İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə109/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   105   106   107   108   109   110   111   112   ...   168

 
218
Erm. SSR AS RH-nin 29. VI. 1949 - cu il fərmanı ilə  kəndin adı  dəyişdirilib Geğanuş 
qoyulmuşdur. 


 
219
L 
  
Laçınqaya - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray 
(İcevan) rayonunda dağ. Yuxarı  Ağdam kəndinin  ərazisində yerləşir. Oronim laçın quş adı  və qaya 
sözünün birləşməsindən əmələ gəlmişdir. Zooronimdir. Quruluşca mürəkkəb oronimdir. 
Leyli dağı - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Quqark rayonunda dağ. 
Rayondakı Hallavar kəndinin  ərazisində yerləşir. Oronim şəxs adı  əsasında  əmələ  gəlmişdir. 
Antropooronimdir. Quruluşca mürəkkəb oronimdir. 
Leyli köçən - İrəvan quberinyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, 
Vayk) rayonu ərazisində  kənd. Culçayın sağ qolu olan Köçbəkçayın yaxınlığında yerləşirdi. Kəndin 
adı erməni mənbələrində Leyliqaçan kimi də göstərilir (415, s.90). Qafqazın 5 verstlik xəritəsində 
(348, s.159) qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 139 nəfər, 1886-cı ildə 153 nəfər, 1897-ci ildə 352 nəfər, 1904 - cü ildə 
384 nəfər, 1914 - cü ildə 422 nəfər, 1916-cı ildə 420 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.90-
91, 158-159). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq sakinləri deportasiya olunmuş  və 
kənd xarabalığa çevrilmişdir. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim Leyli şəxs adı ilə köçən feli sifətin birləşməsindən  əmələ  gəlmişdir. «Leylinin 
köçünün düşdüyü yer» mənasını verir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Lehvaz - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda 
kənd. Rayon mərkəzindən 6 km şimal-qərbdə, Meğri çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.158) qeyd edilmişdir.  
Meğri rayonunda Lehvaz adlı iki kənd olunmuşdur: Birinci Lehvaz, İkinci Lehvaz (415, s.68). 
Sonralar bu kəndlər birləşdirilərək Levaz adlı kənd yaranmışdır.  
Kənddə 1831-ci ildə 15 nəfər, 1873 - cü ildə 172 nəfər, 1886-cı ildə 375 nəfər, 1897-ci ildə 346 
nəfər, 1904 - cü ildə 525 nəfər, 1914 - cü ildə 836 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.68-69, 
142-143). 1918-ci ildən kənd erməni təcavüzünə  məruz qalmış, sakinləri qırğınlarla deportasiya 
olunmuşdur (309, s.206). İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər 
tarixi-etnik torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 189 nəfər, 1926-cı ildə 145 nəfər, 1931-ci 
ildə 171 nəfər (415, s.68-69, 142-143), 1987-ci ildə 1002 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin 
noyabr ayında kənddə yaşayan azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik 
torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.  
Toponim Strabonun «Coğrafiya»  əsərində göstərilən skif tayfalarından olan leh etnonimi ilə 
(24, s.18) türk dilində «sıldırım qaya, şiş qaya ətəyində dar dərədə axan çay yanında dağ» mənasında 
işlənən bayz//bays (vaz -İ.B.) sözündən (339, s.65) əmələ  gəlmişdir. Bu söz Azərbaycan 
toponomiyasında «düzən yerdə tirə, təpəcik, hündür yer» mənasında işlənən bazı formasında da (253, 
s.120) işlənir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Ləlvar - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) 
rayonu  ərazisində  kənd. Rayon mərkəzindən 28 km şimal-qərbdə, Tona (Debed) çayının sahilində, 
Ləmbəli kəndinin yaxınlığında yerləşirdi. Sonralar Ləmbəli kəndi ilə birləşdirilərək ləğv edilmişdir. 
Ləlvər dağının  ətəyində yerləşdiyi üçün kənd Ləlvar adlandırılmışdır. Toponim ləl və 
«möhkəmləndirilmiş  kənd, qala, bənd» mənasında işlənən «var» sözündən (339, s.113) əmələ 
gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Lələkənd - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) 
rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir. 
Toponim «böyük tərbiyəçi» mənasında işlənən lələ sözünə  qədim türk dilində «yaşayış 
mənəqəsi» mənasında işlənən kənd sözünün (339, s.270-271) birləşməsindən  əmələ  gəlmişdir. 
Quruluşca mürəkkəbdir.  
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vazaşen qoyulmuşdur. 
Ləmbəli - Tiflis quberniyasının, Loru-Borçalı  qəzasında, indiki Barana (Noemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-qərbdə, Tona çayının sağ tərəfində yerləşir.  
Erməni mənbələrində «Ləmbəli qyuğ» formasında qeyd edilir(415,s.98). 
Kənddə 1831-ci ildə 11 nəfər, 1886-cı ildə 292 nəfər, 1897-ci ildə 376 nəfər, 1908-ci ildə 400 
nəfər,1914 –cü ildə 493 nəfər azərbaycanlı yaşamışdır (415, s.89, 98-99). 1915-cı ildən sonra 
azərbaycanlılar ermənilərin təcavüzünün nəticəsində tarixi-etnik torpaqlarından qovulmuşlar.  İndiki 


 
220
Ermənistan sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar geri qayıda bilmişlər. 1922-ci ildə 783 
nəfər, 1926-cı ildə 857 nəfər, 1931-ci ildə 1034 nəfər (415, s.89, 98-99), 1939 - cu ildə 1289 (427, 
s.535) nəfər azərbaycanlı yaşamışdır.  
1948-1949 - cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana 
köçürülmüşdür. Ləmbəlilər bu haqsızlığa qarşı çıxmış, apardıqları mübarizə nəticəsində onlar geri - öz 
kəndlərinə qayıtmışlar. 1959 - cu ildə burada 1151nəfər, 1970-ci ildə 2000 nəfər (427, s.535), 1987-ci 
ildə 1500 -dən çox (85, s.331) azərbaycanlı yaşamışdır. Lakin «Ermənistan və  ətraf vilayətlərin 
toponimlər lüğəti» kitabında kəndin azərbaycanlı  əhalisi ermənilər kimi göstərilmişdir (427, 
s.535).1988-ci ildə azərbaycanlılar qovulmuş, kənddə ermənilər yerləşdirilmişdir.  
Toponim «rütubətli və bürkülü zonalar üçün səciyyəvi olan tikili» mənasında işlənən ləm (109, 
s.16) və «düzənlik, açıqlıq, açıq yer», «geniş düzənlik» mənasında işlənən pila//pala (> bəli) sözlərinin 
(359, IV (2), s.1162) birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə