158
Toponim qədim türk tayfalarından olan siraq etnonimi (377, s.480, 235, s.51-59) əsasında
əmələ gəlmişdir. Zirak, Sirak etnoniminin variantıdır və Azərbaycan dilində s~z səsəvəzlənməsi
qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Zirakçay - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk)
rayonunda çay. Rayondakı Zirak kəndinin ərazisindən axır. Hidronim sirak //şirak etnoniminin adını
(377, s.480; 235, s.51-59) əks etdirir. Etnohidronimdir.
Zoğallı bulaq - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana
(Noemberyan) rayonunda bulaq. Zoğal bitki adı əsasında yaranan fitohidronimdir.
Zod - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda
kənd. Rayon mərkəzindən 16 km şimal-şərqdə, Zod çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal
dəftəri»ndə (143, s.62), Qafqazın 5 verstlik xəritəsində (348, s.98) qeyd edilmişdir.
Erməni mənbəyində kəndin adı həm də Zot, Sot formasında qeyd edilir (415, s.26).
Kəndin ərazisində IX-XII əsrlərə aid. azərbaycanlılarla bağlı tarixi abidələr (alban kilsəsinin,
oğuz qəbiristanlığının xarabalıqları) vardır.
Kənddə 1831-ci ildə 245 nəfər, 1873 - cü ildə 905 nəfər, 1886-cı ildə 1088 nəfər, 1897-ci ildə
1584 nəfər, 1908-ci ildə 1717 nəfər, 1914 - cü ildə 1988 nəfər, 1916-cı ildə 1717 nəfər azərbaycanlı
yaşamışdır (415, s.26-27, 110-111). 1919 - cu ilin aprelində azərbaycanlılar qırğınlarla ermənilər
tərəfindən qovulmuşlar (309, s.305). İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ
qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə 1046 nəfər, 1926-cı ildə 1325 nəfər,
1931-ci ildə 1599 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.27, 111). 1988-ci ilin noyabrında
azərbaycanlılar yenidən öz doğma kəndlərindən Ermənistan dövləti tərəfindən qovulmuşlar. İndi
ermənilər məskunlaşıb.
Toponim türk mənşəli sotk //sodk etnonimi (168, s.106-107) əsasında formalaşmışdır.
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Toponim Sotk>Södk>Zod inkişaf prosesi keçirmişdir. Azərbaycan dilində s~z və t~d
səsəvəzlənməsi qanunauyğun haldır. Etnonimin tərkibindəki «k» səsi qədim türk dilində cəmlik,
çoxluq mənalarını bildirmişdir. Lakin sonralar etnonimdəki fonetik dəyişmələr nəticəsində «k» samiti
düşmüşdür.
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə Zod kəndinin adı dəyişdirilib Sotk
adlandırılmışdır.
Zor körpüsü - Barana (Noemberyan) rayonundakı Voskepar kəndində körpü. VIII əsrdə
tikilib.
Zorba - İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd. Rayon
mərkəzindən 23 km məsafədə yerləşir. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib
Sorik qoyulmuşdur.
Zöhrablı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.
Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kəndin digər adı Zorbalı olmuşdur (415, s.48). «İrəvan
əyalətinin icmal dəftəri»ndə (143, s.75) qeyd edilmişdir. Burada tarixən azərbaycanlılar yaşamışdır.
1828-30 - cu illərdə kəndə İrandan köçürülən ermənilər yerləşdirilmiş və azərbaycanlılar deportasiya
olunmuşdur.
Toponim qaşqay türk tayfasından olan zöhrablı nəsil adı əsasında (142, s.39) əmələ gəlmişdir.
Patronomik toponimdir. Quruluşca sadə toponimdir.
Erm.SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqanuş
qoyulmuşdur.
159
İ
İbiş - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 14
km şimal-qərbdə, Türkiyə sərhəddində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348,s.100) qeyd
edilmişdir. Kəndin digər adı Ayçınqılı olmuşdur (415, s.20). Kəndin sakinləri yalnız azərbaycanlılar
olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir (415,s.20). Qarapapaqlar
azərbaycanlılarn etnoqrafik qruplarından biridir.
Kənddə 1897-ci ildə 118 nəfər, 1906-cı ildə 460 nəfər, 1914 - cü ildə 568 nəfər azərbaycanlı
yaşamışdır (415, s.20-21, 104-105). 1916-cı ildə azərbaycanlılar qovulmuşdur. İndiki Ermənistanda
sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz kəndlərinə qayıtmışdır. 1922-ci ildə kənddə
221 nəfər, 1926-cı ildə 300 nəfər, 1931-ci ildə 275 nəfər (415, s.20-21, 104-105), 1970-ci ildə 382
nəfər, 1987-ci ildə 580 nəfər (35, s.171) azərbaycanlı yaşamışdır.
1989 - cu ilin yanvarında azərbaycanlılar öz doğma torpaqlarından ermənilər tərəfindən
qovulmuşdur. İndi ermənilər yaşayır.
Toponim şəxs adı əsasında əmələ gəlmiş antropotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dayrik
qoyulmuşdur.
İydəli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan)
rayonunda kənd. Rayon mərkəzindən 12 km cənubda, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5
verstlik xəritəsində (348, s.100) qeyd edilmişdir. 1930 - cu illərdə Qurduqulu rayonun tabeliyində
olmuşdur (415, s.62).
Kənddə 1831-ci ildə 113 nəfər, 1873 - cü ildə 562 nəfər, 1886-cı ildə 629 nəfər, 1897-ci ildə
706 nəfər, 1904 - cü ildə 880 nəfər, 1914 - cü ildə 934 nəfər, 1916-cı ildə 637 nəfər (415, s. 62-63,
138-139), 1918-ci ilin əvvəlində 880 nəfər (309, s.219) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin
fevral ayında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar ata-baba torpaqlarından
deportasiya olunmuşdur (309, s.219).
Kəndə Türkiyənin Alaşkert, Bayazid, Samsun vilayətlərindən köçürülən ermənilər
yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş
azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı
1922-ci ildə 87 nəfər, 1926-cı ildə 55 nəfər, 1931-ci ildə 80 nəfər azərbaycanlı yaşamışdır (415, s.62-
63, 138-139). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948-49 - cu
illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.
Toponim Azərbaycan dilində işlənən «iydə» bitki adına kəmiyyət bildirən -li şəkilçisinin
artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Erm.SSR AS RH-nin 10.IV.1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Pştavan qoyulmuşdur.
İkinci Arıqlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu
ərazisində kənd olmuşdur. Burada 1907-ci ildə 150 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə
xarabalığa çevrilib. Toponim qaşqay türk tayfasından olan arıqlı etnonimi (142, s.40) əsasında əmələ
gəlmişdir. Toponimin əvvəlində işlənən «ikinci» sözü fərqləndirici əlamət bildirir. Etnotoponimdir.
Quruluşca mürəkkəb toponimdir.
İkinci Bəhlul - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd.
Rayondakı Mastara kəndindən 8-9 km cənub-qərbdə, Sabunçu kəndinin cənub-qərbində yerləşirdi.
Kənddə 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır (415, s.34-35). 1940-cı ildə ləğv edilmişdir (427,
s.561).
Toponim Bəhlul şəxs adı əsasında əmələ gəlmişdir. Oykonimin əvvəlindəki «ikinci» sözü
Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirir. Antropotoponimdir. Quruluşca mürəkkəb
toponimdir.
İkinci Qayaxaraba - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan)
rayonunda kənd olmuşdur. Kəndin başqa adı «Kafir qalası»dır (415, s.44). Kənddə 1897-ci ildə 68
nəfər azərbaycanlı yaşamışdır (415, s.44-45). XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə
azərbaycanlılar deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.
Toponim Azərbaycan dilində «qayalı sıldırım yer» mənasında işlənən qaya sözü ilə «viranəlik,
dağıdılmış yer» mənasında işlənən xaraba sözünün birləşməsindən əmələ gəlmişdir. «İkinci» sözü
fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Dostları ilə paylaş: |