168
Y
Yavərkənd - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd
(Yeğeqnadzor) rayonu ərazisində kənd. Rayon mərkəzindən 18 km şimal-şərqdə, Ağkəndin yanında
yerləşirdi (85, s.361).
Burada 1922-ci ildə 2 nəfər azərbaycanlı yaşamışdır (415, s. 162-163). 1924-25-cı illərdə kənd
ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim Azərbaycan dilində «yuxarı rütbəli zabitlərin yanında xidməti tapşırıqları və ya
qərargah işlərini yerinə yetirən kiçik rütbəli hərbi vəzifəli şəxs» mənasında işlənən yavər sözü ilə (11,
s.468) kənd coğrafi nomeni əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Mürəkkəb quruluşlu
toponimdir.
Yaqublu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu
ərazisində kənd olmuşdur. Mənbələrdə Yaqubi kimi qeyd edilir («Грузия» qəzeti, 9.XI.1918). 1918-ci
ilin avqust ayında azərbaycanlılar qırğınlarla deportasiya edilərək kənd xarabalığa çevrilmişdir. İndi
xaraba kənddir.
Toponim yaqublu tayfa adı (92, s.23) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Qurulşca sadə
toponimdir.
Yaqublu - İrəvan quberniyasının Aleksandropol qəzasında. indi Quqark rayonunda kənd və
rayon mərkəzi. Pəmbək çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.305) qeyd
edilmişdir.
Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 43 nəfər azərbaycanlı yaşamışdır (415, s.52-43). XX
əsrin əvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar buradan qovulmuşdur. İndi ermənilər yaşayır.
Toponim yaqublu etnonimindən (92, s.23) əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə
toponimdir.
Erm. SSR AS RH-nin 1.IV.1945-ci il fərmanı ilə yaşayış məntəqəsinin adı dəyişdirilib Meğrud,
25.V.1983 - cü il fərmanı ilə yenidən dəyişdirilərək Quqark qoyulmuşdur.
Yaqublu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd.
Qafqazın 5 verstlik xəritəsində (348, s.305) qeyd edilmişdir. Kəndin digər adı Təzə Kələş olmuşdur
(415, s.4).
Kənddə 1897-ci ildə 120 nəfər, 1908-ci ildə 200 nəfər, 1914 - cü ildə 213 nəfər, 1916-cı ildə
208 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.45, 96-97). 1918-ci ildə kənd erməni təcavüzünə
məruz qalaraq yerli sakinləri -azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya
edilmişdir. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim yaqublu etnonimi (92, s.23) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca
sadə toponimdir.
Yağdan - Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda
kənd. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.104) qeyd
edilmişdir.
Toponim türk dilində «yurd, el» mənasında işlənən yaq sözünə (299, s.237) türk dilində «təpə»
mənasını bildirən don , (i>dan-İ.B) sözünün (399, s.188) birləşməsindən əmələ gəlib, «təpədə olan el,
yurd» mənasını bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Yağdan su körpüsü - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Calaloğlu (Stepanavan)
rayonunun Yağdan kəndində körpü. XIII əsrdə inşa edilmişdir.
Yazyurdsu - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd
(Yeğeqnadzor) rayonunda çay. Hidronim türk dilində «çöl», «düzənlik» mənasında işlənən yazı (299,
s.251), «yaşayış yeri», «ev, eşik», «məskən», «düşərgə» mənasında işlənən yurd (10, s.568; 339,
s.643) və «çay» mənasında işlənən su (339, s.528) sözlərinin birləşməsindən əmələ gəlmişdir.
Quruluşca mürəkkəb hidronimdir.
Yelaxlı Mehdi kəndi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan
rayonu ərazisində kənd. Zeyvə kəndinin yaxınlığında yerləşirdi. 1897-ci ildə burada 164 nəfər
azərbaycanlı yaşamışdır (415, s.60-61). XX əsrin əvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar
qovulmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim üç komponentdən ibarətdir. Birinci komponenti olan yelaxlı, fikrimizcə, dialekt və
işvələrimizdə «çuxur», «çökək yer» mənasında işlənən yalax sözünə qoşulan -lı şəkilçisindən
169
düzəlmişdir. İkinci komponenti Mehdi şəxs adını bildirir. Toponimin üçüncü komponenti kənd sözü
coğrafi nomendir. Toponim «çökəklik yerdə Mehdinin saldığı kənd» mənasını bildirir.
Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Yayıcı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Rayon
mərkəzindən 16 km məsafədə, Zəngi çayının yanında, Göyçə gölünün sahilində yerləşir. «İrəvan
əyalətinin icmal dəftəri»ndə (143, s.115), Qafqazın 5 verstlik xəritəsində (348, s.305) qeyd edilmişdir.
Burada ermənilərlə yanaşı 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır (415, s.16-17). XX
əsrin əvvəllərində, yəni 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuşdur.
Toponim oğuz tayfalarından olan yayıcı etnonimi (321,s.74; ASE, V c., s.51) əsasında əmələ
gələn etnotoponimdir.Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Dzovaber qoyulmuşdur.
Yaycı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi rayonunda kənd olmuşdur. Vedi
(Ararat) rayonundakı Armaş kəndinin yaxınlığında yerləşirdi.
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348,s.301).
Kənddə 1897-ci ildə 180 nəfər, 1914 - cü ildə 157 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87,
156-157). 1916-cı ildən başlayaraq kəndin əhalisi zorla ermənilər tərəfindən qovulmuşdur. 1930 - cu
illərə kimi kənd xaraba qalmış, heç kim yaşamamışdır. 1930 - cu ildən başlayaraq kəndə kürdlər
yerləşdirilmişdir.
Toponim yaycı türk etnonimi (321, s.74) əsasında düzəlmişdir. Etnotoponimdir. Quruluşca
sadə toponimdir.
Yaycı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd.
Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348. s.305) qeyd
edilmişdir.
Toponim yaycı türk tayfasının adı (321, s.74) əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Harjis qoyulmuşdur.
Yamancalı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Qəmərli (Artaşat) rayonunda
kənd. Rayon mərkəzindən 7 km şimalda, İnəkli kəndinin yanında yerləşir. «İrəvan əyalətinin icmal
dəftəri»ndə Yamanclı kimi (143,s.111) qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 137 nəfər, 1873 - cü ildə 214 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə
257 nəfər, 1908-ci ildə 272 nəfər, 1914 - cü ildə 300 nəfər, 1916-cı ildə 280 nəfər (415, s.48-49, 128-
129), 1918-ci ilin yanvarında 763 nəfər (309, s.216) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral
ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş (309, s.216),
Türkiyədən köçürülən ermənilər kəndə yerləşdirilmişdir. İndiki Ermənistanda Sovet hökuməti
qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 53 nəfər,
1926-cı ildə 67 nəfər, 1931-ci ildə 66 nəfər azərbaycanlı (415, s.48-49, 128-129) yaşamışdır.
SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə azərbaycanlılar 1948-53 -cü illərdə Azərbaycana
köçürülmüşdür. İndi ermənilər yaşayır.
Toponim yamancalı türk mənşəli tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 25.V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dexsut qoyulmuşdur.
Yamaxlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda
kənd olmuşdur. Zeyvə kəndinin yaxınlığında yerləşirdi.
Kənddə 1897-ci ildə 231 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61). XX əsrin əvəllərində,
1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunaraq kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Toponim yamaxlı tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşca
toponimdir.
Yanıq dağı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Amasiya rayonundakı
Çaxmaq kəndində dağ.
Oronim Azərbaycan dilində «susuz, quru yer» mənasında işlənən yanıq sözü (278, s.166)
əsasında əmələ gəlmişdir.
Yanıqpəyə - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək
(Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 33 km şimal-qərbdə yerləşir. Qafqazın 5 verstlik
xəritəsində Yanıxqaya kimi qeyd edilmişdir (348, s.306).
Dostları ilə paylaş: |