İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   78   79   80   81   82   83   84   85   ...   168

 
164
ilindən (tayfasından -İ.B) olan Dünkə idi» (321, s.57). A.N.Kononov müxtəlif mənbələrə istinad edib 
qeyd edir ki, inək termini «yaxın nökər» mənasında işlənir. Monqolca inək sözü «inanılmış», «istəkli, 
sevimli» mənalarını ifadə edir. Xivə, Buxara şivəsində «atalıq» mənasında işlənən inək əvvəllər «tayfa 
başçısı», «xanın gizli məsləhətçisi», «əyalətin və ya şəhərin baş  rəisi» mənaları bildirmişdir (321, 
s.99). Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Erm.SSR AS RH-nin 1.XII.1948 - cu il tarixli fərmanı ilə
 
adı dəyişdirilib Antarut qoyulmuşdur. 
İncəbel - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda 
dağ. Oronim qıpçaq türk tayfasından olan incə etnonimi ilə (286, s.49) Azərbaycan dilində «dağın 
təpəsi» (253, s.99; 339, s.78), «Hündür dağın iki təpəsi arasındakı  əyrilmiş yer və alçaq keçid» (9, 
s.227) mənasında işlənən bel sözündən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəbdir. 
İncəvar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda 
kənd olmuşdur. Xalac çayının sol sahilində yerləşirdi. Kənddə 1873 - cü ildə 66 nəfər, 1886-cı ildə 92 
nəfər, 1897-ci ildə 129 nəfər, 1904 - cü ildə 140 nəfər, 1914 - cü ildə 89 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.56-57, 134-135). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla deportasiya 
olunmuşdur.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin keçmiş sakinləri öz 
evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 38 nəfər, 1926-cı ildə 42 nəfər, 1931-ci ildə 45 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.57, 135). 30 - cu illərin sonunda kənd ləğv edilmişdir.  İndi ölü 
kənddir. 
Toponim türk mənşəli qıpçaq tayfasından olan incə etnonimindən (286, s.49) və 
«möhkəmləndirilmiş kənd, bənd, qala» mənasında işlənən var sözündən (339, s.113) əmələ gəlmişdir 
və «incə tayfasına mənsub qala, kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
İpəkli - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. 
Rayon mərkəzindən 10 km məsafədə yerləşir. 1969 - cu ildə  Zəngibasar rayonu təşkil edilənədək 
Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (339, s.103) qeyd 
edilmişdir. 
Kənddə 1831-ci üdə 22 nəfər, 1873 - cü ildə 117 nəfər, 1886-cı ildə 70 nəfər, 1897-ci ildə 102 
nəfər, 1908-ci ildə 185 nəfər, 1914 - cü ildə 204 nəfər, 1916-cı ildə 123 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.48-49, 128-129). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə  məruz qalaraq deportasiya 
olunmuşdur.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz 
kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 19 nəfər, 1926-cı ildə 14 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.49, 129). 1930 - cu ildə  kəndin  əhalisi Arpavar kəndinə köçürülmüşdür və  kəndə ermənilər 
yerləşdirilmişdir. 
Toponim ipəkli tayfa adı  əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Erm.SSR AS RH-nin 3.l.1935-ci il tarixli fərmanı ilə adı  dəyişdirilib Masis qəsəbəsi 
qoyulmuşdur. 
İrəvan - Çuxur - Səd bəylərbəyliyinin, indiki Ermənistanın paytaxtı. Ararat vadisinin şimal-
şərqinində, Zəngi çayının sahilində yerləşir. İlk dəfə adı VII əsrdə (607) xatırlanır (Ermənistan Sovet 
Ensiklopediyası III c., İrəvan, 1977, s.550). 
607-cı ildə katalikos Abraham Dvin şəhərində çağırdığı dini iclasda demişdir ki, burada həm də 
İrəvandan (kursiv mənimdir -İ.B) iki nümayəndə, David və Cocik iştirak eləyirlər (426, s.36). 
A.P.Simonyan qeyd edir ki, İrəvan adının VII əsrdə  çəkilməsi o demək deyil ki, İrəvan VII 
əsrdən tanınmış və inkişafı bu dövrdən başlayır. İrəvan nümayəndələrinin bu dini iclasda iştirakı onu 
sübut edir ki, İrəvan yaşayış  məskəni kimi daha qədimdən mövcud olmuş, iqtisadi, ictimai-siyasi 
cəhətdən inkişaf etmiş bir yer olmuşdur (426, s.36). 
Şəhərin adı Ruan (265, s.6), 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə 
Rəvan,  İrəvan (143, s.159), XVII əsr mənbəyində  Rəvan (86, s.50), XIX əsr rus və erməni 
mənbələrində (386, s.260-261;423, s.662) Ayravan, Aravan, Ervan, Errevant, Rəvant,  İrvan 
(Ermənistan Sovet Ensiklopediyası, III c., 1977, s.550), Avropa mənbələrində  İrivan (152, s..21) 
formalarında qeyd edilmişdir.  Şəhər I Argiştinin e.ə. 782-cı ildə tikdirdiyi Erebuni qalasının 
yaxınlığında salınmışdır. 
Rus arxeoloqu M.V.Nikolsk 1893 - cü ildə indiki Ermənistana səyahət edib Göyçə (Sevan) 
gölünün sahilində  qədim yazılan araşdırmış  və gölün sahilindəki Gölkənd (Zovinar) kəndinin 


 
165
yaxınlığındakı tapdığı yazılan b.e.ə. VIII əsrə aid edir. Bu yazılarda qeyd edilir: Urartu şahı I Rus (e.ə. 
730-714) deyib ki, 23 ölkəni, o cümlədən  İrəvan  (kursiv mənimdir -İ.B) ölkəsini zəbt etdim (426, 
s.30). Bu da İrəvanın daha qədim tarixə malik olduğunu göstərir. 
İrəvanın VII əsrdə (642-643) ərəblər tərəfindən işğal edilmiş, XI-XIII əsrlərdə  səlcuq 
türklərinin, XIII-XIX əsrlərdə monqol-tatarların tabeliyində, XV əsrdə Qaraqoyunlu dövlətinin 
tərkibində olmuşdur. XVI əsrdə  Səfəvilər dövlətinin tərkibində yaradılan Çuxur-Səd bəylərbəylinin, 
XVIII  əsrin ortalarında təşkil edilən Azərbaycan xanlığının mərkəzi olmuşdur. 1827-cı ildə  İrəvan 
Rusiya tərəfindən işğal edilmişdir. 1828-ci il Türkmənçay müqaviləsinə  əsasən Azərbaycanın 
tərkibində Rusiyanın tabeliyinə keçmişdir. XIX əsrin 40-cı illərində yaradılan İrəvan quberniyasının, 
eləcə də XIX əsrdə bilavasitə Rusiyanın himayəsi ilə yaradılan Erməni vilayətinin mərkəzi olmuşdur. 
1918-ci ilə kimi İrəvan Azərbaycanın tabeliyində idi. 1918-ci il mayın 28-də elan edilən Azərbaycan 
Cumhuriyyətinin Baş naziri Fətəli xan Xoyski mayın 29-da öz hökumətinin xarici işlər naziri 
Məhəmmədhəsən Hacınskiyə yazırdı: «Biz ermənilərlə bütün mübahisələri həll etdik, onlar 
ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik» (225, s.6). 
Şəhərdə tarixən azərbaycanlılar (erməni mənbələrində azərbaycanlılar islam, farslar, 
müsəlmanlar adı ilə göstərilir) yaşamışdır və burada XVII-XVIII əsrlərdə çox az sayda ermənilər 
yaşamışdır (200, s.151-158). 
Ermənilər  şəhərə geniş surətdə 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1828-30 - cu 
illərdə  İran və Türkiyədən köçürülmüşdür (386, s.543-546). Burada 1831-ci ildə 7331 nəfər 
azərbaycanlı, 4027 erməni, 1873 - cü ildə 5805 nəfər azərbaycanlı, 5959 erməni, 1886-cı ildə 7228 
nəfər azərbaycanlı, 7142 erməni, 1897-ci ildə 12516 nəfər azərbaycanlı, 12529 nəfər erməni, 1922-ci 
ildə 5124 nəfər azərbaycanlı, 40396 nəfər erməni, 1926-cı ildə 4968 nəfər azərbaycanlı, 57295 nəfər 
erməni, 1931-ci ildə 5620 nəfər azərbaycanlı, 80327 nəfər erməni (415, s. 164-167), 1970-ci ildə 2721 
nəfər azərbaycanlı, 738045 nəfər erməni yaşamışdır. Eyni zamanda burada kürdlər, ruslar və başqa 
millətin nümayəndələri yaşayırdı. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar tamamilə 
Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. 1988-ci ilin dekabr ayından İrəvanda bir nəfər 
belə azərbaycanlı yaşamır. Erməni elmi ədəbiyyatında  İrəvan adının Erebuni adından  əmələ  gəldiyi 
göstərilir (423, s.662-664; 412, s.123, Ermənistan Sovet Ensiklopediyası, III c., İrəvan, 1977, s.550). 
İrəvan toponiminin etimologiyası ilə bağlı müxtəlif fikirlər vardır. H.S.Yefrikyan Erivan 
formasına istinadən qeyd edir ki, bu toponim Yervand şəxs adı  əsasında yaranmışdır (423, s.662). 
Digər fikrə görə,  İrəvan toponimi erməni dilində «görünmək», «aşkar olmaq» mənasında işlənən 
«yerevum» sözündən  əmələ  gəlmişdir (386,s.262;412,s.l24;Ermənistan Sovet Ersiklopediyası, III c., 
s.550-551). Bununla yanaşı  İrəvan toponiminin fars dilində «abad yer» mənasında işlənən rəvan 
sözündən əmələ gəldiyi fikridə söylənilir (386, s.261; 221, s.100). 
Venesiyada fəaliyyət göstərən «Mxitar birliyi» nümayəndələrinin fikrincə, «İrəvan adının izahı 
Nuhun Gəmisi haqqında olan rəvayətlə bağlıdır. Mxitarlar, o cümlədən Q.İncicyan «Kirk dzinindost» 
kitabına istinadən qeyd edir ki, «İrəvan» adı «görünən» (yerval), «peyda olan» (yervan qal) deməkdir. 
Onun fikrincə, Nuh birinci dəfə sahili görən kimi «göründü» (yervadz) deyir və buradan da «İrəvan» 
adı yaranmışdır (426, s.28-29). 
XIX əsrin rus arxeoloqu M.V.Nikolski toponiminin eri tayfa adı əsasında yarandığını göstərir 
və qeyd edir ki, burada «eri» tayfası yaşadığı üçün yaşayış məntəqəsi «İrəvan» adlanmışdır (426, s.30). 
B.Budaqov və Q.Qeybullayevin fikrincə,  İrəvan toponimi türk dillərində «dağın gün düşən 
tərəfi», «dalğavari dağ zirvəsi» mənasında işlənən ir sözü ilə fars dilində «yer» mənasında işlənən 
«van» sözündən əmələ gəlmişdir (62, s.270). Bu izahlar qaneedici deyil. 
İrəvan toponiminin İrəvan, Erivan, Arevan, Ervan, İrvan, Errevant, İrivan fonetik variantlarına 
nəzər salanda aydın olur ki, onların hamısının kökü «ar», «er», «ir» hissəciyindən ibarətdir. Türk 
dillərində «ar», «er», «ir», «kişi», «igid» mənasında işlənir (359,l (2), s. 1456; 235, s.43,45). 
Urartu dilində «ölkə» mənasında işlənən ebani sözü vardır (332, s.13). Hr.Kapansyanın 
fikrincə, «kənd,  şəhər» mənasında işlənən avan (avvan//avan) urartu dilində «ölkə, yer» mənasında 
işlənən abani //ebani/ sözündən  əmələ  gəlmişdir (426, s.30-31) və «avan» sözü fars dilinə  mənsub 
deyildir (318, s.89). Bu qənaətə gəlirik ki, İrəvan toponiminin ikinci komponenti «əvan» urartu dilində 
«ölkə», «yer», «kənd», «şəhər» mənasında işlənən «abani//ebani sözünün bir variantıdır. Daha doğrusu 
«abani» sözündəki «b» səsi «v» səsi ilə  əvəzlənərək «abani» sözü «avan», «əvan» formasma 
çevrilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə