İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   43   44   45   46   47   48   49   50   ...   168

 
94
Toponim qaralar türk etnonimi (92, s.24) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca 
sadə toponimdir. 
Qaralar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon 
mərkəzindən 7 km məsafədə, Vedi çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd 
edilmişdir (348, s.118). 
Kənddə 1873 - cü ildə 443 nəfər, 1886-cı ildə 387 nəfər, 1897-ci ildə 570 nəfər, 1904 - cü ildə 
252 nəfər, 1914 - cü ildə 256 nəfər, 1916-cı ildə 546 nəfər, azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-
157). Lakin «Ermənistan və  ətraf vilayətlərin toponimlər lüğəti»ndə bu faktlar təhrif edilərək 1873-
1916-cı illərdə kənddə azərbaycanlıların yox, ermənilərin yaşadığı göstərilir (427, s.383). 
1918-19 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, 1918-ci ilin 
sonunda  İranın Bacaqulis vilayətindən (indi Ostan), 1922-24 - cü illərdə Türkiyənin Van, Şatax və 
Bayazed vilayətlərindən, 1940-50-ci illərdə indiki Ermənistanın Qaranlıq (Martuni) və Sisyan 
rayonlarından, 1946-cı ildə İran və Livandan ermənilər köçürülərək Qaralar kəndində yerləşdirilmişdir 
(427, s.383). 
1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ 
qalanları geri dönə bilmişdir. Burada 1922-ci ildə 241 nəfər azərbaycanlı, 273 nəfər erməni, 1926-cı 
ildə 280 nəfər azərbaycanlı, 252 nəfər erməni, 1931-ci ildə 297 nəfər azərbaycanlı, 292 nəfər erməni 
(415 s.87, 157), 1939 - cu ildə 780, 1955-cı ildə 1181, 1970-ci ildə 1794, 1979 - cu ildə 1942 nəfər 
azərbaycanlı və erməni (427, s.383) yaşamışdır. 
1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik 
vətənlərindən deportasiya olunmuşdur. İndi burada yalnız ermənilər yaşayır. 
Toponim türk mənşəli qaralar etnonimi (245, s.57) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aralez qoyulmuşdur. 
Qaraltəpə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda 
dağ. Rayondakı Qaral kəndinin ərazisində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.118) qeyd 
edilmişdir. Oronim qaralar türk etnoniminin adını (245, s.57) əks etdirən qaral, yəni qara el (böyük el) 
etnonimi ilə «kiçik, alçaq dağ» mənasında işlənən təpə sözünün birləşməsindən  əmələ  gəlmişdir. 
Etnooronimdir. Quruluşca mürəkkəb oronimdir. 
Qaraməhəmməd - Tiflis quberniyasının Borçalı (Loru-Pəmbək) qəzasında, indi Cəlaloğlu 
(Stepanavan) rayonunda kənd. Rayon mərkəzindən 6 km şimal-şərqdə yerləşir. Kəndin adı 
Qaraməmməd formasında da işlədilir. 
XIX  əsrin  əvvəllərinə  qədər burada azərbaycanlılar yaşamışdır. Rayonun ərazisi XIX əsrin 
əvəllərində Rusiya tərəfindən işğal edildikdən sonra azərbaycanlılar sıxışdırılaraq kənddən çıxarılmış, 
Rusiyanın Saratov və Kursk qəzalarından köçürülən ruslar burada yerləşdirilmişdir (85, s.335). Burada 
1831-ci ildə 18 nəfər yalnız azərbaycanlı, 1926-cı ildə ruslara yanaşı 6 nəfər, 1931-ci ildə 6 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.78-79, 156-157). 1930 - cu illərin axırlarında onlar kənddən 
çıxarılmışdır. 
1988-ci ilə kimi burada yalnız ruslar yaşamışdır. 1988-ci ildən sonra ruslar ermənilər tərəfindən 
sıxışdırılıb kənddən çıxarılmışdır.  İndi kəndin  əsas sakinləri ermənilərdir. Kənddə azsayda ruslar da 
yaşayır. 
Toponim Qaraməhəmməd  şəxs adı  əsasında  əmələ  gəlmişdir. Antropotoponimdir. Quruluşca 
sadə toponimdir. 
Kəndin adı 1801-cı ildə dəyişdirilib Rusiya çarının şərəfinə Aleksandrovka qoyulmuşdur. 
Erm. SSR AS RH-nin 22.ll.1939 - cu il fərmanı ilə adı yenidən dəyişdirilib rus şairi Maksim 
Qorkinin şərəfinə Qorki qoyulmuşdur.  
Qaraməmməd - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Qafqazın 5 
verstlik xəritəsində (348, s.118) qeyd edilmişdir. 
1897-ci ildə kənddə 20 nəfər azərbaycanlı yaşamışdır (415, s.20-21). Ermənilər buraya 1828-ci 
ildən sonra İran və Türkiyədən köçürülmüşdür. Azərbaycanlılar 1918-20-cı illərdə tarixi vətənlərindən 
deportasiya olunmuşdur. 
Toponim Qaraməmməd şəxs adı əsasında formalaşmışdır. Antropotoponimdir. Quruluşca sadə 
toponimdir. 


 
95
Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə  kəndin adı  dəyişdirilərək Meğraşad 
qoyulmuşdur. 
Qaranqu - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda çay. 
Rayondakı Molla Gökçə (Maralik) kəndinin  ərazisindən axır. Qafqazın 5 verstlik xəritəsində (348, 
s.118) qeyd edilmişdir. Uzunluğu 38 km-dir. Mənbəyini Alagöz dağındakı Qaragöldən və bulaqlardan 
alıb Arpaçaya tökülür. Hidronim M.Kaşğarinin «Divanü-lüğət-it türk» əsərində «tutqun, çirkin, 
şübhəli» mənasında işlənən qaranqu sözü (5, s.63) əsasında  əmələ  gəlmişdir. Sadə quruluşlu 
hidronimdir. 
Çayın adı dəyişdirilib Sevcur (Qarasu) və Metsamor qoyulmuşdur. 
Qaranəbi - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana 
(Noemberyan) rayonu ərazisində  qışlaq. Ləmbəli kəndinin yaxınlığında yerləşirdi. 1930 - cu ildə 
Allahverdi (Tumanyan) rayonunun tərkibində olmuşdur. Burada 1926-cı ildə 17 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.10-11). 1930 - cu illərdə yaşayış məntəqəsi ləğv edilmişdir. 
Toponim Qaranəbi  şəxs adı  əsasında  əmələ  gəlmişdir.Antropotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Qaranlıq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda 
kənd. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.118) qeyd 
edilmişdir. 
Toponim «dağ, təpə» mənasında işlənən qara sözünə (339, s.256) məkan anlayışı bildirən -lıq 
şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Erm. SSR AS RH-nin 5.VII.1968-cı il fərmanı ilə adı dəyişdirilib Qexovit qoyulmuşdur. 
Qaranlıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon 
mərkəzindən 2 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə 
(143, s.109), Qafqazın 5 verstlik xəritəsində (348, s.118) qeyd edilmişdir. 
Toponim türk dilində «dağ, təpə, zirvə» mənasında işlənən qara sözünə (339, s.256) -lıq 
şəkilçisinin artırılması ilə əmələ gəlib «dağlıq yerdə olan kənd» mənasını ifadə edir. 
Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Erm. SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə adı dəyişdirilib Lusagyuğ qoyulmuşdur. 
Qaranlıq dərə - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray 
(İcevan) rayonunda kənd. Rayon mərkəzindən 13 km məsafədə yerləşir. 
Toponim Azərbaycan dilində «heç nə görünməyən», «işığı olmayan» mənasında işlənən 
qaranlıq sözü ilə (9, s.432) dərə sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lusadzor qoyulmuşdur. 
Qaranlıq kaha - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan 
rayonun Ağudi kəndində dağ. Oronim «işıqsız, zülmət, işıq düşməyən» mənasında işlənən qaranlıq 
sözü ilə «qayalıqda, dağda təbii və ya süni oyuq», «mağara» mənasında işlənən kaha (11, s.26) 
sözündən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. 
Qarapapaq-Güllübulaq - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. 
Rayon mərkəzindən 12 km cənub-qərbdə, qərbi Arpaçayın sağ sahilində yerləşir. Kənd həm də Türk 
Güllübulağı adlanmışdır (415, s.18). Kəndin adı  «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.127), 
Qafqazın 5 verstlik xəritəsində (348, s.70) Güllübulaq kimi qeyd edilmişdir. Kənddə qarapapaq tayfası 
yaşadığı üçün kənd Qarapapaq-Güllübulaq adlandırılmışdır. 
Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində onlar qarapapaq kimi 
göstərilir və qarapapaqlar xalq kimi qeyd edilir (415, s.18). 
Kənddə 1886-cı ildə 673 nəfər, 1897-ci ildə 955 nəfər, 1908-ci ildə 1020 nəfər, 1914 - cü ildə 
1137 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.18-19, 104-105). 1918-ci illərdə  kəndin sakinləri 
ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. 1920-ci ildən sonra -indiki Ermənistanda sovet 
hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma torpaqlarına qayıtmışlar. 1922-ci ildə 791 
nəfər, 1926-cı ildə 1134 nəfər, 1931-ci ildə 1268 nəfər (415, s. 18-19, 104-105), 1970-ci ildə 2459 
nəfər, 1979 - cu ildə 2580 nəfər (427, s.907), 1987-ci ildə 2875 nəfər (35, s.163) azərbaycanlı 
yaşamışdır. 1920-ci ildən sonra bura ermənilər köçürülüb yerləşdirilmişdir. Azərbaycanlılar 1988-ci 
ildə Ermənistan dövləti tərəfindən qovulmuşdur. İndi yalnız ermənilər yaşayır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə