Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 372,86 Kb.

səhifə1/8
tarix07.07.2018
ölçüsü372,86 Kb.
  1   2   3   4   5   6   7   8


OĞUZ YURDU

İ C T İ M A İ - S İ YA S İ   Q Ə Z E T

• № 23-24 (4554) • 22 iyul  2017-ci il •   Şənbə  • Qəzet 1934-cü ildən çıxır • Qiyməti 40 qəpik

OĞUZ

Azərbaycan mətbuatının banisi H.B.Zərdabinin

Bakıda ana dilində nəşr etdirdiyi  “Əkinçi” qəzeti-

ninin  ilk  nömrəsi  1875-ci  il  iyulun  22-də  çapdan

çıxmışdır. Həmin gün hər il olduğu kimi bu il də ölkə-

mizdə yüksək bayram əhval-ruhiyyəsi ilə  Milli Mət-

buat Günü kimi qeyd edilir. Bayram ərəfəsində 250

jurnalistə ev verilmiş, Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən

KİV əməkdaşlarına yeni evlərin tikilməsi üçün 5 mil-

yon  manat,  qəzetlərin  maddi-texniki  bazasının

möhkəmləndirilməsi üçün  1milyon manat vəsait ay-

rılmışdır.

“Oğuz yurdu” qəzetinin kollektivi və rayonumu-

zun ictimaiyyəti də  Milli Mətbuat Gününü qeyd edir.

1991-ci  ildən-qəzetlərin  maliyyələşdirilməsi  büd-

cədən çıxarıldıqdan sonra ilk dəfədir ki, 2017-ci ilin

yanvar ayından qəzetin səhifələrinin sayı 4-dən 8-ə

çatdırılmışdır. Qəzet Bakı şəhərində daha yaxşı tər-

tibatla    çap  olunmağa  başlamışdır.  İlin  əvvəllə-

rindən başlayaraq qəzetin hər bir sayının elektron

variantı MKS-nin saytında yerləşdirilir, kitabxananın

“oghuz.cls.az”  saytına  daxil  olaraq  “kitablar”

bölməsində  “Oğuz  yurdu  qəzeti”  linkinə  daxil  ol-

maqla qəzetimizin nömrələri ilə tanış ola bilərsiniz. 

(22 İyul Milli Mətbuat Günü ilə bağlı material-

lar qəzetimizin 3-cü səhifəsində verilmişdir.)

22 İYUL MİLLİ

22 İYUL MİLLİ

MƏTBUAT GÜNÜDÜR

MƏTBUAT GÜNÜDÜR

Hesabat məruzəsində və çı-

xışlarda  iyulun  12-də  Azərbay-

can  Respublikasının  Prezidenti

İlham  Əliyevin  sədrliyi  ilə  keçi-

rilmiş Nazirlər Kabinetinin 2017-

ci ilin birinci yarısının sosial- iq-

tisadi inkişafının yekunlarına və

qarşıda  duran vəzifələrə  həsr

olunmuş iclasında verilmiş tapşı-

rıqlardan, onların yerinə yetiril-

məsi  üçün  rayonda  həyata  ke-

çiriləcək tədbirlərdən, ölkəmizin

müxtəlif sahələrdə əldə etdiyi na-

iliyyətlərdən, rayonda ilin birinci

yarısında görülmüş işlərdən ət-

raflı söhbət açılmışdır. 

Azərbaycan Respublikasının

sosial-iqtisadi inkişafı Dövlət Pro-

qramında  (2014-2018-ci  illər)

Oğuz  rayonu  üzrə  nəzərdə  tu-

tulmuş  tədbirlərlə bağlı qarşıda

duran  vəzifələrin  yerinə  yetiril-

məsi sahəsində 2017-ci ilin birin-

ci yarısında  görülmüş işlərdən

konkret bəhs olunmuşdur. 

Qeyd  edilmişdir  ki,  rayonun

elektrik  enerjisi  ilə  təminatının

yaxşılaşdırılması sahəsində mü-

vafiq işlər aparılır. Oğuz şəhəri,

Bayan, Qumlaq, Şirvanlı, Tayıflı,

Hallavar kəndlərində 1923 ədəd

10 kv-luq  və 3737 ədəd 0,4 kv-

luq  şəbəkələrin  yenidən  qurul-

ması işləri başa çatdırılıb. 91 km

Sip kabel xətti çəkilib. Oğuz şə-

həri,  Xalxal,  Xalxalqışlaq,  Ər-

mənət,  Filfilli,  Xaçmaz,  Bucaq,

Calut, Muxas, Baş Daşağıl kənd-

lərində 10 və 0,4 kv-luq xətlərin

yenidən qurulması işləri davam

etdirilir. 5 ədəd yeni, müasir tipli

transformator  məntəqəsi  qurul-

muşdur.


Rayonun  qaz  təchizatının

yaxşılaşdırılması sahəsində mü-

vafiq işlər aparılır.  Rayonda əha-

linin  təbii  qaza  olan  tələbatını

tənzimləmək  üçün  Qarabulaq,

Yaqublu və  Tərkeş kəndlərinin

həb  birinə  bir  ədəd  SQTM-300

kub m/saat tipli yeni qaz tənzim-

ləyicisi quraşdırılmışdır.    

2017-ci  ilin  birinci  yarısında

Oğuz şəhərində abadlıq və təmir

işləri ilə əlaqədar şəhərin 13 kü-

çə  və    dalanlarında  qum-çınqıl

qatının hazırlanması və 5 küçə-

də asfalt-beton örtüyün salınma-

sı  ışi  aparılmışdır və  işlər  da-

vam etdirilir. 

Оğuz şəhərində  çoxmənzilli

ictimai yaşayış binalrının təmiri

məqsədilə vəsait ayrılmış və 48

nəfər  işlə təmin edilmişdir. Ha-

zırda  Oğuz şəhərində  6 ictimai

yaşayış binasında fasadın,  pil-

ləkən qəfəsinin və dam örtüyü-

nün təmiri işləri başa çatdırılmış,

digər ictimai yaşayış binalarında

isə  təmir işləri davam etdirilir.

İlin birinci yarısında  rayonda

açılmış  218 yeni iş yerinin hamı-

sı  daimi  olmuşdur.  Bu  iş  yerlə-

rinin    5-i  mövcud  müəssisə  və

təşkilatlarda, 2-si  fəaliyyətini

bərpa etmiş müəssisə və təşki-

latlarda, 211-i fiziki şəxslərin fəa-

liyyəti nəticəsində yaradılmışdır.  

Hesabat dövründə bütün ma-

liyyə mənbələri hesabına  1635,8

min  manatlıq  əsas  fondlar  isti-

fadəyə verilmişdir.                                                                   

Rayonun taxılçıları tərəfindən

2017-ci ilin məhsulu üçün 17157

hektar  dən  və  yaşıl  yem  üçün

payızlıq taxıl səpilmişdir. Biçinə

vaxtında başlayan taxılçılar onu

tez  və  itkisiz  toplamaq  üçün

bütün  qüvvələrini  səfərbərliyə

almışlar. İyulun 17-nə  kimi  pa-

yızlıq    taxıl  sahələrinin  15795

hektarında 

biçin 


keçirilmiş,

37922  ton  məhsul  əldə  edil-

mişdir. Sahələrin  məhsuldarlığı

hər hektardan 24 sentner olmuş-

dur.

Bu il barama istehsalına 38



nəfər  kümçü  cəlb  edilmiş  və

həmin kümçülər tərəfindən 2524

kq barama istehsal olunmuşdur. 

Bu il rayonumuzda  200 hek-

tar sahədə tütün əkilmişdir. Ha-

zırda  tütün sahələrində qızğın iş

gedir,  becərmə, qırım-düzüm və

qurutma işləri  aparılır. 

2017-ci  ilin  altı  ayı  ərzində

yerli gəlirlərə dair müəyyən olun-

muş  1273646  manat  proqnoza

qarşı  büdcəyə  1304872  manat

vergi, rüsum və sair gəlir daxil ol-

muşdur  ki,  bu  da  proqnozun

102,5% icra olunması deməkdir.

2017-ci ilin birinci yarımilində

Dövlət  Sosial  Müdafiə  Fondu

Oğuz  rayon  şöbəsi  tərəfindən

6114  nəfər  pensiyaçıya  xidmət

olunmuşdur. Onlara  təyin  olun-

muş    aylıq    pensiyaların    orta

məbləği 177,2  manat  təşkil  et-

mişdir.  Fondun Oğuz rayon şö-

bəsi üzrə məcburi dövlət sosial

sığorta  haqları  üzrə  proqnoz

4529,4 min manat müəyyənləş-

dirilmişdir  ki,  bunun  da  4257,1

min manatı büdcə təşkilatlarının,

272,3 min manatı isə qeyri-büd-

cə  təşkilatlarının  payına  düşür.

4869,9 min manat vəsait topla-

naraq  proqnoz  tapşırığa  şöbə

üzrə 108 faiz əməl olunmuşdur 

2017-ci ilin birinci yarısında is-

tifadə olunan elektrik enerjisi üz-

rə ödəniş 94,6%, satılan təbii qaz

üzrə ödəniş 103 %, verilən içməli

su haqlarının toplanması sahə-

sində ödəniş  92,1 % yerinə yeti-

rilib. 


6  ay  ərzində  rayonun  yolla-

rında 336,5 min manatlıq  təmir

işləri, 205 min manatlıq  cari  tə-

mir  və cəmi 541,5  min  manatlıq

iş həcmi yerinə yetirilmişdir. 

Son illər Oğuz rayonunda təh-

silin maddi-texniki bazasının in-

kişafı sahəsində aparılan geniş

miqyaslı tədbirlər 2017-ci ilin bi-

rinci  yarımilində    də  uğurla  da-

vam etdirilmişdir. Hazırda Oğuz

şəhərində  iki  körpələr  evi-uşaq

bağçasının tikintisi, Padar kənd

tam orta məktəbində əsaslı təmir

və bərpa-gücləndirmə işləri da-

vam  etdirilir.  Yaxın  zamanlarda

Qarabaldır, Yemişənli və Xalxal-

qışlaq  kəndlərində  modul  tipli

məktəb binalarının inşası nəzər-

də tutulmuşdur.       

May  ayında  Qax  şəhərində

keçirilən  diaqnostik  qiymətlən-

dirmədə  rayonun  ümumtəhsil

məktəblərində çalışan 840 nəfər

müəllim  iştirak  etmişdir.  Diaq-

nostik qiymətləndirmənin nəticə-

lərinə əsasən Oğuz rayonu bölgə

üzrə I, respublika üzrə IV yerdə

qərarlaşmışdır.

Bu il ali məktəblərə qəbul

imtahanlarının  I  mərhələsində

isə  cari  ildə  tam  orta  təhsil  sə-

viyyəsini başa vuran məzunlar-

dan 53 nəfəri 500-dən yuxarı, o

cümlədən, 14 nəfəri  600-dən yu-

xarı nəticə göstərmişlər. II mər-

hələdə  bu  nəticələrin  daha  da

yaxşılaşacağı gözlənilir.

Fevral  ayının  15-dən  başla-

yaraq rayonda 17 yaşdan yuxarı

əhalinin müayinəsi həyata keçi-

rilmişdir. Ümumilikdə 30566  nə-

fər müayinədən keçmişdir ki, bu

da  nəzərdə  tutulmuş  müraciət-

lərin  97,1  %-ni  təşkil  etmişdir.

Müayinələr zamanı 1084 nəfərdə

xəstəlik aşkarlanaraq ambulator

müalicəyə, 293 nəfər  stasionar

müalicəyə cəlb olunmuşdur. 63

nəfər müayinə və müalicə məq-

sədi ilə Bakı şəhərinə göndəril-

mişdir.                 

2017-ci  ilin  birinci  yarısında

rayona 5800 turist istirahətə gəl-

mişdir. Onlardan 320 nəfər dün-

yanın müxtəlif ölkələrindən olan

şəxslərdir. 

2017-ci  ilin  birinci  yarısında

rayonun yeniyetmələri və gənc-

ləri zona və respublika miqyaslı

yarış və tədbirlərdə bir sıra uğur-

lara imza atmışlar.

2017-ci  ilin  birinci  yarısında

yerli  məsələlərin  həllində  bələ-

diyyələr  tərəfindən  bir  sıra  təd-

birlər həyata keçirilmiş, “Bir bələ-

diyyə  azı  bir  layihə”  təşəbbüsü

çərçivəsində bir sıra işlər görül-

müşdür.

İclasda son illərdə Oğuz Me-



şə Mühafizəsi və Bərpası Müəs-

sisəsi rəhbərlərinin tez-tez  də-

yişdirilməsinə  baxmayaraq  ra-

yonda meşələrin qanunsuz ola-

raq  qırılmasının  davam  etdiyi,

belə  mənfi  halların  baş  vermə-

sinin səbəbkarlarının ilk növbədə

meşələri qorumalı olan meşə iş-

çilərinin olduğu, nazirlik tərəfin-

dən aparılan və hələ də davam

edən  yoxlamalarda    çox  ciddi

faktların  aşkara  çıxdığı  bildiril-

mişdir. 

Şura  iclasında  rayon  həya-

tının digər sahələrindən, müxtəlif

istiqamətlərdə  görülən  işlərdən

də  söhbət açılmış, ayrı-ayrı ida-

rə  və  müəssisələrin  fəaliyyəti

təhlil edilmiş, mövcud nöqsan və

problemlərin aradan qaldırılması

yollarından danışılmışdır. 

Oğuz  Rayon  İcra  Hakimiy-

yətində  vətəndaşlardan  daxil

olan  ərizə,  təklif  və  şikayətlərə

“Vətəndaşların müraciətləri haq-

qında” Azərbaycan Respublikası

Qanununun tələblərinə və  Prezi-

dent Administrasiyasından daxil

olan  tövsiyələrə  uyğun  olaraq

baxıldığı qeyd edilmiş, bu sahə-

də  2017-ci ilin birinci yarısında

görülmüş işlər, həyata keçirilmiş

tədbirlər, səyyar qəbullar haqqın-

da ətraflı məlumat verilmişdir.

Azərbaycan Respublikasının

Prezidenti    İlham  Əliyev  əmin

edilmişdir  ki, qarşıya qoyulmuş

vəzifələrin yüksək səviyyədə ye-

rinə yetirilməsi üçün Oğuz rayo-

nunda  2017-ci  ilin    ikinci  yarı-

sında da bütün qüvvələr səfərbər

ediləcəkdir.



ŞURA İCLASINDA 2017-Cİ  İLİN BİRİNCİ  YARISININ

YEKUNLARI MÜZAKİRƏ EDİLMİŞDİR

İyulun  18-də Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın 2017-

ci ilin birinci yarısının yekunlarına həsr edilmiş geniş iclası keçirilmişdir.  

Hesabat yığıncağını Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qur-

banov açmışdır.

Yığıncaqda  “2017-ci ilin birinci yarısında Oğuz rayonunun sosial-iqtisadi

inkişafı və qarşıda duran vəzifələrə dair” rayon icra hakimiyyəti başçısının he-

sabatı dinlənilib müzakirə edilmişdir. Məsələ ilə əlaqədar rayon icra hakimiy-

yəti başçısının müavini Etibar Yusubov məruzə   etmişdir.

Məruzə ətrafında müzakirələrdə rayon kənd təsərrüfatı idarəsinin rəisi  Azad

Əliyev  və suvarma sistemləri idarəsinin rəisi Nizami Əhmədov  iştirak etmiş-

lər.  

Müzakirə edilmiş məsələ ilə əlaqədar qərar qəbul olunmuşdur.

1969-cu  il

iyulun  14-də

Heydər Əliyev

A z ə r b a y c a n

K o m m u n i s t

Partiyası Mər-

kəzi Komitəsi-

nin I katibi se-

çilib. Bu, Azər-

baycanın yeni

tarixində  güc-

lü lider və rəh-

bər  kimi  yer

tutacaq, Azər-

baycanın inki-

şafı  naminə

saysız xidmət-

lər göstərəcək

ş ə x s i y y ə t i n

hakimiyyətə və böyük siyasətə gəlişi idi.1969-cu ildə

keçirilən avqust plenumu isə Azərbaycanın həya-

tında mühüm və şərəfli bir mərhələnin başlanğıcı

olub.1969-1982-ci illər respublikamızda quruculuq

salnaməsinin parlaq dövrü kimi tarixə düşüb.

Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilmə-

sindən sonra respublikanın iqtisadi, ictimai-siyasi,

mədəni tarixində yeni bir dövr başlanmışdır. Dahi

şəxsiyyət neçə illərin sükunətini hərəkətə gətirmiş,

milləti, milli düşüncəni oyatmış, güclü iqtisadi poten-

sial yaratmışdır.

(Ulu öndər Heydər Əliyevin respublika

rəhbərliyinə gəlişinin 48 illiyi ilə bağlı mate-

riallar qəzetimizin 2-ci səhifəsində verilmiş-

dir.)

ULU ÖNDƏR  HEYDƏR

ƏLİYEV 48  İL  ƏVVƏL

İYULUN 14-DƏ  RESPUB-

LİKA  RƏHBƏRLİYİNƏ

GƏLMİŞDİR





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə