır. Burada 1922-ci ildə 28 nəfər, 1926-cı ildə 72 nəfər, 
1931-ci ildə 98 nəfər (415, s.68-69, 142-143), 1987-ci ildə 800 nəfər (85, s.174) yalnız azərbaycanlı 
yaşamışdır. 1988-ci ilin noyabr ayında kənd sakinləri - azərbaycanlılar Ermənistan dövləti tərəfindən 
tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.  
Toponim maral heyvan adı ilə fars dilində «əkin yeri, tarla» mənasında işlənən zəmi sözünün 
birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Maralyatağı  -  İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Amasiya rayonun 
Çaxmaq kəndində yataq. Oronim maral heyvan adı ilə «payızda, qışda qoyun-quzu, mal-qara 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə