194
s.479; 339, s.648) birləşməsindən əmələ gəlmişdir. Toponimdəki «kiçik» sözü fərqləndirici əlamət
bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Pokr Sariar
qoyulmuşdur.
Kiçik təpə - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Kalinino rayonunda dağ.
Rayondakı Cücəkənd kəndinin ərazisində yerləşir. Oronim Azərbaycan dilində «balaca, xırda»
mənasında işlənən kiçik sözü ilə «kiçik dağ» mənasında işlənən «təpə» sözünün (12, s.165) birləşməsi
əsasında əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir.
Kiçik Təpəköy - Qars vilayətinin Qars qəzasında, indiki Amasiya rayonunda kənd. Rayon
mərkəzindən 17 km şimal-qərbdə, Arpaçayın sol tərəfində yerləşir. Qafqazın 5 verstlik xəritəsində
qeyd edilmişdir (348, s.237).
Kəndin sakinləri qarapapaqlar (azərbaycanlılarn etnogenizində iştirak edən tayfa) olmuşdur.
Erməni mənbələrində qarapapaq xalq kimi göstərilir (415, s.20).
Kənddə 1886-cı ildə 164 nəfər, 1897-ci ildə 206 nəfər, 1908-ci ildə 321 nəfər, 1914 - cü ildə
209 nəfər azərbaycanlı yaşamışdır (415, s.20-21, 104-105). 1918-ci ildə Ermənistanda baş verən
ictimai-siyasi hadisələrlə bağlı azərbaycanlılar ermənilər tərəfindən öz doğma kəndlərindən qırğınlarla
qovulmuşlar. 1950-ci ildə Böyük Təpəköy kəndi ilə birləşdirilmişdir.
Toponim Azərbaycan dilində «kiçik dağ» mənasında işlənən təpə sözü ilə türk dilində «kənd»
mənasında işlənən köy sözünün birləşməsindən əmələ gəlmişdir. Toponimin əvvəlindəki «kiçik» sözü
fərqləndirici əlamət bildirir. Orotopoimdir. Quruluşca mürəkkəb toponimdir.
Kiçik Camışlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz)
rayonunda kənd. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz
(Araqadz) rayonunun yaradılması ilə əlaqədar Alagöz (Araqadz) rayonunun inzibati-ərazi bölgüsünə
daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində (348, s.80) qeyd edilmişdir. Abaran çayının sahilində
yerləşir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən kiçik sözü ilə
zülqədərlərin camışlı tayfa adı (142, s.29) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca
mürəkkəb toponimdir.
Kiçik Şəhriyar - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan)
rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə, Araz çayından axan arxın sahilində yerləşir.
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348,s.290).
Toponim kiçik fərqləndirici əlamət bildirən sözlə Şəhriyar şəxs adı əsasında əmələ gəlmişdir.
Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Nor Artaqes qoyulmuşdur.
Kiçik Şiştəpə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan)
rayonunda kənd. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun
tərkibində olmuşdur. Kəndin başqa adı Türk Şiştəpəsi (Şiştapa türki) olmuşdur (415, s.20). Kənddə
1897-ci ildə 177 nəfər, 1908-ci ildə 189 nəfər, 1914 - cü ildə 253 nəfər yalnız qarapapaqlar -
azərbaycanlıların etnoqrafik qrupu yaşamışdır (415, s.20-21, 104-105). 1918-ci ildə onlar ermənilərin
soyqırımına məruz qalaraq, deportasiya olumuş və kəndə xaricdən köçürülən ermənilər
yerləşdirilmişdir. Toponim «balaca, xırda» mənasında işlənən kiçik sözündən və «dağın, təpənin
zirvəsi, ən yüksək nöqtəsi, piki» mənasında işlənən şiş sözü ilə (339, s.629; 196, s.42) «ətəyi ilə zirvəsi
arasındakı nisbi hündürlüyü 200 metrdən artıq olmayan yüksəklik» mənasında işlənən təpə sözünün
(196, s.42) birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Pokr Sepasar (Kiçik
Şiştəpə) qoyulmuşdur.
Kiçik Şollu Dəmirçi - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis)
rayonunda kənd. Kəndin digər adı rəsmi sənədlərdə Şorlu Dəmirçi kimi qeyd edilir (415, s.50; 419,
s.134). Rayon mərkəzindən 5 km şimal-qərbdə, Zəngi çayının yanında yerləşir. «İrəvan əyalətinin
icmal dəftəri»ndə Dəmirçiliye-Şollu formasında (143, s.36), Qafqazın 5 verstlik xəritəsində Kiçik
Şorlu Dəmirçi kimi (348, s.297) qeyd edilmişdir.
Zəngibasar rayonu təşkil edilənədək, 1969 - cu ilədək Qəmərli (Artaşat) rayonunun tərkibində
olmuşdur.
195
Kənddə 1831-ci ildə 338 nəfər, 1873 - cü ildə 1400 nəfər, 1886-cı ildə 1318 nəfər, 1897-ci ildə
1360 nəfər, 1904 - cü ildə 1432 nəfər, 1914 - cü ildə 2216 nəfər, 1916-cı ildə 2263 nəfər yalnız
azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131).
1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə mərıız qalaraq deportasiya olunmuşdur. İndiki
Ermənistanda sovet hökuməti qurulduqdan sonra sağ qalanlar doğma yurdlarına dönə bilmişdir.
Burada 1922-ci ildə 492 nəfər, 1926-cı ildə 687 nəfər, 1931-ci ildə 601 nəfər azərbaycanlı yaşamışdır
(415, s.50-51, 130-131).
1988-ci ilin oktyabr-noyabr aylarında kəndin əhalisi Ermənistan dövləti tərəfindən qırğınlarla
tarixi-etnik torpaqlarından deportasiya olunmuşdıır. İndi ermənilər yaşayır.
Toponim üç komponentdən: fərqləndirici əlamət bildirən kiçik sözündən, şollu və dəmirçi
etnonimlərindən ibarətdir. Toponimdəki Şollu mənsubluq bildirən -Iu şəkilçisi qəbul etmiş türk
mənşəli çol (>şol - İ. B.) etnonimini (287, s.56, 112-114), dəmirçi isə şahsevən türk tayfasından olan
dəmirçi etnonimini (245, s.46; 254, s.40) əks etdirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Dəmirçi, Ermənistanın
prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Darbink qoyulmuşdur.
Kolagir - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq.
1930 - cu ildə ləğv edilmişdir. XVI əsrdə Gəncə-Qarabağ bölgəsində yaşayan türk tayfalarından birinin
adı kolagirən olmuşdur (406, s.216). Toponim həmin kolagirən tayfa adı əsasında formalaşmışdır.
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Kolagirən - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Quqark rayonunda kənd. Rayon
mərkəzindən 23 km məsafədə yerləşir. Erməni mənbələrinə görə kəndin əsası 1870-ci ildə
qoyulmuşdur (427, s.283). Kənddə azərbaycanlılarla bağlı qədim qalanın divarları, qəbirstanlığın
xarabalıqları indi də durur.
Toponim maldarlıqla məşğul olan kolagirən etnonimi (406, s.216) əsasında əmələ gəlmişdir.
Bu da onu göstərir ki, kənd 1870-ci ildə yox, çox-çox əvvəllər salınmışdır. Belə ki, kolagirən tayfası
XVI əsrdə Qarabağda yaşayan tayfalardandır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR
AS RH-nin 10. IX. 1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Antaramut qoyulmuşdur.
Kolagirən - Tiflis quberniyasının Borçalı qəzasının ərazisində, indi Quqark rayonunda vağzal.
Yaşayış məntəqəsi kimi 1920-ci ildən sonra fəaliyyət göstərmişdir. Yəni 1918-1920-ci illərdə
Türkiyədən köçürülən ermənilər həmin ərazidə yerləşdirilmişdir.
Vağzalın adı (daha sonra yaşayış məntəqəsi) kolagirən türk tayfasının adını (406, s.216) əks
etdirir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Dzoraket (Dərəçay)
qoyulmuşdur.
Kolagirən - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni)
rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə, Göyçə gölünün sahilində yerləşir. Erməni
mənbələrində kəndin adı Kolaqran, Aşağı Kolagirən, Kolanı qırılan formalarında (415, s.66), Qafqazın
5 verstlik xəritəsində Kyolanı qran formasında (348, s.128) qeyd edilmişdir.
Ermənilər kəndə 1828-30 - cu illərdə Türkiyədən köçürülmüşdür (386, s.595-598).
Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 88 nəfər azərbaycanlı yaşamışdır (415, s.66-67). 1905-
1906-cı illərdə baş verən erməni - azərbaycanlı müharibəsi nəticəsində kənddə yaşayan azərbaycanlılar
qırğınlarla deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Toponim kolagirən türk etnonimi (406, s.216) əsasında formalaşmışdır. Etnotoponimdir.
Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Dzovinar qoyulmuşdur.
Kolanlı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Zəngibasar (Masis) rayonu
ərazisində kənd olmuşdur. 1937-ci ilə kimi Vağarşabad (Eçmiədzin) rayonunun tərkibinə daxil idi.
Kəndin digər adı «Kolanlı Aralıq»dır (415, s.84).
Kənddə 1831-ci ildə 284 nəfər, 1873 - cü ildə 673 nəfər, 1886-cı il dç 701 nəfər, 1897-ci ildə
886 nəfər, 1904 - cü ildə 768 nəfər, 1914 - cü ildə 887 nəfər, 1918-ci ildə 768 nəfər, 1919 - cu ildə
1118 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.84-85, 152-153; 309, s.221). 1919 - cü ilin
sonlarında kənd sakinləri erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş (309, s.221),
xaricdən (İran və Türkiyədən) köçürülən ermənilər kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda
sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz yurdlarına dönə bilmişdir. Burada
ermənilərlə yanaşı 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı
Dostları ilə paylaş: |