Antropologiyaya giriş



Yüklə 83,37 Kb.
tarix30.12.2017
ölçüsü83,37 Kb.
#18324
növüMühazirə

Arxeologiyaya giriş

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Arxeologiyaya giriş”, (3 kredit)

Departament

Tarix və Arxeologiya” departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz 2014

Fənni tədris edən müəllim (lər)

Orxan Zamanov

E-mail:

ordukaqan@gmail.com

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl

I gün – 10:30-11:50

12:00-13:20

Məsləhət saatları

Tələbələrlə razılaşdırılan vaxtda

Prerekvizitlər




Tədris dili

Azərbaycan türkcəsi

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas:

  1. Mühazirə mətnləri

  2. Azərbaycan arxeologiyası, I və VI cildlər, Bakı-2008

  3. Azərbaycanda arxeoloji tədqiqatlar. 2008-2012-ci illər

  4. Археология. А.Мартынов. 2005, 2012

  5. In the Beginning. An Introduction to Archeology. B. M. Fagan & C.R.DeCorse

  6. Археология. Учебник. Под ред. академика РАН В.Л. Янина. М. 2006.

  7. Древний палеолит Азербайджана. Гусейнов М. М. Баку – 1985, 2010.

  8. Archaeology: An Introduction. Kevin Greene & Tom Moore.

  9. Archaeology: Theories, Methods and Practice. Colin Renfrew & Paul Bahn

Əlavə:

  1. Azərbaycan arxeologiyası. V.Baxşəliyev. I cild

  2. Azərbaycan arxeologiyası. R. Göyüşov.

  3. Энеолит и Бронзовый век. М. 2002

  4. Археология Западной Европы. Монгайт А. Л. Т. 1.- 2.

  5. Археология Зарубежной Азии. М., 1986

  6. Мелларт Дж. Древнейшие цивилизации Ближнего Востока. М., 1982.

  7. Anadolu Arkeolojisi. V. Sevin.

  8. Античная археология. Кругликова И.Т. М. 1984.

  9. Первые цивилизации. В.М. Массон. Л – 1989

  10. Arxeoloqun çöl gündəliyindən. Qüdrət İsmayılzadə. B. 2009

Kursun veb saytı

www.arxeoloq.az, www.azerbaijanarcheology.com

Tədris metodları

Mühazirə

Tədris metodları

Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:



  • Mühazirələr

  • Mövzu ətrafında müzakirələr (məşğələ)

  • Xəritələrdən, kompüterdən, video və digər əyani vəsaitlərdən istifadə

  • Bəzi mövzularla bağlı dərslərə digər mütəxəssislərin dəvət edilməsi.

  • Muzeylərə tədrisin əyaniliyi ilə bağlı ekskursiya.

  • Arxeologiya ilə bağlı seçmə mövzular üzrə tanınmış mütəxəssislər dəvət olunaraq dərsdən kənar məşğələlər

  • Nəzəri və tətbiqi arxeologiya ilə bağlı təcrübələr



Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

Fevral və mart aylarında keçirilən dərslər əsasında aprel ayında imtahan verilir.

30 bal


Praktiki məsələ






Fəallıq

Dərslərdə, diskussiyalarda, və seminarlarda iştirak etmək, ev tapşırıqlarının yüksək səviyyədə və məsuliyyətlə yerinə yetirmək.


4 bal


Yoxlama

Kurs boyu iki yoxlama yazı keçirilməsi nəzərdə tutulur. Birinci yazı aralıq imtahanı öncəsi, ikincisi yekun imtahan qabağı. Hər yoxlama işi 5 bal ilə qiymətləndirilir.


10 bal

Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə/Fərdi iş

Kurs ərzində üç təqdimat (prezentasiya) xarakterli fərdi iş olacaq. Hər biri 2 bal ilə qiymətləndirilir.

6 bal

Final imtahanı

Aprel və may aylarında keçirilən mövzular əsasında yanvar ayında final imtahan verilir.

40 bal

Digər

Dərsdən kənar məşğələ. Hər məşğələdə iştiraka görə bir bal nəzərdə tutulub, cəmi 10 məşğələ olacaqdır. (Gələcək qonaqların siyahısı əlavə olunur)

10 bal

Yekun





100 bal

Kursun təsviri




Kursun məqsədləri

“Arxeologiyaya giriş” Azərbaycan Respublikasının ali tarix təhsili sistemində tədris olunan zəruri fənnlərdəndir. Fənnin tədrisini zəruri edən əsas amillər – insanlıq tarixinin və onun maddi-mədəni irsinin öyrənilməsinə yeni fənnlərarası baxışın tətbiqi və elmi texniki tərəqqi dövrünün tələblərinə uyğun yeni üsul və metodların arxeologiya elminə sirayət etməsilə bəşəriyyətin tarixi inkişafının qanunauyğunluqlarını tətbiqi üçün müasir elmi tədqiqatın üstün cəhətlərinin öyrədilməsi, müasir cəmiyyətin və sivilizasiyanın yaranmasının, inkişafının səbəblərinin araşdırılmasında təbii və ictimai amillərin qarşılıqlı rolunun üzə çıxarılmasıdır.

“Arxeologiyaya giriş” kursunun başlıca məqsədi - tələbələrdə İnsan və onun ümumi maddi-mədəni irsi haqqında, onun yaranması, mərhələləri və genişlənməsi haqqında elmi-nəzəri biliklərin formalaşdırmaqdır.



Tədrisin (öyrənmənin) nəticələri

Fənnin tədrisinin nəticəsi:

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:



  • Bəşəriyyətin və onun maddi-mədəniyyətinin özünəməxsusluğu araşdırılacaqdır;

  • İnsan sivilizasiyanın mənşəyi elmi əsasda öyrəniləcəkdir;

  • İnsan cəmiyyətinin və mədəniyyətinin yaranması, tarixi inkişaf xüsusiyyətləri öyrəniləcək;

  • İnsanlığın yaranışından müasir dövrə kimi mövcud tarixinin ən önəmli hadisələri haqqında tam təsəvvür formalaşacaqdır.

Qaydalar (Tədris siyasəti və davranış)

QAYDALAR
Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.


Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.


Yoxlama işi

Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.


İmtahanlar

Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.
Fənni bitirmək qaydası

Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.


İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.


Tələbənin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.





Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



4

10.02.2014


Mövzu 1. Arxeologiyanın tərifi, predmeti, tədqiqat obyekti və vəzifələri.

Mövzu 2. Davamı

4. 15-37

5, 8




4

17.02.2014


Mövzu 3. Arxeologiyanın inkişaf tarixi və mərhələləri.

Mövzu 4. Davamı

1, 6



4

24.02.2014


Mövzu 5. Arxeologiyanın tədqiqat metodları və üsulları.

Mövzu 6. Davamı

  1. 370-450

5, 6, 9



4

03.03.2014


Mövzu 7. Arxeologiya bir elm kimi formalaşması və təşkilatlanması.

Mövzu 8. Davamı (məşğələ)

1, 5, 8



4

10.03.2014

Mövzu 9. Arxeologiyanın köməkçi elm və fənləri.

Mövzu 10. Təqdimat

5, 6, 8, 9



4

17.03.2014


Mövzu 11. Arxeologiyanın digər elmlərlə əlaqəsi

Mövzu 12. Davamı (məşğələ)

5, 6, 8, 9



4

24.03.2014

Mövzu 13. Arxeologiya elminin quruluşu

Mövzu 14. (yoxlama)

5,6



4

31.03.2014


Mövzu 15. Aralıq imtahanı (1-13-cü mövzular)

Mövzu 17 Təqdimat






4

07.04.2014


Mövzu 18. Daş dövrü arxeologiyası və İnsanın yaranması problemi arxeologiyada

2, 4, 5, 7

Qobustan və Sanqaçal



4

14.04.2014


Mövzu 19. Tunc dövrü arxeologiyası və Paleometal dövrünün tədqiqi problemi

Mövzu 20. Davamı (məşğələ)

1, 4, 6



4

28.04.2014


Mövzu 21. Erkən dəmir dövrü arxeologiyası və dövlətlərin yaranmasına qədərki arxeologiya

Mövzu 22. Antik Arxeologiya (e.ə. V – er. V əsrləri)

1, 4, 6



4

05.05.2014


Mövzu 23. Orta Əsr və İslam Arxeologiyası (er. VI – XVI əsrləri)

Mövzu 24. Davamı (məşğələ)

2, 4

Qala və Atəşgah



4

12.05.2014


Mövzu 25. İndustrial Arxeologiya və ya Yeni dövr arxeologiyasının tədqiqi (er. XVII-XX əsrləri)

Mövzu 26. Azərbaycanda arxeoloji tədqiqatlar və müasir tendensiyalar

3, 5, 8

Ağsu qazıntısı



4

19.05.2014


Mövzu 27. Azərbaycan arxeologiyasının inkişaf tarixi

Mövzu 28. Təqdimat

1, 3



4

26.05.2014


Mövzu 29. Arxeologiya və Mədəni İrs məsələsi

Mövzu 30. (yoxlama)

5, 8

Şirvanşahlar və Qız qalası






FİNAL imtahan




Orxan Zamanov – Arxeologiyaya giriş

Dərsdən kənar məşğələlərdə iştirak edəcək tarixçilər:

1. Azərbaycan paleoliti və antropogenez məsələsi - A. Zeynalov.

2. Azərbaycan petroqlifləri və Qobustan abidəsi - F. Muradova.

3. Azərbaycanda neolit və "Bərəkətli Aypara" məsələsi - F. Quliyev.

4. Qafqaz Albaniyası və Qəbələ qazıntıları - İ. Babayev

5. Dünya və Azərbaycan numizmatikası - Q. Pirqulieva

6. Dünya və Azərbaycan trasologiyası - R. Arazova

7. Azərbaycan arxeologiyası tarixi - Q. İsmayılzadə

8. Stratiqrafiya, Arxeotoponomika və QİS texnologiyaları arxeologiyada - F.Hüseynov

9. İslam Arxeologiyası və Orta Əsr xarabalıqlarının qazıntısı - T. Dostiyev

10. Dünya və Azərbaycan epiqrafikası - Vəfa xanım.

11. Qədim Albaniyada xristianlıq və onun arxeoloji öyrənilməsi – Mübariz Xəlilov

12. AMEA Azərbaycan Milli Tarix Muzeyinin arxeologiya fondu – Nasir Quluzadə

13. İctimai birliklərin Azərbaycan arxeologiyasında yeri (Miras İctimai Birliyi nümunəsi)


Arxeologiyadan birinci fərdi işlərin siyahısı

(Dünyanın və Azərbaycanın əsaslı arxeoloji qazıntıları)

/Coğrafiyası, Tarixi, Rəhbərləri, Tapıntılar və Abidələr, Elmi nəticələr, Müasir vəziyyət/

1.    Troya qazıntıları

2.    Tripolye qazıntıları

3.    Petra qazıntıları

4.    Pompey qazıntıları

5.    Etrusk qazıntıları

6.    Hattuşa qazıntıları

7.    Urartu qazıntıları

8.    Harrappa qazıntıları

9.    Misirdə qazıntıları

10. Mesopotamiyada qazıntıları

11. Çatal-Huyuk qazıntıları

12. Göbəkli Təpə qazıntıları

13. Krımda Antik şəhərlərin qazıntısı

14. Skif kurqanlarının qazıntısı

15. Kültəpə qazıntıları

16. Əliköməktəpə qazıntısı

17. Marquş qazıntıları

18. Çində qazıntılar

19. Göytəpə qazıntısı

20. Leylatəpə qazıntısı

21. Qəbələ qazıntıları (Antik və Orta əsrlər)

22. Şəmkir orta əsr şəhər yerinin qazıntısı

23. Gülüstan qalasının qazıntısı

24. Həsənli qazıntısı

25. Qərbi İranda qazıntılar

26. Şumer şəhərlərinin qazıntısı

27. Assuriya qazıntıları

28. Trialeti qazıntıları

29. Dmanisi qazıntıları

30. Qarabağda qazıntılar

31. Orta əsr Azərbaycan şəhərləri (seçim: Gəncə, Naxçıvan, Beyləqan, Bərdə, şamaxı, Ağsu)



32. Qalalar (Əlincə, Dərbənd)
Yüklə 83,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə