136
Kənddə 1897-ci ildə 181 nəfər, 1904 - cü ildə 363 nəfər, 1914 - cü ildə 327 nəfər azərbaycanlı
yaşamışdır (415, s.62-63, 136-137). 1918-ci ildə azərbaycanlılar ermənilərin
təcavüzünə məruz qalaraq
deportasiya olunmuşdur. Xaricdən köçürülən ermənilər 1918-1919 - cu illərdən burada
yerləşdirilmişdir.
Toponim qıpçaq mənşəli durt (>dort -İ.B.) etnonimi (286, s.50) əsasında yaranmışdır.
F.Kırzıoğluya görə, 1588-cı ildə qışı Gəncə sancağında, yayı Zəngəzurda keçirən bir el dördnu
adlanırdı (62, s.240). Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm.SSR AS RH-nin 29.VI.1949 - cu il fərmanı ilə adı dəyişdirilib Antaraşat qoyulmuşdur.
Durnalı - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq.
1930 - cu ildə ləğv edilmişdir. Zootoponimdir. Quruluşca düzəltmə toponimdir.
Düz - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,
indiki Meğri rayonu
ərazisində qışlaq. 1926-cı ildə 2 nəfər azərbaycanlı yaşamışdır (415, s.66-67). Kollektivləşmə ilə bağlı
30 - cu illərdə ləğv edilmişdir.
Toponim Azərbaycan dilində «enişi, yoxuşu, çuxuru olmayan yer», «düzən, çöl, düzəngah,
düzənlik» mənasında işlənən düz sözü (10, s.168) əsasında əmələ gəlmişdir. Relyef əsasında əmələ
gələn sadə quruluşlu toponimdir.
Düzyurd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo)
rayonunda yaylaq. Rayondakı Toxluca kəndinin ərazisində yerləşirdi. Toponim «düzən, çöl,
düzəngah» mənasında işlənən düz sözü ilə (278, s.68; 10, s.168) «yaşayış yeri, məskən, eveşik»
mənasında işlənən yurd sözünün (10, s.568; 339, s.643) birləşməsindən əmələ gəlmişdir. Relyef
əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Düzkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Rayon
mərkəzindən 7-8 km qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.90) qeyd edilmişdir.
Toponim Azərbaycan dilində «düzən, çöl,
düzənlik, düzəngah» mənasında işlənən düz sözü ilə (10,
s.168; 339, s.195) türk dilində «şəhər, yaşayış məntəqəsi» mənasında işlənən kənd sözünün» (359,
ll(2), s. 1079-1080; 299, s.290; 339, s.270-271) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında
yaranan mürəkkəb quruluşlu toponimdir.
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Baroj qoyulmuşdur.
Düzkənd - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan)
rayonu ərazisində kənd. XX əsrin əvvəllərində kənd ləğv edilmişdir (415, s.62-63).
Toponim «düzən çöl, düzənlik» mənasında işlənən düz sözünə (253, s.70; 278, s.68; 10, s.168)
«yaşayış yeri, şəhəp» mənasında işlənən kənd sözünün (359, ll(2), s. 1079-1080; 299, s.290; 339,
s.270-271) artırılması əsasında əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu
toponimdir.
Düzkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd. İndi Ermənistan adlanan
ərazidə sovet hökuməti qurulandan sonra -31 dekabr 1937-ci ildə yaradılan rayonun adı və mərkəzi
olmuşdur. Rayonun ərazisi 547 kv. km-dir.
XVIII əsrə aid mənbədə - «İrəvan əyalətinin icmal dəftəri»ndə Böyük Düzkənd, Kiçik
Düzkənd adlı iki kəndin adı göstərilir (143, s.132). Erməni mənbəyində Düzkənd kəndinin digər adı
kimi Böyük Düzkənd göstərilir (415, s.42). Görünür, sonralar Böyük
Düzkənd və Kiçik Düzkənd
kəndləri birləşdirilmişdir. Qafqazın 5 verstlik xəritəsində (348, s.90) qeyd edilmişdir. 1828-ci ilə kimi
azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-29-cu illərdə Türkiyədən köçürülmüşdür. İndi
ermənilər yaşayır.
Toponim türk dilində «düzənlik, çöl düzəngah» mənasında işlənən düz sözünə (253, s.70; 339,
s.195) kənd coğrafi nomeninin artırılması yolu ilə yaranmışdır. Relyeflə bağlı düzələn mürəkkəb
quruluşlu toponimdir.
Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ılə adı dəyişdirilib Axuryan qoyulmuşdur.
Düzkənd - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon
mərkəzindən 13
km şimalda, Arpaçayın sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə
(143, s.132), Qafqazın 5 verstlik xəritəsində (348, s.90) qeyd edilmişdir. Amasiya rayonunda tarixən
Düzkənd adında iki kənd olmuşdur: Böyük Düzkənd, Kiçik Düzkənd (415, s.20).
XIX əsrin
əvəllərində Böyük Düzkənd və Kiçik Düzkənd kəndləri birləşdirilərək Düzkənd kəndi kimi
rəsmiləşdirilmişdir.
137
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların
yaşadığı göstərilir (415, s.20).
Kənddə 1886-cı ildə 348 nəfər, 1897-ci ildə 520 nəfər, 1908-ci ildə 636 nəfər, 1914 - cü ildə
722 nəfər azərbaycanlı yaşamışdır (415, s.20-21, 104-105). 1916-cı ildən başlayaraq azərbaycanlılar
ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet
hökuməti qurulandan sonra
azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 359 nəfər, 1926-cı ildə 402
nəfər, 1931-ci ildə 468 nəfər (415, s.20-21, 104-105), 1970-ci ildə 516 nəfər, 1987-ci ildə 580 nəfər
(35, s.168) yalnız azərbaycanlılar yaşamışdır. 1988-ci ilin noyabr-dekabr, 1989 - cu ilin yanvar
aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından
deportasiya
olunmuşdur. İndi ermənilər yaşayır.
Toponim Azərbaycan dilində «düzən, çöl, düzənlik», «eniş, yoxuşu, çuxuru olmayan yer»
mənasında işlənən düz sözü ilə (253, s.70; 278, s.68; 10, s.168; 339, s.195) qədim türk dilində «yaşayış
yeri, şəhər» mənasında işlənən kənd sözünün (359, ll(2), s. 1079-1080; 299, s.290; 339, s.270-271)
birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Alvar qoyulmuşdur.
Düzlər - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq.
1930 - cu ildə ləğv edilmişdir. Toponim Azərbaycan dilində relyef bildirən «düzən, düzənlik, çöl»
mənasında işlənən düz sözünə -lər şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan
toponimdir.
Erməni mənbələrində qışlaq Düzer formasında qeyd edilir (415, s.70). Düzer formasında qeyd
edilən toponimin sonundakı «er» erməni dilində cəmlik bildirən şəkilçidir.
Qədim türk dilində çəmlik -
ar, -ər, -r şəkilçiləri əsasında əmələ gəlmişdir. Erməni dilində cəmlik bildirən -er şəkilçisi qədim türk
dilində cəmlik bildirən -ar, -ər şəkilçisinin fonetik variantıdır. Deməli, Düzer,
Düzlər toponiminin
kalka edilmiş formasıdır.