İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   51   52   53   54   55   56   57   58   ...   168

 
110
dilində «bitkisiz, otsuz» mənasında işlənən qısır sözü ilə dağ sözü əsasında formalaşmışdır. Mürəkkəb 
quruluşlu oronimdir. 
Qışlaq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonun 
ərazisində qışlaq. 
Qışlaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonu ərazisində 
kənd. Relyef əsasında yaranan düzəltmə toponimdir. 
Qisar Xalac - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində  kənd. 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57). 1905-1906-cı illərdə 
azərbaycanlılar deportasiya olunmuş  və  kənd xarabalığa çevrilmişdir. Kəndin xarabalıqları indiki 
Xalac kəndinin  ərazisindədir. Türk dilində «düzənlikdə qala, möhkəmləndirilmiş  şəhər» mənasında 
işlənən qisar (xisar) sözü ilə (339, s.143, 593) xalac türk tayfa adı (228, s.35; 245, s.42-43; 226, s.50-
51) əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  
Qovuşuq - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə, Alagöz çayının sahilində yerləşir. Qafqazın 
5 verstlik xəritəsində Qovşuq (348, s.138), erməni mənbələrində Qavuşuq, Kavuşuq formasında (415, 
s.92) qeyd edilmişdir. 
Tarixi mənbələrdə X əsrdən adı çəkilir və XVII əsrdə yenidən bərpa edilmişdir (422, s.64). 
Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 158 nəfər, 1886-cı ildə 190 nəfər, 1897-ci ildə 232 
nəfər, 1904 - cü ildə 172 nəfər, 1914 - cü ildə 190 nəfər, 1916-cı ildə 376 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.92-93, 160-161). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya 
olunmuşdur.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz 
evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 138 nəfər, 1926-cı ildə 260 nəfər, 1931-ci ildə 325 nəfər 
(415, s.93, 161), 1987-ci ildə 800 nəfər (85, s.356-357) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin 
noyabr ayının axırlarında Qovuşuq kəndinin sakinləri Ermənistan dövləti tərəfindən zorla ata-baba 
torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. 
Toponim qıpçaq türk tayfasından olan qov etnoniminə (287, s.55) -uş  və -uq şəkilçilərinin 
artırılması ilə düzəlmişdir. 
Qov türk etnonimi Sabirabad, Tovuz rayonlarındakı Qovlar, Xanlar rayonundakı Qovlarsan 
toponimlərində öz əksini tapır (93, s.46). Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Yermon qoyulmuşdur. 
Qovşud - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Kəndin başqa adları Qovşuq, Qovşutlu olmuşdur (415, s.56). Rayon mərkəzində 17 km şimal-
şərqdə, Kığı və Oxçu çaylarının qovuşduğu Zeyvə qalasının yaxınlığında yerləşir. Kənddə 1897-ci ildə 
163 nəfər, 1914 - cü ildə 320 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57, 134-135). 1918-ci ildə 
azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet 
quruluşu qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma evlərinə dönə bilmişdir. Burada 1922-
ci ildə 108 nəfər, 1926-cı ildə 109 nəfər, 1931-ci ildə 123 nəfər (415, s.57, 135), 1939 - cu ildə 208 
nəfər, 1987-ci ildə 200 nəfər (85, s.140) azərbaycanlı yaşamışdır. 1988-ci ildə  kəndin sakinləri 
Ermənistan dövləti tərəfindən deportasiya edilmişdir. İndi burada ermənilər yaşayır. 
Toponim qovşud etnonimi (231, s.71-72) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca 
sadə toponimdir. 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Kavçut 
qoyulmuşdur. 
Qozlu - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Şəmşəddin rayonu ərazisində  qışlaq. 
1930 - cu ildə  ləğv edilmişdir. Toponim Azərbaycan dilində  işlənən qoz bitki adına -lu şəkilçisinin 
artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Qozluca - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu ərazisində kənd olmuşdur. Rayon mərkəzindən 3-5 km şərqdə, Qoytul kəndinin yaxınlığında, 
Ulqyurd çayının sahilində yerləşirdi. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.57), Qafqazın 5 
verstlik xəritəsində (348, s.138) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 60 nəfər, 1873 - cü ildə 342 nəfər, 1886-cı ildə 549 nəfər, 1897-ci ildə 630 
nəfər, 1904 - cü ildə 647 nəfər, 1914 - cü ildə 711 nəfər, 1916-cı ildə 791 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.92-93, 162-163). 1918-ci ildə  kənd sakinləri erməni təcavüzünə  məruz qalaraq 
deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ 


 
111
qalanlar doğma evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 92 nəfər azərbaycanlı yaşamışdır (415, 
s.162-163). 1923-25-cı illərdə onlar ermənilər tərəfindən sıxışdırılaraq qovulmuş  və  kənd ləğv 
edilmişdir. İndi xaraba kənddir. 
Toponim qoz bitki adına -lu və sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -ca şəkilçisinin 
artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Qojaravan - Tiflis quberniyasının Loru-Borçalı  qəzasında, indiki Barana (Noemberyan) 
rayonu ərazisində qışlaq. Ləmbəli kəndinin yaxınlığında yerləşirdi. 1930 - cu illərdə Ləmbəli kəndinə 
birləşdirilmişdir. 
Toponim qızılbaş türk tayfasına aid olan qacar etnoniminin (175, s.36) fonetik forması olan 
qojar tayfa adına «kənd yaşayış məntəqəsi» mənasında işlənən van sözünün (278, s.42) birləşməsindən 
əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. 
Qoytul - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon 
mərkəzindən 13 km şimal-qərbdə yerləşir. Kəndin digər adı «Qoytur»dur (415, s.22). Qafqazın 5 
verstlik xəritəsində qeyd edilmişdir (348, s.138). Kəndin adı eyni zamanda Quytul formasında qeyd 
edilir (309, s.221). 
Kəndin ərazisində III-V əsrlərə aid azərbaycanlıların həyatı ilə bağlı tarixi abidələr var. 
Kənddə 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 203 nəfər, 1886-cı ildə 273 nəfər, 1897-ci ildə 351 
nəfər, 1908-ci ildə 210 nəfər, 1914 - cü ildə 213 nəfər, 1916-cı ildə 390 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.22-23, 106-107). 1919 - cu ildə  kəndin  əhalisi erməni təcavüzünə  məruz qalaraq 
deportasiya olunmuş  və  kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir (309, s.221). İndiki 
Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar öz 
doğma ocaqlarına dönə bilmişlər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 15 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.106-107). 1924-25-ci illərdə onlar yenidən qovulmuşdur. İndi ermənilər yaşayır. 
Toponim Azərbaycan dilində «çuxur, çökək, dərin yer» mənasında işlənən quytul sözü (253, 
s.123) əsasında əmələ gəlmişdir. Qoytul quytul sözünün fonetik variantıdır. Relyef əsasında yaranan 
sadə quruluşlu toponimdir. 
Qoytur - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayon mərkəzindən 3 km şərqdə, Arpaçayın sağ qolu Qoytul çayının yanında 
yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.58), Qafqazın 5 verstlik xəritəsində (348, s.138) 
qeyd edilmişdir. Erməni mənbəyində kəndin adı Qoytul, Kotur formalarında da göstərilir (415, s.92). 
Ermənilər kəndə 1828-30 - cu illərdə İrandan köçürülmüşdür (386, s.615-618). 
Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 36 nəfər, 1926-cı ildə 8 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.92-93). 1928-30 - cu illərdə azərbaycanlılar kənddən qovulmuşdur.  İndi ermənilər yaşayır. 
Toponim qədim türk dilində «dərənin dibi» mənasında işlənən koy (>qoy) sözü ilə (399, s.142) 
«möhkəmləndirilmiş yaşayış yeri, qala» (299, s.587), «çəpərlənmiş  təpə» (359, III,(1), s.1466) 
mənasında işlənən tur sözünün birləşməsindən əmələ gəlmişdir. Tur//tura sözü durr formasında tarixi 
və coğrafi  ədəbiyyatda «dərə», «aşırım», «dağ keçidi» mənalarında (339, s.194) işlənmişdir. 
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Getap qoyulmuşdur. 
Qoyun damı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus 
rayonunda mikrotoponim. Azərbaycan dilində  işlənən qoyun sözü ilə «yataq, olacaq», mənasında 
işlənən dam sözündən  əmələ  gəlib «qoyun yatağı, qoyun salınan, saxlanan yer» mənasını bildirir. 
Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Qolqat - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda göl. Hidronim 
türk dilində «dərə, vadi» mənasında işlənən qol sözündən (299, s.453) və bataqlıq mənasında işlənən 
qat sözündən (339, s.141) əmələ gəlmişdir. Mürəkkəb quruluşlu hidronimdir 
Qolqat - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Rayon 
mərkəzindən 8 km şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.64) qeyd edilmişdir. Kəndin 
digər adı «Qovluqat»dır (415, s.24). 
Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə Türkiyədən 
ermənilər köçürülüb burada yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı 1831-ci ildə 17 nəfər, 1873 - 
cü ildə 13 nəfər, 1897-ci ildə 18 nəfər azərbaycanlı yaşamışdır (415, s.24-25, 110). XX əsrin 
əvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə