146
qalanlar öz kəndlərinə dönə bilmişdir.Burada 1922 –ci ildə 105 nəfər, 1926 –cı ildə 104 nəfər, 1931 –
ci ildə 135 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147).30 –cu illərin sonlarında kəndin
sakinləri qonşu Sofulu kəndinə köçürülərək kənd ləğv edilmişdir.İndi xaraba kənddir.
Toponim qədim türk dilində < > mənasında işlənən alaşar sözünün (359, l(1),
s.365) fonetik variantı olan (alışar) sözü əsasında yaranmışdır.Orotoponimdir.Quruluşca sadə
toponimdir.
Əmirxan yaylağı- Tiflis quberniyasının Loru-Pəmbək qəzasında,indi Quqark rayonunda
yaylaq.Rayondakı Hallavar kəndinin
ərazisində yerləşir.Şəxs adı
əsasında
əmələ
gəlib.Antroporonimdir.Quruluşca mürəkkə oronimdir.
Əmirxeyir- Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında,indi Çəmbərək
(Krasnoselo) rayonunda kənd.Rayon mərkəzindən 20 km şimal-qərbdə, dağlıq, meşəlik ərazidə
yerləşir.Erməni mənbələrində kəndin adı Əmirxer, Əmirxeyir, Əmirxir, Əmirxer formalarında da qeyd
edilir (415, s.30; 427, s.427,s.222;419,s.54).
Kənddə 1897-ci ildə 161 nəfər, 1919-cu 151 nəfər azərbaycanlı yaşamışdır (415 ,s.30-31, 114-
115).1919-cu ilin mart ayının axırlarında kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalaraq
qırğınlarla qovulmuşdur.İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənddən qovulmuş
azərbaycanlılar doğma ocaqlarına dönə bilmişdir.Burada 1922-ci ildə 132 nəfər, 1926-cı ildə 216 nəfər
,1931 –ci ildə250 nəfər(415 s.31 115),1939-cu ildə295 nəfər, 1970 –ci ildə 715 nəfər, 1979-cu ildə 720
nəfər(427 s.222), 1987-ci ildə 500 nəfər azərbaycanlı yaşamışdır.1988-ci ilin noyabrın 24-28-də
Ermənistan dövləti kəndin sakinlərini tarixi-etnik torpaqlarından deportasiya etmişdir.İndi ermənilər
yaşayır.
Toponim Əmir şəxs adı ilə türk dilində <> ,<> mənasında
işlənən kayır//kair,xayr sözünün(339, s.241, 589) birləşməsindən
əmələ
gəlmişdir.Antropotoponimdir.Quruluşca mürəkkəb toponimdir.
Ermənistan prezidentinin 19.lV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kalavan
qoyulmuşdur.
Əmrəkar- Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,indiki Meğri rayonunda
kənd.Rayon mərkəzindən 9-10 km şimal-qərbdə yerləşirdi.
Kənddə 1926-cı ildə 42 nəfər, 1931-ci ildə 67 nəfər yalnız azərbaycanlı yaşamışdır (415,s.66-
67, 142-143). 1940-cı illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim Əmir şəxs adı ilə türk dilində «sıldırım», «qaya», «sıldırımlı qaya» mənasında işlənən
kayır //kair (339, S..241), «sıldırım qaya» mənasında işlənən kar (323, s.107) sözünün birləşməsindən
əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əpəkli - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonu
ərazisində xutor. 1897-ci ildə 13 nəfər azərbaycanlı yaşamışdır (415, s.78-79). XX əsrin əvvəllərində,
1905-1906-cı illərdə onlar deportasiya olunaraq yaşayış məntəqəsi ləğv edilmişdir. İndi xaraba
kənddir.
Toponim əpəkli nəsil adı əsasında əmələ gələn patronim toponimdir. Quruluşca sadə
toponimdir.
Ərəfsə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda
kənd. Rayon mərkəzindən 20 km cənub-qərbdə, Bazarçay çayının sağ sahilində, dağ ətəyində
yerləşirdi. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Ərəfsəcik formasında (143, s.183),
Qafqazın 5 verstlik xəritəsində Ərəvsə kimi (348, s.17) qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 19 nəfər, 1873 - cü ildə 169 nəfər, 1886-cı ildə 148 nəfər, 1897-ci ildə 123
nəfər, 1908-ci ildə 168 nəfər, 1914 - cü ildə 300 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-
147). 1917-ci ilin sonlarında azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda
sovet hökuməti qurulandan sonra azərbaycanlılar doğma kəndlərinə dönə bilmişdir. Burada 1922-ci
ildə 151 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 225 nəfər (415, s.77, 147), 1959 - cu ildə 478 nəfər,
1970-ci ildə 551 nəfər, 1979 - cu ildə 476 nəfər (427, s.426-427) azərbaycanlı yaşamışdır. 1988-ci ilin
noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə deportasiya edilmişdir. İndi
burada ermənilər yaşayır.
Toponim kəngərli türk tayfasından olan ərəfsəli etnonimindən (386, s.537) əmələ gəlmişdir.
Erm.SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Arevis (Ərəfsə
sözünün ermənicə tələffüzü) qoyulmuşdur.
147
Ərzəkənd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda
kənd. Rayon mərkəzindən 15 km şimal-qərbdə, Zəngi çayının sol qolu olan Dəllər çayının sağ
tərəfində, Güllü dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ərzqan kimi (143,
s.78), Qafqazın 5 verstlik xəritəsində Arzakənd (348, s.19), erməni mənbələrində Arzakan (427, s.431)
formasında qeyd edilmişdir. Ərzəkənd kəndinin adı erməni dilinə uyğunlaşdırılaraq Arzakan//Ərzəkan
adlandırılmışdır.
Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-30 - cu illərdə İranın
Maku, Xoy, Türkiyənin Bayazed, Muş vilayətlərindən və habelə Tiflisdən köçürülmüşdür (427, s.431).
Kənddə 1831-ci ildə 33 nəfər, 1873 - cü ildə 239 nəfər, 1886-cı ildə 312 nəfər, 1897-ci ildə 255
nəfər, 1908-ci ildə 528 nəfər, 1914 - cü ildə 786 nəfər azərbaycanlı, 1916-cı ildə 1633 nəfər
azərbaycanlı və erməni yaşamışdır (415, s. 16-17, 106-107). Kənddə 1831-ci ildə 33 nəfər
azərbaycanlı, 200 erməni, 1897-ci ildə 255 nəfər azərbaycanlı, 869 erməni, 6 kürd yaşadığı halda (415,
s.16-17, 106-107), «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğətində kənddə 1831 və 1897-ci
illərdə yaşamış azərbaycanlılar ermənilərin tərkibində verilərək göstərilir ki, kənddə 1831-ci ildə 233,
1897-ci ildə 1179 erməni yaşamışdır (427, s.431). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən
qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan
azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə 20 nəfər, 1926-cı ildə 16 nəfər
azərbaycanlı yaşamışdır (415, s.17, 107). 1928-1930 - cu illərdə azərbaycanlılar zorla öz doğma
kəndlərindən qouvulmuşlar. İndi yalnız ermənilər yaşayır.
Toponim ərz və kənd sözlərindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu toponimdir.
Ərzni - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Rayondan şimal-qərbdə, Zəngi çayının sol sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə
(143, s.36), Qafqazın 5 verstlik xəritəsində (348, s.19) qeyd edilmişdir. Kəndin başqa adı Sərçəli
olmuşdur (427, s.435). İlk dəfə XV əsrdən xatırlanır.
Kənddə 1873 - cü ildə 96 nəfər, 1886-cı ildə 197 nəfər, 1897-ci ildə 121 nəfər, 1904 - cü ildə
439 nəfər azərbaycanlı yaşamışdır (415, s.44-45, 124-125). 1918-ci ildə azərbaycanlılar ermənilərin
soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Burada indi ermənilər və aysorilər yaşayır.
Ərikli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu
ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.19) qeyd edilmişdir.
Kənddə 1873 - cü ildə 60 nəfər, 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 88 nəfər, 1908-ci ildə 126
nəfər, 1914 - cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1917-18-cı illərdə
azərbaycanlılar qırğınlarla deportasiya edilmiş və kənd dağıdılmışdır. İndi xaraba kənddir.
Toponim ərik meyvə adına -li sözdüzəldici şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir.
Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Ərinc - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk)
rayonunda kənd. Rayon mərkəzindən 16-17 km şimal-şərqdə, Arpaçayın sağ qolu olan Ərinc çayın
sahilində yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ərsinc kimi (143, s.60), «Naxçıvan
sancağının müfəssəl dəftəri»ndə Ərnic kimi (218, s.60), Qafqazın 5 verstlik xəritəsində Arinc
formasında (348, s.19), O.Yeğiazaryanın 1955-cı ildə erməni dilində çap olunmuş «Əzizbəyov
rayonunun mədəniyyət abidələri» kitabında «Ərinc kənd yeri» (422, s.109)formasında qeydedilmişdir.
Kəndin adı XIII əsrdən xatırlanır (422,s.109; 427, s.327).
Burada 1831-ci ildə 177 nəfər, 1873 - cü ildə 129 nəfər, 1886-cı 152 nəfər, 1897-ci ildə 200
nəfər, 1904 - cü ildə 264 nəfər, 1914 - cü ildə 290 nəfər, 1916-cı ildə 252 nəfər yalnız azərbaycanlı
yaşamışdır (415, s.88-89, 158-159). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya
olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar doğma yurdlarına
dönə bilmişdir. Kənddə 1922-ci ildə 23, nəfər 1926-cı ildə 103 nəfər, 1931-ci ildə 171 nəfər yalnız
azərbaycanlı yaşamışdır (415, s.88-89, 158-159), SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənd
sakinləri azərbaycanlılar 1948-49 - cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 1949 - cu ildə kənd
ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim, fikrimizcə, türk dilində «möhkəm», «qüvvə», «qüvvətli», «dövlət» mənasında
işlənən erinq sözündən (235, s.88) əmələ gəlmişdir. Azərbaycan dilində e~ə, ç~c səs əvəzlənmələrinin
qanunauyğunluğunu nəzərə alsaq, onda bu qənaətə gəlmək olar ki, Ərinc elə erinq sözünün dəyişilmiş
formasıdır. Quruluşca sadə toponimdir.
Dostları ilə paylaş: |