198
Kənddə 1873 - cü ildə 188 nəfər, 1886-cı ildə 266 nəfər, 1897-ci ildə 329 nəfər, 1904 - cü ildə
249 nəfər, 1914 - cü ildə 493 nəfər, 1916-cı ildə 459 nəfər azərbaycanlı yaşamışdır (415, s.88-89, 156-
157). 1918-ci ildə kəndin sakinləri - azərbaycanlılar ermənilər tərəfindən zorla və qırğınlarla
qovulmuşlar. İndiki Ermənistanda daşnak hökuməti devrildikdən sonra kəndin sağ qalan sakinləri öz
doğma ocaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 58 nəfər, 1926-cı ildə 110 nəfər, 1931-ci ildə
154 nəfər azərbaycanlı yaşamışdır (415, s.88-89, 156-157). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə
kəndin əhalisi 1949 - cu ildə zorla Azərbaycana köçürülərək kənd xarabalığa çevrihmşdir. İndi xaraba
kənddir.
Toponim qədim türk dilində «çöl sığırı» mənasında işlənən kituz (sözdə i~o səs dəyişməsi baş
verərək kotuz formasını almışdır) sözü (399, I, s.365) əsasında əmələ gəlmişdir. Zootoponimdir.
Quruluşca sadə toponimdir.
Kotuz - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda dağ. Oronim
«çöl sığırı» mənasında işlənən kituz heyvan adını (399, I, s.365) əks etdirir. Heyvan adı əsasında
yaranan oronimdir. Quruluşca sadə oronimdir.
Köklü - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq.
1930 - cu ildə ləğv edilmişdir.
Kömbəçi - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq.
1930 - cu ildə ləğv edilmişdir. Toponim kömbəçi (çörəkçi) nəsil adı əsasında əmələ gəlmişdir.
Patronim toponimdir. Quruluşca sadə toponimdir.
Kömürdağ - Kiçik Qafqaz sıra dağlarında dağ silsiləsi. İndiki Ermənistanın Quqark və Axta
(Razdan) rayonlarının sərhədində yerləşir. Hündürlüyü 2113 mdir.
Oronim qədim türk dilində «dağ başında dar, yarğanlı, uçurumlu yer» mənasında işlənən
kömür sözü (359, II (2), s.1321) əsasında əmələ gəlmişdir.
Kömürlü - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Dilican şəhəri
ərazisində dağ. Oronim türk dilində «dağ başında dar, uçurumlu yer» mənasında işlənən kömür sözünə
(359, II (2), s.1321) -li şəkilçisinin artırılması ilə düzəlmişdir. Quruluşca düzəltmə oronimdir.
Kömürçü karvansarası - İrəvan şəhərində karvansara.
Körpəli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda
kənd. Rayon mərkəzindən 7-7,5 km qərbdə yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin
müfəssəl dəftəri»ndə (143, s.163), Qafqazın 5 verstlik xəritəsində (348, s.130) qeyd edilmişdir. Burada
1828ci ilə kimi azərbaycanlı yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1828-1829 - cu illərdə
İranın Xoy vilayətindən buraya ermənilər köçürülüb yerləşdirilmişdir (427, s.476). İndi ermənilər
yaşayır.
Toponim körpəli tayfa adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə
toponimdir.
Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Arşaluys qoyulmuşdur.
Körpü qulağı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu
ərazisində kənd olmuşdur. Dəvəgözü çayının yanında, Aysor gölü kəndinin yaxınlığında yerləşmişdir.
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.130). Kəndin digər adı «Körpükənd»dir (415,
s.88).
Kənd 1930 - cu illərdə Vedi (Ararat) rayonunun tərkibində olmuşdur (415,s.88)
Kənddə 1831-ci ildə 129 nəfər, 1873 - cü ildə 143 nəfər, 1886-cı ildə 200 nəfər, 1897-ci ildə
351 nəfər, 1904 - cü ildə 219 nəfər, 1914 - cü ildə 470 nəfər, 1916-cı ildə 478 nəfər azərbaycanlı
yaşamışdır (415, s.88-89, 156-157). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla
qovulmuşdur. İndi Ermənistan adlanan yerdə sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz
doğma kəndlərinə dönə bilmişdi. 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 141 nəfər, 1931-ci ildə 174 nəfər
azərbaycanlı yaşamışdır (415, s.88-89, 156-157). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949
- cu illərdə azərbaycanlılar zorla tarixi-etnik torpaqlarından çıxarılıb Azərbaycana köçürülmüş, kənd
ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim Azərbaycan dilində işlənən körpü və «kənar, uc» mənasında işlənən qulaq (9, s.567)
sözünün birləşməsindən əmələ gəlib. Görünür, kənd körpü yanında salındığı üçün belə
adlandırılmışdır. Quruluşca mürəkkəb toponimdir.
199
Köhnə qışlaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində
kiçik kənd. 1918-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir. Relyef əsasında yaranan mürəkkəb
toponimdir.
Köhnəkalafa - İrəvan quberniyasının Loru Borçalı qəzasında, indiki Barana (Noemberyan)
rayonu ərazisində kənd.Ləmbəli kəndinin yaxınlığında yerləşmişdir. 30 - cu illərdə Ləmbəli kəndinə
birləşdirilərək ləğv edilmişdir.
1930 - cu illərdə Allahverdi rayonunun tabeliyində olmuşdur.
Toponim «qədim» mənasında işlənən köhnə və «dağılmış yer, xaraba» mənasında işlənən
kalafa sözünün (8, s.251) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb
quruluşlu toponimdir.
Köhnə Şahablı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonu
ərazisində kənd olmuşdur. Çapan çayının yanında, Vedi rayonundakı Qarağac kəndinin yaxıqlığında
yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.106), Qafqazın 5 verstlik xəritəsində (348,
s.290) qeyd edilmişdir.
Burada 1897-ci ildə 46 nəfər azərbaycanlı yaşamışdır (415, s.88-89). XX əsrin əvəllərində
(1905-1906-cı illərdə) ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim Azərbaycan toponomiyasında fərqləndirici əlamət bildirən köhnə sözü ilə oğuzların
şahablı etnonimi (F. Kırzıoğlu. Rəvan türkləri, «Vətən həsrəti» qəz., 18. VI. 1993) əsasında əmələ
gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Köçbək - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk)
rayonunda kənd. Culçayın sağ qolu olan Köçbəyçayın sahilində, Paşalı (Əzizbəyov) - Sisyan yolunun
üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Qoçubəy kimi (143, s.59) qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 25 nəfər, 1873 - cü ildə 226 nəfər, 1886-cı ildə 312 nəfər, 1897-ci ildə 417
nəfər, 1904 - cü ildə 425 nəfər, 1914 - cü ildə 470 nəfər, 1916-cı ildə 537 nəfər yalnız azərbaycanlı
yaşamışdır (415, s.90-91, 160-161). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış və sakinləri -
azərbaycanlılar qırğınlarla qovulmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra
kəndi tərk edənlər ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 103 nəfər, 1926-cı ildə 179
nəfər, 1931-ci ildə 365 nəfər (415, s.90-91, 160-161), 1972-ci ildə 564 nəfər (85, s.345) yalnız
azərbaycanlılar yaşamışdır. 1988-ci il noyabrın 2428də Ermənistan dövlətinin bilavasitə xüsusi
göstərişi ilə azərbaycanlılar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Toponim türk dilində «düşərgə, çobanların müvəqqəti yaşayış yeri, yurd» mənasında işlənən
koş (> koç) sözü ilə (339, s.298-299) qədim türk dilində «təpə» mənasında işlənən bək (bak sözünün)
(359, IV(1), s.754) birləşməsindən əmələ gəlib «təpəlikdə yerləşən köç, düşərgə, çobanların yaşayış
yeri» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Hedzor qpyulmuşdur.
Kösçbəyçay - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov,
Vayk) rayonunda çay. Rayondakı Köçbək kəndinin ərazisindən axır.
Köşəkənd qışlağı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan
rayonu ərazisində qışlaq. 1897-ci ildə 34 nəfər azərbaycanlı yaşamışdır (415, s.62-63). XX əsrin
əvəllərində, 1905-1906-cı illərdə baş verən erməni azərbaycanlı münaqişəsi nəticəsində
azərbaycanlılar qırğınlarla qovulmuş və kənd ləğv edilmişdir.
Toponim türk dilində «müvəqqəti yaşayış yeri, yurd, daxma, koma» mənasında işlənən koş
sözünə (359, II (1), s.635; 339, s.299) kənd və qışlaq sözünün qoşulması əsasında əmələ gəlib
«müvəqqəti yaşayış məntəqəsinin yanındakı qışlaq» mənasını ifadə edir. Relyef əsasında yaranan
mürəkkəb quruluşlu toponimdir.
Köşəkli (Keşakli) - İrəvan şəhərində məhəllə. Köşəkli dağının cənub-şərq tərəfində yerləşirdi.
Nəsil adı əsasında əmələ gələn urbonimdir.
Kumand - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu
ərazisində kənd olmuşdur. 1897-ci ildə 42 nəfər (415, s.56-57), 1914 - cü ildə 242 nəfər (427, s.912)
azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri azərbaycanlılar deportasiya olunmuş və kənd
ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim qədim türk mənşəli koman (> kuman - İ. B.) etnonimi (286, s.50) əsasında əmələ
gələn etnotoponimdir. «d» samiti topoformantdır. Sadə quruluşlu etnotoponimdir.
Dostları ilə paylaş: |