İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   60   61   62   63   64   65   66   67   ...   168

 
128
Toponim «dərin, dar çuxur» (10, s.62,53), «mağara» (278, s.61) mənalarında işlənən dəlik sözü 
ilə Azərbaycan dilində «dağ, qaya» mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. 
Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Kəndin adı 1920-ci ildə dəyişdirilib Tsaxkar (Dəlikdaş) qoyulmuşdur. 
Dəlikdaş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda 
dağ. Rayondakı Dəlikdaş kəndinin ərazisində yerləşir. Oronim «dərin dar çuxur» (10, s.53), «mağara» 
(278, s.61) mənasında işlənən dəlik sözü ilə «dağ» mənasında işlənən daş sözü əsasında 
formalaşmışdır. Quruluşca mürəkkəb oronimdir. 
Dəlikdaş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda 
çay. Rayondakı Dilikdaş kəndinin ərazisindən axır. 
Dəlikdaş - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Şəmşəddin rayonu ərazisində 
qışlaq. 1930 - cu ildə ləğv edilmişdir. Toponim Azərbaycan dilində «dərin dar çuxur» (10, s.53,62), 
«mağara» (278, s.61) mənasında işlənən dəlik sözü ilə «qaya, dağ» mənasında işlənən daş sözünün 
birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb toponimdir. 
Dəllər - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. 
Rayon mərkəzindən 13 km şimal-qərbdə  Zəngi çayının qolu olan Dəllər çayının sahilində, Zincirli 
dağının  ətəyində yerləşirdi. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.78), Qafqazın 5 verstlik 
xəritəsində (348, s.74) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 181 nəfər, 1873 - cü ildə 227 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 
303 nəfər, 1908-ci ildə 385 nəfər, 1914 - cü ildə 597 nəfər, 1916-cı ildə 337 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.16-17, 100-101). 1918-ci ildə azərbaycanlılar qırğınlarla öz doğma kəndlərindən 
qovulmuş və kəndə ermənilər yerləşdirilmişdir. Sonralar kənd xarabalığa çevrilmişdir. 
Toponim Hun tayfa birliyinə daxil olan tele (dəli) türk etnonimi (180, s.21) əsasında 
formalaşmışdır. -lər cəmlik bildirən şəkilçidir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Dəllər - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda çay. 
Rayondakı  Dəllər kəndinin  ərazisindən axır. Tele (dəli) qədim türk etnonimini (180, s.21,25) əks 
etdirir. Etnohidronimdir. 
Dəlləkli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində kənd. Rayonun Tsav kəndindən 2 km qərbdə yerləşirdi. 1907-ci ildə 336 nəfər azərbaycanlı 
yaşamışdır. 1907-ci ildən sonra ləğv edilmişdir. 
Dəlləkli nəsil adı (286, s.74) əsasında yaranmışdır. Sadə quruluşlu patronim toponimdir. 
Dəlləkli - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda 
kənd. Rayon mərkəzindən 23 km məsafədə yerləşir. 
Kənddə 1873 - cü ildə 201 nəfər, 1886-cı ildə 317 nəfər, 1897-ci ildə 374 nəfər, 1904 - cü ildə 
396 nəfər, 1914 - cü ildə 445 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.44-
45, 124-125). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş 
və  kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.  İndiki Ermənistanda sovet hökuməti 
qurulandan sonra azərbaycanlılardan sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada ermənilərdən 
başqa 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 33 nəfər, 1931-ci ildə 40 nəfər azərbaycanlı yaşamışdır (45, 
s.44-45, 124-125). SSRİ Nazirlər Sovetinin xüsusi qərarından sonra 1947-1953 - cü illərdə 
azərbaycanlılar zorla tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüşdür. Toponim 
mərzili tayfasının bir qolunu təşkil edən dəlləkli nəsil adı  əsasında (286, s.74) əmələ  gəlmişdir. 
Patronim toponimdir. Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 21.VI.1948-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Zovaşen (Gölkənd) 
qoyulmuşdur. 
Dəlmə - İrəvan şəhərinin məhəlləsi. Şəhərin şimal-qərb tərəfində yerləşirdi. 
Dəlmə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) 
rayonunda əkin sahəsi. Rayondakı Toxluca və Ağbulaq kəndlərinin sərhəddində yerləşir. 
Dəliktəpə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonunda dağ. Novlar kəndinin yanında yerləşir. Oronim Azərbaycan dilində «mağara» (278, s.61), 
«dərin dar çuxur» (10, s.53,62) mənasında işlənən dəlik sözü ilə «kiçik dağ» mənasında işlənən təpə 
sözünün birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir. 


 
129
Dəmirbulaq - İrəvan  şəhərində  məhəllə. XIX əsrin  əvvəllərində burada 322 ev olmuşdur. 
Məhəllə  Dəmirbulaq adlı bulağın yanında salındığı üçün bu adla adlanmışdır. Hidrotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Dəmirbulaq - İrəvan  şəhərində bulaq. Bulağın suyu «paslı  dəmir» rəngində olduğu üçün 
Dəmirbulaq adlanmışdır. Mürəkkəb quruluşlu hidronimdir. 
Dəmirli - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 
1930 - cu ildə ləğv edilmişdir. 
Toponim dəmirli nəsil adı  əsasında  əmələ  gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə 
toponimdir. 
Dəmirçilər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. 
Rayon mərkəzindən 9 km şimal-qərbdə yerləşir. 1937-ci ilə qədər Cəlaloğlu (Stepanavan) rayonunun 
tərkibində olmuşdur. 
Erməni mənbələrində Demirçilar kimi qeyd edilir (415, s.78). 
Kənddə 1897-ci ildə 89 nəfər, 1908-ci ildə 420 nəfər, 1914 - cü ildə 105 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.78-79, 148-149). 1916-18-ci illərdə kəndin sakinləri ermənilərin təcavüzünə məruz 
qalaraq deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar 
öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 89 nəfər, 1926-cı ildə 128 nəfər, 1931-ci ildə 144 
nəfər azərbaycanlı yaşamışdır (415, s.79-149). Kənd 1950-ci ilin axırlarında Evli heyvandarlıq 
sovxozuna birləşdirilmişdir. 1988-ci ildə azərbaycanlılar deportasiya olunmuşdur.  İndi burada yalnız 
ermənilər yaşayır. 
Toponim şahsevən türk tayfasının bir qolunu təşkil edən dəmirçilər etnonimi (ASE, III c. s.466; 
245, s.46) əsasında əmələ gəlmişdir. 
XIII əsr tarixçisi Şəhabəddin Nəsəvi dəmirçiləri Cingiz xanın nəsli ilə bağlayır. «Azərbaycanın 
coğrafi adlar» kitabında dəmirçi tayfasının  şahsevən qəbiləsinə  mənsub nəsil olduğu göstərilir (254, 
s.40). Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Qoçavan qoyulmuşdur. 
Dəmirçilər - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, 
Vayk) rayonu ərazisində  kənd. Buzxana dağının yaxınlığında yerləşirdi. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.78) qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 82 nəfər, 1886-cı ildə 68 nəfər, 1897-ci ildə 90 nəfər, 1904 - cü ildə 96 
nəfər, 1914 - cü ildə 96 nəfər, 1916-cı ildə 133 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.88-89, 
158-159). 1918-ci ildə  kəndə ermənilər hücum edərək sakinlərini qırğınlarla qovmuş  və  kənd 
xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. 
Toponim dəmirçilər türk tayfasının adı (ASE, III c., s.466) əsasında  əmələ  gəlmişdir. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Dəmirçi Cəfərli - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda 
kənd olmuşdur. Erməni mənbələrində  kəndin başqa adlarının Günnüd, Günnüd Cəfərli, Günnüd 
Kalavan olduğu da göstərilir (415, s.84). Çanaxçı kəndinin yaxınlığında Boz Hunnu dağının ətəyində 
yerləşirdi. 
Qafqazın 5 verstlik xəritəsində Günnüt Cəfərli kimi qeyd edilmişdir (348, s.71). Kənddə 1873 - 
cü ildə 178 nəfər, 1886-cı ildə 209 nəfər, 1897-ci ildə 333 nəfər, 1904 - cü ildə 406 nəfər, 1914 - cü 
ildə 409 nəfər, 1916-cı ildə 383 nəfər azərbaycanlı yaşamışdır (415, s.84-85, 154-155), 1918-19 - cu 
illərdə ermənilər kəndin sakinlərini vəhşicəsinə  qırıb dağıtmışlar. Sağ qalanlar öz kəndlərini tərk 
etməyə  məcbur olmuşlar.  İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd 
sakinləri bu doğma ocaqlarına dönə bilmişdir. 1926-cı ildə burada 25 nəfər azərbaycanlı yaşamışdır 
(415, 84-85). 1929-1930 - cu illərdə  kənddə yaşayan azərbaycanlılar köçürülmüş  və  kənd ləğv 
edilmişdir. 
Toponim türk tayfasından olan dəmirçilər və Cəfərli etnonimləri (386, s.535) əsasında əmələ 
gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Dərəbağ - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu 
ərazisində  kənd. Qafqazın 5 verstlik xəritəsində  Dərəkənd (dağıdılmış  kənd) adı ilə qeyd edilmişdir 
(348, s.77). 
1930 - cu ildə ləğv olunmuşdur. İndi ölü kənddir. Toponim Azərbaycan dilində işlənən dərə və 
bağ sözlərindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə