İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə111/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   107   108   109   110   111   112   113   114   ...   168

 
223
saxlanılan yer» mənasında işlənən yataq sözündən (10, s.510) əmələ  gəlmişdir. Zootoponimdir. 
Görünür, burada maral saxlanılırmış. Ona görə bura Maralyatağı adlanmışdır. 
Marallıca  - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək 
(Krasnoselo) rayonunda qışlaq. Kölkənd yaxınlığında yerləşmişdir.  
Toponim heyvan adı bildirən maral sözünə sifət düzəldən -lı  şəkilçisinin və sifətin çoxaltma 
dərəcəsini əmələ gətirən -ca şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. «Maral olan yer» mənasını 
ifadə edir. Zootoponimdir quruluşca düzəltmə toponimdir. 
Maratuz - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) 
rayonu ərazisində kənd. Culçayın sağ qolu olan Kilsəbulaq çayının yanında yerləşirdi. Kəndin başqa 
adı  Məratuk olmuşdur (415, s.90). «İrəvan  əyalətinin icmal dəftərin»də  Məradik kimi (143, s.57), 
Qafqazın 5 verstlik xəritəsində Maratuz formasında (348, s.168) qeyd edilmişdir.  
Kəndin adı Maraduz qışlağı formasında da mənbələrdə göstərilmişdir (386, s.619620).  
Kənddə 1831-ci ildə 32 nəfər, 1873 - cü ildə 166 nəfər, 1886-cı ildə 220 nəfər, 1897-cı ildə 242 
nəfər, 1904 - cü ildə 284 nəfər, 1914 - cü ildə 273 nəfər, 1916-cı ildə 321 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.90-91, 158-159). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq sakinləri 
qırğınlarla qovulmuşdur. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.  
Toponim türk dilində «təpə» mənasında işlənən mara sözü ilə (359, IV (2), s.20-25) türk 
dilində  «şoran», «şoranlıq» mənasında işlənən tuz//duz sözünün (339, s.562) birləşməsindən  əmələ 
gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Mastara -  İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon 
mərkəzindən 9 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.169) qeyd edilmişdir. 
1828-1830 - cu illərdə Türkiyədən 138 erməni göçürülmüşdür (386, s.575-578). Kənddə ermənilərlə 
yanaşı 1831-ci il  də 7 nəfər, 1897-ci ildə 18 nəfər azərbaycanlı yaşamışdır (415, s.36-37, 118). XX 
əsrin  əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuşdur.  İndi ermənilər 
yaşayır.  
Toponim türk dilində «meşəsiz dağ», «dağın cənub tərəfi» mənasında işlənən mes (mas - İ. B.) 
sözü ilə (277, II, s.275; 337, s.238; 339, s.369) dərə (tara) sözünün birləşməsindən əmələ gəlmişdir. 
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  
Mahmudlu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 29 km şimal-şərqdə, Kığı çayının sol sahilində yerləşir.  
Kənddə 1831-ci ildə 42 nəfər, 1873 - cü ildə 301 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 134 
nəfər, 1904 - cü ildə 596 n nəfər, 1914 - cü ildə 263 nəfər azərbaycanlı yaşamışdır (415, s.58-59, 136-
137). 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə  məruz qalaraq deportasiya olunmuşdur. 
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılar öz elinə dönə 
bilmişdir. Burada 1922-ci ildə 126 nəfər,« 1926-cı ildə 147 nəfər, 1931-ci ildə 170 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.58-59, 136-137). 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti 
tərəfindən tamamilə öz doğma kəndlərindən qovulmuşdur.  İndi burada ermənilər yaşayır. Toponim 
qızılbaş tayfalarının bir qolunu təşkil edən mahmudlu tayfasının adı (91, s.193) əsasında  əmələ 
gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.   
Erm. SSR AS RH-nin l.VI.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çaykənd qoyulmuşdur. 
Mahmudcuq  -  İrəvan quberinyasının  İrəvan qəzasında, indiki Artik rayonunda kənd. Rayon 
mərkəzindən 7 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Mahmudkənd kimi (143, s. 
124) qeyd edilmişdir 
Toponim Mahmud şəxs adına kiçiltmə  mənası verən -cuq şəkilçisinin qoşulmasından  əmələ 
gəlib «Kiçik Mahmud kəndi» mənası bildirir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Mac - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunun 
ərazisində kənd.  
Kənddə 1897-ci ildə 55 nəfər, 1904 - cü ildə 87 nəfər, 1914 - cü ildə 458 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s.28-29, 114-115). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq 
sakinləri qırğınlarla qovulmuş (309, s.205) və kəndə ermənilər yerləşdirilmişdir.  
Fikrimizcə, toponim türk dilində «təpə» mənasında işlənən majalık, meje sözünün (339, s.357, 
367) kökünü əks etdirən mac sözü əsasında formalaşmışdır. Orotoponimdir. Quruluşca sadə 
toponimdir. 


 
224
Mehrablı - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 
Rayon mərkəzindən 13 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.100) qeyd 
edilmişdir. Kənddə 1897-ci ildə 14 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49). Əsrin  əvvəllərində 
azərbaycanlılar qovulmuşdur. İndi ermənilər yaşayır.  
Toponim türk mənşəli qaradolaq tayfasından olan mehrablı  nəsil adından (286, s.69) əmələ 
gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il 
fərmanı ilə kəndin adı dəyişdirilib Vardaşen (Güllü kənd) qoyulmuşdur. 
Meğri - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd.  İndiki Ermənistanda 
inzibati rayon, rayon mərkəzi. Mənbələrdə  Mığrı (207, s. 187), Mehri formalarında işlənir. Eyni 
zamanda yerli əhali - Meğri rayonunda yaşamış bütün azərbaycanlılar rayonun adını Mığn formasında 
işlədirdilər.  İnzibati rayon kimi 9 sentyabr 1930 - cu ildə  təşkil edilmişdir. Rayon ərazisi qədim 
Azərbaycan torpağıdır. VII əsrdən XI əsrə qədər ərəblərin işğalı altında olmuş, XI-XIII əsrlərdə səlcuq 
türklərin tabeliyində olmuşdur. XV-XVI əsrlərdə Səfəvilər dövlətinin tərkibinə daxil olmuşdur. 1730 - 
cu ildə  ərazi türklər tərəfəindən idarə olunmuşdur. 1735-cı ildə rayonun ərazisi Nadir şahın 
hakimiyyəti altına keçmişdir. 1822-cı ildə yaradılan Azərbaycanın Qarabağ vilayətinin tərkibinə daxil 
olmuşdur. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən Azərbaycanın tərkibində Rusiyanın tabeçiliyinə 
keçmişdir. 1868-cı ildə yaradılan Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının tərkibinə 
daxil olmuşdur.  İndiki Ermənistanda 1920-ci il noyabrın 29-da sovet hökuməti qurulandan sonra 
Ermənistan adlanan respublikanın tərkibinə daxil edilmişdir. 9 sentyabr 1930 - cu ildə Meğri rayonu 
yaradılmışdır. Rayon mərkəzi Meğri 1958-cı ildə şəhər tipli qəsəbə statusu almışdır.  
Meğri rayonunun ərazisində 1831-ci ildə 1143 nəfər azərbaycanlı, 1031 erməni, 1873c ildə 
2997 nəfər azərbaycanlı, 3010 erməni, 1886-cı ildə 2611 nəfər azərbaycanlı, 4213 erməni, 1897-ci ildə 
3998 nəfər azərbaycanlı, 5765 erməni, 1922-ci ildə 1545 nəfər azərbaycanlı, 6370 erməni, 1926-cı ildə 
1985 nəfər azərbaycanlı, 6517 erməni, 1931-ci ildə 2329 nəfər azərbaycanlı, 7097 erməni yaşamışdır 
(415, s. 167-169).  
Toponim türk dilində «quruyan, az sulu çöl çayı olan dərə», «yüksəkliklərində aşırımı olmayan 
çıxılmaz dərə», «dalan kimi dərə» mənasında işlənən mukır, mukur sözünün (339, s.382) fonetik 
variant olan mığrı sözü əsasında formalaşmışdır. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. 
Mehribanlı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. Rayon 
mərkəzindən 9-11 km cənub-şərqdə, Alagöz dağının cənub-qərbində yerləşir. Kəndin adı Mehriban 
kimi rəsmiləşdirilmişdir (415, s.34; 419, s.133).  
Kənddə 1831-ci ildə 75 nəfər, 1873 - cü ildə 410 nəfər,1886-cı ildə 598 nəfər, 1897-ci ildə 681 
nəfər, 1908-ci ildə 493 ,nəfər, 1914 - cü ildə 523 nəfər, 1916-cı ildə 748 nəfər (415, s.36-37, 118-119), 
1918-ci ilin əvvəllində 533 nəfər (309, s.219) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni 
təcavüzünə  məruz qalaraq yerli sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla 
deportasiya olunmuş. Türkiyənin Bitlis, Muş  və Alaşkerd vilayətlərindən köçürülən ermənilər kəndə 
yerləşdirilmişdir. İndi ermənilər yaşayır.  
Toponim mehribanlı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə 
toponimdir.  
Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Katnaxpyur qoyulmuşdur. 
Meşə  dərəsi - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) 
rayonunda qışlaq. Ardanış kəndinin yaxınlığında yerləşirdi. 1926-cı ildə burada 9 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.32-33). Toponim meşə sözü ilə relyef mənası ifadə edən dərə sözünün 
birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Mədinə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda 
kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə,  Əyriçayın yanında yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.164) qeyd edilmişdir.  
Kənddə 1873 - cü ildə 208 nəfər, 1886-cı ildə 296 nəfər, 1897-ci ildə 346 nəfər, 1908-ci ildə 
429 nəfər, 1914 - cü ildə 752 nəfər, 1916-cı ildə 736 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.66-
67, 140-141). 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə  məruz qalaraq qırğınlarla 
qovulmuşlar.  İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri geri 
dönə bilmişdir. Burada 1922-ci ildə burada 85 nəfər azərbaycanlı yaşamış (415, s. 140-141), 1923-
1924 - cü illərdə  kəndə ermənilər köçürülmüşdür. 1926-cı ildə ermənilərdən başqa, 61 nəfər 
azərbaycanlı yaşamışdır (415, s. 140-141).  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə