İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   59   60   61   62   63   64   65   66   ...   168

 
126
mənasında işlənən qılıc sözünün (253, s.16; 278, s.53) birləşməsindən əmələ gəlmişdir. II növ təyini 
söz birləşməsi formasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Dəvədaşı - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda yaylaq. 
Rayondakı Hallavar kəndində yerləşir. Toponim «dağ aşırımı, hündür dağ keçidi» mənasında işlənən 
dəvə (dava//daba) sözü ilə (253, s.100-101; 339, s.168-169) Azərbaycan dilində «dağ, qaya» 
mənasında işlənən daş sözü əsasında formalaşmışdır. II növ təyini söz birləşməsi konstruksiyasında 
yaranan mürəkkəb quruluşlu oronimdir. 
Dəvə yatağı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) 
rayonunda yaylaq. Rayondakı Qızılörən kəndində yerləşir. Toponim dəvə heyvan adı ilə Azərbaycan 
dilində «payızda, qışda heyvan salınan yer» mənasında işlənən yataq sözünün birləşməsindən  əmələ 
gəlmişdir. II növ təyini söz birləşməsi formasında yaranan mürəkkəb quruluşlu oronimdir.  
Dəvəli - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon 
mərkəzindən 14 km məsafədə, Vedibasar çayından axan arxın yanında yerləşir. «İrəvan  əyalətinin 
icmal dəftəri»ndə (143, s.51), Qafqazın 5 verstlik xəritəsində (348, s.72) qeyd edilmişdir. 
1828-ci ilədək burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqayiləsinə 
əsasən 1828-ci illərdə İranın Maku və Salmas mahallarının Aslanik, Dirişik və Zevaqyuğ kəndlərindən 
köçürülən ermənilər Dəvəlidə yerləşdirilmişdir (386, s.555-558). 
Kənddə 1831-ci ildə 28 nəfər azərbaycanlı, 633 erməni, 1873 - cü ildə 207 nəfər azərbaycanlı, 
1760 erməni, 1886-cı ildə 263 nəfər azərbaycanlı, 1975 erməni, 1897-ci ildə 686 nəfər azərbaycanlı, 
2650 erməni yaşamışdır (415, s.86-87, 154-155). 1918-19 - cu illərdə azərbaycanlılar ermənilər 
tərəfindən qırğınlarla tarixi-etnik torpaqlarından qovulmuşdur. 
1922-ci ildə  kənddə ermənilərlə yanaşı 3 nəfər azərbaycanlı yaşamışdır (415,s.154-155). 
Sonralar azərbaycanlılar kənddən çıxarılmış və kənddə yalnız ermənilər qalmışdır. İndi burada təkcə 
ermənilər yaşayır. 
Toponim qacarların bir boyu olan dəvəli etnonimi (394, s.44-45) əsasında  əmələ  gəlmiş 
etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ararat qoyulmuşdur. 
Dəvəgözü - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda çay. 
Rayonun  ərazisindəki Milli dərədən axır. Hidronim türk dillərində «dağ  aşırımı, hündür dağ keçidi» 
mənasında işlənən dəvə (dava//daba) sözü ilə (253, s.100-101; 339, 168-169) Azərbaycan dilində 
«bulağın başladığı yer, suyun çıxdığı yer, qaynaq, mənbə» mənasında işlənən göz sözünün (11, s.174; 
339, s.142) birləşməsindən əmələ gəlmişdir. II növ təyini söz birləşməsi konstruksiyası əsasında əmələ 
gələn mürəkkəb quruluşlu hidronimdir. 
Dəvəxaraba - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonu 
ərazisində kənd. Kəndin adı ilk dəfə «Sovetakan Hayastan» (8.I.1939) qəzetində çəkilmişdir. 1873 - cü 
ildə 161 nəfər, 1886-cı ildə 305 nəfər, 1897-ci ildə 356 nəfər, 1914 - cü ildə 475 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.44-45, 124-125). 1918-ci ildə  kənd ermənilərin təcavüzünə  məruz qalaraq tarixi-
etnik torpaqlarından deportasiya olunmuş  və  kəndə kürdlər yerləşdirilmişdir.  İndiki Ermənistanda 
sovet hakimiyyəti qurulandan sonra kürdlərlə yanaşı 1931-ci ildə 4 nəfər azərbaycanlı yaşamışdır (415, 
s.125). Kənd 1967-cı ildə ləğv edilmişdir. 
Toponim «dağ aşırımı, hündür dağ keçidi», «təpə», mənasında işlənən dəvə (dava//daba) sözü 
ilə (253, s. 100-101; 339, s. 168-169), «dağıdılmış» mənasında işlənən xaraba sözünün birləşməsindən 
əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Avad qoyulmuşdur. 
Dədəqışlaq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda 
kənd. Rayon mərkəzindən 20 km şimal-qərbdə Misxana (Mərmərik) çayının sahilində yerləşir. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.73) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 23 nəfər, 1873 - cü ildə 196 nəfər, 1886-cı ildə 278 nəfər, 1897-ci ildə 341 
nəfər, 1908-ci ildə 428 nəfər, 1914 - cü ildə 541 nəfər, 1916-cı ildə 442 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s. 16-17, 100-101). 1918-ci ildə azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən 
qovulmuşdur.  İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinlərindən sağ 
qalanlar öz doğma evlərinə qayıda bilmişlər. 1922-ci ildə  kənddə 186 nəfər, 1926-cı ildə 237 nəfər, 
1931-ci 305 nəfər (415, s.17, 101), 1939 - cu ildə 401 nəfər, 1959 - cu ildə 455 nəfər, 1970-ci ildə 814 
nəfər 1979 - cu ildə 925 nəfər (427, s.124) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının 


 
127
axırlarında kəndin sakinləri azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla və  qırğınlarla 
qovulmuşlar. İndi yalnız ermənilər yaşayır. 
Toponim təkə türk tayfasının bir tirəsi olan dədə etnoniminə (271, s.65) qışlaq sözünün 
birləşməsindən  əmələ  gəlib «dədə tayfasına məxsus qışlaq» deməkdir. Etnotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 4.V.1939 - cu il fərmanı ilə  kəndin adı  dəyişdirilib Axundov 
qoyulmuşdur. 
Dədəli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon 
mərkəzindən 14 km məsafədə, Alagöz dağının qərb ətəyində yerləşir. 
Ermənilər buraya 1828-ci ildən sonra Türkiyədən köçürülüb (386, s.575-578). 
Toponim təkə türk tayfasının bir tirəsi olan dədə etnoniminə (271, s.65) mənsubluq bildirən -li 
şəkilçisinin qoşulması  əsasında  əmələ  gəlib. Cavanşir tayfasının bir qolu da dədəli adlanırdı (119, 
s.439). Bu tayfa Arasbar sancağında, Xan arxı  kənarında qışlayıb, trəvan  əyalətinin sərhəddində 
yaylayırdı (119, s.439). «Dədə tayfasının yaşadığı  kənd» mənasını ifadə edir. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexnik qoyulmuşdur. 
Dədəli - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda körpü. Körpü Əyar kəndində Arpa çayın üstündən salınmışdır. Körpü XIII əsrdə tikilmişdir. 
Axırıncı dəfə 1957-cı ildə təmir edilmişdir (427, s.20). «Dədə aşıq kimi tanınan, vardövləti çox olan 
Əli adlı bir azərbaycanlı öz pulu ilə bu körpünü saldırmışdır» (211, s.225). Körpünün adı dəyişdirilib 
Aqarakdzori kamurc (Aqarakdzor körpüsü) qoyulmuşdur. 
Dəyirmanlar - İrəvan  şəhərində  məhəllə. Burada çoxlu dəyirman olduğu üçün məhəllə 
Dəyirmanlar adlandırılmışdır. 
Dəyirmançay - Qars quberniyasının Qars qəzasında, indi Amasiya rayonunda çay. Axuryan 
çayının sol qolunun adı. Uzunluğu 10 km-dir. 
Dəymədağlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. 
Toponim kəbirli türk tayfasına mənsub dəymədağıldılar etnonimi (286, s.71) əsasında 
formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
1920-ci ildə kəndin adı dəyişdirilib Şrvenants qoyulmuşdur. 
Dəymədağıl dağı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan 
rayonu ərazisində dağ. Oronim kəbirli türk tayfasından olan dəymədağıl etnonimi (286, s.71) ilə bağlı 
yaranmışdır. Etnooronimdir. 
Dəliqardaş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda 
kənd. Rayon mərkəzindən 7 km cənubda, Kəvər çayının yanında yerləşir. «İrəvan  əyalətinin icmal 
dəftəri»ndə (143, s.55), Qafqazın 5 verstlik xəritəsində (348, s.74) qeyd edilmişdir. 1828-ci ilə kimi 
burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-1830 - cu illərdə Türkiyədən köçürülən ermənilər 
burada yerləşdirilmişdir (386, s.595-598). 1897-ci ildə  kənddə ermənilərlə yanaşı 15 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.70-71). XX əsrin  əvvəllərində, 1905-1906-cı illərdə  kənddə yaşayan 
azərbaycanlılar tamamilə qovulmuşdur.  İndi burada yalnız ermənilər yaşayır. Toponim qədim türk 
tayfalarından biri olan tele (>dəli) etnoniminə (180, s.21,25) qardaş sözünün artırılması yolu ilə əmələ 
gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Kəndin adı 1920-ci ildə dəyişdirilib Saruxan qoyulmuşdur. 
Dəlidağ - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində 
dağ. Oronim tele (>dəli) türk etnonimini (180, s.25) əks etdirir. Etnooronimdir. Quruluşca mürəkkəb 
oronimdir. 
Dəlidağ - Tiflis quberniyasının Loru-Pəmbək qəzasnda, indi Kalinino rayonunda dağ. 
Rayondakı Cücəkənd (Qızıl Şəfəq) kəndinin şərqindədir. Oronim hunların tele (dəli) etnonimini (180, 
s.21,25) əks etdirir. Etnooronimdir. Quruluşca mürəkkəb oronimdir. 
Dəlikdaş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda 
kənd. Rayon mərkəzindən 9 km məsəfədə, Dəlikdaş çayının yanında, Göyçə gölünün sahilində 
yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.56), Qafqazın 5 verstlik xəritəsində (348, s.74) 
qeyd edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə