İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə105/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   101   102   103   104   105   106   107   108   ...   168

 
210
mənasında işlənən göy sözü ilə «dik, çətin çıxılan yer» mənasında işlənən yoxuş sözünün (10, s.561) 
birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.  
Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə daı dəyişdirilib Saralanc qoyulmuşdur. 
Göykilsə - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda 
kənd. Rayon mərkəzindən 8 km şimal-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.80), 
Qafqazın 5 verstlik xəritəsində (348, s.59) qeyd edilmişdir.  
Burada 1828-ci ilə kimi yalnız azərbaycanlı əhalisi yaşamışdır. Ermənilər buraya 1828-1829 - 
cu illərdə Türkiyədən köçürülmüşdür. Kənddə ermənilərdən başqa 1873 - cü ildə 293 nəfər, 1886-cı 
ildə 333 nəfər, 1897-ci ildə 424 nəfər, 1914 - cü ildə 890 nəfər azərbaycanlı yaşamışdır (415, s.44-45, 
124-125). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya edilmişdir. 
Burada 1922-ci ildə 94 nəfər, 1926-cı ildə 100 nəfər, 1931-ci ildə 170 nəfər azırbaycanlı yaşamışdır 
(415
,
 s.44-45, 124-125). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1949 - cu 
illərdə zorla tarixi-etnik torpaqlarından deportasiya edilib Azərbaycana köçürülmüşdür. İndi ermənilər 
yaşayır. 
Toponim rəng bildirən göy sözü ilə kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca 
mürəkkəb toponidmdir.  
Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Kaputan (kaput göy deməkdir) 
qoyulmuşdur. 
Göykümbət -  İrəvan quberniyasının  İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda 
kənd. Rayon mərkəzindən 16 km şimalda, Zəngi çayının yanında, Zərincə dağı tərəfdə yerləşir. 1590-
cı il tarixli «İrəvan  əyalətinin müfəssəl dəftəri»ndə Göygünbəz (143, s.159), Qafqazın 5 verstlik 
xəritəsində Göykümbət formasında (348, s.59) qeyd edilmişdir.  
Kənddə 1831-ci ildə 21 nəfər, 1873 - cü ildə 166 nəfər, 1886-cı ildə 200 nəfər, 1897-ci ildə 230 
nəfər, 1908-ci ildə 252 nəfər, 1914 - cü ildə 280 nəfər, 1916-cı ildə 241 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.80-81, 150-151). 1918-ci ildə  kəndin sakinləri erməni təcavüzünə  məruz qalaraq 
deportasiya olunmuş və xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdilər. İndiki Ermənistanda 
sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz yurdlarına dönə bilmişdir. Burada 
ermənilərlə yanaşı 1922-ci ildə 98 nəfər, 1926-cı ildə 162 nəfər, 1931-ci ildə 174 nəfər azərbaycanlı 
yaşamışdır (415, s. 80-81, 150-151). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-
1949 - cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 50-ci illərdə deportasiya edilən ailələrin az bir 
qismi yenidən ata yurdlarına dönsələr də, 1970-ci ildə tamamilə deportasiya olunaraq Azərbaycana 
köçürülmüşlər. İndi ermənilər yaşayır. 
Toponim Azərbaycan dilində  rəng mənasında işlənən göy sözü ilə fars dilində «yarımkürə 
şəklində bina damı, qübbə» mənasında işlənən kümbəd sözündən (11, s.127) əmələ  gəlmişdir. 
Kümbəd kümbəz, eləcə də günbəz sözünün fonetik formasıdır (11, s.127). Azərbaycan dilində d~z səs 
əvəzlənınəsi qanunauyğun haldır. Təsviri toponimdir. Qurluşca mürəkkəbdir.  
Erm. SSR AS RH-nin 1. XII. 1949 - cu il fərmanı ilə adı dəyişdirilib Geğanist qoyulmuşdur. 
Göygöl - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda göl. 
Suyu təmiz, şəffaf olduğuna və suyun rəngi göy rənginə çatdığına görə Göygöl adlandırılmışdır. Adı 
dəyişdirilib Kapuyt liç (Göygöl) qoyulmuşdur. 
Göytala - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Dilican şəhəri 
yaxınlığında qışlaq. 1926-cı ildə burada 13 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin 30 - cu illərində 
ləğv edilmişdir. 
Toponim Azərbaycan dilində «yaşıllıq» mənasında işlənən göy sözü ilə «meşədə  ağacsız, 
çılpaq yer, açıqlıq» mənasında işlənən tala sözünün birləşməsindən  əmələ  gəlmişdir. Relyeflə bağlı 
yaranan mürəkkəb quruluşlu toponimdir. 
Göytəpə  -  İrəvan quberinyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda dağ. Rayondakı Qoşabulaq kəndindən 2 km şərqdə yeləşir. 
Oronim Azərbaycan dilində «yaşıllıq», «göy ot» mənasında işlənən göy sözü ilə «kiçik dağ» 
mənasında işlənən təpə sözünün birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir. 
Göytəpə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonunda təpə. 


 
211
Göysu  -  İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) 
rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsindən 
(348, s.59) qeyd edilmişdir.  
Kənddə 1897-ci ildə 187 nəfər, 1908-ci ildə 233 nəfər, 1914 - cü ildə 360 nəfər, 1916-cı ildə 
284 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 110-111). 1918-1919 - cu illərdə ermənilər tərəfindən 
azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet 
hakimiyyəti qurulandan sonra azərbaycanlılar 1922-1924 - cü illərdə ata-baba torpaqlarına qayıda 
bilmişlər. 1926-cı ildə burada 143, 1931-ci ildə 215 nəfər (415, s.26-27, 110-111), 1939 - cu ildə 314 
nəfər, 1959 - cu ildə 264 nəfər, 1970-ci ildə 396 nəfər, 1979 - cu ildə 531 nəfər (427, s.896) 
azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən yenidən tarixi-
etnik vətənlərindən qovulmuşlar. İndi burada ermənilər yaşayır. 
Toponim rəng bildirən göy sözü ilə  qədim türk dilində «çay» mənasında işlənən su sözünün 
birləşməsindən əmələ gəlmişdir. Hidrotopoinındir. Quruluşca mürəkkəb toponimdir. 
Göy çal - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) 
rayonunda dağ. Oronim Azərbaycan dilində «yaşıllıq, göy ot» mənasında işlənən göy sözü ilə türk 
dilində «təpə», «daşlıq yer» mənasında işlənən çal sözündən (339, s.606) əmələ  gəlmişdir. Relyeflə 
bağlı yaranan mürəkkəb quruluşlu oronimdir. 
Göyçə mahalı  - XVIII əsrdə yaradılan  İrəvan xanlığının 15 mahalından biri. Göyçə mahalı 
Göyçə gölü hövzəsində yerləşən rayonları - Kəvər (Kamo), Qaranlıq (Martuni), Basarkeçər (Vardenis) 
rayonlarını, Çəmbərək (Krasnoselo) rayonundan isə Toxluca, Ağbulaq, Şorca, Ardanış, Cil kəndlərini 
əhatə edirdi. Mahalın adı erməni və rus mənbələrində Göyçay formasında da qeyd edilir (415, s.XVII; 
386, s.515). 1829-1832-cı illərdə Göyçə mahalının 14354 nəfər  əhalisi, 100-dən artıq yaşayış 
məntəqəsi olmuşdur. Əhalinin 98% azərbaycanlılardan ibarət idi.  
Bu kəndlərdən Buğdatəpə, Allahverdibəy, Üçtəpə, Böyük altun təpə, Kiçik altun təpə, Dəmirçi, 
Ağsaqtauz, Xan Çigiz oğlu, Böyük ağa, Göyçay, Ağrıca, Dəli Arutun kəndləri xarabalığa çevrilmişdir 
(415, s.XVI-XVll). İndiki Ermənistan ərazisi Rusiya tərəfindən işğal edildikdən sonra xanlıq quruluşu 
ləğv edilmişdir. XIX əsrin 40-cı illərində yeni inzibati ərazi bölgüləri yaradılmışdır. Göyçə mahalının 
ərazisi  İrəvan quberniyasının Yeni Bayazid qəzasının inzibati ərazi bölgüsünə daxil edilmişdir. 
Mahalın adı Göyçə gölünün adından götürülmüşdür. Hidrotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Göyçay -  İrəvan  əyalətinin Göyçə mahalında, indiki Kəvər (Kamo) rayonu ərazisində  kənd. 
XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Göyçə mahalında xarabalığa çevrilmiş kəndlərin siyahısında 
Göyçay kəndinin də adı  çəkilir (415, s.XVII; 386, s.515). Toponim rəng bildirən göy sözü ilə çay 
sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Göyçə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda çay. 
Göyçə gölünə tökülür. Hidronim rəng mənasında (suyun təmizliyinə, mavi rəngdə olduğuna işarədir) 
işlənən göy sözü ilə çay sözünün qısaldılmış formasma (şəkilçiləşmiş forması) çevrilmiş «çə» sözünün 
birləşməsindən əmələ gəlmişdir. 
Göyçəgölü -  İrəvan xanlığının Göyçə mahalında,  İrəvan quberniyasının Yeni Bayazid 
qəzasında göl. Erməni mənbələrində gölün adı Göyçə dərya, Göyçə dəngiz, Göyçay, Göyçə dəniz kimi 
də qeyd edilir (427, s.894, 899).  
Göyçə gölünün adı «Kitabi-Dədə Qorqud» dastanlarında çəkilir: «Ondan Şərukun ucundan 
Göyçə dənizinə təki el çarpdı» (157, s.134). Ümumiyyətlə, müxtəlif illərdə çap olunan «Kitabi-Dədə 
Qorqud» dastanlarında Göycə gölünün adı Göycə dəniz (157, s.134), Gökcə dəniz (158, s.110), Gökcə 
dəniz (Gökçe Deniz, Dede Korkut kitabı, I, Ankara, 1989, s.225) formalarında qeyd edilmişdir. Göyçə 
gölü indiki Ermənistanın Kəvər (Kamo), Sevan, Qaranlıq (Martuni), Basarkeçər (Vardenis), Çəmbərək 
(Krasnoselo) rayonlarının  ərazisində yerləşir. Sahəsi 1200 km
2
, orta dərinliyi 28,5 m, maksimal 
dərinliyi 83 mdir. Göyçə gölü dağarası çökəklikdə, təqribən 1900 m hündürlükdədir. Qafqazın ən iri və 
uca dağ gölüdür (28, s.30). Şimal-qərbdən Pəmbək, cənubdan Basarkeçər, qərbdən Keğam silsilələri 
ilə əhatə olunur. Gölə 28 çay tökülür. Göldən isə Zəngi (Razdan) çayı axır (ASE, VIII c., B., 1984, 
s.320). 
Hidronim Göyçay sözünün Göyçə formasına düşməsi əsasında əmələ gəlmişdir. Göyçə Göyçay 
deməkdir. Gölünün suyunun rəngi göy (təmiz, duru mənasında) olduğu üçün Göyçay (>Göycə 
>Göyçə) adlandırılmışdır. XIX əsrdə indiki Ermənistan ərazisi çar Rusiyası tərəfindən işğal edildikdən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə