142
Əkərək - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda çay.
Rayondakı Əkərək kəndinin ərazisindən axır. Arazın bir qoludur. Əkər türk tayfasının adını
(359, l(1), s.97) əks etdirir. Etnohidronimdir.
Əkərək - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda
kənd. Rayon mərkəzindən 18 km şərqdə, Oxçu çayının sol sahilində yerləşir. XII-XIII əsrlərdən
xatırlanır (427, s.19).
Toponim qədim türk tayfası əkər (akar) etnoniminə (359, l(1), s.97) -ək şəkilçisinin artırılması
əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Əkərək - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda
kənd. XIII-XIV əsrlərdən adı çəkilir (427, s.18).
Kənddə 1873 - cü ildə 114 nəfər, 1886-cı ildə 155 nəfər, 1897-ci ildə 204 nəfər, 1904 - cü ildə
170 nəfər, 1914 - cü ildə 211 nəfər, 1916-cı ildə 225 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.44-
45, 124-125). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla deportasiya olunmuş və
kənd xarabalığa çevrilmişdir. İndi ölü kənddir.
Toponim əkər türk etnonimi (359, l(1), s.97) əsasında formalaşmışdır. Toponimin sonunda
işlənən -ək, şəkilçi funksiyasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Əkərək - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon
mərkəzindən 7 km qərbdə yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə
Əyrək kimi (143, s.163), «İrəvan əyalətinin icmal dəftəri»ndə Əyərək (143, s.90), Qafqazın 5 verstlik
xəritəsində Əkərək (Aqarak) kimi (348, s.3) qeyd edilmişdir. Adı XVI əsrin əvəllərindən çəkilir (427,
s.18).
Kənddə 1831-ci ildə 318 nəfər, 1873 - cü ildə 388 nəfər, 1886-cı ildə 536 nəfər, 1897-ci ildə
603 nəfər, 1908-ci ildə 629 nəfər, 1914 - cü ildə 720 nəfər, 1916-cı ildə 653 nəfər, 1919 - cu ildə 425
nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.22-23, 106-107). «Ermənistan və ətraf vilayətlərin
toponimlər lüğəti»ndə burada 1920-ci illərə kimi hansı xalqın yaşadığı göstərilmir. Yalnız 1897-ci ildə
603 nəfərin yaşadığı qeyd edilir ki, onların da azərbaycanlı və ya erməni olduğu göstərilmir (427,
s.18). Bu da erməni siyasətinin bir formasıdır. 1919 - cu ilin əvvələrində kəndin sakinləri ermənilərin
tacavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Ermənilər buraya Türkiyənin Van, Qavaş, Bitlis
bölgələrindən 1918-19 - cu illərdə köçürülmüşdür (ətraflı məlumat üçün bax: O.U.Məliksetyan. Qərbi
ermənilərin deportasiyası və xaricdə yaşayan ermənilərin sovet Ermənistanına qaytarılması
(19151940), İrəvan, 1975, erməni dilində).
Azərbaycanlılar öz kəndlərinə indiki Ermənistanda sovet hökuməti qurulandan sonra dönə
bilib.
Burada ermənilərdən başqa 1922-ci ildə 72 nəfər, 1926-cı ildə 74 nəfər, 1931-ci ildə 32 nəfər
azərbaycanlı yaşamışdır (415, s.23, 107). SSRİ Nazirlər Sovetinin xüsusi qərarından sonra kənddə
yaşayan azərbaycanlılar tarixi-etnik torpaqlarından çıxarılıb zorla Azərbaycana köçürülmüşdür. İndi
ermənilər yaşayır. XVI (143, s.163) və XVIII (143, s.90) əsrlərə aid tarixi mənbələrdə kəndin adının
Əyrək, Əyərək formalarında qeyd olunmasına istinad edib bu qənaətə gələ bilirik ki, toponim «Kitabi-
Dədə Qorqud» dastanlarında (X boyda) adı çəkilən Əgrək şəxs adı əsasında əmələ gəlmişdir.
Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Əkəri - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu
ərazisində kənd.
Toponim əkər türk tayfasının adı (359,1(1), s.97) əsasında əmələ gəlmişdir. Toponimin
sonundakı -i şəkilçi funksiyasının yerinə yetirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Əkərli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu
ərazisində kənd. Burada 1886-cı ildə 170 nəfər, 1906-cı ildə 253 nəfər azərbaycanlı yaşamışdır (85,
s.166). 1918-ci ildə azərbaycanlılar qırğınlarla qovulmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim əkər türk tayfa adına (359,l(1), s.97) -li mənsubluq bildirən şəkilçinin artırılması ilə
əmələ gəlmişdir. «Əkər tayfasına mənsub olan kənd» anlamını bildirir. Etnotoponimdir. Quruluşca
düzəltmə toponimdir.
Ələyəz - (Alagöz) -İndiki Ermənistanda inzibati ərazi bölgüsü, rayon. Ermənistan SSR Ali
Soveti Rəyasət heyətinin 15 mart 1972-ci il fərmanı ilə Abaran, Artik və Spitak rayonlarının bəzi
əraziləri - kəndləri əsasında yaradılmışdır. Sahəsi 382,2 km
2 -
dir. Rayonun adı Azərbaycan dilində
143
Ələyəz formasında qeyd edilir. Ələyəz «Alagöz»ün fonetik formasıdır. Rayon Alagöz( Ələyəz)
dağının ətəyində yerləşir.
Toponim alagöz türk etnonimi (407, s.120) əsasında əmələ gəlmişdir, Etnotoponimdir.
Quruluşca sadə toponimdir.
Erməni mənbələrində rayonun adı Araqadz formasında qeyd edilir.
Ələpkər - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo)
rayonunda zağa. Rayondakı Aşağı Çəmbərək kəndindən 3 km qərbdə yerləşir. Zağanın adı «Ələpkəri
er» formasında da qeyd edilir. «Er, kişi, qoca, igid» mənasını ifadə edir (427, s.69). Zağanın adı
kəngərli türk tayfasından olan Əliəpkərli etnoniminin (386, s.538) adını əks etdirir.
Əlibəyli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda
kənd. Rayon mərkəzindən 2 km cənub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.12) qeyd
edilmişdir.
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Azərbaycanlılar 1914-1915-cı illərdə
ermənilər tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kəndə ermənilər
köçürülmüşdür. Ermənilər buraya 1915-20-cı illərdə Türkiyənin İğdır və Van vilayətlərindən, 1946-cı
ildə İrandan, eyni zamanda indiki Ermənistanın Sisyan, Əştərək, Abaran və Hamamlı (Spitak)
rayonlarından köçürülmüşdür (427, s.51).
Toponim oğuzların ulu yörük tayfasından olan əlibəyli etnonimi (238, s.186) əsasında əmələ
gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm.SSR AS RH-nin 4.IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Atarbekyan qoyulmuşdur.
Əliqırıq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda
çay. Erməni mənbələrində çayın adı Əliqrıx formasında da qeyd edilir (427, s.84). Rayondakı Ağıraq
kəndinin ərazisindən axır. Göyçə gölünə tökülür. Uzunluğu 22 km-dir. Əli şəxs adı ilə qırıq türk
etnonimi əsasında əmələ gəlmişdir. Etnohidronimdir.
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə çayın adı dəyişdirilib Astğadzor qoyulan kəndin
adı ilə Astğadzor adlandırılmışdır.
Əliqırıq - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.
Qəmərli rayonuna daxil olan Böyük Gilanlar kəndindən 10 km cənub-qərbdə, Əliqırıq bulağının
yanında, Pirdağı dağının ətəyində yerləşir. 1930 - cu ilin əvvəllərində Vedi (Ararat) rayonunun
tabeliyində olmuşdur (415, s.84).
1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir (143, s.171). Erməni
mənbələrində Əliqrağı, Əlikrık formalarında qeyd edilir (427, s.84).
Kəndin adı XX əsrin 30 - cu illərində Əliqoıx kimi rəsmiləşdirilmişdir (415, s.154).
Kənddə 1873 - cü ildə 110 nəfər, 1886-cı ildə 175 nəfər.1897-ci ildə 251 nəfər, 1904 - cü ildə
202 nəfər, 1914 - cü ildə 253 nəfər, 1916-cı ildə 355 nəfər (415, s.84-85, 154-155), 1918-ci ilin
yanvarında 202 nəfər (309, s.216) yalnız azərbaycanlı yaşamışdır.
Azərbaycanlılar 1918-ci ilin fevralında ermənilər tərəfindən qırğınlarla qovulmuşdur (309,
s.216). İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma
kəndlərinə dönə bilmişlər.
Burada 1922-ci ildə 46 nəfər, 1926-cı ildə 55 nəfər azərbaycanlı yaşamışdır (415,s. 84, 155).
1929-30 - cu illərdə xaricdən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. 1931-ci ildə 46 nəfər
azərbaycanlı, 79 erməni (415, s.155), 1959 - cu ildə 90, 1962-cı ildə 62 nəfər əhali (əksəriyyətini
azərbaycanlılar təşkil etmişdir) yaşamışdır (427, s.703). 1962-cı ildən sonra azərbaycanlılar kənddən
köçürülmüş və kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Toponim əfşar türk tayfasına məxsus qırıqlı etnonimi (93, s.46) əsasında formalaşıb, «Qırıqlı
tayfasından olan Əliyə məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb
toponimdir.
Erm.SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Blraşen qoyulmuşdur.
Əliqışlağı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor)
rayonu ərazisində kənd. Rayondakı Həsənkənd kəndinin yaxınlığında yerləşirdi. Burada 1831-ci ildə
19 nəfər azərbaycanlı yaşamışdır (415, s.160). Sonrakı illərdə kənddə yaşayanlar haqqında əlavə
məlumat yoxdur. İndi xaraba kənddir.
Toponim Əli şəxs adı ilə qışlaq sözünün birləşməsindən əmələ gəlib «Əliyə məxsus qışlaq»
mənasını ifadə edir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Dostları ilə paylaş: |