İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   46   47   48   49   50   51   52   53   ...   168

 
100
Qarğabazar - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) 
rayonunda kənd. Rayon mərkəzidən 12 km cənub-şərqdə, Qarasu çayının yanında yerləşir. Qafqazın 5 
verstlik xəritəsində (348, s.121) qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 574 nəfər, 1886-cı ildə 602 nəfər, 1897-ci ildə 569 nəfər, 1904 - cü ildə 
688 nəfər, 1914 - cü ildə 728 nəfər, 1916-cı ildə 615 nəfər, 1919 - cu ildə 600 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.82-83, 152-153). 1919 - cu ilin sonlarında kənd erməni təcavüzünə məruz qalaraq 
sakinləri qırğınlarla qovulmuşdur.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk 
etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 192 
nəfər, 1926-cı ildə 190 nəfər, 1931-ci ildə 168 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-
153). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə  kəndin sakinləri 1948-49 - cu illərdə tarixi-etnik 
torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüşdür. 
Kənddə 1946-47-cı illərdə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.  İndi ermənilər 
yaşayır. 
Toponim qarğa türk etnoniminə (286, s.63) «alış-veriş yeri» mənasında işlənən bazar sözünün 
artırılması ilə  əmələ  gəlib «qarğa tayfasının alış-veriş yeri» mənasını ifadə edir «...bazar sözü 
mürakkəb toponimlərin tərkibində tayfa adı kimi işləndikdə toponimik adın I komponenti, «alver, 
ticarət yeri» mənasında işləndikdə isə onun II komponenti yerində işlənir(93, s.31). Etnotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 25.V.1965-ci il fərmanı ilə adı dəyişdirilib Haykaşen qoyulmuşdur. 
Qarğavəng - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.121) qeyd edilmişdir. Kənddə 1897-ci ildə 182 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s.22-23). XX əsrin  əvəllərində (1905-1906) onlar erməni soyqırımına 
məruz qalaraq deportasiya olunmuş,  İran və Türkiyədən ermənilər köçürülərək burada 
yerləşdirilmişdir. 
Toponim qarğa türk etnoniminə (286, s.63; 93, s.43) qədim türk dilində «abidə, daşdan yazılan 
abidə, daimi abidə, mənasında işlənən bengü >  benigü  >  benü  >  mengü > menü sözlərinin 
dəyişməsindən formalaşan vəng (qala) sözünün (299, s.94-95, 341-342; 211, s.208-209) qoşulması ilə 
əmələ gəlmişdir. Vəng sözünün etimoloji şərhini verib, onun türk mənşəli söz olduğunu Azərbaycan 
dilçilərindən, ilk dəfə prof. H.Mirzəyev göstərmişdir (211, s.208-209). Etnotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Qaraboya - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda 
kənd. Rayon mərkəzindən 25 km məsadəfə  Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.114) qeyd edilmişdir. 
Toponim qaraboya tayfa adı əsasında əmələ gəlib «qaraboya tayfasına mənsub kənd» mənasını 
ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə  kəndin adı  dəyişdirilib Xinkoyan 
qoyulmuşdur. 
Qaradığa - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Kəndin başqa adları Qaraunlu, Qaranka, Qardağa formalarında da göstərilir (415, s.56). Rayon 
mərkəzindən 12 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qaradıqya formasında (348, 
s.116) qeyd edilmişdir. 
Burada IX-X əsrlərə aid alban abidələri vardır. 
Kənddə 1831-ci ildə 25 nəfər, 1873 - cü ildə 200 nəfər, 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 213 
nəfər, 1904 - cü ildə 198 nəfər, 1914 - cü ildə 184 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57, 134-
135). 1918-ci ildə  kəndin sakinləri erməni təcavüzünə  məruz qalaraq deportasiya olunmuş, yalnız 
indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra 1923-24 - cü illərdə öz doğma evlərinə dönə 
bilmişlər. Burada 1926-cı ildə 95 nəfər, 1931-ci ildə 125 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, 
s.57, 135). 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik 
torpaqlarından tamamilə qovulmuşdur. İndi ermənilər yaşayır.  
Toponim türk dilində «böyük, iri» mənasında işlənən qara sözü ilə türk dilində «təpə, zirvə» 
mənasında işlənən tiqey sözünün (339, s.552) fonetik forması olan dıqya > dığa sözündən  əmələ 
gəlmişdir. 
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  


 
101
Qarınburun - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonu 
ərazisində  kənd. Rayondakı  Gərni kəndindən 16 km cənub-şərqdə, Gərni çayının yanında yerləşirdi. 
1897-ci ildə 99 nəfər, 1914 - cü ildə 102 nəfər, 1916-cı ildə 98 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci 
ildə  kənd erməni təcavüzünə  məruz qalaraq sakinləri deportasiya edilmiş  və  kənd xarabalığa 
çevrilmişdir. 1920-ci ildə ləğv edilmişdir. İndi ölü kənddir. 
Toponim Azərbaycan dilinin qərb qrupu dialekt və şivələrində «sel keçməmək üçün alaçığın, 
dəyənin ətrafına çəkilmiş ensiz, dayaz arx» mənasında işlənən qarım (Azərbaycan dilinin qərb qrupu 
dialekt və şivələri, B., 1967, s.205), «kiçik arx, kiçik su yolu» mənasında işlənən qarnım sözü (253, 
s.122) əsasında formalaşan və yuxarıda göstərilən mənalarda işlənən qarın sözü ilə Azərbaycan dilində 
«qurunun dənizin içinə girən dağlıq, qayalıq hissəsi» (9, s.330), «irəli çıxan və ya suya doğru uzanan 
quru» (253, s.99) mənasında işlənən burun sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında 
yaranan mürəkkəb quruluşlu toponimdir. 
Qarlı  dərə çayı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan 
rayonunda çay. Mürəkkəb quruluşlu hidronimdir. 
Qarnıyarıq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda 
kənd. Razdan şəhərinin  şimal-qərbində yerləşirdi. «İrəvan  əyalətini icmal dəftəri»ndə (143, s.84), 
Qafqazın 5 verstlik xəritəsində (348, s.122) qeyd edilmişdir. Kəndin digər adı Karvansara olmuşdur 
(415, s.18; 427, s.51). Köhnə Karvansaranın divarları indi də durur. 
Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra 1828-29 
- cu illərdə buraya İran və Türkiyədən ermənilər köçürülüb yerləşdirilmişdir (386, s.591-594). 
Ermənilərlə yanaşı 1897-ci ildə  kənddə 50 nəfər azərbaycanlı yaşamışdır (415, s. 18-19). XX əsrin 
əvəllərində, 1905-1906-cı ildə baş verən erməni azərbaycanlı müharibəsi nəticəsində azərbaycanlılar 
qırğınlarla tarixi torpaqlarından qovulmuşdur. Razdan şəhərinin genişləndirilməsi nəticəsində  kənd 
şəhərə birləşdirilərək 1960-cı ildə ləğv edilmişdir. 
Toponim Azərbaycan dilində «kiçik arx, su yolu» mənasında işlənən qarnı (< qarnım) sözü ilə 
(253, s.122) türk dilində «yer səthində olan çay», «yarılmış yer», «dərə» mənasında işlənən yarıq 
sözünün (339, s.179) birləşməsindən  əmələ  gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu 
toponimdir. 
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Atarbekyan qoyulmuşdur. 
Qasıməli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Rayon 
mərkəzindən 5 km şərqdə yerləşir. «İrəvan  əyalətinin icmal dəytəri»ndə Qasımkənd (143, s.134), 
Qafqazın 5 verstlik xəritəsində Qasıməli kəndi formasında (348, s.123) qeyd edilmişdir. 
Toponim Qasəməli adı  əsasında  əmələ  gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Erm. SSR AS RH-nin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Getapi qoyulmuşdur. 
Qatar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. 
Qafan  şəhərinin bir hissəsini (indi Hünan Avetisyan qəsəbəsidir) və Oxçu çayının sahilində indi də 
Qatar  şamı adlandırılan düzənlikdən başlamış Kavard kəndinədək uzanan bütün mədən  şəhərciyini 
əhatə edirdi (85, s.13). Kənd sıra ilə düzülmüş qayaların ətəyində salınmışdır. 
Kənddə 1831-ci ildə 12 nəfər, 1873 - cü ildə 132 nəfər, 1886-cı ildə 250 nəfər, 1904 - cü ildə 
380 nəfər, 1914 - cü ildə 139 nəfər, 1916-cı ildə 5124 nəfər azərbaycanlı yaşamışdır (415, s.134-135). 
1906-cı il iyulun 29-da (224, s.119-125) və 1918-ci ildə ermənilər azərbaycanlıları qırğınlarla kənddən 
deportasiya etmişlər.  İndiki Ermənistandan sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd 
sakinləri öz evlərinə dönə bilmişdir. XX əsrin  əvəllərində Qafan şəhəri ilə birləşdirilərək kənd ləğv 
edilmişdir. 
Toponim Azərbaycan dilində «zəncirvari qaya, təpə», mənasında işlənən qatar sözü əsasında 
əmələ gələn orotoponimdir. Quruluşca sadə toponimdir. 
Qatarqaya - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) 
rayonunda dağ. Rayonun Toxluca kəndinin  şərqində yerləşir. Oronim «zəncirvari qaya, təpə, dağ» 
mənasında işlənən qatar sözü ilə qaya sözünün birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu 
oronimdir. 
Qatar şamı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
düzənlik. Rayondakı Qatar kəndinin ərazisində yerləşir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə