154
Toponim qədim türk tayfalarından olan siraq etnonimi (377, s.480, 235, s.51-59) əsasında
əmələ gəlmişdir. Zirak, Sirak etnoniminin variantıdır və Azərbaycan dilində s~z səsəvəzlənməsi
qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Zirakçay - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk)
rayonunda çay. Rayondakı Zirak kəndinin ərazisindən axır. Hidronim sirak //şirak etnoniminin adını
(377, s.480; 235, s.51-59) əks etdirir. Etnohidronimdir.
Zoğallı bulaq - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana
(Noemberyan) rayonunda bulaq. Zoğal bitki adı əsasında yaranan fitohidronimdir.
Zod - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda
kənd. Rayon mərkəzindən 16 km şimal-şərqdə, Zod çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal
dəftəri»ndə (143, s.62), Qafqazın 5 verstlik xəritəsində (348, s.98) qeyd edilmişdir.
Erməni mənbəyində kəndin adı həm də Zot, Sot formasında qeyd edilir (415, s.26).
Kəndin ərazisində IX-XII əsrlərə aid. azərbaycanlılarla bağlı tarixi abidələr (alban kilsəsinin,
oğuz qəbiristanlığının xarabalıqları) vardır.
Kənddə 1831-ci ildə 245 nəfər, 1873 - cü ildə 905 nəfər, 1886-cı ildə 1088 nəfər, 1897-ci ildə
1584 nəfər, 1908-ci ildə 1717 nəfər, 1914 - cü ildə 1988 nəfər, 1916-cı ildə 1717 nəfər azərbaycanlı
yaşamışdır (415, s.26-27, 110-111). 1919 - cu ilin aprelində azərbaycanlılar qırğınlarla ermənilər
tərəfindən qovulmuşlar (309, s.305). İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ
qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə 1046 nəfər, 1926-cı ildə 1325 nəfər,
1931-ci ildə 1599 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.27, 111). 1988-ci ilin noyabrında
azərbaycanlılar yenidən öz doğma kəndlərindən Ermənistan dövləti tərəfindən qovulmuşlar. İndi
ermənilər məskunlaşıb.
Toponim türk mənşəli sotk //sodk etnonimi (168, s.106-107) əsasında formalaşmışdır.
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Toponim Sotk>Södk>Zod inkişaf prosesi keçirmişdir. Azərbaycan dilində s~z və t~d
səsəvəzlənməsi qanunauyğun haldır. Etnonimin tərkibindəki «k» səsi qədim türk dilində cəmlik,
çoxluq mənalarını bildirmişdir. Lakin sonralar etnonimdəki fonetik dəyişmələr nəticəsində «k» samiti
düşmüşdür.
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə Zod kəndinin adı dəyişdirilib Sotk
adlandırılmışdır.
Zor körpüsü - Barana (Noemberyan) rayonundakı Voskepar kəndində körpü. VIII əsrdə
tikilib.
Zorba - İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd. Rayon
mərkəzindən 23 km məsafədə yerləşir. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib
Sorik qoyulmuşdur.
Zöhrablı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.
Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kəndin digər adı Zorbalı olmuşdur (415, s.48). «İrəvan
əyalətinin icmal dəftəri»ndə (143, s.75) qeyd edilmişdir. Burada tarixən azərbaycanlılar yaşamışdır.
1828-30 - cu illərdə kəndə İrandan köçürülən ermənilər yerləşdirilmiş və azərbaycanlılar deportasiya
olunmuşdur.
Toponim qaşqay türk tayfasından olan zöhrablı nəsil adı əsasında (142, s.39) əmələ gəlmişdir.
Patronomik toponimdir. Quruluşca sadə toponimdir.
Erm.SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqanuş
qoyulmuşdur.
155
Z
Zabazadur - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu
ərazisində kənd olmuşdur. Rayon mərkəzindən 12 km məsafədə, Axlatyan kəndinin yaxınlığında
yerləşmişdir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir(143,s.183).
Kənddə 1873 - cü ildə 53 nəfər, 1886-cı ildə 64 nəfər, 1897-ci ildə 103 nəfər, 1908-ci ildə 243
nəfər, 1914 - cü ildə 120 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-1247). 1918-ci ilin iyun
ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya edilmişdir. Kənd xarabalığa
çevrilərək ləğv edilmişdir. İndi xaraba kənddir.
Zağabaşı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonu
ərazisində yaşayış məntəqəsi. Burada 1897-ci ildə 7 nəfər azərbaycanlı yaşamışdır (415, s.44-45).
XX əsrin əvəllərində azərbaycanlılar qovuluraq yaşayış məntəqəsi ləğv edilmişdir.
Toponim Azərbaycan dilində «mağara», «kaha» mənasında işlənən zağa sözü ilə (10, s.317),
«zirvə», «təpə», «əvvəl», «başlanğıc», «çayın yuxarısındakı yerlər», «əsas» mənasında işlənən baş
sözünün (253, s.100; 278, s.34; 339, s.76-77) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan
mürəkkəb quruluşlu toponimdir.
Zamanın arxacı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan)
rayonunda yaylaq. Rayondakı Göykilsə (Kaputan) kəndində yerləşir. Zaman şəxs adı əsasında yaranan
antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Zar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Rayon mərkəzindən 14 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.81),
Qafqazın 5 verstlik xəritəsində (348, s.96) qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 89 nəfər, 1873 - cü ildə 490 nəfər, 1886-cı ildə 634 nəfər, 1897-ci ildə 757
nəfər, 1914 - cü ildə 1250 nəfər (415, s.44-45, 124-125), 1918-ci ilin yanvarında 706 nəfər (309, s.216)
yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar erməni təcavüzünə məruz
qalaraq deportasiya olunmuşdur (309, s.216). Türkiyədən köçürülən ermənilər 1918-1919 - cu illərdə
burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan
azərbaycanlılar öz doğma ocaqlarına dönə bilmişlər. Burada ermənilərdən başqa 1922-ci ildə 52 nəfər,
1926-cı ildə 51 nəfər, 1931-ci ildə 93 nəfər azərbaycanlı yaşamışdır (415, s.44-45, 24-25). SSRİ
Nazirlər Sovetinin xüsusi qərarına əsasən azərbaycanlılar 1948-49 - cu illərdə zorla Azərbaycana
köçürülmüşdür. İndi ermənilər yaşayır.
Toponim türk dilində «yarğan» mənasında işlənən car (zar -İ.B.) sözü (339, s. 178-179)
əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir.
Zeyvə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.
Rayon mərkəzindən 16 km şimal-qərbdə, Oxçu çayı ilə Gığı çayının qovuşduğu yerdə yerləşir.
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.97).
Kənddə 1926-cı ildə 14 nəfər, 1931-ci ildə 49 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57,
134-135).
Toponim ərəb dilində «güşə,künc,bucaq» mənasında işlənən zaviyə sözü (104, s.207) əsasında
əmələ gəlmişdir. Quruluşca sadə toponimdir.
Erm.SSR AS RH-nin 29.VI.1949 - cu il fərmanı ite kəndin adı dəyişdirilib Davidbəy
qoyulmuşdur.
Zeyvə körpüsü - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan
rayonunda Gığı çayının üstündə körpü. XIII əsrdə tikilib. 1950-ci ilədək işlək olub. İndi iki tağı qalıb.
Zeynalağalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd.
Kənddə 1831-ci ildə 45 nəfər, 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır (415, s.16-17, 100-
101). 1840-cı illərdə kəndə ruslar, 1918-ci ildə ermənilər yerləşdirilmişdir. Azərbaycanlılar XX əsrin
əvvəllərində (1905-1906-cı illərdə) kənddən qovulmuşdur.
Toponim Zeynalağa şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib
«Zeynalağaya mənsub yer, kənd» deməkdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir.
1850-ci illərdə kəndin adı dəyişdirilib Aleksandrovka qoyulmuşdur. Sonra Erm.SSR AS RH-
nin 22.ll.1939 - cu il fərmanı ilə kəndin adı ikinci dəfə dəyişdirilərək Çkalovka adlandırılmışdır.
Zeynal bulaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində
kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.97) qeyd edilmişdir. Kənddə 1897-ci ildə 41
Dostları ilə paylaş: |