İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə106/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   102   103   104   105   106   107   108   109   ...   168

 
212
sonra ermənilər öz məkrli niyyətlərini həyata keçirmiş, Göyçə gölünün adı  dəyişdirilib albanlar 
tərəfindən qara daşdan tikilmiş kilsəyə uyğun olaraq Sevvank (Qarakilsə) qoyulmuşdur. Rus 
imperiyası Göyçə mahalnı  zəbt etdikdən sonra sev (qara), vank (kilsə) sözü də eroziyaya uğramış, 
ortadakı iki «v» hərfi bir hərf kimi tələffüz olunmuş, sondakı «k» hərfi isə düşmüşdür. Beləliklə, 
«Sevank» əvəzinə «Sevan» sözü yaranmışdır (130, s.1). İndi gölün adı Sevan adlanır. 
Gölkənd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda 
kənd. Rayon mərkəzindən 8 km məsafədə, Göyçə gölünün sahilində yerləşir. «İrəvan əyalətinin icmal 
dəftəri»ndə (143, s.57), Qafqazın 5 verstlik xəritəsində (348, s.59) qeyd edilmişdir. Sonradan Gölkənd 
oykonimindəki kənd coğrafi nomeni ixtisar edilərək, erməni mənbələrində Göl formasında qeyd 
edilmişdir (415, s.66; 419, s.113). Kənddə tarixən azərbaycanlılar yaşamışdır. 
1828-ci il Türkmənçay müqaviləsindən sonra Türkiyədən köçürülən ermənilər kənddə 
yerləşdirilmiş  və azərbaycanlılar sıxışdırılmışdır. Burada ermənilərlə yanaşı 1897-ci ildə 23 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.66-67). 1905-1906-cı illərdə baş verən erməni azərbaycanlı 
münaqişəsi nəticəsində azərbaycanlılar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. 
Toponim Azərbaycan dilində «dənizlə bilavasitə əlaqəsi olmayan təbii su hövzəsi» mənasında 
işlənən göl sözü ilə (11, s.194) kənd sözünün birləşməsindən  əmələ  gəlmişdir. Hidrotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Kəndin adı erməni dilinə kalka edilərək Liçk (Göl) qoyulmuşdur. 
Gölyand - Yelizavetpol (Gəncə) quberinyasının Qazax qəzasında, indiki Çəmbərək 
(Krasnoselo) rayonu ərazisində  kənd olmuşdur. Murğuz dağının  ətəyində yerləşirdi. Kəndin və 
qəbirstanlığın xarabalıqları indi də durur. 
Toponim «təbii su hövzəsi» mənasında işlənən göl sözü ilə türk dilində «yan, tərəf» (339, 
s.649), «dağın döşü, yamacı» (278, s.166) mənasında işlənən yan sözü əsasında  əmələ  gəlmişdir. 
Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Gölyeri - Tiflis quberniyasının Loru-Borçalı  qəzasında, indiki Barana (Noemberyan) rayonu 
ərazisində  qışlaq. Ləmbəli kəndinin yaxınlığında yerləşmişdir. Sonralar Ləmbəli kəndinə 
birləşdirilmişdir. 
Toponim göl və yer sözlərindən  əmələ  gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Gölkənd - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək 
(Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 16 km cənub-qərbdə, Tərsa çayının sağ sahilində 
yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.56), Qafqazın 5 verstlik xəritəsində (348, s.59) 
qeyd edilmişdir.  
Kəndin bir adı da erməni mənbələrində Qaraqoyunlu olduğu göstərilir (415, s.30).Əslində isə 
Qaraqoyunlu indiki Krasnoselo rayonu ərazisində yerləşən Gölkənd, Çaykənd,Əmirxeyir, Qaraqaya, 
Yanıxpəyə, Bəriyabad, Cıvıxlı  kəndlərinin ümumi adıdır. Kənddə 1831-ci ildə 357 nəfər, 1873 - cü 
ildə 1567 nəfər, 1886-cı ildə 2157 nəfər, 1908-ci il de 1555 nəfər, 1914 - cü ildə 1866 nəfər, 1916-cı 
ildə 1486 nəfər, 1919 - cu ildə 1376 nəfər azərbaycanlı yaşamışdır (415, s.30-31, 114-115). 1919 - cu 
ilin yazında azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet 
hakimiyyəti qurulandan sonra kəndin sakinləri tarixi yurdlarına qayıda bilmişdir. 1922-ci ildə kənddə 
1015 nəfər, 1926-cı ildə 1055 nəfər, 1931-ci ildə 1279 nəfər (415, s.30-31, 114-115), 1959 - cu ildə 
1123 nəfər, 1970-ci ildə 1880 nəfər, 1979 - cu ildə 2002 nəfər (427, s.892893), 1987-ci ildə 2700 nəfər 
(85, s.89) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri Ermənistan 
dövləti tərəfindən tamamilə tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi burada ermənilər yaşayır.  
Kənddən  şimalda 7 nohur (gölməçə) var. Ona görə  də  kənd Gölkənd adlandırılıb. 
Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il 
fərmanı ilə kəndin adı dəyişdirilib Ayqut qoyulmuşdur. 
Gölcük - Yelizavetpol (Gəncəl quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunun 
ərazisində kənd. Rayon mərkəzindən cənub-şərqdə, Bərgüşad çayının yuxarı axarında yerləşirdi. Kənd 
haqqında ətraflı məlumat yoxdur. İndi xaraba kənddir. 
Toponim Azərbaycan dilində «təbii su hövzəsi» mənasında işlənən göl sözünə kiçiltmə mənalı 
söz  əmələ  gətirən -cük şəkilçisinin artırılması ilə düzəlmişdir. Hidrotoponimdir. Quruluşca düzəltmə 
toponimdir. 


 
213
Göllü - Qars quberniyasının Qars qəzasında, indi Amasiya rayonunda göl. Rayondakı Göllü 
kəndinin qərbində yerləşir. Dərinliyi 2060 m-dir. 
Göllü - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 18 
km şimal-qərbdə, Arpa gölündən 10-11 km şimalda, Sultanabad-Qazançı yolunun 6 km-də yerləşir.  
Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində  kənddə yaşayanların 
qarapapaqlar olduğu göstərilir (415, s.20) və onlar ayrıca xalq kimi verilir. Lakin qarapapaqlar türk 
tayfalarından biridir və azərbaycanlıların etnogenizində iştirak edən etnoqrafik qrupdur.  
Kənddə 1886-cı ildə 204 nəfər, 1897-ci ildə 284 nəfər, 1908-ci ildə 313 nəfər, 1914 - cü ildə 
403 nəfər azərbaycanlı yaşamışdır (415, s.18-119, 104-105). 1916-cı ildə azərbaycanlılar kənddən 
qovulmuşdur. 1920-ci ildən sonra indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra 
azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə  kənddə 242 nəfər, 1926-cı ildə 306 
nəfər, 1931-ci ildə 334 nəfər (415, s.18-19, 104-105), 1959 - cu ildə 470 nəfər, 1970-ci ildə 698 nəfər, 
1979 - cu ildə 757 nəfər (427, s.891), 1987-ci ildə 760 nəfər azərbaycanlı yaşamışdır. 1989 - cu ilin 
yanvar-fevral aylarında azərbaycanlılar ermənilər tərəfindən doğma torpaqlarından qovulmuşdur. İndi 
ermənilər yaşayır. 
Toponim «dənizlə  əlaqəsi olmayan təbii su hövzəsi» mənasında işlənən göl sözünə -lü 
şəkilçisinin artırılması ilə kəndin adı düzəlmişdir. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir.  
Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə dəyişdirilib Ardenis qoyulmuşdur. 
Gödəkli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayon ərazisində  kənd 
olmuşdur.  Şahverd çayının yuxarı  tərəfində yerləşirdi. «İrəvan  əyalətinin icmal dəftəri»ndə Kötəkli 
formasında (143, s.89) qeyd edilir.  
Kənddə 1831-ci ildə 80 nəfər, 1873 - cü ildə 79 nəfər, 1886-cı ildə 133 nəfər, 1897-ci ildə 204 
nəfər, 1908-ci ildə 242 nəfər, 1914 - cü ildə 258 nəfər, 1916-cı ildə 237 nəfər (415, s.22-23, 108-109), 
1918-ci ildə 242 nəfər (309, s.221) yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə  kəndin  əhalisi 
erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir (309, s.221). 
İndi xaraba kənddir. 
Toponim qazaxlar türk tayfasından olan gödəkli etnonimi (386, s.535) əsasında  əmələ 
gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Güzəcik - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda 
kənd. İrəvandan 11 km şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.154) qeyd edilmişdir.  
Kənddə 1873 - cü ildə 100 nəfər, 1886-cı ildə 109 nəfər, 1897-ci ildə 127 nəfər, 1904 - cü ildə 
119 nəfər, 1914 - cü ildə 138 nəfər, 1916-cı ildə 165 nəfər (415, s.46-47, 126-127), 1918-ci ilin 
fevrahında 119 nəfər (309, s.216) azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar 
ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur (309, s.216). Yalnız indi Ermənnistan 
adlanan  ərazidə sovet hökuməti qurulandan sonra kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 
1922-ci ildə 53 nəfər azərbaycanlı yaşamışdır (415, s. 126-127). Onlar 1924-1925-cı illərdə tamamilə 
tarixi-etnik yurdlarından qovulmuş  və  kənd xarabalığa çevrilmişdir. Toponim bayat türk tayfasından 
olan güzücəkli etnonimi (238, s.233) əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə 
toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı  dəyişdirilib Lancaxpyur 
qoyulmuşdur. 
Gülablı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon 
mərkəzində 14 km məsafədə, Ortulu dağın ətəyində yerləşir. Erməni mənbələrində kəndin adı Gülaplı, 
Gülab, Gülabdı formalarında da qeyd edilir (415, s.4). «İrəvan  əyalətinin icmal dəftəri»ndə Güləbdi 
formasında (143, s.110), Qafqazın 5 verstlik xəritəsində Gülablı kimi (348, s.70) qeydə alınmışdır. 
Toponim gülablı  nəsil adı  əsasında  əmələ  gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə 
toponimdir. Erm. SSR AS RH-nin 15. VI. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Dzoraqlux (Dərəbaş) 
qoyulmuşdur. 
Güləkərək - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda 
kənd. Rayon mərkəzindən 9 km məsafədə yerləşir. 
Toponim gül sözü ilə  -ək  şəkilçisi qəbul etmiş  əkər türk etnonimi (359, I (1), s.97) əsasında 
əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  
Gülüdağan - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Hamamlı (Spitak) rayonu 
ərazisində yer. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə