İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   54   55   56   57   58   59   60   61   ...   168

 
116
Kənddə tarixən azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra 
azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş  və burada 1828-30 - cu illərdə 
Türkiyənin Alaşkert, Sürməli, Muş vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişdir (427, s.228). 
Toponim  əfşar türk tayfasından olan quzugüdənli etnonimi (238, s.275) əsasında  əmələ 
gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Ayqeşad qoyulmuşdur. 
Quzu kahası - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan 
rayonunun Ağudi kəndində dağ. Oronim qoyunun balasını bildirən quzu sözü ilə mağara mənası 
bildirən  kaha  sözündən  əmələ  gəlmişdir. Bura quzu, qoyun salındığı üçün Quzu kahası 
adlandırılmışdır. Zooronimdir. Quruluşca mürəkkəb oronimdir. 
Qulalı - Tiflis quberniyasının Qazax qəzasında, indi Şəmşəddin rayonunda kənd. Rayon 
mərkəzindən 21 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.147) qeyd edilmişdir. 
Burada ermənilərlə yanaşı 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır (415, s.72-73). 1930 - cu ildə 
azərbaycanlılar sıxışdırılaraq kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır. 
Toponim qıpçaq türk tayfasından olan qul etnonimi ilə (273, s.235; 286, s.50) Alı şəxs adından 
əmələ gəlib «qul tayfasından olan Alının kəndi» mənasını verir. Etnotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Erm. SSR AS RH-nin 4.V.1939 - cu il fərmanı ilə adı dəyişdirilib Haykedzor qoyulmuşdur. 
Quzukənd - Qars vilayətinin Qara qəzasında, indi Amasiya rayonunda kənd. Rayon 
mərkəzindən 25 km şimal-qərbdə, Arpa-gölün şimal-qərbində yerləşir. Adı erməni mənbələrində 
Kuzikənd, Xozikənd, Xozlu, Xozukənd Çivinli formalarında qeyd edilir (415,s.20). 
Erməni mənbələrində  kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir (415, s.20). 
Qarapapaqlar azərbaycanlıların etnoqrafik qruplarından biri olmuşdur. 
Kənddə 1886-cı ildə 222 nəfər, 1897-ci ildə 382 nəfər, 1908-ci ildə 379 nəfər, 1914 - cü ildə 
455 nəfər azərbaycanlı yaşamışdır (415, s.20-21, 104-105). 1916-cı ildən sonra kəndin  əhalisi 
ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. Yalnız 1920-ci ildən sonra, yəni Ermənistanda sovet 
hakimiyyəti qurulandan sonra azərbaycanlılar geri qayıda bilmişlər. 1922-ci ildə  kənddə 439 nəfər, 
1926-cı ildə 443 nəfər, 1931-ci ildə 497 nəfər (415, s.20-21, 104-105), 1970-ci ildə 865 nəfər, 1987-ci 
ildə 984 nəfər azərbaycanlı yaşamışdır. 
1988-ci ilin noyabr-dekabr aylarında, 1989 - cu ilin yanvarında azərbaycanlılar Ermənistan 
dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuş  və  kəndə ermənilər 
yerləşdirilmişdir. İndi ermənilər yaşayır. 
Toponim quz ( Oğuz efnoniminin ərəb dilində işlənən formasıdır. 359, II (2), s.1631; 238, s.50) 
türk etnoniminə türk dilində «yaşayış  məntəqəsi,  şəhər» mənasında işlənən kənd sözünün (kənd 
coğrafi nomendir) birləşməsi  əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Quldərviş - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon 
mərkəzindən 8 km cənub-şərqdə, Alagöz dağının cənub-şərq ətəyində yerləşir. 
Kənddə 1873 - cü ildə 190 nəfər, 1886-cı ildə 243 nəfər, 1897-ci ildə 261 nəfər, 1904 - cü ildə 
327 nəfər, 1914 - cü ildə 346 nəfər, 1916-cı ildə 368 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.36-
37, 118-119). 1918-ci ilin yanvar-fevral aylarında kənd erməni təcavüzünə  məruz qalaraq sakinləri 
qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər burada 
yerləşdirilmişdir. İndi ermənilər yaşayır. 
Toponim qıpçaq tayfasından olan qul etnonimi ilə (273, s.235) dərviş sözünün birləşməsindən 
əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Vosketas qoyulmuşdur. 
Qul Əli - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. 
Rayon mərkəzindən 3 km cənub-şərqdə, Quləli dağının  ətəyində yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.147) qeyd edilmişdir. Kəndə 1828-30 - cu illərdə Türkiyənin Bayazid bölgəsindən 
köçürülən ermənilər yerləşdirilmişdir (386, s.595-598). 
Burada 1897-ci ildə 27 nəfər azərbaycanlı yaşamışdır (415, s.70-71). 1905-1906-cı illərdə 
kənddə yaşayan azərbaycanlılar tamamilə qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır. 


 
117
Toponim qipçaq türk tayfasından olan qul etnoniminin (273, s.235) Əli  şəxs adına 
birləşməsindən  əmələ  gəlmişdir və «qul tayfasından olan Əliyə  məxsus kənd» anlamını ifadə edir. 
Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Karmirgyuğ (Qırmızı kənd) 
qoyulmuşdur. 
Qerqer - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talin rayonu ərazisində kənd. 
Erməni mənbələrində  kəndin adı Qrqor, Kyorqir, Kyurqir formalarında da göstərilir (415, s34, 427, 
s.961). 
1918-ci ildə sakinləri -azərbaycanlılar qırğınlarla qovulmuş  və  kənd 1920-ci ildə  ləğv 
edilmişdir. İndi xaraba kənddir. 
Toponim yunan tarixçisi Strabonun «Coğrafiya»  əsərində adı  çəkilən qarqar etnonimi (377, 
s.477) əsasında əmələ gəlmişdir. Qarqarlar isə ən qədim türk tayfalarından biridir. (286, s.29-30; 168, 
s.78-83). Qarqar tayfasının adı qerqer, herher, xarxar formalarında mənbələrdə qeyd edilir. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Qulucan - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Rayon 
mərkəzindən 8 km məsafədə yerləşir. Urartu yazısında Kuliaini formasında göstərilib (269, s.116). 
Qafqazın 5 verstlik xəritəsində (348, s.147) qeyd edilmişdir. 
Burada ermənilərlə yanaşı 1831-ci ildə 22 nəfər, 1873 - cü ildə 16 nəfər azərbaycanlı 
yaşamışdır (415, s. 110-111). 1878-cı ildə azərbaycanlılar deportasiya olunmuşdur.  İndi ermənilər 
yaşayır. 
Toponim VI-VII əsrlərə aid Çin mənbələrində göstərilən tayfalarında olan quliqan etnonimi 
(286, s.38) əsasında  əmələ  gəlmişdir. Azərbaycan dilində q-c (qan~can) səs dəyişməsi qanunauyğun 
haldır. q-c səsdəyişməsi Azərbaycan toponimində  də (Adərbadqan > Adirbadqan > Adərbayqan > 
Azərbaycan) özünü göstərmişdir (235, s. 15-20; 23, s.189). 
Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Spandaryan qoyulmuşdur. 
Qumlu yol - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda 
yer, sahə. Rayondakı Dədəqışlaq kəndinin ərazisində yerləşir. Azərbaycan dilində «qumla örtülü yer» 
mənasında işlənən qumlu sözü ilə yol sözünün birləşməsi əsasında əmələ gəlmişdir. Relyef əsasında 
yaranan mürəkkəb quruluşlu toponimdir. 
Qumludərə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) 
rayonundakı Toxluca kəndində dərə. Dərə qumlu olduğu üçün Qumludərə adlandırılırdı. 
Qumlu yurd - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri 
ərazisində dağ. 
Qurbağalı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Ellər (Kotayk, Abovyan) 
rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.149). 
Kəndin digər adları Qurbakali, Qurbağalı ulya olmuşdur(415,s.44). 
Kənddə 1873 - cü ildə 118 nəfər, 1886-cı ildə 185 nəfər, 1897-ci ildə 332 nəfər, 1904 - cü ildə 
203 nəfər, 1914 - cü ildə 415 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.44-45, 124-125). 1918-ci 
ildə kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalaraq öz doğma yurdlarından qovulmuş və kənd 
xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. 
Toponim qurbağlı  nəsil adı  əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadə 
toponimdir. 
Qurban kəsilən - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd 
(Yeğeqnadzor) rayonu ərazisində kənd. Rayondakı Qoytul kəndinin yaxınlığında yerləşirdi. 
Kənddə 1873 - cü ildə 163 nəfər, 1886-cı ildə 227 nəfər, 1897-ci ildə 325 nəfər, 1904 - cü ildə 
427 nəfər, 1914 - cü ildə 470 nəfər, 1916-cı ildə 417 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-
93, 162-163). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq deportasiya olunmuşdur. Yalnız 
indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar öz evlərinə 
dönə bilmişlər. Burada 1922-ci ildə 48 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.162-163). 1923-24 
- cü illərdə onlar yenidən ata-baba yurdlarından qovulmuş  və  kənd ləğv edilmişdir.  İndi xaraba 
kənddir. 
Toponim dini mənada işlənən qurban sözü ilə  kəsilən feli sifətin birləşməsindən  əmələ 
gəlmişdir. Mürəkkəb quruluşlu toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə