208
Ermənilər buraya köçürüldükdən sonra 1924 - cü ildə kəndin adı dəyişdirilib Martuni
qoyulmuşdur.
Gödəkli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.
Kəndin digər adı erməni mənbələrində Göydağlı, Kiçik Dəlilər formasında göstərilir (415, s.48).
Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.57) qeyd
edilmişdir.
Toponim qazaxlar türk tayfasına mənsub olan gödəkli etnonimi (386, s.535) əsasında əmələ
gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il
fərmanı ilə kəndin adı dəyişdirilib Mrqavet qoyulmuşdur.
Gödəkbulaq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis)
rayonunda kənd. Rayon mərkəzindən 15 km cənub-şərqdə, Göyçə gölünün cənub-şərq tərəfində
yerləşir. Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərinə kimi burada yalnız
Azərbaycan türkləri yaşamışdır. Türkmənçay sülh müqaviləsindən sonra1828-1829 - cu illərdə
Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. Kənddə 1886-cı ildə 26 nəfər azərbaycanlı
yaşamışdır (415, s.l 10). 1890-cı illərdə azərbaycanlılar buradan tamamilə çıxarılmış, təkcə ermənilər
qalmışdır. İndi burada yalnız ermənilər yaşayır.
Toponim Azərbaycan dilində «qısa, uzun olmayan» mənasında işlənən gödək və bulaq
hidroterminin birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 12. VIII. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qarcaxpyur
(Gödəkbulaq) qoyulmuşdur.
Gözəlqaya - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonun
Ağkənd kəndində yayla.Kənddən 3 km məsafədə yerləşir. Oronim gözəl və qaya sözlərindən əmələ
gələmişdir. Quruluşca mürəkkəb oronimdir. '
Gözəldərə - Yelizavetpol (Gəncə) quberniyasının! Zəngəzur qəzasında, indiki Sisyan rayonu
ərazisində kənd
!
olmuşdur. XIX əsrin əvvəllərində ləğv edilmişdir.
Gözəldərə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni)
rayonunda dağ. Rayondakı Gözəldərə kəndinin ərazisində yerləşir. Oronim Azərbaycan dilində «gözəl
görünüşlü, cəlbedici» mənasında işlənən gözəl sözü ilə relyef bildirən dərə sözünün birləşməsindən
əmələ gəlmişdir. Quruluşca mürəkkəb oronimdir.
Gözəldərə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz)
rayonunda kənd. Rayon mərkəzindən 10 km məsafədə, Qınxdəyirman kəndinin yanında yerləşir.
Alagöz (Araqadz) rayonu təşkil edilənə kimi (15 mart 1972-ci ildə rayon təşkil edilib) Abaran
rayonunun tərkibində olmuşdur.
Erməni mənbəyində kəndin ilkin adının Gözəldərə Türk//Gözəldərə Tatar olduğu göstərilir
(415, s.4).
Kənddə 1831-ci ildə 63 nəfər, 1873 - cü ildə 413 nəfər, 1886-cı ildə 509 nəfər, 1897-ci ildə 618
nəfər, 1914 - cü ildə 413 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.45, 96-97). Kəndin köklü
sakinləri olan azərbaycanlılar 1918-ci ildə ermənilər tərəfindən soyqırıma məruz qalaraq tarixi-etnik
torpaqlarından deportasiya olunmuş və 1919-1920-ci illərdə Türkiyənin Muş, Bitlist, İranın Xoy və
Salmas vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Toponim Azərbaycan toponomiyasmda «axar-baxarlı, cəlbedici, füsunkar, gözəl təbii
mənzərəsi olan» mənasında işlənən gözəl sözü ilə Azərbaycan dilində «iki dağ arasında, düzənlikdə
dərin çüxur» mənasında işlənən dərə sözü əsasında formalaşan gözəldərə sözündən yaranmışdır.
Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 15. VII. 1946-cı il
fərmanı ilə adı dəyişdirilib Kexadzor (Gözəldərə) qoyulmuşdur.
Gözəldərə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni)
rayonunda çay. Rayondakı Gözəldərə kəndinin ərazisindən axır.
Gözəlli - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo)
rayonunda dərə, sahə, yer. Rayondakı Toxluca kəndinin şərqindədir. Oronim Azərbaycan dilində
«sulu, nəmiş otluq, yaşıllıq yer, rütubət çəmənlik» mənasında işlənən gözə sözünə (11, s.184) -li
şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Düzəltmə quruluşlu oronimdir.
Gözlü - lərvan quberniyasının Aleksandropol qəzasında, indiki Talin rayonunda kənd. Rayon
mərkəzindən 6 km şimal-şərqdə, Alagöz dağının ətəyində yerləşir. Kənd XIX əsrin 30-40-cı illərində
Eçmiədzin qəzasının tərkibində olmuşdur (427, s.146). Qafqazın 5 verstlik xəritəsində (348, s.59) qeyd
209
edilmişdir. 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-
1832-cı illərdə Türkiyənin Muş, Alaşkert, Qars vilayətlərindən, Iranın Qəzvin və Xoy vilayətlərindən
köçürülən ermənilər burada yerləşdirilmiş, azərbaycanlılar kənddən deportasiya olunmuşdur (427, s.
146).
Toponim gözlü tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə
toponimdir.
Erm. SSR AS RH-nin 12. XI. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Akunk qoyulmuşdur.
Göyabas - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk)
rayonu ərazisində kənd. Rayon mərkəzindən 15-17 km şimal-qərbdə, Herher çayının sahində
yerəlşirdi.
«Ermənistan azərbaycanlılarnın tarixi coğrafiyası»nda kəndin adı səhv olaraq Qayabas verilir
(85, s.341).
Kənddə 1873 - cü ildə 132 nəfər, 1886-cı ildə 165 nəfər, 1897-ci ildə 202 nəfər, 1904 - cü ildə
223 nəfər, 1914 - cü ildə 245 nəfər, 1916cı nəfər 229 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.88-
89, 158-159). Kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş və
kənd xarabalığa çevrilmişdir. 1918-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim rəng bildirən göy sözü ilə xəzərlərin abas etnonimindən (287, s.54) əmələ gəlmişdir.
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Göyabbas - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd
(Yeğeqnadzor) rayonu ərazisində kənd olmuşdur. Arpaçayın sağ qolu olan Herher çayı ilə Bolluq
çayının birləşdiyi yerdə yerləşirdi (85, s.363). 1918-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb
toponimdir.
Göydağ - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Dilicin şəhəri
ərazisində dağ. Dilican şəhərindən 32 km şimal-şərqdə, Ağstafa çağının sağ sahilində yerləşir.
Hündürlüyü 2350 m-dir. Oronim Azərbaycan dilində «yaşıllıq, otluq» mənasında işlənən göy sözü ilə
dağ sözünün birləşməsindən gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir.
Göyərçin - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karavansaray
(İcevan) rayonunda kənd. Rayon mərkəzindən 16 km cənub-şərqdə yerləşir. 1930 - cu ilin axırlarına
kimi Dilican rayonuna daxil idi.
Kənddə 1897-ci ildə 257 nəfər, 1904 - cü ildə 89 nəfər, 1914 - cü ildə 93 nəfər, 1916-cı ildə
132 nəfər, 1919 - cu ildə 141 nəfər azərbaycanlı yaşamışdır (415, s.30-31, 114-115). 1919 - cu ilin
əvvəllərində Andranikin quldur dəstəsi kəndə hücum edib əhalinin var-yoxunu talan etmiş, əhalisini
qırğınlarla öz doğma torpaqlarından qovmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan
sonra sağ qalan göyərçinlilər kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 143 nəfər, 1926-cı ildə
221 nəfər, 1931-ci ildə 205 nəfər (415, s.30-31, 114-115), 1939-cu ildə 237 nəfər, 1959 - cu ildə 107
nəfər (427, s.895) azərbaycanlı yaşamışdır. 1950-ci ildə kənd ləğv edilərək sakinləri Azərbaycana və
qonşu Salah kəndinə köçürülmüşdür. İndi xaraba kənddir.
Toponim peçeneqlərə məxsus göyərçi (kuyerçi) türk tayfasının adından (286, s.42) əmələ
gəlmiş etnotoponimdir. Quruluşca sadə toponimdir.
Göyərçin - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk)
rayonu ərazisində kənd. Arpaçayın sahilində yerləşirdi.
Kənddə 1831-ci ildə 20 nəfər, 1873 - cü ildə 48 nəfər, 1886-cı ildə 34 nəfər, 1897-ci ildə 84
nəfər, 1904 - cü ildə 60 nəfər, 1914 - cü ildə 66 nəfər, 1916-cı ildə 72 nəfər yalnız azərbaycanlı
yaşamışdır (415, s.88-89, 158-159). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya
olunmuşdur. 1930 - cu ildə ləğv edilmişdir. İndi xaraba kənddir. K. Baqryanorodnıyanın göstərdiyi
peçeneq türk tayfasının bir qolu olan guyerçi etnonimi (286, s.42) əsasında əmələ gəlmişdir.
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Göyərçinli - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana
(Noemberyan) rayonunda dağ. Oronim türk mənşəli göyərçinli etnonimi əsasında əmələ gələn
etnooronimdir. Quruluşca sadə oronimdir.
Göyyoxuş - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak)
rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə, Bəykənd çayının qolunun üstündə, Ağbulaq və
Nalbənd kəndləri arasındakı yolun yanında yerləşir. Toponim Azərbaycan dilində «yaşıllıq»
Dostları ilə paylaş: |