İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   55   56   57   58   59   60   61   62   ...   168

 
118
Qurdlubulaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) 
rayonunda kənd. Kəndin digər adı «Qurdbulaq»dır (415, s.20). Rayon mərkəzindən 4 km məsafədə 
yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. 
1880-cı ilə qədər azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1879-80-cı illərdə Türkiyədən 
köçürülmüşdür. 
Kənd Qurdlu bulağın yanında salındığı üçün Qurdlubulaq kəndi adlandırılmışdır. Toponim 
mənsubluq bildirən -lu şəkilçisi qəbul etmiş «yumşaq bədənli, uzunsov, ayaqsız, sürünərək hərəkət 
edən heyvan» mənasında işlənən qurd sözü ilə bulaq sözünün birləşməsindən  əmələ  gəlib «Qurdlu 
bulaq yanında salınan kənd» mənasını ifadə edir. Mürəkkəb quruluşlu toponimdir. 
Erm.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Krasar qoyulmuşdur. 
Qurdqala - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. 
Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Rayon təşkil edilənədək Cəlaloğlu (Stepanavan) 
rayonunun tərkibində olmuşdur. 
Toponim türk mənşəli qurd etnoniminə (286, s.61) qala sözünün birləşməsindən  əmələ  gəlib 
«qurd tayfasına mənsub qala yanında salınan kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Kəndin adı XIX əsrin 60-cı illərində dəyişdirilib Petrovka qoyulmuşdur. 
Qudqulaq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda 
kənd. Rayon mərkəzindən 26 km cənub-şərqdə, Gorus-Qafan avtomobil yolunun sağ  tərəfində, 
meşəliyin içərisində yerləşir. 
Kənddə 1897-ci ildə 30 nəfər, 1904 - cü ildə 54 nəfər, 1914 - cü ildə 44 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s.28-29, 144-145). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq 
köklü sakinləri — azərbaycanlılar deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet hökuməti 
qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar 1922-ci ildən sonra tarixi-etnik torpaqlarına 
dönmüşlər. Burada 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 49 nəfər (415, s.29, 145), 1979 - cu ildə 248 
nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında kəndin sakinləri -azərbaycanlılar 
Ermənistan dövləti tərəfindən tamamilə deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. 
Toponim qurd türk etnonimi ilə (286, s.61) türk dilində «dərə, çuxur, çökəklik» mənasında 
işlən kulak (qulaq -İ.B.) sözü (339, s.310-311) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Qurdqulaq - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğaqnadzor) 
rayonunda kənd. Rayon mərkəzindən 4-5 km məsafədə, Arpaçayın sol qolu olan Qurdqulaq çayının 
sahilində yerləşir. Kənddə 1873 - cü ildə 336 nəfər, 1886-cı ildə 379 nəfər, 1897-ci ildə 470 nəfər, 
1904 - cü ildə 690 nəfər, 1914 - cü ildə 760 nəfər, 1916-cı ildə 581 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.92-93, 162-163). 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalmış, sakinləri 
isə deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra onlar öz 
kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 64 nəfər azərbaycanlı, 248 erməni, 1931-ci ildə 66 
nəfər azərbaycanlı, 301 erməni yaşamışdır (415, s.92-93, 162-163). Göründüyü kimi, ermənilər buraya 
1922-ci ildən sonra, daha doğrusu 1923-25-cı illərdə köçürülmüşdür. 
Toponim qurt //qurd türk etnoniminə (286, s.61) «dərə, təpələr arasında düzənlik, təpə, 
yüksəklik» mənasında işlənən qulaq (kulak) sözünün (339, s.310-311) birləşməsindən əmələ gəlmişdir. 
«Qurd tayfasına mənsub dərə, təpə yanındakı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nıin 10.XI.1946-cı il fərmanı ilə adı  dəyişdirilib Boloraberd (Qurd qala) 
qoyulmuşdur. 
Qurdqulaq - İrəvan quberniyasının Şərur-Dərələyəz qazasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda çay. Qurd türk etnonimi əsasında əmələ gəlmişdir. Etnohidronimdir. 
Qurd dağı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) 
rayonunda dağ. Rayondakı Qursalı  kəndindən  şərqdə yerləşir. Oronim qurd (canavar) heyvan adı 
əsasında formalaşmışdır. 
Qurdlu bulaq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus 
rayonunda bulaq. Bulaq qurdlu (həşərat) olduğu üçün Qurdlu bulaq adlandırılmışdır. Zoohidronimdir. 
Qurd təpə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda dağ. 
Rayondakı Buğdaşen (Baqravan) kəndinin ərazisində yerləşir. Oronim qurd heyvan adına Azərbaycan 


 
119
dilində «kiçik dağ» mənasında işlənən təpə sözünün birləşməsindən  əmələ  gəlmişdir. Zooronimdir. 
Quruluşca mürəkkəb oronimdir. 
Qurduqulu - İrəvan quberniyasının Eçmədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) 
rayonunda kənd. Alagöz dağının ətəyində, rayon mərkəzindən 6-8 km cənubda yerləşir. 
Toponim qurd türk etnonimi ilə (286, s.61) Qulu şəxs adı  əsasında  əmələ  gəlib «qurd 
tayfasından olan Qulunun saldığı, inşa etdiyi kənd» mənasını ifadə edir. 
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Armavir qoyulmuşdur.  
Qursalı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda 
kənd. Rayon mərkəzindən 7 km cənub-şərqdə, Pəmbək çayının yaxınlığında, Kəmərli dağının ətəyində 
yerləşir. Hamamlı (Spitak) rayonu yaradılana kimi (1937-ci ilə kimi) Quqark (Qarakilsə) rayonunun 
tərkibində olmuşdur. 
Kənddə 1831-ci ildə 73 nəfər, 1873 - cü ildə 445 nəfər, 1886-cı ildə 545 nəfər, 1897-ci ildə 713 
nəfər, 1904 - cü ildə 824 nəfər, 1914 - cü ildə 999 nəfər, 1916-cı ildə 877 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.52-53, 132-133). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri — 
azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi 
tərk etmiş azərbaycanlılar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 839 nəfər, 1926-cı 
ildə 954 nəfər, 1931-ci ildə 1033 nəfər (415, s.52-53, 132-133), 1987-ci ildə 2700 nəfər (25, s.167) 
yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən 
kəndin sakinləri — azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya edilmişdir. İndi 
ermənilər yaşayır. 
Erməni mənbələrində kəndin adının Qursalı formasında işlənməsini (415, s.132) nəzərə alıb bu 
qənaətə gəlirik ki, toponim kəngər türk tayfasından olan xurs etnonimi ilə (168, s.101-104) Alı şəxs adı 
əsasında  əmələ  gəlmişdir. «Xurs (qurs) tayfasından olan Alıya məxsus kənd» mənasını ifadə edir. 
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Quru Araz - İrəvan quberniyasının Eçmiədzin qəzasında,indi Sərdarabad (Oktemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən 26 km məsafədə yerləşir. 
Toponim Azərbaycan dilində işlənən quru sözü ilə Araz çayının adı əsasında əmələ gəlmişdir. 
Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı  dəyişdirilib Yerasxaun (Quru Araz. 
Erməni dilində Araz Yerasx formasında işlədilir) qoyulmuşdur. 
Quruboğaz - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Alagöz (Araqadz) rayonunda 
kənd. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində 
olmuş, Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra -15 mart 1972-ci ildən sonra Abaran rayonunun 
inzibati -ərazi bölgüsündən çıxarılıb Alagöz (Araqadz) rayonunun inzibati ərazi bölgüsünə daxil 
edilmişdir. 
Toponim türk dilində «bitkisiz, çılpaq, yaşıllıqsız» (9, s.582), «quru daşlı düzənlik» (339, 
s.320) mənasında işlənən quru sözü ilə Azərbaycan dilində «dərələrin, çayların baş tərəfi, çay ağzı», 
«iki dağ arasındakı dar keçid»mənasında işlənən boğaz sözünün (9, s.295; 253, s.99; 339, s.86-87) 
birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Quruboğaz - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Abaran rayonunda dağ. Abaranın 
şimal-şərqində yerləşir. 
Oronim Azərbaycan dilində «bitkisiz, çılpaq, yaşıllıqsız» mənasında işlənən quru sözü ilə (9, 
s.582), iki dağ arasındakı dar keçid», «keçid» mənasında işlənən boğaz sözünün (9, s.295; 253, s.99; 
278, s.38) birləşməsindən əmələ gəlmişdir. «Boğaz» sözü həm də «dar yer» mənasında işlənir (198, 
s.149). Quruluşca mürəkkəb oronimdir. 
Qurudağ - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri 
ərazisində dağ. Oronim Azərbaycan dilində «bitkisiz, çılpaq» mənasında işlənən quru sözü ilə (9, 
s.582) dağ sözünün birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu toponimdir. 
Quru dərə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) 
rayonunda dağ. Rayondakı Qızılörən kəndində yerləşir. Oronim «susuz» mənasında işlənən quru sözü 
ilə dərə sözünün birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb oronimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə