İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə89/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   85   86   87   88   89   90   91   92   ...   168

 
178
Yuxarı Qarxın - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiəzdin) 
rayonunda kənd. Rayon mərkəzindən 9 km cənubda, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 
verstlik xəritəsində (348, s.123) qeyd edilmişdir. Kənddə 1831-ci 885 nəfər, 1873 - cü ildə 967 nəfər, 
1886-cı ildə 991 nəfər, 1897-ci ildə 1186 nəfər, 1904 - cü ildə 1153 nəfər, 1914 - cü ildə 1304 nəfər, 
1916-cı ildə 893 nəfər (415, s.82-83, 152-153), 1918-ci ilin yanvarında 1153 nəfər (309, s.219) yalnız 
azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayının axırlarında martın  əvvəllərində  kənd erməni 
təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş 
(309, s.219) və xaricdən köçürülən ermənilər və yezidi kürdlər kəndə yerləşdirilmişdir. İndi ermənilər 
yaşayır. 
Toponim Azərbaycan dilində  fərqləndirici  əlamət bildirən yuxarı sözü ilə  oğuzların qarxın 
(mənbələrdə qarqın, karkın kimi göstərilir) türk etnonimi (238, s.300) əsasında  əmələ  gəlmişdir. 
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Crarat qoyulmuşdur. 
Yuxarı Qızqala - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şamşəddin rayonunda qışlaq. 
1930 - cu ildə ləğv edilmişdir. 
Yuxarı Qoylasar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda 
kənd. Kəndin digər adı Ulya Qoylasar olmuşdur (415, s.48). Rayon mərkəzindən 10 km şimal-qərbdə 
yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə Yuxarı Quyuluhasar formasında (143, s.49) qeyd 
edilmişdir. Kəndin  əsas sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-30 - cu illərdə 
İranının Xoy və Salmas vilayətlərindən köçürülmüşdür (427, s.771). Ermənilərlə yanaşı kənddə 1831-
ci ildə 121 nəfər, 1873 - cü ildə 157 nəfər, 1886-cı ildə 8 nəfər, 1897-ci ildə 5 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.48-49, 128-129). Azərbaycanlılar 1870-ci illərin sonundan başlayaraq sıxışdırılmış, 
kənddən tamamilə 1905-1906-cı illərdə qovulmuşlar. İndi burada ermənilər yaşayır. 
Kəndin ortasında böyük bir meydanda qala olmuşdur və  həmin qala uca qalın divarla 
hasarlanmış, küncləri isə 20 qüllədən ibarət imiş. Kəndin adı məhz həmin qala adından götürülmüşdür. 
Qoylasar «qalahasar» sözünün təhrif edilmiş formasıdır və qala və hasar sözlərini birləşməsindən 
əmələ gəlib «hasarlanınış qala» mənasını bildirir (371, s.284). Toponimin əvvəlindəki işlənən «yuxarı» 
sözü fərqləndirici əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm. SSR AS RH-nin 20.VIII.1945 - cu il fərmanı ilə  kəndin adı  dəyişdirilib Bambakavan, 
25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirələrək Byurayan qoyulmuşdur. 
Yuxarı Qulubəyli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) 
rayonu ərazisində kənd. Rayonun ərazisindəki Böyük Qarasu çayının yuxarı axan sahilində yerləşirdi. 
Qafqazın 5 verstlik xəritəsində (143, s.147) qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 336 nəfər, 1886-cı ildə 397 nəfər, 1897-ci ildə 293 nəfər, 1904 - cü ildə 
286 nəfər, 1914 - cü ildə 304 nəfər (415, s.82-83, 152-153), 1918-ci ilin yanvarında 286 nəfər (309, 
s.219) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevralında kənd erməni təcavüzünə məruz qalaraq 
sakinləri tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur (309, s.219). 1930 - cu ildə  ləğv 
edilmişdir. İndi xaraba kənddir. 
Toponim fərqləndirici  əlamət bildirən  yuxarı  sözü ilə Qulubəyli nəsil adı  əsasında  əmələ 
gəlmişdir. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Yuxarı Darğalı - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda 
kənd. 
Kənddə 1897-ci il ddə 35 nəfər, 1926-cı ildə 4 nəfər, 1931-ci ildə 5 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.67, 128-129). 40-cı illərin əvvəllərində rayondakı Aşağı Darğalı və Yuxarı Darğalı 
kəndləri birləşdirilərək Darğalı kəndi yaradılmışdır. 
Toponim monqol dilində «şəhər, qəza, mahal, vilayət hakimi» mənasında işlənən darğa sözünə 
(10, s.36) mənsubluq bildirən -lı şəkilçinin qoşulması yolu ilə əmələ gəlmişdir. «Yuxarı» fərqləndirici 
əlamət bildirən sözdür. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Yuxarı  Əylənli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) 
rayonunda kənd. Rayon mərkəzindən 2 km şimal-şərqdə, Alagöz dağının cənub-qərbində yerləşir. 
Kəndin başqa adı  Əylənli-Əbdülrəhman olmuşdur (415, s.80). Qafqazın 5 verstlik xəritəsində (348, 
s.8) qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlı yaşamışdır. Türkmənçay 
müqaviləsindən sonra İran və Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmiş  və 
azərbaycanlılar sıxışdırılaraq kənddən çıxarılmışdır. Burada ermənilərlə yanaşı 1831-ci ildə 50 nəfər 


 
179
azərbaycanlı yaşamışdır (415, s.150). 1840-cı illərdə onlar da kənddən qovulmuşdur.  İndi ermənilər 
yaşayır. 
Toponim fərqləndirici  əlamət bildirən  yuxarı  sözü ilə  əylənli nəsil adı  əsasında  əmələ 
gəlmişdir.  Əylənli tayfası F.Sümərin «Oğuzlar»  əsərində  əyələnoğlu kimi qeyd edilir (238, s.185). 
Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tsaxkunk qoyulmuşdur. 
Yuxarı  Əliqrıx - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) 
rayonunun ərazisində kənd. Adı Q.Alişanın «Sisakan» əsərində çəkilir (427, s.85). Toponim Əli şəxs 
adı ilə  qırıx türk etnonimi (378, s.166; 286, s.52) əsasında  əmələ  gəlmişdir. «Yuxarı» fərqləndirici 
əlamət bildirir. Etnotopnimdir. Quruluşca mürəkkəb toponimdir. 
Yuxarı Zağalı - İrəvan quberniyasının Göyçə  qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Rayon mərkəzindən 15 km cənub-qərbdə, Göyçə gölünün yaxınlğında Dik Pilləkən 
dağının  ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.94) qeyd edilmişdir. Kənd həm də 
Tatar (Azərbaycanlı - İ.B.) Zağalısı adlandırılmışdır (415, s.26). Kənddən 1 km şərqdə  qədim bir 
kəndin xarabalıqları indi də durur. Eyni zamanda Oğuz qəbiristanlığının qalıqları, albanlara məxsus 
xaç həykəlləri vardır. Kənddə 1831-ci ildə 98 nəfər, 1873 - cü ildə 515 nəfər, 1886-cı ildə 717 nəfər, 
1897-ci ildə 774 nəfər, 1908-ci ildə 917 nəfər, 1914 - cü ildə 1018 nəfər, 1916-cı ildə 922 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.26-27, 110-111). 1918-ci ilin sonu, 1919 - cu ilin əvvəllərində 
azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar (309, s.249). İndiki Ermənistanda 1920-ci 
ildə Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər. 1922-ci 
ildən sonra Türkiyənin Muş bölgəsindən köçürülən ermənilər Yuxarı Zağalı kəndində yerləşdirilmişdir 
(415, s.26-27). Ermənilərlə yanaşı 1926-cı ildə burada 185 nəfər, 1931-ci ildə 206 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.26-27,110-111). 
Onu da qeyd edək ki, «Ermənistan və  ətraf vilayətlərin toponimlər lüğəti» kitabında (427, 
s.121) göstərilir ki, 1831-1908-ci illərdə Yuxarı Zağalı kəndində yalnız ermənilər yaşamışdır. Halbuki 
1831, 1873, 1886, 1897, 1914, 1916, 1922-ci illərdə (əhalinin siyahıya alınmasına görə) burada yalnız 
azərbaycanlılar yaşamışdır (415, s.26-27, 112-113). Ermənilər buraya, yuxarıda dəyildiyi kimi, 1922 - 
cü ildən sonra köçürülmüşdür. 
Yuxarı Zağalı kəndində qarışıq (azərbaycanlılar və ermənilər) şəkildə 1970-ci ildə 629, 1979 - 
cu ildə 534 nəfər  əhali olmuşdur (427, s.121). Bu əhalinin 30 faizdən çoxunu azərbaycanlılar təşkil 
etmişdir. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən qırğınlarla doğma kəndlərindən 
qovulmuşlar. İndi burada yalnız ermənilər yaşayır. Toponim Azərbaycan dilində «mağara» mənasında 
işlənən zağa sözünə -lı  şəkilçisinin  əlavəsi ilə düzəlmişdir. Quruluşca mürəkkəb toponimdir. 
Toponimin əvvəllindəki işlənən «Yuxarı» sözü fərqləndirici əlamət bildirir. 
Erm.SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Axpadzor qoyulmuşdur. 
Yuxarı Kilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. 
Rayon mərkəzindən 14 km cənub-şərqdə yerləşir. 
Kənddə 1922-ci ildə 96 nəfər, 1926-cı ildə 130 nəfər, 1918-ci ildə 154 nəfər (415, s.54-55, 132-
133), 1987-ci ildə 575 nəfər (85, s.317) azərbaycanlı yaşamışdır. Kəndin əhalisi 1988-ci ilin noyabr-
dekabr aylarında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından zorla qovulmuşlar.  İndi 
burada ermənilər yaşayır. 
Toponim cəhət, fərqləndirici  əlamət bildirən yuxarı sözü ilə dini mərkəz bildirən kilsə 
sözündən  əmələ  gəlmişdir. Kəndin Kilsə (sonradan Yuxarı Kilsə-İ.B) adlarıdırılması XV yüzillikdə 
Yuxarı Kilsə  kəndində tikilmiş alban kilsəsi ilə bağlıdır (85, s.317). Alban kilsəsi 1935-ci ildə 
dağıdılıb. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Yuxarı Kirətağ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan 
rayonunda kənd. Rayon mərkəzindən 13 km şimal-şərqdə, Oxçu çayının sol qollarından biri olan 
Kirətağ çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.134). 
Kənddə 1886-cı ildə 537 nəfər, 1897-ci ildə 328 nəfər, 1904 - cü ildə 666 nəfər, 1914 - cü ildə 
289 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57, 134-135). 1918-ci ildə azərbaycanlılar ermənilər 
tərəfindən deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra 
azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 71 nəfər, 1926-cı ildə 223 nəfər, 
1931-ci ildə 396 nəfər (415, s.56-57, 134-135), 1939 - cu ildə 139 nəfər, 1959 - cu ildə 310 nəfər, 1979 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə