İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə107/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   103   104   105   106   107   108   109   110   ...   168

 
214
İlk dəfə 1931-ci ildə «Xorhordayin hayastan» qəzetində adı çəkilir və göstərilir ki, bura tarixən 
yaşayış məntəqəsi olmuşdur (427, s.905). 
Güllübulaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) 
rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. 1937-ci ilə  qədər Ağbaba rayonunun 
tabeliyində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.127) qeyd edilmişdir. 
Toponim «güllü, çiçəkli» mənasında işlənən güllü sözü ilə bulaq sözünün birləşməsindən 
əmələ  gəlib «güllü, çiçəkli bulaq yanında olan kənd» anlamını bildirir. Hidrotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə  hərfən tərcümə edilərək Vardaxbyur (Güllübulaq) 
qoyulmuşdur. 
Güllüdüz - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğenadzor) 
rayonunda kənd. Rayon mərkəzindən 22 km şimal-şərqdə, Erdəpin çayının sol sahilində yerləşir. XIII 
əsrdən xatırlanır. Ərazidəki bir daşın üstündə kəndin 1291-cı ildə salındığı qeyd edilir (422, s.70). 
Rayonun  ərazisindəki Aşağı Güllüdüzü və Yuxarı Güllüdüzü kəndlərinin 1959 - cu illərdə 
birləşdirilməsi  əsasında yaranmışdır. Qafqazın 5 verstlik xəritəsində (348, s.70) qeyd edilmişdir. 
Kənddə XIII-XIV əsrlərə aid azərbaycanlılarla bağlı tarixi abidələrin qalıqları indi də qalır. Kənddən 4 
km şərqdə Canı azərbaycanlı kəndinin xarabalığı yerləşir.  
Kənddə (Güllüdüz kəndi kimi qeydə alındıqdan sonra) 1959 - cu ildə 256 nəfər, 1970-ci ildə 
362 nəfər, 1979 - cu ildə 369 nəfər azərbaycanlı yaşamışdır (427, s.907). 1988-ci ilin noyabr-dekabr 
aylarında kəndin sakinləri - azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından 
deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. 
Toponim «güllü çiçəkli» mənasında işlənən güllü sözü ilə «çöl, düzən, düzəngah», «enişi, 
yoxuşu, çuxuru olmayan» mənasında işlənən düz sözünün (10, s.168) birləşməsindən əmələ gəlmişdir. 
«Düz» sözü toponomiyada həm tərkib hissə (Düzqışlaq, Düzqırıqlı, Düzbilici), həm də nomenklatur 
termini (Muğan düzü, Mil düzü, Qarabağ düzü, Şirvan düzü) kimi işlənir (253, s.70). Fitotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir.  
Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Vardhovid 
(Güllüdüz) qoyulmuşdur. 
Güllüdüz - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkəndə 
(Yeğeqnadzor) rayonunda Qovuşuq kəndinin yanında çay. Araz çayına tökülür. Uzunluğu 15 km-dir. 
Güllüdüz - İrəvan quberniyasının Şərur - Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda dağ. Güllüdüz kəndinin şimalında yerləşir. Hündürlüyü 2695 m-dir. 
Güllücə - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 
24 km şimal-qərbdə, Arpa gölünün şimal sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, 
s.124), Qafqazın 5 verstlik xəritəsində (348, s.70) qeyd edilmişdir. Erməni mənbələrində  kəndi adı 
Gyulica, Gyulluca formalarında da əksini tapır (415, s.18). Kəndin köklü sakinləri azərbaycanlılar 
olmuşdur. Erməni mənbələrində  kənddə qarapapaqların yaşadığı göstərilir və onlar xalq kimi qeyd 
edilir (415, s.19). Qarapapaqlar azərbaycanlılarn formalaşmasında iştirak edən türk tayfalarından - 
azərbaycanlılarn etnoqrafik qruplarından biridir.  
Kəndə 1886-cı ildə 193 nəfər, 1897-ci ildə 288 nəfər, 1908-ci ildə 324 nəfər, 1914 - cü ildə 378 
nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.18-19, 104-105). 1916-1918-ci illərdə azərbaycanlılar 
erməni təcavüzünə  məruz qalaraq qırğınlarla deportasiya olunmuş  və Türkiyəyə  pənah aparmışlar. 
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar doğma yurdlarına qayıda 
bilmişlər. Burada 1922-ci ildə 517 nəfər, 1926-cı ildə 553 nəfər, 1931-ci ildə 576 nəfər (415, s.18-19, 
104-105), 1939 - cu ildə 624 nəfər, 1959 - cu ildə 594 nəfər, 1979 - cu ildə 985 nəfər (427, s.978) 
azərbaycanlı yaşamışdır. 1989 - cu ilin yanvarında Ermənistan dövləti tərəfindən kəndin sakinləri - 
azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. 
Toponim gül sözünə sifət düzəldən -lü və sifətin çoxaltma dərəcəsinin  əlamətini bildirən -cə 
şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.  
Güllücə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda 
kənd. Rayon mərkəzindən 5 km cənub-şərqdə, Çiçxan çayının yaxınlığında, Çubuxlu dağının ətəyində 
yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.71) qeyd edilmişdir. Kənd 1937-ci ilə kimi, yəni 
Hamamlı rayonu təşkil edilənə kimi Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur.  
Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 2 nəfər, 1897-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.50-51, 130). XX əsrin əvvəllərindən kənddə yalnız ermənilər yaşayır. 


 
215
Toponim Azərbaycan dilində  işlənən güllu sözünə -cə  şəkilçisinin artırılması  əsasında  əmələ 
gəlib «güllü, çiçəkli yerdə salman kənd» mənasını ifadə edir. Fitotoponimdir. Quruluşca düzəltmə 
topoınındir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Saraart qoyulmuşdur. 
Güllücə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon 
mərkəzindən 5 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə 
(143, s.109), Qafqazın 5 verstlik xəritəsində (348, s.71) qeyd edilmişdir. 
Toponim güllü sözünə sifətin çoxaltma dərəcəsinin  əlamətini bildirən -cə  şəkilçisinin 
qoşulması  əsasında  əmələ  gəlib «güllü, çiçəkli  ərazidə yerləşən kənd» mənasını ifadə edir. 
Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 15. VI. 1946-cı il fərmanı ilə 
kəndin adı dəyişdirilib Vardenis (Güllü) qoyulmuşdur. 
Güllücə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Ellər (Kotayk, Abovyan) 
rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-şərqdə yerləşir. «İrəvan  əyalətinin icmal 
dəftəri»ndə (143, s,80), Qafqazın 5 verstlik xəritəsində (348, s.71) qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 273 nəfər, 1886-cı ildə 397 nəfər, 1897-ci ildə 524 nəfər, 1904 - cü ildə 
516 nəfər, 1914 - cü ildə 846 nəfər azərbaycanlı yaşamışdır (415, s.46-47, 126-127). 1918-ci ildə 
azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Türkiyədən ermənilər 
köçürülərək burada yerləşdirilmişdir. Sonradan azərbaycanlıların az bir hissəsi öz evlərinə dönə 
bilmişdir. Burada 1926-cı ildə ermənilərlə yanaşı 21 nəfər azərbaycanlı yaşamışdır (415, s.46-47). 
1929-1930 - cu illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından tamamilə qovulmuşlar. İndi burada 
ermənilər yaşayır. 
Toponim «güllü, çiçəkli» mənasını bildirən güllü sözünə -cə şəkilçisinin artırılması ilə düzəlib. 
Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.  
Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovk qoyulmuşdur. 
Gümrü - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd.  İndi Ermənistan adlanan 
respublikada  şəhər.  Şörəyel bölgəsində yerləşir. 1728-ci ildə  tərtib edilmiş  «İrəvan  əyalətinin icmal 
dəftəri»ndə  «Şürəkəl livasmda Gümrü kəndi» adında (143, s.124), «Əkinçi» qəzetində «Gömrü» 
formasında (№ 2,5 avqust 1875) qeyd edilmişdir.  
Burada ermənilərlə yanaşı 1831-ci ildə 250 nəfər, 1873 - cü ildə 604 nəfər, 1897-ci ildə 1263 
nəfər azərbaycanlı yaşamışdır (415, s.23, 94-95). 1905-1906-cı illərdə erməni azərbaycanlı müharibəsi 
nəticəsində azərbaycanlılar tarixi torpaqlarından deportasiya olunmuş, yalnız indiki Ermənistanda 
sovet hökuməti qurulandan sonra ata-baba torpaqlarına dönə bilmişlər. Burada 1922-ci ildə 47 nəfər, 
1926-cı ildə 54 nəfər, 1931-ci ildə 116 nəfər azərbaycanlı yaşamışdır (415, s.23, 94-95). 1940-cı 
illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarından sonra azərbaycanlılar tamamilə qovulmuşdur.  İndi 
burada yalnız ermənilər yaşayır. 
Toponim qədim türk mənşəli kimmer etnonimindən (377, s.469; 245, s.33-34; 287, s.317-318) 
əmələ gəlmişdir. Quruluşca sadə toponimdir.  
Oykonimin adı 1837-cı ildə  dəyişdirilərək Rusiya çarı Aleksandrın  şərəfinə Aleksandropol 
qoyulmuşdur. V. İ. Leninin ölümü ilə bağlı olaraq yaşayış  məntəqəsinin adı Erm. SSR Mərkəzi 
İcraiyyə Komitəsinin 1924 - cü il fərmanı ilə  dəyişdirilib Leninakan qoyulmuşdur. Ermənistan 
prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə adı yenidən dəyişdirilərək tarixi adı bərpa edilmiş və ilkin 
adına uyğun olaraq Qumayri («Gümrü» sözünün erməni dilinin qaydalarına uyğunlaşdırılmış 
formasıdır) adlandırılmışdır. 
Gümüş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonunda 
kənd. Rayon mərkəzindən 16 km cənub-qərbdə, Zəngi çayının yanında, Alapars kəndinin yaxınlığında 
yerləşmişdir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.79), Qafqazın 5 verstlik xəritəsində (348, 
s.71) qeyd edilmişdir.  
Kənddə 1831-ci ildə 48 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 311 nəfər, 1914 - cü ildə 
796 nəfər azərbaycanlı yaşamışdır (415, s.16-17, 100-101). 1918-ci ildə azərbaycanlılar ermənilər 
tərəfindən qırğınlarla qovulmuşlar. Onların yerində ermənilər məskunlaşdırılmışdır.  
Gümüş filiz yataqları olduğu üçün kənd Gümüş adlandırılmışdır. Relyef əsasında yaranan sadə 
quruluşlu toponimdir. 
Gümüşxana - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, 
Vayk) rayonunda kənd. Dağ çayının qolu olan Gümüşxana selavının yanında yerləşirdi. 1728-ci ildə 
tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Gümüşcük kimi (143, s.60) qeyd edilmişdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə