İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə87/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   83   84   85   86   87   88   89   90   ...   168

 
174
mənasında işlənən yoğun sözü ilə qədim türk dilində çay mənasında işlənən su sözündən (299, s.512; 
339, s.528-529) əmələ gəlmişdir. Mürəkkəb, quruluşlu hidronimdir. 
Yolayrıcı - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək 
(Krasnoselo) rayonu ərazisində qışlaq. Gölkənd kəndinin yaxınlığında yerləşirdi. 1926-cı ildə burada 4 
nəfər azərbaycanlı yaşamışdır (415, s.32-33). 30 - cu illərdə ləğv edilmişdir. 
Toponim Azərbaycan dilində işlənən yol və ayrıcı sözlərinin birləşməsindən əmələ gəlmişdir. 
Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Yoncalı - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda 
dağ. Rayondakı Göykilsə (Kaputan) kəndinin ərazisində yerləşir. 
Yonça bitki adı əsasında formalaşmışdır. Fitooronimdir. 
Yoncalıq - İrəvan şəhərində məhəllə. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə 
Karbi nahiyəsində Yoncalı məzrəsi adında qeyd edilmişdir (143, s.162). Həmin ərazidə vaxtilə yonca 
əkilib becərildiyi üçün yoncalıq, yəni yonca bitən yer adlandırılmışdır. 
XX  əsrin 30-40-cı illərində  İrəvan  şəhərinin genişləndirilməsi ilə bağlı  ləğv edilərək  İrəvan 
şəhərinə birləşdirilmişdir. Quruluşca düzəltmə toponimdir. 
Yuva - İrəvan quberniayasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 
Rayon mərkəzindən 3 km məsafədə, Gərni və Vedi çaylarından axan arxın yanında yerləşir. «İrəvan 
əyalətinin icmal dəftəri»dnə (143, s.49), Qafqazın 5 verstlik xəritəsində (348, s.303) qeyd edilmişdir. 
Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlı yaşamışdır. 1828-30 - cu illərdə  İranın Xoy, 
Salmas vilayətlərindən ermənilər göçürülüb kənddə yerləşdirilmişdir. 
Ermənilərlə yanaşı  kənddə 1831-ci ildə 33 nəfər, 1873 - cü ildə 186 nəfər, 1886-cı ildə 161 
nəfər, 1897-ci ildə 60 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1905-1906-cı illərdə 
azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. 
Toponim ivə //yıva (>yuva -İ.B) oğuz tayfasının (399, I, s.96; 299, s.269; 238, s.334) adı 
əsasında əmələ gəlmışdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Şaumyan qoyulmuşdur. 
Yuxarı  Ağbaş - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda 
kənd. Kəndin digər adı «Xaraba Ağbaş»dır (415, s.46). Rayon mərkəzindən 18 km şimal-şərqdə 
yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.3) qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 91 nəfər, 1886-cı ildə 89 nəfər, 1897-ci ildə 183 nəfər, 1904 - cü ildə 
132 nəfər, 1914 - cü ildə 172 nəfər, 1916-cı ildə 200 nəfər azərbaycanlı yaşamışdır (415, s.46-47, 126-
127). 
1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunaraq xaricdən 
köçürülən ermənilər yerləşdirilmişdir.  İndiki Ermənistanda sovet hakimiyyəti quralandan sonra sağ 
qalan azərbaycanlılar kəndə dönə bilmişdir. 
Burada ermənilərlə yanaşı, 1922-ci ildə 113 nəfər, 1926-cı ildə 117 nəfər, 1931-ci ildə 89 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.46-47, 126-127). SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə 1948-49 
- cu illərdə azərbaycanlılar deportasiya olunaraq Azərbaycana köçürülmüşdür. İndi burada ermənilər 
yaşayır. 
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə türk mənşəli ağbaş etnonimi (238, s.323; 
92, s.24) əsasında əmələ gəlmişdir. 
Erm.SSR AS RH-nin 1.XII.1949 - cu il fərmanı ilə  kəndin adı  dəyişdirilib Abovyan 
qoyulmuşdur. 
Yuxarı  Ağdam - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray 
(İçevan) rayonunda kənd. Rayon mərkəzindən 4-5 km cənubunda, Ağdam çayının sahilində yerləşir. 
Toponim fərqləndirici  əlamət bildirən yuxarı sözündən rəng mənasında işlənən ağ  və «divar, 
möhkəmləndirilmiş qala, yer, qala divarı» mənasında işlənən dam (tam) sözlərinin (299, s.529) 
birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı 
1920-ci ildə dəyişdirilib Qandzakar qoyulmuşdur. 
Yuxarı  Ağdan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray 
(İcevan) rayonunda kənd. Rayon mərkəzindən 7 km məsafədə yerləşir. 
Toponim fərqləndirici  əlamət bildirən yuxarı sözündən və «kiçik, alçaq, çox da hündür 
olmayan» mənasında işlənən ağ (94, s.68) və «çöl, səhra, açıq yer» mənasında işlənən dan (287,s.470) 
sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan quruluşca mürəkkəb toponimdir. 


 
175
Erm.SR AS RH-nin 25.V.1967-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Ağdan qoyulmuşdur. 
Yuxarı  Ağkörpü - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan 
rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.5). Quruluşca 
mürəkkəb toponimdir. 
Yuxarı  Ağcaqala - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. 
Rayon mərkəzindən 11 km şərqdə, Alagöz dağının cənub-qərb tərəfində yerləşir. Kəndin başqa adı 
Yuxarı Hacıqala kimi də qeyd edilir (415, s.34; 427, s.545). Qafqazın 5 verstlik xəritəsində qeyd 
edilmişdir(348,s.4). 
Kənddə 1831-ci ildə 70 nəfər, 1873 - cü ildə 354 nəfər, 1886-cı ildə 405 nəfər, 1897-ci ildə 489 
nəfər, 1904 - cü ildə 306 nəfər, 1914 - cü ildə 406 nəfər, 1916-cı ildə 500 nəfər (415, s.34-35, 116-
117), 1918-ci ilin yanvarında 308 nəfər (415, s.220) (309, s.220) yalnız azərbaycanlı yaşamışdır. 1918-
ci ilin fevralında erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla deportasiya 
olunmuş (309, s.220) və 1915-18-cı illərdə Türkiyənin Sasun vilayətindəki Ağbin, Daşdadem, Dzağak, 
Hatink kəndlərindən, İranın Muş, Mosul vilayətlərindən köçürülən ermənilər kənddə yerləşdirilmişdir 
(427, s.545). Göründüyü kimi, kəndə ermənilər 1918-ci ildə köçürülmüşdür. Erməni mənbələrində 
tarixi faktlar saxtalaşdırılaraq 1831 və 1897-ci illərdə  kənddə ermənilərin yaşadığı göstərilir və 
azərbaycanlılar ermənilər kimi verilir (427, s.545). 
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən yuxarı sözü ilə türk dilində 
«ağımtıl, bazumtul çöl, yer» mənasında işlənən ağca sözünə (93, s.22-23) qala sözünün qoşulması 
əsasında əmələ gəlib, «bozumtul torpaqda tikilən qalanın yanındakı yaşayış məntəqəsi» mənasını ifadə 
verir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm.SSR AS RH-nin 12.XI.1946-cı il 
fərmanı ilə adı dəyişdirilib Verin Bazmaberd (Yuxarı müxtəlif rəngli, çal rəngli qala) qoyulmuşdur. 
Yuxarı Adyaman - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) 
rayonunda kənd. Rayon mərkəzindən 5 km cənub-qərbdə, Göyçə gölünün sahilində yerləşir. «İrəvan 
əyalətinin icmal dəftəri»ndə (143, s.61), Qafqazın 5 verstlik xəritəsində (348, s.7) qeyd edilmişdir. 
Burada 1897-ci ildə ermənilərdən başqa 12 nəfər azərbaycanlı yaşamışdır (415, s.64-65). XX 
əsrin əvəllərində azərbaycanlılar deportasiya edilmişdir. Kənddə indi ermənilər yaşayır. 
Ermənilər buraya 1828-1829 - cu illərdə Türkiyənin Alaşkert bölgəsindən köçürülmüşdür (427, 
s.849). 
Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Verin Getaşen qoyulmuşdur. 
Yuxarı Altuntaxt - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Sevan rayonu 
ərazisində  kənd. XVIII əsrdə  İrəvan xanlığının Göyçə mahalının tərkibində olmuşdur. Kənd indiki 
Kəvər (Kamo) rayonu ilə Sevan rayonu arasında, Aşağı Altuntaxt kəndinin yanında, Altuntaxt dağının 
ətəyində yerləşirdi. 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Göyçə nahiyyəsinin 
(143, s.55), XVIII əsrdə erməni katalikosu S.İrəvansinin «Cambr» əsərində Qeğarkuni vilayətinin 
(303, s.361) tərkibində «Altuntaxt» formasında qeyd edilmişdir. Kənd XVIII əsrin axırlarında 
xarabalığa çevrilmişdir. Erməni mənbələrində Verin Altuntaxt, Verin Altundağ («Verin» erməni 
dilində yuxarı  mənasında işlənir) formasında qeyd edilir (427, s.79). İ.Şopen Göyçə mahalında 
xarabalığa çevrilmiş 27 kəndin içərisində Yuxarı Altuntaxt kəndinin də adını göstərmişdir (386,s.515-
516). 
Toponim «vulkan mənşəli qaya adlarında qırmızı» mənasında işlənən  altun  sözü ilə 
Azərbaycan dilində «hündür düzənlik», «düzənlik», «dağda yerləşən düzənlik», «iki dərə arasındakı 
düzənlik» mənasında işlənən taxt (taxta) sözlərindən (278, s.136; 339, s.547) əmələ gəlmişdir. Relyef 
əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Yuxarı Alçalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) 
rayonunda kənd. Rayon mərkəzindən 18 km şimal-şərqdə, Göyçə gölünün sahilində, Alçalı çayının 
yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir(348,s.l4). 
Kənddə 1831-ci ildə 99 nəfər, 1873 - cü ildə 371 nəfər, 1886-cı ildə 505 nəfər, 1897-ci ildə 701 
nəfər, 1908-ci ildə 838 nəfər, 1914 - cü ildə 921 nəfər, 1916-cı ildə 815 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.66-67, 140-141). 1918-ci ildə  kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla 
qovulmuş, xaricdən (İran və Türkiyə) köçürülən ermənilər burada yerləşdirilmişdir.  İndiki 
Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar öz doğma 
kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 134 nəfər azərbaycanlı, 88 erməni, 1926-cı ildə 142 
nəfər azərbaycanlı, 252 erməni, 1931-ci ildə 205 nəfər azərbaycanlı, 511 erməni yaşamışdır (415 s.66-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə