İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə101/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   97   98   99   100   101   102   103   104   ...   168

 
202
G 
  
Gabud - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Rayon mərkəzindən 16 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın 
yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.60) qeyd edilmişdir. Kəndin adı ilk 
dəfə XIII əsrdən xatırlansa da, ərazidəki tarixi abidələr onun daha da qədim olduğunu göstərir. Belə ki, 
kəndin əsası X əsrdən əvvəl qoyulmuşdur (422, s.88-89). 
Erməni mənbələrində kəndin adı Gyabut, Gyabud formalarında verilir (415, s.90; 427, s.874). 
Kənddə 1831-ci ildə 35 nəfər, 1873 - cü ildə 116 nəfər, 1886-cı ildə 113 nəfər, 1897-ci ildə 159 
nəfər, 1904 - cü ildə 140 nəfər, 1914 - cü ildə 154 nəfər, 1916-cı ildə 107 nəfər yalnız azərbyacanh 
yaşamışdır (415, s.90-91, 158-159). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya 
olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər doğma 
yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 33 nəfər, 1926-cı ildə 120 nəfər, 1931-ci ildə 181 
nəfər (415, s.90-91, 158-159), 1987-ci ildə 468 nəfər (85, s.344) yalnız azərbaycanlı yaşamışdır. 1988-
ci ildə noyabrın sonunda Ermənistan dövləti kəndin sakinləri - azərbaycanlılar tamamilə öz ata-baba 
yurdlarından qovulmuşlar.  İndi ermənilər yaşayır. Kəndin adı Azərbaycan dilində «qayalıqda keçən 
yol», «uçurum», «daşlıq» mənasında işlənən gab sözünə (253, s.126) -ud şəkilçisinin artırılması yolu 
ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə 
uyğunlaşdırılaraq Kaput qoyulmuşdur. 
Gavurqala - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Əştərək rayonu ərazisində  kənd 
olmuşdur. Rayondakı Nazırvan kəndinin şimal-şərqində yerləşirdi. Xarabalığa çevrilmişdir. 
Gavurqala - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda 
xaraba qala. Qarahunc kəndindən 4 km cənub-şərqdə yerləşir. 
Gavurqala - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
qala. Qalanın xarabalığa çevrilmiş divarlan indi də durur. 
Gedərçay - İrəvan şəhərində axan çay mənbəyini Hədis dağlarından alır. İrəvan şəhərinin Nork 
məhəlləsindən keçib Zəngi çayına tökülür. 
Gedərçay körpüsü - İrəvan  şəhərinin Nork məhəlləsində, Gedərçay çayının üstündə körpü. 
1664 - cü ildə inşa edilmişdir. 
Genalı - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu  ərazisinidə  kənd. Rayondakı Arpa (Areni) kəndindən 12 km şimal-şərqdə, Yelpin çayının 
sahilində, Yelpindən 6 km şimalda yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.60) qeyd 
edilmişdir. 
Kənddə 1873 - cü ildə 96 nəfər, 1886-cı ildə 125 nəfər, 1897-ci ildə 151 nəfər, 1904 - cü ildə 
169 nəfər, 1914 - cü ildə 185 nəfər, 1916-cı ildə 216 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-
93, 162-163). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur. 
Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar öz 
yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 49 nəfər azərbaycanlı yaşamışdır (415, s. 162-163). 
1924-1925-cı illərdə azərbaycanlılar sıxışdırılaraq tamamilə qovulmuşdur. Kənd 1933 - cü ildə xaraba 
edilmişdir. 
Toponimin birinci komponenti gen sözündən ibarətdir. M. Kaşğari gen sözü ilə bağlı yazır: 
«Gen-şərq ölkələrində hər şəhərə verilən bir addır. Bu kəlmə, kənd kəlməsinin qısaltmışıdır» (399, I, 
s.340). Deməli, Genalı toponimindəki gen sözü qədim türk dilində  kənd mənasını ifadə etmişdir. 
Topnimin 2-ci komponenti Alı (Əli) şəxs adından ibarətdir. «Alıya məxsus kənd» mənasını ifadə edir. 
Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Gendərəçay - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, 
Vayk) rayonunda çay. Uzunluğu 15 km-dir. 
Gendərə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) 
rayonu  ərazisində  kənd. Kotanlı düzənliyində, Qaraqayadərəsi çayının sahilində, rayondakı Kotanlı 
(Qarmraşen) kəndinin 4 km şimal-şərqində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.60) qeyd 
edilmişdir. 
Kənddə 1873 - cü ildə 152 nəfər, 1886-cı ildə 217 nəfər, 1897-ci ildə 330 nəfər, 1904 - cü ildə 
503 nəfər, 1914 - cü ildə 553 nəfər, 1916-cı ildə 354 nəfər yalnız azərbaycanlılar yaşamışdır (415, 
s.88-89, 158-159). 1918-ci ilin sonlarında kəndin sakinləri - azərbaycanlılar tamamilə erməni təcavüzü 


 
203
nəticəsində deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ 
qalanlar ata-baba torpaqlarına dönmüşdür. Burada 1922-ci ildə 78 nəfər təkcə azərbaycanlı yaşamışdır 
(415, s. 158-159). 1923 - cü illərdə onlar sıxışdırılaraq kənddən çıxarılmış  və  kənd ləğv edilmişdir. 
İndi xaraba kənddir. 
Toponim Azərbaycan dilində «böyük, geniş» mənasında işlənən gen sözü ilə  dərə sözünün 
birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Gendərə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) 
rayonunda dərə. Rayondakı Toxluca kəndinin şərqində yerləşir. Mürəkkəb quruluşlu oronimdir. 
Gecalan - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Qafqazın 5 verstlik xəritəsində Gecanan (Hacıarans) kimi qeyd edilmişdir (348, s.58). 
Gəngərli türk tayfasından olan gecalar etnonimindən (286, s.68) əmələ gəlmişdir. Azərbaycan 
dilində r>n əvəzlənınəsi mümkündür. Məs: almaram - almanam və s. Bu qənaətə  gəlirik ki, məhz 
gecalan  gecalar etnoniminin variantıdır. Deməli,Gecalan toponimi gecalan (< gecalar) etnonimi 
əsasında yaranıb. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Gədikvəng - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayon mərkəzindən 24 km şimal-şərqdə, Erdəpin çayının sahilində, Alagöz çayının 
yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.138) qeyd edümişdir. 
Kəndin adı Qoturvəng, Qoduxvəng, Gedikvəng kimi göstərilsə də (211, s.212), Kəndin əsil adı 
«Gədikvəng»dir. Kəndin adı X əsrdə çəkilir (422, s.69). 
Kənddə 1873 - cü ildə 142 nəfər, 1886-cı ildə 201 nəfər, 1897-ci ildə 206 nəfər, 1904 - cü ildə 
126 nəfər, 1914 - cü ildə 138 nəfər, 1916-cı ildə 273 nəfər yalnız azərbaycanlı yaşamışdır (415 s.92-
93, 162-163). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq deportasiya olunmuşdur. Yalnız 
indiki Ermənistanda sovet hökuməti qurulandan sonra əhalinin sağ qalanlar öz yurdlarına dönə 
bilmişdir. Burada 1922-ci ildə 71 nəfər, 1926-cı ildə 139 nəfər, 1931-ci ildə 171 nəfər (415, s.93, 163), 
1959 - cu ildə 313 nəfər, 1970-ci ildə 396 nəfər, 1979 - cu ildə 537 nəfər (427, s.875) 1987-ci ildə 600 
nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar Ermənistan dövləti tərəfindən öz ata-baba 
torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır. 
Toponim Azərbaycan dilində «dağın beli, aşırım» (11,s.149), «dağın belində batıq yer, aşırım, 
dağ keçidi» mənasında işləqək gədik sözü ilə (198, s.115), «dini məbəd, kilsə, abidə»mənasında 
işlənən vəng sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Gədikdağ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda 
dağ. Sisyan rayonu ilə Azərbaycanın Naxçıvan MR sərhəddində yerləşir. Hündürlüyü 2705 m-dir. 
Oronim Azərbaycan dilində «dağın beli, aşırım» mənasında işlənən gədik sözü ilə (11, s.149) dağ 
sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb oronimdir. 
Gəzbel - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda dağ. 
Oronim Azərbaycan dilində «gədiyin alçaq yeri, gəzdək» (253, s.126), «dağ çökəyi, dağın təpəsindəki 
çökəklik» (339, s.167) mənasında işlənən gəz sözü ilə «alçaq keçid» mənasında işlənən bel sözündən 
(9, s.227) əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir. 
Gəzdək - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Barana (Noemberyan) rayonu 
ərazisində  qışlaq. Qışlaq Ləmbəli sovetliyinə daxil idi. 1926-cı ildə 9 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.89). 1930 - cu ildə Ləmbəli kəndi ilə birləşdirilərək ləğv edilmişdir. 
Toponim Azərbaycan dilində «yüksək və orta dağ beli tirəsində enli yarıq», «uçuq, batıq yer» 
(253, s.126), «aşırım, dağ çökəyi, dağın təpəsindən çökək yer» mənasında işlənən gəzdək sözü (11, 
s.149; 339, s.167) əsasında əmələ gəmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir. 
Gəlinqaya - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda 
dağ. Hündürlüyü 2489 m-dir. 
Gəlincə - Kiçik Qafqaz sıra dağları, Zəngəzur silsiləsində, Bazarçay (Vorotan) çayının orta 
axarında dağ (85, s.165). Hündürlüyü 2741 m-dir. 
Gəncə - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu  ərazisində  kənd olmuşdur. Rayondakı Amağu kəndinin yaxınlığında yerləşirdi (85, s.361). 
Erməni mənbələrində kəndin Qandzak formasında qeyd edilməklə XIII əsrdən xatırlandığı göstərilir. 
Bununla yanaşı qeyd edilir ki, kənd XIII-IX əsrlər mövcud olmuş  və XVIII əsrin II yarısına qədər 
yaşayış  məntəqəsi kimi fəaliyyət göstərmişdir (422, s.34). Sonralar xarabalığa çevrilmişdir.  İndi ölü 
kənddir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə