İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   71   72   73   74   75   76   77   78   ...   168

 
150
Toponim səlcuq türklərindən olan əhmədli etnonimi (245, s.43) əsasında  əmələ  gəlmişdir. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Əştərək - İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd. İndi Əştərək rayonunda şəhər və 
Ermənistan adlanan respublikada eyni adlı rayon. İrəvan  şəhərindən 20 km şimal-qərbdə, Kasaq 
çayının yanında yerləşir. Erməni mənbələrində Əştərək adına IX əsrdən rast gəlinir (427, s.297). 
IV  əsrlərdə Arşakilərin, VIII-X əsrlərdə  ərəblərin, IX-XI əsrlərdə  Şirak hakimiyyətinin 
tabeliyində  Pəhləvilərin hökmranlığı altında olmuş, XI-XVI əsrlərdə  Səlcuq türklərinin tabeliyində, 
XVI-XIX əsrlərdə İrəvan xanlığına tabe olan Karbibasar mahalının tərkibində olmuşdur. 1828-ci ildə 
rus işğalından sonra İrəvan quberniyasının  İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə 
keçmişdir.  İndi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra 1929 - cu illərdə 
rayonlaşdırma inzibati-ərazi bölgüsü yaradıldı. Əştərək 9 sentyabr 1930 - cu ildə yaradılan rayonun adı 
oldu. 
1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əştərək kimi (143, s.162), 
1728-ci il tarixdə  tərtib edilmiş  «İrəvan  əyalətinin icmal dəftəri»ndə Karbi nahiyyəsinin tərkibində 
Aştarak (143, s.75), Qafqazın 5 verstlik xəritəsində Əştərək (Aştarak) kimi (348, s.24) qeyd edilmişdir. 
Danışıq dilində Həştərək formasında işlədilir. 
Erməni alimləri  Əştərək (Aştarak) toponiminin erməni dilində «qüllə» mənasında işlənən 
aştarak (qüllə) sözündən  əmələ  gəldiyi göstərirlər (318, s.81-82; 427, s.297). Lakin bu, ermənilərin 
izahıdır və elmi həqiqətdən uzaqdır. Toponim türk dili materialları əsasında düzgün izah edilə bilir. 
Əştərək toponimi türk dilində «yüksək dağ keçidi» mənasında işlənən aşu (>aş -İ.B) sözü ilə 
(339, s.61; 23, s.115) türk dilində «qırışıqlı dağ yüksəkliyi», «parçalanmış daş  qırıntıları» (çınqıl) 
(многозубчатые  вершины  ломаные  горные  гребни  изобилуюшие  пиками), «uca, çoxdişli (daraq 
şəkilli) dağ» mənasında işlənən tarak sözündən (339, s.543; 23, s.116) əmələ gəlmişdir. Bu söz «dağ 
başında çılpaq qaya» mənasında Dağlıq Altayın toponimlərinin tərkibində tarakay formasında işlənir 
(337, s.239). Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 


 
151
Z 
  
Zabazadur - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu 
ərazisində  kənd olmuşdur. Rayon mərkəzindən 12 km məsafədə, Axlatyan kəndinin yaxınlığında 
yerləşmişdir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir(143,s.183). 
Kənddə 1873 - cü ildə 53 nəfər, 1886-cı ildə 64 nəfər, 1897-ci ildə 103 nəfər, 1908-ci ildə 243 
nəfər, 1914 - cü ildə 120 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-1247). 1918-ci ilin iyun 
ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya edilmişdir. Kənd xarabalığa 
çevrilərək ləğv edilmişdir. İndi xaraba kənddir. 
Zağabaşı - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonu 
ərazisində yaşayış məntəqəsi. Burada 1897-ci ildə 7 nəfər azərbaycanlı yaşamışdır (415, s.44-45). 
XX əsrin əvəllərində azərbaycanlılar qovuluraq yaşayış məntəqəsi ləğv edilmişdir. 
Toponim Azərbaycan dilində «mağara», «kaha» mənasında işlənən zağa sözü ilə (10, s.317), 
«zirvə», «təpə», «əvvəl», «başlanğıc», «çayın yuxarısındakı yerlər», «əsas» mənasında işlənən baş 
sözünün (253, s.100; 278, s.34; 339, s.76-77) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan 
mürəkkəb quruluşlu toponimdir. 
Zamanın arxacı - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) 
rayonunda yaylaq. Rayondakı Göykilsə (Kaputan) kəndində yerləşir. Zaman şəxs adı əsasında yaranan 
antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Zar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. 
Rayon mərkəzindən 14 km məsafədə yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.81), 
Qafqazın 5 verstlik xəritəsində (348, s.96) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 89 nəfər, 1873 - cü ildə 490 nəfər, 1886-cı ildə 634 nəfər, 1897-ci ildə 757 
nəfər, 1914 - cü ildə 1250 nəfər (415, s.44-45, 124-125), 1918-ci ilin yanvarında 706 nəfər (309, s.216) 
yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar erməni təcavüzünə  məruz 
qalaraq deportasiya olunmuşdur (309, s.216). Türkiyədən köçürülən ermənilər 1918-1919 - cu illərdə 
burada yerləşdirilmişdir.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan 
azərbaycanlılar öz doğma ocaqlarına dönə bilmişlər. Burada ermənilərdən başqa 1922-ci ildə 52 nəfər, 
1926-cı ildə 51 nəfər, 1931-ci ildə 93 nəfər azərbaycanlı yaşamışdır (415, s.44-45, 24-25). SSRİ 
Nazirlər Sovetinin xüsusi qərarına  əsasən azərbaycanlılar 1948-49 - cu illərdə zorla Azərbaycana 
köçürülmüşdür. İndi ermənilər yaşayır. 
Toponim türk dilində «yarğan» mənasında işlənən car (zar -İ.B.) sözü (339, s. 178-179) 
əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. 
Zeyvə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. 
Rayon mərkəzindən 16 km şimal-qərbdə, Oxçu çayı ilə  Gığı çayının qovuşduğu yerdə yerləşir. 
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.97). 
Kənddə 1926-cı ildə 14 nəfər, 1931-ci ildə 49 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57, 
134-135). 
Toponim ərəb dilində «güşə,künc,bucaq» mənasında işlənən zaviyə sözü (104, s.207) əsasında 
əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 29.VI.1949 - cu il fərmanı ite kəndin adı  dəyişdirilib Davidbəy 
qoyulmuşdur. 
Zeyvə körpüsü - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan 
rayonunda Gığı çayının üstündə körpü. XIII əsrdə tikilib. 1950-ci ilədək işlək olub. İndi iki tağı qalıb. 
Zeynalağalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. 
Kənddə 1831-ci ildə 45 nəfər, 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır (415, s.16-17, 100-
101). 1840-cı illərdə kəndə ruslar, 1918-ci ildə ermənilər yerləşdirilmişdir. Azərbaycanlılar XX əsrin 
əvvəllərində (1905-1906-cı illərdə) kənddən qovulmuşdur. 
Toponim Zeynalağa  şəxs adına mənsubluq bildirən -lı  şəkilçisinin artırılması ilə düzəlib 
«Zeynalağaya mənsub yer, kənd» deməkdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
1850-ci illərdə kəndin adı dəyişdirilib Aleksandrovka qoyulmuşdur. Sonra Erm.SSR AS RH-
nin 22.ll.1939 - cu il fərmanı ilə kəndin adı ikinci dəfə dəyişdirilərək Çkalovka adlandırılmışdır. 
Zeynal bulaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində 
kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.97) qeyd edilmişdir. Kənddə 1897-ci ildə 41 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə