İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   52   53   54   55   56   57   58   59   ...   168

 
112
Toponim türk dilində «susuz dərə», «çay yeri», «axar», «çay» (2, s.297), «dərə, vadi» (299, 
s.453) mənalarında işlənən qol sözü ilə «bataqlıq» mə’nasında işlənən qat sözünün (339, s.141) 
birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm. SSR AS RH-nin 15.VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Keğanist qoyulmuşdur. 
Qollu daşın yolu - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Kalinino rayonunda əkin 
sahəsi. Rayondakı Cücəkənd kəndinin cənub tərəfində yerləşir. Digər adı «Qollunun yolu»dur.  
Qoloybucaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kirovakan şəhərində 
dağ. Şəhərdən 25 km qərbdə yerləşir. Hündürlüyü 2400 m-dir. Oronim bucaq türk tayfa adı (245, s.53) 
əsasında yaranmışdır. Etnooronimdir. 
Qonaqqıran - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) 
rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun 
tabeliyində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Qonaqqıran kimi (143, s.135), Qafqazın 5 
verstlik xəritəsində Qonax Qran formasında (348, s.139) qeyd edilmişdir. 
Toponim qədim türk dilində «dayanacaq», «istirahət yeri» mənasında işlənən qonaq sözü ilə 
(299, s.455), «düşərgə», «maldarların müvəqqəti dayanacaq yeri» mənasında işlənən kuren //kran 
sözünün (339, s.317) birləşməsindən  əmələ  gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu 
toponimdir. 
Erm. SSR AS RH-nin 2.III.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Şirak qoyulmuşdur. 
Qonaqgörməz - İrəvan xanlığının Dərəçiçək mahalında kənd. XVII əsrin sonlarında ləğv 
edilmişdir. 
Toponim «dayanacaq, dincəlmək yeri» mənasında işlənən qonaq sözü ilə (299, s.455) və qeyri-
qəti gələcək zamanın inkarında işlənən görməz sözünün birləşməsindən  əmələ  gəlmişdir. Relyef 
əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Qonax görməz - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində 
qışlaq. 1930 - cu ildə ləğv edilmişdir. 
Toponim qədim türk dilində «istirahət yeri, dayanacaq» mənasında işlənən qonaq sözü i!ə (299, 
s.455) görünməz sözündən -ün qayıdış fel şəkilçisinin ixtisarı nəticəsində formalaşan görməz sözünün 
birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Qoncalı - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 
14 km şimal-qərbdə yerləşir. Erməni mənbələrində Xancallı kimi qeyd edilir (415, s. 20). Qafqazın 5 
verstlik xəritəsində qeyd edilmişdir (348, s.140).Kəndin köklü sakinləri azərbaycanlıların 
etnogenezində iştirak edən qarapapaq türk tayfaları olmuşdur. 
Siyahıyaalmalarda qarapapaqlar xalq kimi göstərilmişdir (415, s.20-21) 
Kənddə 1886-cı ildə 178 nəfər, 1897-ci ildə 253 nəfər, 1908-ci ildə 303 nəfər, 1914 - cü ildə 
392 nəfər azərbaycanlı yaşamışdır (415, s.20-21, 104-105). 1918-ci ildə azərbaycanlılar ermənilər 
tərəfindən qırğınlarla qovulmuşdur. 1920-ci il noyabrın 29-da indiki Ermənistanda sovet hakimiyyəti 
qurulandan sonra azərbaycanlılardan sağ qalanlar geri öz -kəndlərinə qayıtmışdır. Burada 1922-ci ildə 
95 nəfər, 1931-ci ildə 134 nəfər (415, s.20-21, 104-105), 1987-ci ildə 236 nəfər (35, s.167) 
azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında azərbaycanlılar yenidən Ermənistan 
dövləti tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır. 
Toponim gəncəli (>qoncalı  -İ.B.) türk etnonimi (92 s.12) əsasında  əmələ  gəlmişdir. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Zarişat qoyulmuşdur. 
Qorçulu - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. 
Rayon mərkəzindən 16 km şimal-şərqdə, Misxana (Mərmərik) çayının sağ axarında, Zəngi çayının bir 
qolu olan Böyükçayın sağ və sol sahilində yerləşir. 
Kənddə 1831-ci ildə 82 nəfər, 1873 - cü ildə 170 nəfər, 1886-cı ildə 257 nəfər, 1897-ci ildə 279 
nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 440 nəfər, 1916-cı ildə 342 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.16-17, 102-103). 1918-ci ildə azərbaycanlılar böyük qırğınlarla ermənilər tərəfindən 
qovulmuşlar.  İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma 
torpaqlarına dönə bilmişlər. 1918-20-cı illərdə kəndə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə kənddə 
142 nəfər, 1926-cı ildə 148 nə  fər, 1931-ci ildə 195 nəfər (415, s.17, 103), 1987-ci ildə 250 nəfərə 
yaxın azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik 
torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. 


 
113
Toponim Səfəvilər dövründə yaranan şah qvardiyasını bildirən qorçu sözünə (ASE, III c., 
s.215) mənsubluq bildirən –lu şəkilçisinin birləşməsindən  əmələ  gəlmişdir. «Qorçulara mənsub, 
qorçuların yaşadığı kənd» mənasını ifadə edir. 
Qorçulu sonradan nəsil mənasını  kəsb etmişdir. Patronim toponimdir. Quruluşca sadə 
toponimdir. 
Qotur - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində  kənd. 
Abaran çayının sağ qolu üzərində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.142) qeyd 
edilmişdir (348, s.142). Kəndin digər adı Qoytur olmuşdur (415, s.4). 1828-ci ilə kimi burada yalnız 
azərbaycanlılar yaşamışdır. 
Türkmənçay müqaviləsindən sonra, 1830-40-cı illərdə İran və Türkiyədən köçürülən ermənilər 
burada yerləşdirilmişdir (415, s.96-100). Burada ermənilərlə yanaşı 1873 - cü ildə 72 nəfər, 1886-cı 
ildə 80 nəfər, 1897-ci ildə 100 nəfər azərbaycanlı yaşamışdır (415, s.45, 96-97). 1904, 1914 - cü illərdə 
kənddə yaşayan azərbaycanlı  və ermənilər qarışıq  şəkildə göstərilmişdir (415, s.96-97). 1918-ci ildə 
kənd erməni təcavüzünə  məruz qalaraq azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından 
deportasiya olunmuşdur. Kəndin adı 1931-ci ildən sonrakı mənbələrdə çəkilmir. İndi xaraba kənddir. 
Toponim Azərbaycan dilində «bitkisiz, otsuz yer» mənasında işlənən qotur sözü (339, s.296) 
əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. 
Qoturbulaq - Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda 
kənd. Rayon mərkəzindən 17 km məsafədə yerləşir. 
Toponim Azərbaycan dilində  işlənən qotur və bulaq sözlərindən  əmələ  gəlmişdir. Kənd 
müalicəvi  əhəmiyyətli bulağın yaxınlığında (həmin bulağın suyundan əsasən qoturluq xəstəliyində 
istifadə olunurmuş) salındığı üçün kənd «Qoturbulaq» adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Katnaxbuyr qoyulmuşdur. 
Qoturbulaq - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək 
(Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 8 km məsafədə yerləşir. 
Müalicəvi  əhəmiyyətli bulağın yaxınlığında salındığı üçün kənd Qoturbulaq adlandırılmışdır. 
Xəstə olan, qotura tutulan həmin sudan istifadə edirmiş. Hidrotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. Sonradan kəndin adı dəyişdirilib Ttucur (Turşsu) qoyulmuşdur. 
Qotur bulağı - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi rayonunda bulaq. Qotur 
xəstəliyində istifadə edildiyi üçün «Qotur bulağı» adlanmışdır. Əsrlər boyu bu bulaq elin təbibi olub 
müharibə dövrü qaşınma tutan uşaqları bu su ilə müalicə eləyirdilər (156, s.106). Mürəkkəb quruluşlu 
hidronimdir. 
Qotursu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda 
bulaq. Hidronim «qotur xəstəliyinin müalicəsində istifadə olunan mineral su» mənasını ifadə edir. 
Qoturtəpə - İndiki Ermənistanda dağ. Oronim Azərbaycan dilində «otsuz, ot bitməyən, keçəl» 
mənasında işlənən qotur sözü ilə (278, s.93-94; 339, s.296) «dağ, kiçik dağ» mənasında işlənən təpə 
sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb oronimdir. 
Qoş - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon 
mərkəzirdən 18 km cənub-şərqdə yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, 
s.162), Qafqazın 5 verstlik xəritəsində (348, s.144) qeyd edilmişdir. Burada 1828-ci ilə kimi yalnız 
azərbaycanlılar yaşamışdır. 1858-70-cı illərdə Türkiyədən buraya Ermənilər köçürülüb 
yerləşdirilmişdir. 
Kənddə ermənilərdən başqa 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 211 nəfər, 1886-cı ildə 566 
nəfər, 1897-ci ildə 323 nəfər, 1908-ci ildə 427 nəfər azərbaycanlı yaşamışdır (415, s.22-23, 106-107). 
1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə  məruz qalaraq deportasiya olunmuşdur.  İndiki 
Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma evlərinə dönə 
bilmişdir. Burada 1922-ci ildə 10 nəfər, 1926-cı ildə 9 nəfər azərbaycanlı yaşamışdır (415, s.22-23, 
106-107). 
Toponim qədim türk dilində «düşərgə, çobanların müvəqqəti yaşayış yeri, çadır» mənasında 
işlənən qoş sözü (359, II(i),s.636; 339, s.298-299) əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan 
sadə toponimdir. 
Qoş - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhərinin tabeliyində 
kənd. Dilican şəhərində 10 km şərqdə yerləşir.  İndi  İcevan rayonunun tabeliyindədir. Toponim türk 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə