İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   77   78   79   80   81   82   83   84   ...   168

 
162
83, 152-153). 1918-ci ildə  kənd erməni təcavüzünün qurbanı olmuş, sakinləri qırğınlarla tarixi-etnik 
torpaqlarından deportasiya olunmuşdur. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim Azərbaycan dilində toplu isim kimi işlənən ilxı (at ilxısı) sözü ilə qoruq sözündən 
əmələ gəlib «atlar üçün qoruğun yanındakı kənd» mənasını verir. Zootoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
İlxı yabı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda 
kənd. Rayon mərkəzindən 9 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun 
tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s.102), erməni mənbələrində (415, s.122; 
427, s.226) İlxıabi formasında qeyd edilmişdir. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. 
1828-ci ildən sonra azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmağa başlamışdır. 1830 - cu ildə 
Türkiyənin Basin vilayətindən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır. 
Toponim ilxı sözü ilə Azərbaycan dilidə at mənasında işlənən yabı sözünün birləşməsindən 
əmələ  gəlmişdir. «At ilxısı olan yer, at ilxısı yer yanında salınan kənd» mənasını bildirir. 
Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Ayqabats qoyulmuşdur. 
İmanşalı - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 
Rayon mərkəzindən 12 km məsafədə, İrəvanın cənubunda, Gərni çayından axan arxın yanında yerləşir. 
Kəndin digər adı «İmanşahlı» olmuşdur (415, s.48). 
«İrəvan  əyalətinin icmal dəftəri»ndə  İmanşahlı (143, s.49), Qafqazın 5 verstlik xəritəsində 
İmanşalu (348, s.102) formasında qeyd edilmişdir. Burada tarixən yalnız azərbaycanlılar yaşamışdır. 
1828-30 - cu illərdə İranın Xoy, Salmas vilayətlərindən ermənilər köçürülərək kəndə yerləşdirilmişdir 
(386, s.551-554). Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 31 nəfər, 1873 - cü ildə 17 nəfər, 1886-cı 
ildə 12 nəfər, 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1905-1906-cı 
illərdə azərbaycanlılar deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. 
Toponim «şaha imanlı,  şaha iman göstərənlər» mənasını verən imanşalı //imanşahlı  nəsil adı 
əsasında əmələ gəlmişdir. Patronomik toponimdir.Quruluşca sadə toponimdir. 
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mxçyan qoyulmuşdur.  
İmanşalı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda vağzal. 
Erm.SSR AS RH-nın 3.l.1935-ci il fərmanına uyğun olaraq dəyişdirilib Mxçyan qoyulmuşdur. 
İmirzik - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində 
kənd olmuşdur. Dəvəgözü çayının yanında, Gərniçayın sol axarında yerləşirdi. 
1590-cı il tarixli «İrəvan  əyalətinin müfəssəl dəftəri»ndə  Əmirzik formasında (143, s.170), 
Qafqazın 5 verstlik xəritəsində (348, s.102) qeyd edilmişdir. 
1930 - cu illərdə Vedi (Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil idi (415, s.86). 
Kənddə 1873 - cü ildə 188 nəfər, 1886-cı ildə 232 nəfər, 1897-ci ildə 348 nəfər, 1904 - cü ildə 
254 nəfər, 1914 - cü ildə 328 nəfər, 1916-cı ildə 456 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 154-
155). 1918-19-cu illərdə  kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşdur.  İndiki 
Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə 
bilmişlər. 
Burada 1922-ci ildə 65 nəfər, 1926-cı ildə 96 nəfər, 1931-ci ildə 151 nəfər, 1939 - cu ildə 269 
nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 154-155). SSRİ Nazirlər Sovetinin 1948-ci ildəki xüsusi 
qərarı ilə  kəndin sakinləri azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. Kənd xarabalığa 
çevrilmişdir. İndi ölü kənddir. 
Toponim 24 oğuz tayfalarından biri olan eymur (imir) etnoniminə (309, I, s.56; 238, s.324) -zik 
şəkilçisinin artırılması ilə düzəlmişdir. -zik kiçiltmə  mənası bildirən -cik şəkilçisinin dialekt 
formasıdır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
İmirli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon 
mərkəzindən 10 km məsafədə, Abaran çayının sol tərəfində yerləşir. Erməni mənbələrində  kəndin 
digər adı Əmirli göstərilir (415, s.4). 
Mənbələrdə kəndin XVII əsrdə salındığı qeyd edilir (Ermənistan Sovet Ensiklopediyası, IV c., 
İrəvan, 1978, s.186) Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.102). Toponim oğuzların 
eymur etnoniminə (399, I, s.167; 238, s.324-325) mənsubluq bildirən -li şəkilçisinin qoşulması ilə 
əmələ gəlib «eymurların (əmirlərin) yaşadığı kənd» mənasını ifadə edir.Oğuzların eymur tayfasının adı 
həm də imir formasında qeyd edilir (238, s.324,326). Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 


 
163
Erm.SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı  dəyişdirilib Ttucur (Turşsu) 
qoyulmuşdur. 
İmirxan - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Artik rayonunda kənd. Rayon 
mərkəzindən 12 km məsafədə yerləşir. Kəndin digər adı Emirxan, İmirxanlı kimi göstərilir (415, s.24). 
«İrəvan  əyalətinin icmal dəftəri»ndə  İmirxanlı kimi (s.129), Qafqazın 5 verstlik xəritəsində  İmirxan 
formasında (348, s.102) qeyd edilmişdir. 
Toponim imir (eymur tayfa adının fonetik forması) türk tayfasının adına (238, s.324) xan 
sözünün qoşulmasından  əmələ  gəlmişdir və «eymur//imir tayfasından olan xana məxsus kənd» 
mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Saratak qoyulmuşdur. 
İnqala - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunun ərazisində 
kənd olmuşdur. Rayon mərkəzindən 22-24 km şimal-şərqdə, Vediçayın sol sahilində yerləşmişdir. 
Kənddə 1886-cı ildə 113 nəfər, 1897-ci ildə 124 nəfər, 1916-cı ildə 161 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.86-87, 154-155). 1918-19 - cu illərdə  kəndin sakinləri ermənilər tərəfindən 
qırğınlarla qovulmuş və kənd 1922-ci ilə kimi xaraba qalmışdır. 
İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz doğma kəndlərinə 
dönə bilmişdir. 1926-cı ildə burada 30 nəfər, 1931-ci ildə 33 nəfər, 1939 - cu ildə 127 nəfər 
azərbaycanlı yaşamışdır (415,5.87,155). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə  kəndin sakinləri 
azərbaycanlılar 1948-49 - cu illərdə tarixi-etnik torpaqlarından deportasiya olunaraq zorla 
Azərbaycana köçürülmüş və kənd xarabalığa çevrilmişdir. İndi ölü kənddir. 
Toponim qədim türk dilində «daxma», «koma», «mağara» mənasında işlənən in sözü ilə (299, 
s.209) qala sözünün birləşməsindən  əmələ  gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu 
toponimdir. 
İnəkdağ - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Rayon mərkəzindən 28 km şimal-şərqdə, İnəkdağ dağının ətəyində yerləşir. Qafqazın 
5 verstlik xəritəsində (348, s.102) qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 317 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 517 nəfər, 1908-ci ildə 
520 nəfər, 1914 - cü ildə 674 nəfər, 1916-cı ildə 423 nəfər azərbaycanlı yaşamışdır (415, s.26, 27, 112-
113). 1919 - cu ilin yanvarında azərbaycanlılar ermənilər tərəfindən kənddən qırğınlarla qovulmuşlar 
(309, s.249). 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz 
doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə kənddə 297 nəfər, 1926-cı ildə 281 nəfər, 1931-ci ildə 
383 nəfər azərbaycanlı yaşamışdır (415, s.27, 113). 1988-ci ildə azərbaycanlılar bir daha öz doğma 
kəndlərindən Ermənistan dövləti tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır. 
Toponim oğuz tayfalarından olan inək etnonimi ilə (321, s.57) dağ sözünün birləşməsindən 
əmələ gəlmişdir. Əbülqazi göstərir ki, Duylı Kayının yanında Qorquddan başqa iki inək bəy (kursiv 
mənimdir -İ.B) var idi (321, s.57),«İnək» sözü mənşəcə monqol sözü olub «etibarlı, inanılmış», 
«istəkli, sevimli» mənaları ifadə edir. Bu söz qədim dövrlərdə «tayfa başçısı» mənasında işlənmişdir 
(321, s.99). Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Yenikənd, Ermənistan 
prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı yenidən dəyişdirilərək Tretuk qoyulmuşdur. 
İnəkdağ - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda dağ. Rayondakı  İnəkdağ  kəndinin  ərazisində yerləşir. Oronim oğuzların inək tayfasının 
adını (321, s.57) əks etdirir. Etnooronimdir. 
İnəkli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon 
mərkəzindən 16 km şimal-qərbdə, Abaran çayının sağ axarında yerləşir. «İrəvan  əyalətinin icmal 
dəftəri»ndə «İnəkli məzrəsi» formasında (143, s.88) və İnəkli kimi (143, s.101), Qafqazın 5 verstlik 
xəritəsində  İnəkli  şəklində (348, s.102) qeyd edilmişdir. Erməni mənbələrində  kəndin adı Enakli, 
İnoğlu kimi də göstərilir (427, s.284). 1828-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. 1828-30 - cu 
illərdə azərbaycanlılar deportasiya olunmuş  və bura İranın Xoy, Salmas vilayətlərindən, Türkiyənin 
Van vilayətindən ermənilər köçürülərək yerləşdirilmişdir (427, s.284). 
Toponim oğuz tayfalarından olan inək etnoniminə (321, s.57) mənsubluq bildirən -li 
şəkilçisinin artırılması ilə düzəlmişdir və «İnək tayfasına mənsub yaşayış yeri» mənasını verir. 
Əbül Qazi qeyd edir ki, Duylı Kayının yanında Qorquddan başqa  iki inək bəy  (kursiv 
mənimdir -İ.B)  var idi. Biri -Bayandur ilindən (tayfasından, elindən -İ.B) olan Bekdez, o biri -İqdir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə